Bismillahir-Rəhmanir-Rəhim


Sual: 157. Kiçik (“suğra”) qeyb dövründə imamla kimlər görüşmüşdür? Cavab



Yüklə 1,7 Mb.
səhifə138/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   134   135   136   137   138   139   140   141   ...   410
    Bu səhifədəki naviqasiya:
  • Sual
Sual: 157. Kiçik (“suğra”) qeyb dövründə imamla kimlər görüşmüşdür?

Cavab: Kiçik qeyb dövründə imamla görüşənlər çoxdur. O cümlədən: Məhəmməd ibn Osman Əmri, Turəyf və Əbu-Nəsr, Əzdi, İbrahim ibn İdris, Əbi-Əbdillah ibn Saleh, İbrahim ibn Məhzyar, Məhəmməd ibn İsmail ibn Musa ibn Cəfər və başqaları.2

Mərhum Məclisi bir rəvayətdə kiçik qeyb dövründə imamla görüşmüş 265 nəfərin adını çəkir.3


Sual: 158. İmam Əsgərinin (ə) övladı olmasını irsiyyət alimləri təsdiqləyirmi?

Cavab: Bəli, bu alimlərdən bir qrupu imam Həsən Əsgərinin (ə) Məhəmməd adlı, “Höccət”, “Mehdi” (ə) ləqəbli övladı olduğunu bildirirlər. Bu alimlərlə tanış olaq: Kiçik qeyb dövründə yaşamış Səhl ibn Əbdillah ibn Davud ibn Süleyman Buxari, hicri V əsrin məşhur irsiyyətçi alimi Seyyid Əmri, hicri V əsrin tanınmış alimi Fəxr Razi Şafei, hicri Vİ əsrin alimi Müruzi Əzvər-Qani, Cəmaləddin Əhməd, hicri Xİ əsrin alimi Əbül-Həsən Məhəmməd Hüseyni Yəmani Sənani Zeydi, Məhəmməd Əmin Süyudi, Məhəmməd Veys Heydəri Suri, Əllamə Seyyid Məhəmməd ibn Hüseyn İbn Əbdüllah Hüseyni Səmərqəndi Mədəni, Şərif Ənəs Kətbi Həsəni, Seyyid Məhəmməd ibn Əhməd ibn Həmkddin Nəcəfi, Şərif Ənəs Kutubi Həsəni.
Sual: 159. İmam Mehdinin (ə) əmisi Cəfər onun mövludunu inkar etmişdirmi?

Cavab: Cəfər bu mövludu inkar etmişsə də, bəzi səbəblərdən bunu nəzərə almamaq lazım gəlir:

1. Möhkəm dəlillərə əsasən həzrət Mehdinin (ə) mövludu sübut olunmuşdur.

2. Ümmət yekdil olaraq bu rəydədir ki, Cəfər məsum olmamışdır. Adi zümrədən olan Cəfərin büdrəmə ehtimalları var. Necə ki, həzrət Yəqubun övladlarından bəziləri yolunu azmışdır.

3. Bəzi xəbərlərdən məlum olur ki, Cəfər yolunu azdığından imam Əskərinin (ə) övladı olmasını inkar etmişdir.

4. Ehtiyatla yanaşılası məsələlərdən biri budur ki, Cəfər layiq olmadığından imam Əsgəri (ə) öz övladını ona göstərməmişdir.


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin