Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 2,29 Mb.
səhifə137/187
tarix11.01.2022
ölçüsü2,29 Mb.
#110714
1   ...   133   134   135   136   137   138   139   140   ...   187

Səbadan xəbərlər


Süleymanın ordusu imanlı insanlardan təşkil olunmuşdu. İnsanlardan əlavə cinlər və quşlar da ona qulluq edirdilər. Məsələn, şanapipik quşu su tapmaq üçün onun ordusuna kömək edirdi.

Şanapipik quşu Allahın ona verdiyi hissiyyatla bilirdi ki, filan yerdə yerin altında su vardır. Ona görə də ora enirdi. Sonra isə işçilər gəlib, oranı qazır və su çıxarırdılar.

Bir gün həzrət Süleyman əsgərlərinə bir fərman verdi. İmanlı insanlar, cin və quşlar toplaşdılar. Həzrət öz böyük hakimiyyəti barəsində danışaraq buyurdu:

-Bütün bunlar Allahın hədiyyəsidir. Allah şükr edənlərə ruzi bəxş edir.

Allah quşların dilini bizə öyrətmişdir. O hər şeyi bizə əta etmişdir.

Bu zaman Süleyman gördü ki, hələ şanapipik gəlməmişdir. Şanapipikdən başqa bütün quşlar orada idilər.

Allahın peyğəmbəri soruşdu:

-Niyə şanapipiyi görmürəm? O deyəsən burada yoxdur.

Quşlar bir-birlərinə baxıb, öz-özlərinə dedilər:

-Şanapipik böyük bir səhvə yol vermişdir.

Süleyman buyurdu:

-Onu yaxşı tənbeh edəcək, ya da başını bədənindən ayıracağam. Amma, əgər olmamağının səbəbini ağlabatan bir üzrlə izah etsə işim olmayacaqdır.

Bir neçə gündən sonra şanapipik göründü. Quşlar baş verən hadisəni ona xəbər verdilər. Şanapipik öz canı üçün alim padşahın əzabındən qorxurdu.

Amma, doğrusu şanapipik harada idi? O, Süleymanın yanına gedərək hadisəni xəbər verəndə biz də məsələni öyrənəcəyik.

Şanapipik bildi ki, canı təhlükədədir. Əgər ağlabatan üzrü olmasa ölümlə hədələnmişdir.

Şanapipik saraya tərəf uçdu. O, sarayın yaxınlığında yerə endi. Gözətçilərdən icazə alıb, saraya girdi.

O, başını aşağı salaraq gedirdi. Qanadlarını mərmər daşların üzəri ilə sürüyürdü. Bunların hamısı peşimançılıq və üzr əlaməti idi.

Allahın peyğəmbəri soruşdu:

- Şanapipik, harada idin?

Şanapipik başını qaldırdı. O öz həyəcanlı səfərinin macərasını Süleymana bəyan etdi:

-Mən Səba ölkəsinə getmişdim. Sənin üçün mühüm xəbərlər gətirmişəm. Böyük millət və bir ölkə gördüm. O ölkəyə bir qadın başçılıq edir. O, əzəmətli bir taxtın üzərində oturur.

Süleyman onun həyəcanlı xəbərlərinə qulaq asdı. Şanapipik dedi:

-O xanımın adı Bilqeysdir. Allahın əvəzinə günəşə səcdə edir. O tərəfin insanlarının hamısı günəşə ibadət edirlər. Həqiqətən Şeytan onları aldadıb, vəsvəsə etmişdir ki, guya günəş varlıq dünyasının mənbəyidir.

Süleyman nigaran oldu. O dedi:

-Nəyə görə yerdə və göylərdə olanları çıxaran, aşkar edən, gizlətdiyiniz və aşkar etdiklərinizi bilən, ondan başqa heç bir mə`bud olmayan və əzəmətli ərşin pərvərdigarı olan Allaha səcdə etmirlər?

Şanapipik o yerlərdə gördüklərindən danışdı. Süleyman ona nəzər salıb, buyurdu:

-Tezliklə doğru və ya yalan dediyini biləcəyəm.

Süleyman bu sözü deyib, Səba padşahına bir məktub yazmaq üçün yerindən qalxdı. Şanapipik etdiyi işə görə cəzalanmayacağını bilib, öz taleyi barədə arxayın oldu. O, istirahət etmək və səfərin yorğunluğunu çıxartmaq üçün Süleyman padşahdan icazə istədi. Sabah isə həzrətin məktubunu ora aparacaqdı.

Bütün quşlar şanapipiyin kəşfi barəsində danışırdılar. Çünki, o, heç bir cin və insanın etmədiyi qəribə bir səfər etmişdi. Hətta Süleyman da Allahın yerinə günəşə pərəstiş edən belə bir millətin və ölkənin olmasından xəbərsiz idi.


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin