HÜCUMU
FİL SAHİBLƏRİNİN ƏHVALATI
Miladi tarixi ilə 535-ci ildə Yəmən hakimi Əbrəhə Həbəşi, Həbəşstan imperatorluğundan ayrılıb, öz ölkəsinin müstəqilliyini e’lan etdi. O, digər imperatorlar kimi başqa yerləri işğal edib, ölkəsinin ərazisini genişləndirmək fikrinə düşdü.
O zaman İran imperiyası ilə Roma imperiyası arasında çox ciddi qarşıdurma var idi. Romalılar Əbrəhəni təhrik edir və onunla əlaqələrini möhkəmlədirirdilər. Lakin, farslar Əbrəhə hökumətinə zidd olan xristianları və həmçinin Yəmən yəhudilərini himayə edirdilər.
Yəmənin həbəşilər tərəfindən işğal olunmasında yəhudilərin də rolu var idi. Belə ki, onlar Zunəvası təhrik edirdilər ki, Nəcran xristianlarını təzyiq altında saxlasın və nəticədə Həbəşə, Yəməni işğal etmək üçün qüvvə göndərsin.
QüLleys
Əbrəhə Həbəşi düşünərək belə qərara gəldi ki, Hicaz torpaqlarını əldə edib, qurudan keçən ticarət yoluna hakim olsun və bununla da Roma imperiyasına qoşulsun.
Romalılar onun bu işini alqışladılar. Çünki, bununla onlar İran imperiyasının sərhəd zonalarında öz hakimiyyətlərini daha da möhkəmlənlirmək imkanı əldə etmiş olardılar. Ona görə də ora xristian dinini yaymaq üçün təbliğatçılar göndərdilər.
Əbrəhə orada çox böyük bir mə’bəd düzəltmək istəyirdi. Bu işdə onun məqsədi ərəblərin nəzərini cəlb etmək, onları həcc və Kə’bə ziyarətlərindən ayırıb, xristianlaşdırmaq idi.
Böyük mə’bədin tikintisi sona çatdı və Əbrəhə ərəbləri ora də’vət etdi. Lakin, ərəb karvanları hələ də müqəddəs Kə’bəyə üz tuturdular.
Əbrəhə Kə’bəni viran edəcəyini e’lan etdi. O, bütün qüvvələrini toplayaraq, qarşıda tə’lim görmüş Afrika filləri olmaqla hərəkətə başladı. Əbrəhə böyük qoşunun önünə keçərək Sən’adan xaric oldu və Məkkəyə tərəf hərəkətə başladı.
Yəmənin ətrafında olan bə’zi ərəb qəbilələri həbəşilərin hücumunun qarşısını almaq istəsələr də məğlub oldular. Bu minvalla Həbəşstan ordusu Məkkəni işğal etmək və Kə’bəni dağıtmaq üçün onlara tərəf irəlilədi.
Həbəşstan qoşunu öz yolunda rastlaşdığı bütün şeyləri mənimsəyirdi. Onlar Məkkə yaxınlığındakı dərələrin birində Haşim oğlu Əbdül-müttəlibin dəvələrini görüb, onları da qarət etdilər.
Qoşunun hücum xəbəri Məkkəyə çatdı. Məkkə sakinləri şəhərdən çıxıb, dağın zirvələrinə çəkildilər. Həzrət Məhəmməd peyğəmbərin (s) babası Əbdül-müttəlibdən başqa şəhərdə heç kim qalmadı.
Kə’bənİn AllahI
Məkkənin böyüyü Həbəşə əsgərlərinin hücumuna mə’ruz qalmasınlar deyə sakinlərə şəhərdən çıxmağı tövsiyə etdi.
Əbdülmüttəlib hamının hörmət etdiyi bir insan idi. Miladi ilə 540-cı ildə o, zəmzəm quyusunu qazdırmışdı və o vaxtdan da bütün camaat ona hörmət edib, rəhbər kimi qəbul etmişdilər.
Əbdülmüttəlib Kə’bəyə üz tutaraq Allah dərgahına raz-niyaz etdi ki, öz şərafətli evini qorusun. O, qəlbinin səmimi sözlərini belə ifadə etdi:
-İlahi! Hamı öz evini qoruyur, sən də evini qoru! Hər bir insan düşmənlərin hücumuna mə’ruz qalan evini müdafiə edir. İlahi! Sən də evini həbəşilərin hücumundan qoru və müdafiə et!
Həbəşə qoşunu Məkkəyə yaxınlaşdı. Şəhəri işğal etmək üçün hazırlıq məqsədi ilə orada düşərgə saldı. Əbrəhə soruşdu:
-Məkkənin böyüyü kimdir?
Ona xəbər verdilər ki, şəhərin böyüyü İbrahim Xəlilin (ə) nəvələrindən olan Əbdülmüttəlib adlı qoca bir kişidir. Əbrəhə onunla danışmaq istədi. Əbrəhənin əmri ilə himyərli bir kişi Əbdülmüttəlibin yanına gedib, ona dedi:
-Padşah deyir ki, müharibə fikrim yoxdur, təkcə Kə’bəni dağıtmaq üçün bura gəlmişəm. Əgər onlar orduya müqavimət göstərməsələr, ordu da Məkkə camaatına hücum etməyəcək.
Əbdülmüttəlib cavab verdi:
-Biz də döyüş istəmirik. Həbəşə qoşunu ilə müharibə etməyə qadir də deyilik.
Əbdülmüttəlib Kə’bəyə tərəf işarə edərək dedi:
-Bu, Allahın hörmətli evidir. Bu, onun dostu İbrahimin (ə) evidir. Yalnız Allah öz evini müdafiə etməyə qadirdir. Onu qorumaq üçün bizim kifayət qədər qüvvəmiz yoxdur.
Əbrəhənin göndərdiyi kişi dedi:
-Əgər sizin müharibə etmək fikriniz yoxdursa, onda padşah sizinlə danışmaq istəyir.
Əbdülmüttəlib həbəşəli Əbrəhə ilə müzakirə etmək və söhbətləşmək üçün Məkkədən çıxdı.
Əbrəhə öz taxtında əyləşmişdi. Onun üçün qiymətli xalılar sərilmişdi.
Əbrəhə Əbdülmüttəlibi gördükdə onun vüqar və heybəti ürəyinə oturdu. Hörmət əlaməti olaraq yerindən qalxdı. Gülərüzlə onu qarşıladı. Onu öz yanında taxtın üzərində əyləşdirib, söhbətə başladı. Ona başa salmaq istəyirdi ki, o, bura yalnız bir məqsədə görə gəlib və o da Kə’bə evini dağıtmaqdır. Əbrəhə tərcüməçiyə üzünü tutaraq dedi:
-Ondan soruş, gör bir istəyi varmı?
Əbdülmüttəlib dedi:
-Həbəşə qoşunu mənim iki yüz dəvəmi götürüb. Mən onları istəyirəm.
Əbrəhə onun sözlərinin tərcüməsini eşitdikdə çox təhqiramiz nəzərlə Əbdülmüttəlibi süzərək dedi:
-Səni gördükdə çox hörmətli bir şəxsə bənzətdim, lakin görürəm ki, elə deyilsən. Sənin və ata-babalarının hörmət etdiyi evi qoyub, məndən öz dəvələrinin qaytarılmasınımı istəyirsən?
Əbdülmüttəlib Əbrəhəyə baxaraq cavab verdi:
-Mən dəvələrin sahibiyəm, Kə’bə evinin isə onu qoruyacaq sahibi vardır.
Əbrəhə məsxərə ilə dedi:
-Məncə yox.
Əbdülmüttəlib isə çox möhkəm iman və arxayınlıqla dedi:
-Tezliklə görəcəksiniz.
Əbrəhə narahat oldu və müzakirəni sona çatdırmaq üçün yerindən qalxdı. Əbdülmüttəlib də ayağa durdu. O, Kə’bəyə yollandı. Kə’bənin müqəddəs qapısının dəstəyini tutub, tərpətdi və ağlayaraq dedi:
-İlahi! Hər bir insan təhlükəni və düşməni evindən uzaqlaşdırır. Sən də düşmənini evindən uzaqlaşdır!
hüCum
Səhərin ilk saatlarında Həbəşə qoşunu Kə’bəyə tərəf irəliləməyə başladı. Kə’bəni dağıtmaq üçün ayrılmış ağ fil qoşunun önündə hərəkət edirdi.
Əbrəhə təpənin başından öz qoşununun irəliləməsinə baxırdı. O inanırdı ki, ərəblərin hörmət etdiyi Kə’bəni tezliklə viranəyə çevirəcəkdir.
Onlar belə qərara gəlmişdilər ki, öncə ağ fil Kə’bəni titrədib ilk zərbəni vursun və sonra əsgərlər külüng və nizələrlə onu yerlə yeksan etsinlər.
Məkkə camaatı Kə’bə ətrafındakı dağların başından tamaşa edib, orada baş verən hadisələri görmək istəyirdilər. Onlar İbrahim Xəlilin (ə) tikdiyi evə artıq ümidsizliklə baxırdılar.
Əbdül-müttəlib hamıdan çox nigaran idi. Məkkə tacirləri də qəm-qüssə içində idilər. Lakin, onların qəm-qüssələri öz şəxsi mənafelərindən ötrü idi. Çünki, Məkkə hələ qədimdən çox böyük bir ticarət mərkəzinə çevrilmişdi.
Ədül-müttəlibin oğlu Abdullah Şama səfər etmiş, həyat yoldaşı Amənəni isə Əbdül-müttəlibin evində qoymuşdu. İndi Amənə də Məkkə camaatının yanında idi və hamilə olduğu uşaq barəsində fikirləşirdi.
fİlİn hərəkətİ
Ağ fil Kə’bəyə yaxınlaşdı. Gözlənilmədən qəribə bir hadisə baş verdi. Fil öz sahibinin sözünə baxmayaraq dayandı. Geri qayıtmaq istəyirdi, lakin, fili sürən onu qamçıyla möhkəm vururdu. Amma, bunun da faydası olmadı. Baş sərkərdə olan Əbrəhə təəccüblə macəraya baxır və qəzəblə öz mə’murlarının başına qışqırırdı.
Fili minən şəxs mümkünsüz işi görməyə çalışırdı. O çalışırdı ki, fili Kə’bəyə tərəf hərəkət etməyə vadar etsin. Lakin, fil bir addım da irəli getmirdi.
Qəribə bir hadisə baş verdi. Fil dizi üstə yerə çökdü. Əmr icrasız qaldı. Çünki, fil itaətsizlik göstərdi və heç kəs onu hərəkətə gətirməyə qadir olmadı.
Əgər Əbrəhənin bir zərrə imanı olsaydı, odlu qamçı zərbələri altında olan filin nəyə görə belə etməsi barədə fikirləşərdi. Lakin, o, qürurlu idi və öz hakimiyyət və böyüklük istəyindən başqa bir şey düşünmürdü.
Qəfildən üfüqdə buluda oxşar bir qaraltı göründü. Lakin, o, qaraltı deyildi. Onlar quş dəstələri, özləri ilə kiçik daşlar gətirən Əbabil quşları idilər. Bu daşlar alov şö’lələri tək isti idilər.
Quşlar Həbəşə əsgərlərinin başları üzərinə uçub cəhənnəm yağışına başladılar. Quşlar bir-birinin ardınca dəstə-dəstə hücumlar edirdilər. Bir dəstə öz daşlarını atır və digər dəstə gəlirdi.
Həbəşə əsgərləri arasında hərc-mərclik düşdü. Daşlar düz hədəfə dəyir və işğalçılar milçək kimi yerə sərilirdilər.
Əbdülmüttəlib hadisəyə tamaşa edirdi. Təvazökarlıq halı onu bürümüşdü və gözlərindən iman parlayırdı. Bəli, bu, Allahın qüdrəti idi.
Əbrəhə qaçan vaxt qamçı ilə atının arxasını qana buladı. Amma, Əbabil quşları öz odlu güllələri ilə onu tə’qib edirdilər. Əbrəhə öz ölkəsinin paytaxtı Sən’aya çatdı. O, şəhərin qapısı yanında atından yıxıldı. Onun bərəlmiş gözləri qorxu və həyəcanından xəbər verirdi.
cansız cəsədlər
Əbdülmüttəlib Kə’bəyə gəldi. Kə’bənin ətrafına diqqətlə baxdıqda orada çoxlu yanmış bədən müşahidə etdi. Ora çox qorxulu bir döyüş meydanına çevrilmişdi.
nurun doğulması
Hələ Əbdülmüttəlib Kə’bənin xilas olma müjdəsini və Allahın işğalçılardan intiqam alması xəbərini Məkkə camaatına verməmiş, mübarək bir övladının doğulma xəbərini aldı. Bəli, Amənədən bir uşaq doğulmuşdu.
Sevincindən Əbdülmüttəlibin üzü güldü. Çünki, bir tərəfdən Allah-təala öz evini qorumuş və digər tərəfdən Amənə dünyaya xeyir və bərəkətli bir uşaq gətirmişdi.
Əbdülmüttəlib nəvəsini qucağına aldı və dedi:
-Adını Məhəmməd qoyuram.
Camaat təəccüblə ondan soruşdular:
-Niyə bu adı ona qoyursan?
Əbdülmüttəlib dedi:
-İstəyirəm yer və göylərdə tə’rif olunsun.
amul-fİl (fİl İlİ)
Məkkə camaatı sevincək öz evlərinə qayıtdılar. Əbdülmüttəlibsə Kə’bəni işğalçıların murdar bədənlərindən təmizləmək üçün ora yollandı.
Bu xəbər ərəb qəbilələri arasında yayıldı. Kə’bənin hörməti daha da artdı. Camaat o ili «Fil ili» adlandırdılar.
Həzrət Məhəmməd peyğəmbər o ildə dünyaya göz açdı. Qırx ilə yaxın bir müddətdən və Həzrət Məhəmməd peyğəmbərin (s) şərafətli ömründən qırx bahar keçdikdən sonra Cəbrayıl nazil olaraq ona peyğəmbərliyə çatmasını müjdə verdi. Mübarək «Fil» surəsi, ilk surələrdən olub, fil ilində baş verən hadisəni Məkkə camaatının yadına salır:
«Ya Peyğəmbər! Məgər Rəbbinin fil sahiblərinə (Kə`bəni dağıtmaq üçün fillərlə Məkkənin üstünə gələn həbəş ordusuna) nələr etdiyini görmədinmi?!
Məgər (Rəbbin) onların hiyləsini boşa çıxartmadımı?!
Onların üstünə əbabil quşları göndərdi.
(O quşlalr) onlara siccil (cəhənnəm daşları) atırdı.
(Rəbbin) onları (həşərat tərəfindən) yeyilmiş əkin yarpağına döndərdi!»
Əbdülmüttəlib cəddi İbrahim Xəlilin (ə) dini olan Hənif dininin ardıcılı idi. Allah-təala Kə’bəni həbəşilərin hücumundan xilas etdikdə, camaat Əbdülmüttəlibin məqamına və Sübhan Allahın yanında onun dəyərinə vaqif oldular. Əbdülmüttəlib Hübəl, Lat və Üzza kimi bütlərdən kömək istəmədi. O, yalnız Allahın dərgahına ağlayaraq üz tutdu.
tİCarət
Məkkə şəhəri çox mühüm bir ticarət mərkəzinə çevrildi. Qüreyş karvanları yayda Şama, qışda isə Yəmənə ticarət səfərlərinə gedirdilər. Qüreyş tacirləri yolda digər qəbilələrin hücumundan amanda idilər və bu, bütün ərəblərin hörmət bəslədiyi Kə’bəyə görə idi.
Həzrət Məhəmməd (s) peyğəmbərliyə seçiləndə Allah-təala Kə’bəni hücumdan xilasetmə lütfünü xatırlatdı. O, özünün Qüreyşin rahat və təhlükəsiz səfərlərinə aid olan lütfünə də işarə edib, buyurmuşdur:
“1.(Allah fil sahiblərini belə etdi) ki, Qüreyş (tayfası) bir-birləri ilə ülfət etsinlər.
2.Elə bir ülfət ki, qış və yay səfərlərində bərqərar olsun.
3.Belə isə (bu dostluğun şükrünü yerinə yetirmək üçün) gərək Kə`bənin yeganə olan Allahına sitayiş edəsiniz ki,
4.Onlara aclıq vaxtı yemək verdi və qorxu və təhlükədən amanda saxladı.”
Öz gündəlik namazlarımızda Allah-təalaya üz tutduğumuz zaman Kə’bəni yad etməliyik. Kə’bə Allahın möhtərəm evi, İbrahim (ə) və İsmayılın (ə) tikdiyi evdir. Diqqət yetirmək lazımdır ki, bu əzəmətli ev bizim qüdrət, izzət və iftixar nişanımızdır. Kə’bə islamın yeganə gövhəridir. Kə’bə islam dünyasının ürəyi və bütün müsəlmanların qibləsidir.
