Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı



Yüklə 238,11 Kb.
səhifə1/6
tarix24.06.2018
ölçüsü238,11 Kb.
#54675
  1   2   3   4   5   6



BMTİP-in Layihə Sənədi

Ölkə: Azərbaycan Respublikası

Layihənin adı: “Birləşmiş Millətlər Təşkilatının “Bioloji müxtəliflik haqqında” Konvensiyasının 2011-2020-ci illər üzrə Strateji Planının Azərbaycan Respublikasında həyata keçirilməsinə dəstək məqsədi ilə Bioloji müxtəlifliyin milli planlaşdırılması”


BMT-nin İnkişafa Yardım üzrə Çərçivə Sənədinin

(BMTİYÇ) Nəticə(ləri):


Nəticə 1.3 Ekoloji vəziyyətin yaxşılaşdırılması, “yaşıl” iqtisadiyyatın təşviq edilməsi və iqlim dəyişmələrinə qarşı həssaslığın azaldılması məqsədilə müvafiq strategiyaların, tədbirlərin və imkanların gücləndirilirməsi

BMTİP-in Azərbaycan üzrə ölkə proqramından gözlənilən nəticə(lər)

1.3.3 İqlim dəyişmələrinə həssas ekosistemlər və təsərrüfat sahələri müəyyənləşdirilməsi və onların müqavimət gücünün artırılması üçün tədbirlərin həyata keçirilməsi

1.3.8 Xüsusi mühafizə olunan təbiət ərazilərinin tərkib hissəsi olan sahilyanı və digər ekosistem sahələrinin genişləndirilməsi




Layihənin icraçı orqanı: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Qısa xülasə

Bu layihə QEF çərçivəsində Biomüxtəliflik üzrə fəaliyyətin gücləndirilməsi tədbirlərinin (BM FGT) ikinci dövrünü əhatə edir. Azərbaycan 08/03/2000-ci il tarixindən BMT-ninBioloji Müxtəliflik haqqında Konvensiyanın (BMK) üzvüdür. Layihə BMK üzrə öhdəliklərin, xüsusən də Konvensiyanın 6-cı maddəsinin və BMK TK-nın X/2 Qərarının yerinə yetirilməsinin davam etdirilməsinə dair ölkənin ehtiyacı ilə bağlı məsələlərin həllinə yönəldilmişdir. Eyni zamanda 2010-cu il 18-29 oktyabr tarixlərində Yaponiyanın Naqoya şəhərində Aiçi Prefekturasında keçirilmiş Üzv ölkələrin 10-cu görüşündə, Biomüxtəliflik sahəsində yenilənmiş Strateji Plan. o, cümlədən 2011-2020-ci illərə aid Biomüxtəliflik üzrə Aiçi Hədəfləri qəbul edilmişdir (əlavə olunur). Bundan əlavə, layihə BMK-nın 2011-2020-ci illər üzrə Strateji Planının milli səviyyədə həyata keçirilməsi istiqamətində Azərbaycanın göstərdiyi səylərə mühüm yardımdır. Layihə biomüxtəlifliyin planlaşdırılması və hesabatların təqdim olunması sahəsində Azərbaycanın hazırkı vəziyyəti və nailiyyətlərinə əsaslanır. Layihə yenilənmiş və aidiyyəti tərəfləri cəlb edən biomüxtəlifliyin planlaşdırılması və strategiyanın qurulması prosesi vasitəsilə Azərbaycanın BMK qarşısında olan öhdəliklərinin özünün milli inkişaf və sektorlararası planlaşdırmaya inteqrasiya etmək məqsədini daşıyır. Bu proses nəticəsində biomüxtəlifliyin qorunub saxlanması və davamlı istifadəsi üçün ölçülə biləcək məqsədlərin ortaya çıxması gözlənilir. Eyni zamanda, layihə ekosistemin təqdim etdiyi məhsul və xidmətlərin dəyərinin, həmçinin ekosistem əsaslı uyğunlaşma və özünü bərpa ilə bağlı meydana çıxan məsələlər və imkanların bu proses zamanı nəzərə alınmasını təmin edəcəkdir. Layihə çərçivəsində BM FGT-yə dair QEF tərəfindən təsdiq olunmuş üç komponentin yerinə yetirilməsi vasitəsilə nail olacaqdır. Bunlar aşağıdakılarıdır: (1) Biomüxtəlifliyin planlaşdırılması üzrə aidiyyəti tərəfləri cəlb etməklə inventarlaşdırma işi aparılır və milli biomüxtəliflik hədəfləri Aiçi Hədəflərinə uyğun olaraq işlənib hazırlanması; (2) BMSFP hazırlanması və bu planın həyata keçirilməsinin milli inkişaf çərçivələrinə daxil edilməsi, ekosistem xidmətlərinin dəyərləndirilməsi və ekosistem əsaslı uyğunlaşma və özünübərpa məsələlərinin irəli çəkilməsi kimi BMK-nın Strateji planının yeni aspektlərini özündə əks etdirməsi; və (3) – Vəsaitlərin səfərbər olunması üçün milli çərçivələr, BMK üzrə hesabatların verilməsi və mübadilə mexanizmləri gücləndirilməsi.


Layihənin ümumi büdcəsi 243,000 ABŞ dolları
Cəmi ayrılmış vəsait (ÜBİP-də): $ 243,000

  • (BMTIP) $ 33,000

  • QEF $210,000


Proqramın müddəti: 2011-2015
Əsas nəticə alınacaq sahə (Strateji plan): Ətraf mühit və davamlı inkişaf: ətraf mühit və enerji məsələlərinin bütün sahələrə tətbiq edilməsi
Atlasın qrant identifikasiya nömrəsi: 00063580

Layihə identifikasiya nömrəsi: 00080589

Başlanğıc tarixi: 2013

Sona çatma tarixi: 2015



İdarəetmə strukturu: Milli İdarəetmə


MÜNDƏRİCAT





İxtisarlar 3

Vəziyyətin təhlili 5

Strategiya 6

İdarəetmə tədbirləri 8

Monitorinq və qiymətləndirmə planı və büdcəsi 10

Hüquqi kontekst 11

Layihə nəticələrinin çərçivəsi 12

ÜMUMI BÜDCƏ VƏ İŞ PLANI 15


İxtisarlar








BM FGT

Biomüxtəliflik üzrə Fəaliyyətin Gücləndirilməsi Tədbirləri

BMK

BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyası

BMSFP

Biomüxtəliflik üzrə Milli Strategiya və Fəaliyyət Plan

BMTİP

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı

BMT İP-nin ÖO

BMT İnkişaf Proqramının Ölkə Ofisi

BMT-nin ÖPFP

BMT-nin Ölkə Proqramı Üzrə Fəaliyyət Planı

BMT-nin PFSP

BMTİP-in Proqram və Fəaliyyət üzrə Siyasət və Prosedurları

BXH

Birləşdirilmiş Xərclər Hesabatı

EBİ

Ekosistemlər və Biomüxtəlifliyin İqtisadiyyatı

İLİ/ LHKH

İllik Layihə İcmalı / Layihənin Həyata Keçirilməsi üzrə Hesabat

LM

Layihə Meneceri

MQ

Monitorinq və Qiymətləndirmə

MOƏİP

BMK-nın Mühafizə Olunan Ərazilər üzrə İş Proqramı

QEF

Qlobal Ekoloji Fond

RİH

Rüblük İrəliləyiş Hesabatı

RNM

BMT İP-nın Rezident Nümayəndəsinin müavini

RİH

Rüblük İrəliləyiş Hesabatı

SİYS

Standart İlkin Yardım Sazişi

SNÇ

Strateji Nəticələr Çərçivəsi

TT

Texniki tapşırıq

ÜBİP

Ümumi Büdcə və İş Planı

VM

Vasitəçilik Mexanizmi

DTXÇK

Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi

ETSN

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

ƏN

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

İİN

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi

MTN

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi

MEA

Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası

QHT

Qeyri-hökumət təşkilatı

SEN

Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi

TN

Azərbaycan Respublikasının Təhsil Nazirliyi

KTN

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi



Yüklə 238,11 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin