Бисмиллаһир-рәҺМАНир-рәҺИМ


ÜÇÜNCÜ FƏSİL PEYĞƏMBƏRİN (S) QIZI HƏZRƏT FATİMƏ (Ə)-IN ZİYARƏTİ



Yüklə 3,67 Mb.
səhifə20/22
tarix21.10.2017
ölçüsü3,67 Mb.
#7526
1   ...   14   15   16   17   18   19   20   21   22

ÜÇÜNCÜ FƏSİL

PEYĞƏMBƏRİN (S) QIZI HƏZRƏT FATİMƏ (Ə)-IN ZİYARƏTİ

O HƏZRƏT (Ə)-I ZİYARƏT ETMƏYİN SAVABI


907. Yəzid ibni Əbdil-Məlik öz atası, o da öz babasından rəvayət etmişdir ki, bir gün həzrət Fatimə (ə)-ın hüzuruna getdikdə mənə salam verərək, buyurdu: «Bura gəlməyinin səbəbi nə olmuşdur?» Dedim: Bərəkət tələbi üçün gəlmişəm.

Həzrət (ə) buyurdu: «Atam mənə xəbər verdi ki, hər kəs ona və mənə üç gün salam versə, Allah-taala (da) Behişti ona vacib edər». Soruşdum: Onunla, sizin diri halınızdamı? Buyurdu: «Bəli, (həm diri halımızda, həm də) vəfatımızdan sonra».962


HƏZRƏT FATİMƏ (Ə)-I ZİYARƏT ETMƏK QAYDASI


908. İbrahim ibni Məhəmməd ibni İsa ibni Məhəmməd Urəyzi nəql etmişdir ki, bir gün imam Baqir (ə) bizlə söhbət edərək, buyurdu: «Həzrət Fatimə (ə)-ın qəbrinin ziyarətinə getdikdə belə de: «Ya mumtəhənətum-təhənəkil-lahul-ləzi xələqəki qəblə ən yəxluqək. Fəvəcədəki liməm-təhənəki sabirətən, və zə᾽əmna ənna ləki əvliyau və mutəsəddiqunə və sabirunə likulli ma ətana bihi əbuki səlləllahu ələyhi və Alihi və ətana bihi və siyyuhu səlləllahu ələyhi və Alihi, fəinna nəs᾽əluki in kunna səddəqnaki illa il həqtina bitəsdiqina ləhuma bil-buşra linubəşşirə ənfusəna biənna qəd təhurna bivilayətik».963

909. Mərhum Şeyx Səduq buyurub: «Həzrət Peyğəmbərin (s) ziyarətindən ayrıldıqdan sonra həzrət Fatimə (ə)-ın—Cəbrail qapısı yaxınlığında yerləşən sütunun kənarından daxil olduqda, Peyğəmbər (s) məzarı yerləşən yerin axırında olan —evinə tərəf getdim və sol tərəfim ona tərəf, arxam isə qibləyə olan halda duraraq, dedim:

«Əssəlamu ələyki ya binti rəsulillah, əssəlamu ələykə ya bintə nəbiyyillah, əssəlamu ələykə ya binti həbibillah, əssəlamu ələykə ya bintə xəlilillah, əssəlamu ələykə ya bintə səfiyyillah, əssəlamu ələykə ya bintə əminillah, əssəlamu ələykə ya bintə xəyri xəlqillah, əssəlamu ələykə ya bintə əfzəli ənbiaillahi və rəsulihi və məlaikətihi, əssəlamu ələyki yəbnətə xəyril-bəriyyəh, əssəlamu ələyki ya səyyidətə nisail-aləminə minəl-əvvəlinə vəl-axirin.

Əssəlamu ələyki ya zəvcətə vəliyyillah, və xəyril-xəlqi bə᾽də rəsulillah. Əssəlamu ələyki ya umməl-Həsəni vəl-Hüseyn, səyyidəy şəbabi əhlil-cənnəh, əssəlamu ələyki əyyətuhəs-siddiqətuş-şəhidəh, əssəlamu ələyki əyyətuhər-rəziyyətul-mərziyyə, əssəlamu ələyki əyyətuhəl-fazilətuz-zəkiyyəh, əssəlamu ələyki əyyətuhəl-huriyyətul-insiyyəh, əssəlamu ələyki əyyətuhət-təqiyyətun-nəqiyyəh, əssəlamu ələyki əyyətuhəl-muhəddəsətul-əliməh, əssəlamu ələyki əyyətuhəl-məzlumtəil-məğsubəh, əssəlamu ələyki əyyətuhəl-muztəhədətul-məqhurəh.

Əssəlamu ələyki ya Fatimətu bintə rəsuləllah və rəhmətullahi və bərəkatuh. Səlləllahu ələyki və əla ruhiki və bədənik. Əşhədu ənnəki məzəyti əla bəyyinəti min rəbbik, və ənnə mən sərrəki, fəqəd sərrə rəsuləllahi səlləllahu ələyhi və Alih.

Və mən cəfaki, fəqəd cəfa rəsuləllahi səlləllahu ələyhi və Alihi və mən azaki fəqəd aza rəsuləllahi səlləllahu ələyhi və Alih.

Və mən və sələki, fəqəd vəsələ rəsuləllahi səlləllahu ələyhi və Alihi, və mən qətə᾽əki fəqəd qətə᾽ə rəsuləllahi səlləllahu ələyhi və Alih. Li ənnəki bəz᾽ətun minhu və ruhuhul-ləti bəynə cənbəyh, Kəma qalə ələyhi əfzəlu səlamillahi və sələvatih.

Uşhidullahə və rusuləhu və məlaikətəhu ənni razin əmmən rəziti ənhu, saxitun əla mən səxitti ələyhi, mutəbərriun mimmən təbərr᾽əti minhu, muvalin limən valəyt. Muadin limən adəyt. Mubğizun limən əbğəzt, muhibbun limən əhbəbt. Və kəfa billahi şəhidən və həsibən və caziyən və musiba».964


HƏZRƏT PEYĞƏMBƏRİN (S) QIZI FATİMƏ (Ə)-IN DƏFN OLUNDUĞU YER


910. Həzrət imam Sadiq (ə) buyurub: « Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Mənim qəbrim ilə minbərimin arası, Behişt bağlarından bir bağıdır və mənim minbərim Behişt yollarının birinin üzərindədir”. Çünki Fatimə (ə)-ın qəbri qəbrlə minbər arasında yerləşir. Onun qəbri Behişt bağlarından biri olub, Behişt yollarından biri ona tərəfdir».965

911. Əhməd ibni Məhəmməd ibni Əbi Nəsr nəql etmişdir ki, imam Rza (ə)-dan soruşdum: Həzrət Peyğəmbərin (s) qızı Fatimə (ə) harada dəfn olunmuşdur? Həzrət (ə) buyurdu: «Bir nəfər bu sualı imam Sadiq (ə)-dan soruşduqda, orada hazır olan İsəbni Musa dedi: Bəqi qəbristanlığında dəfn olunmuşdur.

O kişi imam Sadiq (ə)-a dedi: Bu haqda nə buyurursunuz? Həzrət (ə) buyurdu: «Bu şəxs sənin cavabını verdi».

Həmən kişi dedi: Allah sənə xeyir versin, mənim İsəbni Musa ilə nə işim var? Sənin öz ata-babanın buyurduğunu mənə de!

Həzrət imam Sadiq (ə) buyudru: «O Həzrət (ə) öz evində dəfn olunmuşdur».966

912. Əhməd ibni Məhəmməd ibni Əbi Nəsr nəql etmişdir ki, imam Rza (ə)-dan həzrət Fatimə (ə)-ın qəbri barədə soruşduqda, buyurdu: «O Həzrət öz evində dəfn olundu. Bəni Üməyyə Peyğəmbərin məscidini genişləndirdikdə o Həzrətin də qəbri məscidin daxilinə düşdü».967

İzah:

Mərhum Şeyx Səduq buyurmuşdur: «Həzrət Fatimə (ə)-ın qəbrinin harada olması barədə müxtəlif rəvayətlər mövcuddur. Bə᾽ziləri o Həzrətin (ə) Bəqi qəbristanlığında, bə᾽ziləri isə Həzrət Peyğəmbərin (s) qəbri ilə minbəri arasında dəfn olunduğunu rəvayət etmişlər. Elə buna görə də həzrət Peyğəmbər (s) buyurub: «Mənim qəbrim ilə minbərimin arası Behişt bağlarından biridir». Bə᾽ziləri də rəvayət etmişlər ki, həzrət Fatimə (ə) öz evində dəfn olunmuş və «Bəni Üməyyə» məscidi genişləndirdikdə O həzrətin qəbri məscidin daxilinə düşmüşdür. Bu isə mənim nəzərimə əsasən düzgündür.


BEHİŞT BAĞLARINDAN BİR BAĞ


913. Həzrət Peyğəmbər (s) buyurub: «Mənim evim ilə minbərimin arası Behişt bağlarından biridir və Mənim minbərim hovuzumun üzərindədir».968

914. Maviyətibni Vəhəb nəql etmişdir ki, imam Sadiq (ə)-a ərz etdim: Həzrət Peyğəmbər (s)—mənim evimlə minbərimin arası Behişt bağlarından biridir—sözünü buyurmuşdur? Həzrət (ə) buyurdu: «Bəli, buyurmuşdur.

Həmçinin o Həzrət (ə) buyurdu: Əli (ə) və Fatimə (ə)-ın evi həzrət Peyğəmbərin (s) olduğu evin arasından Bəqiyə çatan küçə ilə üz-üzə olan qapıya qədərdir. Əgər o qapıdan içəri daxil olarkən—divar öz yerində qalmış olsa—sənin sol çiyninə dəyəcəkdir». O Həzrət (ə) daha sonra başqa evlərin adını sadaladı».969

915. Əbu Bəkr Xəzrəmi imam Sadiq (ə)-dan rəvayət etmişdir ki, həzrət Peyğəmbər (s) buyurub: «Mənim evimlə minbərimin arası Behişt bağlarından biridir. Mənim minbərim Behişt yollarından birinin üzərindədir. Minbərimin əsası isə Behiştdə bitmişdir».

Əbu Bəkr Xəzrəmi dedi: Bu gün də bağdırmı? İmam Sadiq (ə) buyurdu: «Bəli, pərdə kənara çəkilsə, görərsiniz!»970

916. Cəmil ibni Dərrac nəql etmişdir ki, həzrət imam Sadiq (ə) buyurub: «Həzrət Peyğəmbər (s) buyurmuşdur ki, mənim minbərim ilə evimin arası Behişt bağlarından biridir. Minbərim isə Behişt yollarından birinin üzərindədir. Mənim məscidimdə qılınan bir namaz, Məscidul-həramdan başqa məscidlərdə qılınan min namazla bərabərdir».

Soruşdum: Həzrət Peyğəmbərin (s) evləri ilə Əli (ə)-ın evləri də ondandırmı? Həzrət (ə) buyurdu: «Bəli, üstündür».971

917. Müzarim nəql etmişdir ki, imam Sadiq (ə)dan «Rəvzə» (bağ) haqqında soruşduqda, buyurdu: « Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Mənim evimlə minbərimin arası Behişt bağlarından biridir. Mənim isə Behişt yollarından birinin üzərindədir».

Soruşdum: Sizə fəda olum! Bağın miqyası nə qədərdir? Həzrət (ə) buyurdu: «Minbər tərəfində yerləşən dördüncü sütundan kölgələrə qədərdir».

Soruşdum: Sizə fəda olum! Məscidin həyətindən də bağın bir hissəsi sayılırmı? Həzrət (ə) buyurdu: «Xeyr».972



Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin