Бисмиллащир рящманир рящим


Mələklər haqqında müxtəlif baxışlar



Yüklə 3,12 Mb.
səhifə12/16
tarix21.10.2017
ölçüsü3,12 Mb.
#8740
1   ...   8   9   10   11   12   13   14   15   16
Mələklər haqqında müxtəlif baxışlar

Molla Sədra "Məfatihül-qeyb" kitabında mələklər haqqında altı mülahizə söyləmişdir ki, bu əsərdə onları yada salmaq yerinə düşər:



  1. Bəzi alimlərin əqidəsinə görə mələklər lətif cism və havadan ibarətdir. Onlar Göylərdə yerləşir və müxtəlif şəkillərə düşə bilirlər.

  2. Bütpərəstlər isə öz baxışlarına uyğun belə güman edirlər ki, mələklər gerçəklikdə elə Göylərdə olan ulduzların bir qismidir. Bunların iki sifəti vardır: uğur və nəhs sifəti. Rəhmət mələkləri uğur və səadət gətirər. Nəhs və şər gətirən mələklər isə əzab və işgəncə gətirər.

  3. Zərdüştlüyə bağlı olan məcusilər (atəşpərəstlər) isə belə fikirləşirlər ki, dünya iki əzəli tərkibdən ibarətdir: nur və zülmət. Hər ikisi şəffaf cövhərdən ibarət olub qüdrət və ixtiyar sahibidir. Onlar eyni zamanda bir-biri ilə təzad və mübarizə halındadır. Nurlu-işıqlı cövhər xeyir və əmin-amanlığa, zülmətli cövhər isə şər və iztiraba səbəb olur.

  4. Nəsara xaçpərəstlərin fikrincə, mələklər öz substansiyasına görə nitqə malikdir. Onlar öz qəliblərindən uzaq və ayrı olur. Mələklər canlı varlıqdır, lakin cismani deyil və hər hansı məkana sığmır.

  5. Bir sıra filosofların nəzərincə, mələklər öz substansiyası ilə mövcud olan cövhərdən ibarətdir və məkana sığmır. Lakin öz mahiyyətinə görə bəşərə xas olan natiqə nəfslə müxalifət təşkil edir. Onlar güc baxımından insanlardan qüdrətlidir. Onların elmi, əhatə və düzəni daha genişdir. Mələklər insan nəfsində Günəş şüaları kimi işıq saçır.

  6. Bəzi filosoflar isə başqa bir növ mələklərin olduğunu sübut etməyə çalışmışlar. Bu isə Yer mələkləri adlanır. Həmin mələklər bu dünyanın işlərini sahmana salır və dünyəvi işlər üçün tədbir görürlər. Əgər mələklər tədbir görərkən dünya işlərini xeyir və yaxşılıq məcrasına yönəldirsə, onlar gerçək mələklər sayılır, yoxsa əgər, şər və pis işlərə sövq edirsə, şeytan adlanır [74].
Mələklərin qeyri-maddi olması

Quran ayələri və rəvayətlər üzərində aparılan araşdırmalardan belə bir nəticəyə gəlmək olur ki, mələklər maddi xüsusiyyətlərə malik deyil, onların bir qismi timsal, bir qismi isə tam mücərrəd anlamlardır. Bu məsələni təsdiqləyən dəlilləri bir neçə qismə ayırmaq olar:



  1. Quran ayələri Cəbrailin ruh halında peyğəmbərin (s) qəlbinə nazil olmasını bəyan edir ki, bu da mələklərin bir qisminin mücərrəd olmasını göstərir.

Bu məsələni aydınlaşdırmaq üçün öncə işarə etdiyimiz bir-iki ayəni bir daha xatırlamalı oluruq.

Bəqərə surəsi, 97-ci ayə:

(Ya Məhəmməd!) Cəbrailə düşmən olan şəxsə söylə ki, həqiqətən, o, (Cəbrail) özündən əvvəlkiləri (Tövratı və İncili) təsdiq edən, möminləri doğru yola yönəldən, (onlara) mücdə verən Quranı Allahın izni ilə sənin qəlbinə çatdırmışdır (nazil etmişdir).

Şüəra surəsi, 192-194-cü ayələr:

Şübhəsiz ki, bu (Quran) aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir!

(Günahkarları Allahın əzabı ilə) qorxudan peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə (nazil etdi);

Yuxarıdakı ayələrə görə, Cəbrail bir mələk olaraq Məhəmməd peyğəmbərin (s) ruhuna nazil olmuşdur. Bu mənada peyğəmbərin (s) ruhu ilə Cəbrail arasında uzlaşma və tənasüblük olmalıdır ki, birisi o birisinə nazil ola bilsin. Ruh mücərrəd bir anlam olduğuna görə, ona nazil olan Cəbrail də bir mələk kimi mücərrəd və qeyri-maddi varlığa malik olmalıdır.



  1. Rəvayətlərdə çoxsaylı mələklərin təbiət aləminə nüzul etməsindən bəhs edilir ki, onlar Göylərə və Yerə enir və varlıq aləmi ilə birgə olurlar. Həmin mələklər qeyri-maddi varlıq kimi təsəvvür edilir. Ayə və rəvayətlərdə deyilir ki, onlar yağış damlaları ilə aşağı enir, hər bir şəxsi və ya onun əməlini müşahidə və müşaiyət edirlər. Bu mələklərin çoxu Qədr gecəsi peyda olurlar. Bu sayaq ayə və rəvayətlərin məzmunundan bəlli olur ki, maddi və cismani varlıqların hərəkəti mələklərin nizamlı halda nüzuluna heç bir əngəl törədə və onların enməsini poza bilməz. Əgər mələklər maddi varlığa malik olsaydılar, onların hərəkəti zamanı maddi varlıqlarla toqquşma yaranardı və ya maddi aləmdəki şeylər mələklərin nüzuluna mane olardı. Axı Göy və Yer mələklərlə dolu olur, onlar bütün varlıqları müşaiyət edirlər. Başqa bir yandan, adi adamlar heç bir hissi duyğu ilə mələkləri müşahidə edə bilməzlər. Deməli, mələklər qeyri-maddi varlıqdır. Cəbraildən nəql edilən rəvayət və hədislər mələklərin qeyri-maddi olduğunu sübut edir və bu baxımdan peyğəmbərdən (s) söylənilən bir hədis maraqlıdır:

"Peyğəmbər Cəbraili gördü; o sanki şəbnəm damlaları kimi bitkinin gövdəsində mirvarid kimi şəfəq saçırdı. Onun 600 qanadı vardı və bu qanadlar Göy və Yer arasındakı fəzanı bürümüşdü" [75].

  1. Şeytan və mələklərin insan içində yaratdığı vəsvəsə və ilham barəsində söylənilən rəvayətlərdə mələklərin qeyri-maddi olduğu bildirilir. Mələklərin mömin insanlara göstərdiyi təsirdən bəhs edən rəvayətlər onların qeyri-maddi varlığına dəlalət edir:

"Hər bir möminin qəlbində iki qulaq vardır: bir qulağa gizli vəsvəsə, o biri qulağa isə mələkdən ruh damar. Allah mömini mələk vasitəsilə gücləndirər. Allahın dediyi və buyurduğu budur. Allah Öz tərəfindən nazil etdiyi ruhla möminləri gücləndirər".

Bu rəvayəti şərh edən Əllamə Təbatəbai belə yazır:

"Bir sözlə, bizim qəlbimizə ilham kimi qonan yaxşılıq və pislik duyğusu nəfsimizin hədisindən başqa bir şey deyildir. Bu isə zehnimizə nazil olan ruhi təsirdən qaynaqlanır. Nəfsin hədisi isə şeytan və ya mələyin sözüdür. Bu bir sözdən ibarətdir və bu sözü deyən də birdir. Əgər bizimlə danışan mələk maddi varlığa malik olsaydı, bir-biri ilə birləşən iki varlıq arasında ünsiyyət nəticəsində biz onun sözünü eşidə bilərdik. Mələyin insan nəfsi ilə ünsiyyəti qeyri-maddi ünsiyyətdir – yəni qulağa deyilən söz kimi deyil. Deməli, insan nəfsi ilə mələk arasındakı əlaqə qeyri-cismani bir əlaqədir. Deməli, bu mələk timsaldır və burada bizimlə onun cismani birliyinə lüzum yoxdur. Bu məsələ fitnətörədən şeytan barəsində də düz gəlir" [76].


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin