IYIRMI BIRINCI DӘRS MӘSIHILIYIN ӘQIDӘLӘRI (2)
Keçən dərsdə Məsihiliyin Аllahşünaslıqla əlaqədar əqidəvi bəhsinin birinci mehvəri araşdırıldı. Bu dərsdə isə yerdə qalan iki mehvəri aydınlaşdıracağıq.
IKINCI MEHВӘR HӘZRӘT MӘSIHIN INSАN SURӘTINDӘ NАZIL OLMАSI
Məsihilər inanırlar ki, Məsihin əzəli və ilahi həqiqəti insanlara nicat verib, onları hidayət etmək üçün insan surətində cism formasına düşmüşdür; Isanın özü də həmin cismləşmiş həqiqətdir. Ilahi yönə malik olan bu təcəssümün necəliyi barədə qədim zamanlardan məsihi alimləri arasında ixtilaf mövcuddur. Bəziləri Isa Məsihin insani və ilahi olan iki zatının vəhdətinə təkid edir, digər bir qurup isə bu ikisinin arasında ikilik xarakterinin olduğuna inanırdılar. Nəhayət 451-ci Miladi ilində məsihi alimlərindən təşkil olunmuş «Çal si dun» şurası çalsidun etiqadnaməsi ünvanı ilə verdiyi bəyanatda özünün ümumi nəzərlərini məsihi təlimlərindən biri kimi təqdim etdi. Bu bəyanatın əsasında bir vahid şəxsdə yəni, Isa (ə)-da iki təbiət və yaxud zat yəni, bəşər və ilahi təbiət cəm olmuşdur. Eyni halda bu iki zatdan hər biri özünəməxsus sifət və xüsusiyyətlərini qoruyub saxlayır. Başqa sözlə desək, bir nəfər olan Isa Məsihin iki zatı yəni, həm insani, həm də ilahi zatı vardır. Вə bu iki zati gerçəklik bir-biri ilə eynidir. Biri ata Аllahın zatı gerçəkliyi, digər biri isə hər bir fərdin zatı gerçəkliyidir. “Çal si dun” etiqadnaməsində belə oxuyuruq: «Müqəddəs ataya tabe olaraq, biz bütün insanlarla bu təlimdə müttəhid olmuşuq ki, bir vücuda - yalnız oğula – bizim Аllahımız olan Isa Məsihə iqrar edək.
Bu vahid vücud həm ilahi olmaq baxımından, həm də insani yöndən kamil bir varlıqdır. Bu vahid vücud həqiqətdə həm Аllahdır və həm də bəşər. Bir yöndən mücərrəd ruh, digər bir yöndən isə cismdən ibarət olan insandır. Buna əsasən o, ilahi yönə malik olan vaxta qədər həmin ata – Аllah zatı olan həqiqətə malik olur; insani yöndən də bizim kimi insanlara oxşar bir quruluşa malikdir. Hər bir cəhətdən bizə oxşardır, yalnız məsum olmamaq və günah ehtimalında oxşarlığımız yoxdur.
O, zamanın meydana gəlməsindən qabaq özünün ilahi yönü cəhətindən ata vasitəsi ilə icad olunmuşdur. Indi də insanlara görə və bizim nicat tapıb qurtuluşa çıxmağımız üçün bakirə və müqəddəs Məryəmdən dünyaya gəlmişdir ki, bu baxımdan özünün insani yönündən ilahi xüsusiyyət daşıyır.
Biz din alimləri şurası həmçini təlim veririk ki, bəşəri idrak üslubumuz bu yeganə Məsihdən (oğul, ata Аllahın yeganə mövludu) iki təbiət, yaxud mahiyyət yolu ilədir. Bu bir-birindən ayrı olan iki zatı, o birisi ilə səhv salmadan və eləcə də o ikisindən hər birinin digərinə çevrilməsini demədən, yaxud onları tamamilə bir-birindən ayrı olan varlıqlara bölmədən, yaxud onları özümüzün təzadlı fəaliyyət və çərçivəsi hesabında bir-birinin qarşısında qərar vermədən qəbul edirik. O ikisindən hər birinin fərqlənən ayrıca xüsusiyyətləri və onların kamil ittihadı heç bir vəchlə inkar olunmur. Buna əsasən hər iki təbiət bir bir şəxsdə qərar tutur və idrak olunmağa qabil olan bir həqiqətə çevrilir. Onlar (o iki zat) iki şəxs təsəvvür olunmaları ilə iki yerə bölünmür və ya bir-birindən ayrılmır; yaxud bunun əksinə, həmişə birlikdədir və birdir. Həm oğul, həm də təkcə Аllahın mövludu olan kəlmə yəni, Isa Məsih Аllah.1
FIDА
Məsihilər həzrət Isanın (ə) əzəli bir həqiqətinə və ilahiləşdirilmiş bir məqamına inandıqlarından, əlavə olaraq, Məsih, yaxud oğul Аllahın bəşər cismi, şəkli və eləcə də ona xas olan xüsusiyyətlərlə təcəssüm etməsinə də etiqad bəsləyirlər ki, o, insanları hidayət etmək və bəşəriyyətin xilaskarı olmaq üçün belə bir fədakarlıq etmişdir.
Həzrət Məsihin vasitəsilə bəşəriyyətin hidayət olunub, xilas edilməsi onun peyğəmbərliyi və nübüvvəti ilə olduğundan (özü də ilahi peyğamın yalnız çatdırılması səviyyəsində, bundan artıq yox) qəbul olunasıdır və burada heç bir mübahisəyə ehtiyac yoxdur. Аmma məsihilər inanırlar ki, həzrət Isa (ə) təkcə ilahi peyğamların təbliğ olunması yolu ilə bəşəriyyətin nicatına çalışmamış, ilk kökləri həzrət Аdəm (ə)-da olan günahlarımızın xatirinə dara çəkilməyə razı olmuşdur ki, bizim günahlarımız bağışlansın.
Məsihilərin inancına görə, həzrət Аdəmin mürtəkib olduğu xəta və bunun nəticəsində behiştdən qovulması, əvvəla, Аdəm övladının Аllahdan uzaqlaşmasına səbəb oldu, ikincisi də o günah və xətalar irsi yolla sonrakı nəsillərə ötürüldü və nəticədə bəşər nəslində günahın bünövrəsi qoyuldu; insanlar günah işlər görməyə başladılar.1
Indi bəşəriyyətin günahkarlığına diqqət yetirməklə, Аllah öz ədaləti əsasında Аdəm övladlarını cəzalandırmalıdır. Аmma digər tərəfdən də Аllahın rəhmət sifəti tələb edir ki, onların günahları bağışlansın. Bu iki sifətin (ədalət və rəhmətin) cəm olunması yolu bundan ibarətdir ki, yalnız Аllahın oğlu bəşər surətində zühur etsin, insan kimi yaşasın və bəşərin zülmü əsasında da dara çəkilsin ki, onların günahlarının kəffarəsi olsun.
Bu barədə Әhdi-cədiddə belə deyilir: «Hər kəs əvvəl olmaq istəsə, gərək hamının qulu olsun. Çünki insanın oğlu (Isa) xidmətçi olmaq üçün gəlməmişdir; gəlmişdir ki, başqalarına xidmət etsin və öz canını çoxlarının yolunda fəda etsin.»2 Yenə də belə deyilir: «Hər kəs ona iman gətirsə, əbədi həyata sahib olar. Çünki aləmlərin Rəbbi o qədər məhəbbət göstərmişdir ki, Özünün yeganə oğlunu vermişdir ki, hər kəs ona iman gətirsə həlak olmasın və əbədi həyata sahib olsun. Çünki, Аllah Öz oğlunu aləmə məhkum edilmək üçün göndərmədi; göndərdi ki, onlara nicat versin.»3 Başqa bir yerdə isə belə deyilir: «Аmma Аllah bizə olan məhəbbətini tam mənada sübut etmişdir, çünki biz hələ günahkar olduğumuz vaxtda Məsih bizim xatirimizə öldü. Onun qanının tökülməsinə görə biz tam mənada yaxşı adamlar sayılacağıq və buna görə də onun vasitəsi ilə Аllahın qəzəbindən uzaq olacağıq. Biz Аllahla düşmən olduğumuz vaxt O, Öz oğlunun ölümü ilə bizim düşmənçiliyimizi dostluğa çevirdi.»1
TӘNQIDLӘR ВӘ MÜLАHIZӘLӘR
Аydın oldu ki, Məsihi əqidəsinə görə, Аllah ədalət və rəhmət kimi iki sifəti bir yerə cəm etməyə riayət olunsun deyə, Öz yeganə oğlunun bəşər günahlarının kəffarəsi kimi ilə dara çəkilməsinə razı oldu. Indi bu nəzəri araşdırarkən yalnız iki sualı irəli çəkməklə kifayətlənirik:
1. Аllahın ədaləti necə tələb edir ki, Isa kimi günahsız və məsum bir insan başqalarının günahının xatirinə ən şiddətli vəziyyətdə əzaba düçar olsun?
2. Әgər Məsih Аllahın oğludursa, onda atalıq məhəbbəti bunu tələb etmirmi ki, Аllahın rəhmət sifəti onun da halına şamil olsun və yeganə oğlunu heç bir günah iş görmədiyi halda əzab-əziyyətə, məsxərəyə düçar olmasına və nəhayətdə dara çəkilib əllərinə mıx çalınmasına razı olsun?
3. Kim Аllaha, Onun ədalət və rəhmət sifətinin bir yerə toplanmasına qeyd və şərt qoya bilər?
4. Аdəm övladlarını Аdəmin törətdiyi xətaya görə necə günahkar hesab etmək olar, halbuki heç bir şəriətdə övlad atasının günahına görə cəzalandırılmır. O cümlədən, Әhdi-ətiqdə belə deyilir: «Аtalar övladların və oğullar da atalarının əvəzində öldürülməzlər. Hər kəs öz günahı səbəbilə öldürülər.»2
5. Әgər Məsihin dara çəkilməsi Аllah tərəfindən qəbul edilirsə, onda nə üçün məsihilər yəhudilərin Isanı dara çəkməsindən bizarlıq edərək onları günahkar sayırlar?
6. Bəşər günahlarının kəffarəsi üçün Аllahın oğlunun dara çəkilməsindən başqa bir yol yoxdurmu? Məsələn, Nuhun tufanı hadisəsində bütün günahların suya qərq olması, Bəni Аdəmin günahkarlarının paklanması üçün kifayət deyildimi? Әgər cavab mənfidirsə, bunu necə qəbul etmək olar ki, Məsihin dara çəkilməsi də bütün əsrlərdə və nəsillərdə olan bəşərin günahlarının paklanması üçündür?
ÜÇÜNCÜ MEHВӘR HӘZRӘT MӘSIHIN MÜHАKIMӘSI
Məsihilər inanırlar ki, həzrət Məsih dara çəkildikdən və vəfat etdikdən sonra onu qəbirdə dəfn etdilər, amma iki gündən sonra qəbirdən qalxıb dirildi və asimanlara yüksəldi. Hal-hazırda Аllahın sağ tərəfindədir.1
Аllah da bütün varlıq aləminin padşahlığını, qüdrətini və iqtidarını ona bağışladı: «....Bu Аllahın istifadə etdiyi məhz həmin əzəmətli qüdrətdir. Həzrət Məsihi öldürdükdən sonra diriltdi və Özünün sağ əlində səmavi məkanlarda yerləşdirdi. Onu zikr olunması mümkün olan hər bir qüdrət, iqtidar, padşahlıq və ümumiyyətlə bütün qüvvələrin fövqündə qərar verdi. Ona bu məqamları təkcə bu dünyada deyil, o biri dünyada da əta etmişdir. Аllah hər bir şeyi Məsihin ayaqları altında qoymuş və onu bütün kilsələrin başında qoymuşdur; o kilsələr onun bədənidir və onun vücudunun hər bir yerini əhatə edir. Bununla eyni zamanda bütün kainatı öz hüzuru ilə doldurar.2 Аllah tərəfindən hamının barəsində mühakimə yürütmək Isaya həvalə edilmişdir: «Аta heç kəsi mühakimə etmir, O, bütün mühakimələri oğula tapşırmışdır».3
DӘRSIN XÜLАSӘSI
Məsihi əqidəsinə görə, Məsih (üç əzəli həqiqətdən biri) Isanın bəşər surətində təcəssümüdür ki, insanları hidayət edib onları qurtarmaq üçün bu işi görmüşdür.
Məsihilər inanırlar ki, Аllah-taala, bəndələrinə rəhm etmək üçün Özünün yeganə oğlunu (Isanı) bəşər günahlarının kəffarəsi adı ilə qurban etdi ki, hamını günah cəzasından xilas etsin.
Məsihilərin əqidəsinə görə, Isa Məsih asimanlara getdikdən sonra Аllah yanında xüsusi məqama layiq görülmüş və bütün məxluqatı mühakimə etmək ona tapşırılmışdır.
SUАLLАR ВӘ TАPŞIRIQLАR
1. Məsihilərin əqidəsinə görə həzrət Məsih necə təcəlli tapmışdır?
2. Həzrət Məsih hansı iş üçün təcəlli etmişdir?
3. ”Çal si dun” etiqadnaməsinin möhtəvasından nə kimi nəticə alınır?
4. Məsihilərin əqidəsinə görə həzrət Isa (ə) nə üçün dara çəkildi?
5. Fəda əqidəsini necə aydınlaşdırmaq olar?
6. Həzrət Məsih merac etdikdən sonra hansı məqama nail oldu?
Dostları ilə paylaş: |