Bismillahir rəhmanir rəhim



Yüklə 1,8 Mb.
səhifə12/23
tarix01.01.2022
ölçüsü1,8 Mb.
#105594
1   ...   8   9   10   11   12   13   14   15   ...   23

On birinci fəsil


1981-ci ilin iyun ayının axırları idi. Xəbər gəldi ki, doktor Çəmran Süsəngerdin Dehlaviyyə cəbhəsində şəhadətə yetib. Onun şəhadət xəbəri mədə hədsiz təəssüf hissi yaratdı. Cəmi neçə dəfə görüşməyimizə baxmayaraq, bağışladığı təəssüratına görə ona ürəkdən böyük hörmət bəsləyirdim. Hələ müharibə başa çatmazdan neçə ay öncəyədək Kürdüstanda müxalif qruplarla döyüşlərdə yaxından iştirak edir, Bəni-Sədrin qüvvə və təchizat göndərilməsində xəyanətlərinə baxmayaraq, demək olar, bütün iradəsilə düşmənin qarşısında dayanırdı.

Doktor Çəmranın şəhadət xəbərindən bir həftə keçməmiş "7 tir" (28 iyun) hadisəsi baş verdi. O gün xəstəxanaya getməyə hazırlaşarkən şiddətli partlayış səsi eşitdim. Tez paltarımı geyinib çölə çıxdım. Camaat "Sərçeşmə" məntəqəsinə doğru qaçırdı və deyirdilər ki, münafiqlər1 Mərkəzi Komitənin binasını partladıblar və doktor Behişti ilə bərabər binada olanların hamısı şəhid olub.

Camaatın arxasınca Sərçeşməyə tələsdim. Özüm inqilabdan sonra bir neçə dəfə binanın həyətində kütləvi təşkil edilən "Kumeyl" duasında iştirak etmişdim. Artıq binanın üstündən tüstü, toz-torpaq ucalır, özü də bütöv viran olmuşdu. Toplaşan cəmiyyət ağlayaraq deyirdi: "İndi Ayətullah Behişti və böyük şəxsiyyətlərimiz bu torpağın altındadır!..." Kömək etmək istəyənlər çox idi. Buldozer yenicə işə başlamışdı. Əlimdən heç bir iş gəlmirdi. Bir neçə nəfərə dedim: "Siddiqə Rzayi xəstəxanası bura yaxındır. Yaralı varsa, tez ora göndərin!"

Özümü xəstəxanaya yetirdim. Hələ hadisə yerindən bura yaralı gətirilməmişdi. Bir neçə saat sonra radio elan elədi ki, doktor Behişti ilə birgə dövlət nümayəndələrimizdən 72 nəfəri hadisədə şəhid olub və yalnız neçə nəfər sağ qalıb.

İnqilabdan sonra bir sıra partiya və cərəyanlar, xüsusilə, "Xalq Mücahidlər Təşkilatı" hakimiyyətin İslam Respublikası quruluşuna razı deyildilər. Odur ki, dövlətin böyük şəxsiyyətlərinə, ziyalı və mömin insanlara qarşı terror əməliyyatlarına başlamışdılar. Radio-televiziya xəbərlərində və ya qəzetlərdə məlumat verilirdi ki, onlar hətta adi insanları belə evlərində kollektiv məhbus edərək müxtəlif fiziki və ruhi işgəncələrə məruz qoyur, günlərlə əl-ayağı və gözləri bağlı vəziyyətdə ac-susuz saxlayıb qətlə yetirir, cəsədlərini yol kənarına və ya zibilliyə atırlar. İnsanların müdafiəsi adını daşıyan bu azğın qrup heç kimə, hətta öz üzvlərinə belə rəhm etmədən hər bir müxalifi terror vasitəsilə qarşılarından götürürlər. Bir müddət idi ki, artıq camaat onlara münafiq adı vermişdi. Eşitmişdim ki, Sərçeşmə ətrafı prospektlərdən birində, təxminən evimizin yaxınlığında münafiqlər bir qoca kişini şəhid ediblər. Ora gedib qonşularından baş verənləri soruşdum. Dedilər ki, münafiqlər bu qoca baqqalı yalnız dindar olub, saqqal saxladığına görə öldürüblər.

İyunun 21-i deputatların əksər rəyi ilə parlament Bəni-Sədri xəyanətdə ittiham edərək prezidentlik vəzifəsindən kənarlaşdırdı. O, dərhal münafiqlərin başçısı Məsud Rəcəvi ilə birgə məxfi şəkildə ölkədən qaçdı.

7 tir (28 iyun) hadisəsindən iki ay sonra daha başqa ağır hadisənin şahidi olduq. Münafiqlər nazirlər kabinetində böyük yanğın törətdilər və prezident cənab Rəcayi ilə baş nazir Bahünər şəhadətə yetdi. Hadisə o qədər şiddətli idi ki, şəhid Rəcayinin cəsədi yalnız dişləri vasitəsilə müəyyənləşdi. Bu hadisədən sonra xəstəxananın Xalq Mücahidlər Təşkilatının üzvü Siddiqə Rzayinin daşıdığı ad dəyişdirilərək "8 şəhrivər"lə (30 avqust) əvəz edildi.



Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin