Sual: 60. Zühur gününün təsviri nə vaxtdan mövcuddur?
Cavab: Zühur gününün təsviri yaranışın başlanğıcından verilmişdir. Çünki bu gün o, yaranışın əsas hədəfidir. Bu məsələnin aydınlaşması üçün bəzi nöqtәləri nəzərdən keçirək:
1. Ümumdünya ədalət hökumətinin qurulması üçün iki ödənməlidir: geniş mənada ədalət məfhumu ilə tanışlıq və yer üzündə ədalətin bərpası yolunda fədakarlığa hazırlıq. Yaranışın başlanğıcından bəşəriyyətdə bu iki şәrt xüsusiyyət olmamışdır. Peyğəmbərlərə bəşəriyyətdə məhz bu iki xüsusiyyəti tərbiyə etmək tapşırılmışdır. Peyğəmbərlər ədalətin tanıtdırılması məsələsində müvəfəqiyyətə çatsalar da, tarix boyu insanlarda zəruri fədakarlıq hissini tərbiyə edə bilməmişlər. İkinci şərtin ödənməməsi peyğəmbərlərin yox, xalqın təqsiridir.
2. Peyğəmbərlər tarix boyu xalqın nəzərinə çatdırmışlar ki, yaranışın əsas məqsədi həmin ümumdünya ədalət hökumətinin qurulmasıdır. Allah-təala buyurur: “Zikrdən (Tövratdan) sonra Zəburda yazdıq ki, saleh bəndələrin yer üzünə (hakimiyyətə) varis olacaqlar.”1
Digər bir ayədə oxuyuruq: “Biz yer üzünün müstəzəflərinə minnət qoyub, onları yer üzünün rəhbərləri və varisləri qərar vermək istəyirik.”2
Başqa bir ayədə buyurulur: “O, müşriklər xoşlamasalar da, öz peyğəmbərini bütün dinlərə qalib etmək üçün hidayət və haqq dinlə göndərən kəsdir.”3
3. Heç bir peyğəmbərin ümumdünya ədalət hökuməti qurmaq üçün şəraiti olmamışdır. Çünki belə bir hökumətin qurulması üçün zəruri olan iki şərt ödənməmişdir:
a) Peyğəmbərlər ədalət məfhumunun geniş mənasını xalqa aydınlaşdırsalar da, bəşəriyyətin belə bir həqiqəti dərk etmək üçün ağıl gücü olmamışdır. Ona görə də keçmiş peyğəmbərlərin məqsədi xalqın əqidəsini möhkəmləndirmək olmuşdur. Həzrət Musadan İslam peyğəmbərinin besətinədək olan dövrdə, xüsusi ilə İslam hökumətində bu məsələ ətraflı şəkildə bəyan olunmuşdur.
b) Hazırkı dövrədək heç bir ümmətdə ümumdünya ədalət hökuməti yolunda tam fədakarlıq göstərmək hazırlığı olmamışdır. Həzrət Nuh 950-il öz qövmünü haqq-ədalətə dəvət etdi. Amma yalnız kiçik bir qrup ona iman gətirdi. Həzrət İbrahimin dəvətini qəbul etmək əvəzinə insanlar onu oda atdılar. Həzrət Musanın qövmü onun Fələstin hakimləri ilə mübarizəyə çağırışını rədd edib dedilər: “Sən və sənin Allahın onlarla savaşsın, biz burada oturmuşuq.”4
Həzrət İsanın həvariləri Allahın qüdrətinə şəkk etdilər. Onlar İsaya xitabən dedilər: “Ey İsa ibn Məryəm! Allahında bizim üçün səmadan nazil etmək qüdrəti varmı?”5
Nəticə: Yaranışın ilk günündən zühur günü haqqında yetərincə məlumat verilsə də, hələ ki, bu məqsədin gerçəkləşməsi üçün şərait yaranmamışdır.
Dostları ilə paylaş: |