Mündəricat
ata və anamIz adəm və həvva 3
YER 3
İlK İnsan - adəm (ə) 4
HƏVVA 5
ŞEYTAN – İNSANIN DÜŞMƏNİ 6
AĞAC 6
Yerə enmək 7
GÖRÜŞ 9
İş və yaşayış 10
qabİl və habİl 10
NİCat Gəmİsİ 17
HƏZRƏT NUHun (Ə) ƏHVALATI 17
allahIn bİrlİyİnə də`vət 18
nİfrİn 20
NİCat Gəmİsİ 20
İntİzar 22
təndirdən su Çıxdı 22
tufan 23
qərq olmuş övlad 23
Müqəddəs sözlər 24
Nuhun (ə) təvəssül etdiyi MÜBARƏK adlar 26
qəzəb tufanı 29
HƏZRƏT HUDUN (ə) ƏHVALATI 29
QƏRİBƏ ŞƏHƏR - İrəm 30
qıtlıq 30
İman - xeyİr və bərəkət deməkdİr 31
dağıdıCı tufan 31
“Bu, Allahın dəvəsİdİr.” 34
Həzrət Salehİn əhvalatı 34
Müqəddəs daş parçası 35
Allahın dəvəsİ 36
Dəvənİn balası 37
Qarşıdurma 37
Hİylə 37
CİNAYƏT 38
Günahsız dəvə balası 39
BÜT SINDIRAN 41
Həzrət İbrahİmİN (ə) ƏHVALATI 41
İBRAHİMİN (Ə) DOĞULMASI 41
BÜTLƏR 42
AZƏR 42
İMANLI CAVAN 43
BAHAR 44
MÜHAKİMƏ 45
DÖRD QUŞ 47
BÖYÜK ALOV 48
KÖÇ 49
HACƏR 50
FƏLƏSTİN 51
İSMAYIL 51
İSHAQ 52
KƏ`BƏ EVİNİN TİKİLMƏSİ 53
SONUNCU İMTAHAN 53
XƏLİL 55
Səma daşları 56
Həzrət Lutun əhvalatı 56
Sədum camaatı 57
Xarabalıqlar və İbrət dərsİ 61
Bİsmİllahİr-rəhmanİr-rəhİm 61
QURBANLIQ 63
Həzrət İsmayılın əhvalatı 63
Müjdə 63
Hİcrət 64
Kə’bəyə doğru 64
Vİdalaşma 64
Su 65
Curhum qəbİləsİ 66
Kə’bə - tÖvhİd nİşanəsİ 67
İbrahİm (ə) həccİ 68
YUXU 68
Qurbanlıq 69
«Mən İkİ qurbanlığın oğluyam» 70
Bİsmİllahİr-rəhmanİr-rəhİm 71
Ey doğru danışan! 72
Həzrət Yusİfİn (ə) əhvalatı 72
YUXU 73
Hİylə 74
İNSAN SİMALI CANAVARLAR 75
Quyunun dİbİndə 76
Uzun muddətlİ kədər 77
Quyuda cəvahİr 78
Karvan 78
Mİsİr 79
Çətİn İmtahan 80
Mələk 82
Zİndan 83
Allaha də’vət 84
Padşahın yuxusu 84
İqtİsadİ çətİnlİk 85
Əkİnçİlİk 87
Qıtlıq və quraqlıq 87
Fələstİndən bİr karvan 88
QAYIDIŞ 89
Yə’qubun nİgaranlığı 90
Həqİqət 91
Plan 91
Mən Yusİfəm 93
Qəm-qüssənİn sonu 95
Yusİfİn yuxusunun tə’bİrİ 96
Günəş, ay və ulduzlar 96
Həqİqİ tövbəkar 97
Həzrət Əyyubun əhvalatı 97
ƏYYUBUN EVİ 98
ŞEYTAN 99
İMTAHAN 99
ƏYYUBUN SƏBİRİ 101
HƏVRAN CAMAATI 101
SƏHRADA 102
ACLIQ 102
YAŞAYIŞ BAHARI 103
DƏRİNLİKLƏRƏ SƏFƏR 106
HƏZRƏT YUNUSUN ƏHVALATI 106
tövbə 106
dənİzdə 107
dənİzİn dərİnlİKlərİndə 108
nİCat sahİlİ 108
BİSMİLAHİR-RƏHMANİR-RƏHİM 109
MƏDYƏNƏ DOĞRU 110
HƏZRƏT ŞÜEYBİN ƏHVALATI 110
alverdə yalanÇIlIq 110
qarşIdurma və KeşməKeş 111
əyKə saKİnlərİ 112
İşİn sonu 113
KEÇİD 115
Həzrət Musanın əhvalatı 115
Nİlİn hədİyyəsİ 115
Əlaqələr 115
Heyvanlar 116
Yazmaq 116
Mİsİrİn tarİxİ 116
Bənİ İsraİl 116
Və’d olunmuş uşaq 117
Fİr’onun sarayı 118
Allahın və’dəsİ 119
Mumfİs 120
Zülmlə mübarİzə 121
Hİylə 122
Mədyənə doğru 123
İlahİ rəhmət 124
Əmanətdar və qüvvətlİ İnsan 124
Vətənə qayıdış 125
Səma nİdası 126
Qarşılaşma 128
Cadugərlərİn məğlubiyyətİ 131
Qarşıdurma 134
QARUN 135
AZADLıQ 136
İşİn sonu 138
Mumya 139
Sİnay yarımadasında 140
Susuzlar 141
Bütpərəstlİk ruhu 141
MənN və Səlva 142
VƏ`DƏ YERİ 142
Azğınlıq 143
MUSANIN QAYIDIŞI 144
TUR DAĞI 145
SOğAN 146
MÜQƏDDƏS TORPAQ 146
SƏRGƏRDANLIQ 147
İNƏK 147
XIZR 148
TÖVRAT 150
Qələbə daşı 152
Talut və Calutun ƏHVALATI 152
TALUT 153
İmtahan 154
QƏLƏBƏ DAŞı 155
Musanın zİrehİ 156
İman ölkəsİ 159
HƏZRƏT Davud və Süleymanın ƏHVALATI 159
İMTAHAN 159
YENİ HÖKM 160
HİKMƏTLİ SÜLEYMAN 161
Süleymanın qarışqası 162
Səbadan xəbərlər 163
YƏMƏNƏ SƏFƏR 164
DÖYÜŞLƏ HƏDƏLƏMƏK 166
BİLQEYSİN QƏRARı 167
İMAN QÜDRƏTİ 167
GÖRÜŞ 168
ŞÜŞƏ HOVUZ 169
AQİBƏT 170
QARıŞQA 170
RUHUN QAYıDıŞı 171
HƏZRƏT ÜZEYİRİN ƏHVALATI 171
BAĞA DOĞRU 172
GÜNLƏR ötür 173
RUHUN QAYıTMASı 173
QAYıDıŞ 174
YARANıŞ MÖ`CÜZƏSİ 177
ALİ-İMRAN ƏHVALATI 177
NƏZİR 177
BƏTUL 178
QıŞDA XURMA 179
ZƏKƏRİYYANıN DUASı 179
MÖ`CÜZƏ 180
MÜJDƏ 181
MƏN ALLAHıN BƏNDƏSİYƏM 182
MÖHTƏRƏM AİLƏ 183
İLAHİ MƏHƏBBƏT 184
Həzrət Yəhyanın ƏHVALATI 184
MİSİRƏ DOĞRU 184
SƏMAVİ KİTAB 185
HERODİS 185
BAYRAM MƏCLİSİ 185
MƏSİHİN QAYıDıŞı 188
ALLAHIN RUHU 189
HƏZRƏT İSANIN əhvalatI 189
SƏMAVİ E`LAN 189
QARŞıDURMA VƏ KEŞMƏKEŞ 190
HƏVARİLƏR 191
AZİR 191
SƏMAVİ YEMƏK 191
DƏNİZİN SAHİLİNDƏ 193
ŞƏFA 193
HİYLƏ 194
MƏSİHİN ƏZİYYƏTLƏRİ 195
XAÇ 196
İMANLI CAVANLAR 197
ƏSHABİ-KƏHFİN ƏHVALATI 197
FİLADELFİYA 197
YEDDİ CAVAN 198
MAĞARAYA DOĞRU 198
uZUN YUXU 199
TƏRACANIN ÖLÜMÜ 199
SALEH PADŞAH 199
TƏHLÜKƏLİ TAPŞIRIQ 200
BAZARDA 201
BÖYÜK HƏQİQƏT 201
ƏHVALATIN SONU 202
DOQQUZ İL ARTIQ 204
ƏBABİL QUŞLARININ 205
FİL SAHİBLƏRİNİN ƏHVALATI 205
QüLleys 205
Kə’bənİn AllahI 206
hüCum 207
fİlİn hərəkətİ 208
Cəhənnəm YAĞIŞI 208
cansız cəsədlər 208
nurun doğulması 208
amul-fİl (fİl İlİ) 209
tİCarət 209
Dostları ilə paylaş: |