Yeni iştirakçılar və ya əvəzedicilər. Fəaliyyət növlərində müxtəlifliyə can atan və ya sahədə istifadə edilməsi mümkün olan yeni vərdişlərə sahib olan kampaniyalar
Sahədə rəqabət. Fəal, bacarıqlı və strateji qrupa daxilolma yolunda maneələri aşmağa səy göstərənlər
Strateji qrup
Müqayisə amilləri
1. Əsas rəqibləri müəyyənləşdirmək;
2. Rəqiblərin hansı məhsulları (xidmətləri) təklif etdiyini müəyyənləşdirmək;
3. Rəqiblərin satış taktikalarını və nəticələrini araşdırmaq;
4. Rəqiblərin məhsullarının (xidmətlərinin) marketinqini necə həyata keçirdiyini təhlil etmək;
Bazarda əsas rəqabət istiqamətini aşkarladıqdan sonra hansı aspektləri müqayisə etməyi müəyyənləşdirmək vacib əhəmiyyət kəsb edir. Müqayisə aşağıdakı amillər üzrə aparıla bilər:
5. Rəqiblərin məzmun (kontent) strategiyası üzrə qeydlər götürmək;
6. Rəqiblərin marketinq məzmununda müştərilərlə qarşılıqlı münasibət səviyyəsini təhlil etmək;
7. Rəqiblərin marketinq məzmununu necə təşviq etdiyini müşahidə etmək;
8. Rəqiblərin sosial mediada fəaliyyətinə, strategiyalarına və platformalarına nəzər yetirmək;
9. Rəqiblərin zəif tərəflərini, güclü tərəflərini, imkanları və təhdidləri öyrənmək üçün GZİT (güclü və zəif cəhətlər, imkanlar və təhdidlər, SWOT) təhlili aparmaq
Müqayisə amilləri
GZİT
Rəqibin təhlilində (biznes, satış və marketinq) hər bir komponentin qiymətləndirildikcə, sadələşdirilmiş GZİT təhlili də aparılmalıdır. Bu, rəqiblərin ümumi qiymətləndirməsini apararkən, onların güclü tərəfləri, zəif tərəfləri, imkanları və təhdidləri üzrə qeyd götürməyi nəzərdə tutur.
Bunun üçün aşağıdakı bəzi suallar əhəmiyyətli ola bilər:
• Rəqib bazarda imkanlar müəyyənləşdiribmi?
• Bu rəqib hansı sahələrdə təhdid hesab edilə bilər?
• Onlar nədə yaxşı ola bilərlər?
• Şirkətin brendinin rəqib brenddən üstünlüyü nədədir?
• Rəqibin ən zəif tərəfi nədir?
• Rəqibin şirkətin brendi ilə müqayisədə hansı üstünlüyü var?
• Rəqib hansı sahədə uğurlu fəaliyyət göstərir? (Məhsullar, məzmun marketinqi, sosial media və s.);