Bismillahir-Rəhmanir-Rəhim


Sual: 407. Zühurdan öncə qətlə yetiriləcək “Nəfsi-zəkiyyə” kimdir? Cavab



Yüklə 1,7 Mb.
səhifə336/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   332   333   334   335   336   337   338   339   ...   410
Sual: 407. Zühurdan öncə qətlə yetiriləcək “Nəfsi-zəkiyyə” kimdir?

Cavab: Şiə rəvayətlərində həzrət Mehdinin (ə) “Nəfsi-zəkiyyə”nin qətlindən sonra zühur edəcəyi bildirilir.

İmam Sadiq (ə) buyurur: “Qaimin qiyamı Nəfs-zəkiyyənin qətlə yetirilməsi arasında fasilə 15 gecədən çox deyil.”

Şeyx Müfid deyir: “Zühur əlamətlərindən biri də Nəfsi-zəkiyyənin 70 salehlə birlikdə Kufə yaxınlığında qətlə yetirilməsidir.”1

Bəzi rəvayətlərdə bildirilir ki, Nəfsi-zəkiyyə imam Mehdi (ə) tərəfindən təbliğ əmri аlаn şəxsdir və bu şəxs rükn və məqam arasında şəhadətə çatacaq.”2

Bəziləri güman edir ki, Nəfsi-zəkiyyə Mənsur Abbasinin dövründə qiyam qaldırmış Məhəmməd ibn Abdullah ibn Həsən ibn Əli ibn Əbi-Talibdir. Amma bu ehtimalın ziddinə bir sıra dəlillər var:

1. Rəvayətlərdə Nəfsi-zəkiyyənin rükn və məqam arasında öldürüləcəyi bildirilir. Məhəmməd ibn Abdullah ibn Hüseyn isə başqa yerdə şəhadətə çatmışdır.

2. Bəzi rəvayətlərə əsasən, həzrət Mehdinin (ə) zühuru ilə Nəfs-Zəkiyyənin qətlə yetirilməsi arasında 15 gecə fasilə var.

3. Məhəmməd ibn Abdullah ibn Həsən həzrət Mehdinin (ə) mövludundan öncə qətlə yetirilmişdir.

4. Məhəmməd ibn Abdullahın niyyəti xalis olmamış, “Məqatilut-Talibin” mənbəsində bildirildiyinə görə bu şəxs Məhdəviyyət iddiasında olmuşdur. Atası onu Bəni –Üməyyənin süqutundan və Bəni-Abbas dövləti təsis olunmamış Mehdi (ə) kimi tanıtdırırdı.1

5. İmam Sadiq (ə) buyurur: “Nəfsi-Zəkiyyə” qətlə yetirildikdən sonra həzrət Mehdi zühur edəcək.”2



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   332   333   334   335   336   337   338   339   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin