Sual: 245. İmam Kazim (ə) imam Mehdinin (ə) qeybini xəbər vermişdirmi?
Cavab: İmam Kazim (ə) buyurmuşdur: “Yeddinci övladın beşinci övladı qeybə çəkilən vaxt kimsə sizi dininizdən ayırmasın. Ey övladım! Həqiqətən, qaim üçün qəti şəkildə qeyb dövrü var...”6
Yunis ibn Əbdür-Rəhman deyir: “Musa ibn Cəfərə ərz etdim: “Ey peyğəmbər övladı! Siz həqiqətən qaimsiniz?” Həzrət buyurdu: “Mən haqq olaraq qaiməm. Amma yer üzünü Allah düşmənlərindən təmizləyəcək, ədaləti bərpa edəcək qaim mənim beşinci övladımdır. Həyatı üçün təhlükə yarandığından onun üçün böyük qeyb dövrü var...”7
Həzrət “Loğman” surəsinin iyirminci ayəsi ilə bağlı buyurmuşdur: “Aşkar nemət aşkar imam, batini nemət qeybdə olan imamdır.” Rəvayətçi soruşur ki, imamlar arasında qeybə çəkilən varmı? Həzrət buyurur: “Bəli, o, xalqın gözündən qeybə çəkilər, amma möminlərin qəlbindən qeyb olmaz. O, bizim on ikincimizdir...”1
Dostları ilə paylaş: |