Bunları etməklə rəqiblərin zəif cəhətlərini şirkətin güclü tərəfləri ilə və əksinə müqayisə edilə biləcək. Həmçinin bunu etməklə şirkəti daha yaxşı mövqeləndirmək olar.
GZİT (SWOT) təhlili şəklində ümümiləşdirilir. GZİT təhlili şirkətin güclü, zəif tərəflərini (daxili mühit) göstərməklə bərabər, potensial imkanlarını və təhlükələrini (xarici mühit) də ümumiləşdirməyə imkan verir.
GZİT təhlilində xarici mühit (imkanlar, təhlükələr) bəzən PEST təhlilinin köməkliyi ilə qiymətləndirilir. PEST təhlili ilə siyasi (political), iqtisadi (economic), sosial (social) və texnoloji (technological) mühit araşdırılır.
Resurs təhlili
Daxili mühitin təhlilinə isə bəzən resurs təhlili deyilir. Çünki şirkətin güclü və ya zəif cəhətləri resursların (insan, maliyyə, fiziki, informasiya resursları) vəziyyəti, gücü ilə əlaqədardır.
Məsələn, şirkətin işçilərinin peşəkarlığı, verilən qərarlar, motivasiya sistemi və s. insan resurslarının vəziyyətini göstərir. Digər tərəfdən, maliyyə vəziyyəti, kapitala çıxışı və s. maliyyə resurslarının durumunu təsvir edir.
GZİT təhlilinin yekunu olaraq bir çox hallarda GZİT matrisindən istifadə edilir:
G (güclü cəhətlər) – Hansı rəqabət üstünlükləri var?
– Təchizat zəncirinin çevikliyi
İ (imkanlar) – Potensial müştərilərin miqyası.
– Yeni bazarlar.
– İşçilərin peşəkarlığının artırılma imkanları.
Z (zəif cəhətlər) – Hansı resursların çatışmamazlığı var?
T (təhlükələr) – Hansı məhsullar üzrə mövqe geriləməsi gözlənilir?
– Yeni, daha güclü rəqiblərin meydana gəlməsi və s.
Strateji plan
Növbəti mərhələ strateji planın hazırlanma mərhələsidir ki, burada GZİT matrisindəki imkanlardan maksimum yararlanmaq istiqamətdə konkret hədəflər göstərilir.
Strategiya zəif cəhətləri aradan qaldırmağı, güclü cəhətlərdən istifadə etmək, təhlükələrdən yayınmaq və uzunmüddətli dövr üçün imkanlardan maksimum yararlanmağı nəzərdə tutur.