Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı



Yüklə 238,11 Kb.
səhifə4/6
tarix24.06.2018
ölçüsü238,11 Kb.
#54675
1   2   3   4   5   6

Hüquqi kontekst

2011-ci il 6 yanvar tarixində Azərbaycan Hökuməti və BMTİP arasında imzalanmış SİYS-də (Standart İlkin Yardım Sazişi) qeyd edilən və ÖPFP (Ölkə Proqramı Üzrə Fəaliyyət Planı) dair bütün müddəalar bu Layihəyə şamil olunur.


Standart İlkin Yardım Sazişinin III Maddəsinə uyğun olaraq layihənin icraçı orqanı, onun işçilərinin və əmlakının, həmçinin himayəsində olan BMTİP-in əmlakının təhlükəsizliyi və mühafizəsinə görə cavabdehlik daşıyır.
Layihənin icraçı orqan aşağıdakıları öz üzərinə götürür:

  1. müvafiq təhlükəsizlik planının tərtib edilməsi və layihənin həyata keçirildiyi ölkədə təhlükəsizliklə bağlı vəziyyəti nəzərə alaraq həmin təhlükəsizlik planının tətbiq edilməsi;

  2. təhlükəsizliyə dair bütün risk və məsuliyyəti və təhlükəsizlik planının tam yerinə yetirilməsinin təmin edilməsi.

BMTİP Layihənin yerinə yetirilib-yetirilməməsini yoxlamaq və lazım olduğu təqdiridə plana düzəlişlərin edilməsi barədə təkliflər vermək hüququna malikdir. Tələb olunan təhlükəsizlik planının tətbiq edilməsinə və həyata keçirilməsinə nail olunmaması bu SİYS-nin pozulması hesab olunmalıdır.


Layihənin icraçı orqanı Layihə çərçivəsində ayrılmış BMTİP-nin maliyyə vəsaitinin terrorizmlə əlaqəsi olan fərd və qurumlara dəstək vermək üçün xərclənməyəcəyini, BMTİP tərəfindən bu razılaşmaya əsasən verilən məbləğlərin heç bir alıcısının 1267 saylı (1999-cu il) qətnaməyə uyğun olaraq təsis edilmiş Təhlükəsizlik Şurası Komissiyasının malik olduğu siyahıda olmayacağını təmin etmək məqsədilə bütün mümkün səyləri göstərməyə razılıq verir. Siyahı aşağıdakı linkdən əldə edilə bilər http://www.un.org/Docs/sc/committees/1267/1267ListEng.htm. Bu şərt hazırkı Layihə sənədi çərçivəsində zəruri ayrılmaz hissə hesab ediləcək bütün podrat müqavilələrinə və ya razılaşmalara əlavə edilməlidir.

Layihə nəticələrinin çərçivəsi





Məqsəd

Göstərici

Mövcud vəziyyət

Layihə məqsədinin sona çatması

Risklər və ehtimallar

Məqsəd – BMK-nın 2011-2020-ci illər üzrə Strateji Planında göstərilən təlimata uyğun olan aidiyyəti qurumların BMK çərçivəsində götürülmüş öhdəliklərin milli inkişaf və sektorlar arası planlaşdırma sahələrinə inteqrasiya edilməsi.

Ölçülə biləcək biomüxtəlifliyin qorunub saxlanılması və davamlı istifadəsi məqsədlərinin aşağıdakı sektorlar arası planlaşdırma çərçivələrinə daxil edilməsi:





kənd təsərrüfatı




meşəçilik




heyvandarlıq




mədən sənayesi




mədəniyyət və turizm




balıqçılıq




su Təchizatı




Kənd təsərrüfatı, meşəçilik, turizm, ticarət, balıqçılıq sektorlarında biomüxtəlifliyin və ekosistemin funksionallığının itirilməsini ölçmək üçün göstəricilər mövcud deyil

2016-cı ilədək biomüxtəlifliyin qorunub saxlanılması və davamlı istifadəsi məqsədlərinin kənd təsərrüfatı, mədən sənayesi, meşəçilik,

heyvandarlıq,

balıqçılıq, su təchizatı üzrə inkişaf çərçivələrinə daxil edilməsinin ölçülməsinə imkan yaradan məqsədlər müəyyən edilmişdir və bu məqsədlər həmin sektorların milli planlaşdırma çərçivələrinə müvafiq olaraq daxil edilmişdir


Aidiyyati qurumlar məqsədlər üzrə biomüxtəlifliyin qorunub saxlanılması hüdudları haqqında razılığı fəaliyyətlərinin bütün istiqamətlərində tətbiq edirlər.
Azərbaycanın inzibatçılıq sistemində baş verən hər bir institusional islahat təsirsiz ötüşür və biomüxtəlifliyin qorunub saxlanılmasına mane olmur.
Ətraf mühitin mühafizəsi Azərbaycan Hökuməti üçün prioritet məsələ kimi sayılmaqda davam edir.
Özəl sektor biomüxtəlifliyin qorunub saxlanılması və davamlı istifadəsinin zəruriliyi və faydasını anlayır.
Bütün aidiyyəti tərəflər təklif olunan məqsədlərlə razılaşır.
Aidiyyati qurumlar arasında əməkdaşlıq.genişləndirilir



Ölçülə biləcək biomüxtəlifliyin qorunub saxlanılması və davamlı istifadəsi məqsədlərinin aşağıdakı inkişaf çərçivələrinə daxil edilməsi:





əhalinin və şəhərlərin planlaşdırılması




yoxsulluğun azaldılması




kənd yerlərinin inkişafı və yaşayış təminatı




iqlim dəyişməsi məsələlərinin bütün sahalərə tətbiq edilməsi




Biomüxtəliflik və davamlı inkişafın Azərbaycanın əsas inkişaf çərçivələrinə daxil edilməsini ölçmək üçün göstəricilər mövcud deyil

2016-cı ilədək bütün əsas inkişaf sektorları/sahələri biomüxtəlifliyin qorunub saxlanılması və davamlı istifadəsi məsələləri özlərinin inkişafla bağlı qərarlarında nəzərə alınır

Nəticə 1 – Biomüxtəlifliyin planlaşdırılması üzrə aidiyyəti tərəfləri cəlb etməklə inventarlaşdırma işi aparılır və milli biomüxtəlflik hədəfləri Aiçi Hədəflərinə uyğun olaraq işlənib hazırlanır.

Nəticə 1.1 Milli səviyyədə əvvəlki illər üzrə biomüxtəlifliyin planlaşdırılması prosesinin məhsul və nəticələrinin baxılması və inventarlaşdırılması aidiyyəti tərəflərin iştirakı ilə həyata keçirilir.

Nəticə 1.2 Aiçi Hədəflərinin yerinə yetirilməsi məqsədilə Azərbaycanın reallığına uyğun olaraq milli biomüxtəliflik hədəfləri işlənilmişdir.

Nəticə 1.3 Aiçi Hədəflərinə uyğun olaraq işlənilmiş milli hədəflərin yerinə yetirilməsində nailiyyətlərin layihənin müddəti ərzində və sonradan lazımi qaydada monitorinqi aparılır və bununla bağlı hesabatlar milli hesabatlar şəkilində və digər vasitələrlə BMK-ya təqdim olunur.

Nəticə 1.4 Azərbaycan mütəmadi olaraq biomüxtəlifliyə dair məlumat və göstəricilər üzrə qlobal şəbəkələr və təşəbbüslər (bunların sırasında Biomüxtəliflik Göstəriciləri üzrə Tərəfdaşlıq, Biomüxtəliflik üzrə Qlobal İnformasiya Fondu və Biomüxtəlifliyin Qorunub Saxlanılması üzrə Ümumdünya Monitorinq Mərkəzi, Qlobal Ekoloji Perspektiv portalı) barədə faydalı məlumatlardan bəhrələnir, həmin biliklərin yayılması uçun təlim-tədris mexanizmi hazırlanır, kadr potensialı hazırlanır və həmin şəbəkələr və təşəbbüslərdə iştirak edir.



Sektorlararası/aidiyyəti təşkilatlardan ibarət işçi qrupunun yaradılması

İşçi qrup yaradılmamışdır

2013-cü ilin sonunadək sektorlar arası / aidiyyəti tərəflərdən ibarət işçi qrupu yaradılmışdır və həmin qrup inventarlaşdırma işini başa çatdırır

Yuxarıda göstərildiyi kimi

Aiçi Hədəflərinin yerinə yetirilməsi istiqamətində milli hədəflərin müəyyən edilməsi

Milli hədəflər təyin edilməmişdir

2015-ci ilin əvvəlində Aiçi Hədəflərinin yerinə yetirilməsi istiqamətində milli hədəflər işlənib hazırlanır.

Nəticə 2 – BMSFP-in hazırlanması

Nəticə 2.1 Milli inkişaf çərçivəsi əsasında BMSFP aidiyyəti tərəflərin iştirakı ilə hazırlanır, geniş yayımlanır və BMK-nın strateji planının aşağıdakı kimi yeni aspektlərini tam şəkildə əks etdirir: (i) bütün sektorlara şamil olunmasə; (ii) ekosistemə dair məhsul və xidmətlərin dəyərləndirilməsi; və (iii) ekosistem əsaslı uyğunlaşma və özünü bərpa etmə ilə bağlı problem və imkanların cəmləşdirilməsi.

Nəticə 2.2 Azərbaycan üçün BMSFP-in hazırlanmış və tam təsdiq edilmiş variantı Tərəflər Konframsının təyin etdiyi son tarixdən gec olmamağı üstün tutaraq BMK-ya təqdim olunur.




BMK-nın Strateji Planındakı (2011-2020) göstərişə əsasən BMSFP-nin statusu

Mövcud BMSFP köhnəlmişdir və yeni təlimatları nəzərə almır

2016-ci ilədək Azərbaycanın BMSFP-i BMK-nın Strateji Planında (2011-2020) verilən təlimata uyğun olaraq BMK-nın TK-sına təqdim olunur

Yuxarıda göstərildiyi kimi

Nəticə 3 – Vəsaitlərin səfərbər olunması üçün milli çərçivələr hazırlanır, BMK üzrə hesabatlar verilir, mübadilə mexanizmləri hazırlanır.

Nəticə 3.1 BMSFP-in həyata keçirilməsi üçün milli çərçivələr işlənilmişdir və aşağıdakıları əhatə edir: (i) həyata keçirilmə üçün institusional rəhbərlik təyin edilmişdir və strateji tərəfdaşlıq (milli və beynəlxalq səviyyədə) əldə edilmişdir; (ii) büdcəsi və prioritetləri müəyyən edilmiş Fəaliyyət Planı MBS-ə əlavə edilmişdir; (iii) potensial, texnologiya, maarifləndirmə və təhsil və maliyyə ehtiyaclarının qiymətləndirilməsi həyata keçirilmişdir; və (iv) biomüxtəliflik üçün mövcud olan maliyyənin ilkin qiymətləndirilməsini özündə əks etdirən BMSFP-in həyata keçirilməsi üçün ehtiyatların səfərbər edilməsi üzrə strategiya işlənilmişdir.

Nəticə 3.2 Səmərəli, istifadəçi üçün rahat və asanlıqla yenilənən ölkə üzrə VM vebsaytı yaradılmışdır; həmin vebsayt BMK-nın qlobal VM şəbəkəsinə və biomüxtəliflik üzrə digər məlumat və bilik mübadiləsi şəbəkələrinə qoşulmuşdur.



Nəticə 3.3. BMK üzrə birbaşa hesabat öhdəlikləri Azərbaycan tərəfindən vaxtı-vaxtında yerinə yetirilir: (1) 2013-cü ildə Azərbaycan tərəfindən BMK-nın Strateji Planına çatmaq üçün milli hədəflər və (2) BMK-ya 31 mart 2014-cü il tarixinədək təqdim olunacaq 5-ci Milli Hesabat işlənilmişdir.

Milli vasitəçilik mexanizminin (VM) statusu

VM yaradılmamışdır

2014 -cü ildə VM-in yenilənməsi və təkmilləşdirilməsi başa çatdırılır

Yuxarıda göstərildiyi kimi

Dəyişdirilmiş BMSFP-nin həyata keçirilməsi üçün potensial, texnologiya və maliyyə çərçivələrinin statusu

Çərçivə mövcud deyil

2016-cı ilədək potensial, texnologiya və maliyyə ehtiyaclarının qiymətləndirilməsi daxil olmaqla BMSFP-in həyata keçirilməsi ilə bağlı plan həyata keçirilir.



Yüklə 238,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin