Sual: Quranda kimlərinsə rәcətinə işarə olunubmu?
Cavab: Quranda rәcət nümunələri mövcuddur:
1. Allah-təala buyurur: “Allah onlara “ölün” dedi və sonra yenidən diriltdi.”1
2. Quranda buyurulur: “Kəsilmiş inəyin bir parçasın ölüyə toxundurun” dedik. Allah bütün ölüləri bu qaydada dirildər...”2
3. Allah-təala buyurur: “Şükr edəsiniz deyə, sizi sonra yenidən diriltdik.”3
4. Başqa bir ayədə oxuyuruq: “Allah onu yüz il ölü halında saxladı, sonra dirildərək “Nə qədər yatmısan” deyə soruşdu”.4
Sual: Rәcətə etiqadın hansı əsərləri var?
Cavab: Rәcətə etiqadın bir sıra faydaları var:
1. Zühur dövrü yer üzü üçün behiştdir.
2. İnsan zühurdan öncə Mehdinin (ə) zühuru üçün zəmin hazırlamalı olduğundan rәcətin böyük tərbiyəvi və əməli təsirləri var.
Sual: Rәcət əqli və fəlsəfi baxımdan mümkün sayıla bilərmi?
Cavab: Bəziləri elə hesab edirlər ki, rәcət əqli və fəlsəfi baxımdan əsassızdır.
1. Əqli baxımdan irad: Vəliyullah Dehləvi deyir: “Günahkarlar axirətdə cəzalanasıdır və onların dünyada cəzalanması zülm sayılır. Onlar öz müasirlərinin qarşısında cəzalandırılsaydılar, ibrətamiz olardı...”
İradları belə cavablandıra bilərik ki, günahkarların rәcət dövründə alacaqları cəza onların ümumi cəzalarının bir hissəsidir... Günahkarların müasirləri yox, başqa dövrün insanları qarşısında cəzalandırılması ibrətamizdir.
2. Fəlsəfi baxımdan irad: Ölümdən sonra dünyaya qayıdış fəaliyyətdən sonra qüvvəyə qayıdışdır. Fəlsəfədə belə bir hal batil sayılır.
Uyğun irada belə cavab verə bilərik ki, bu irad təbii ölümə aiddir. Qətl və xəstəlik səbəbindən ölənlər öz fəaliyyətlərini tam başa vurmamışlar.
Dostları ilə paylaş: |