##Bölmə: Azərbaycan ##Qrup №: 501 qiyabi ##Fənnin adı


##num= 6// level= 1// sumtest=29 // name= Roman janrında əxlaqi - mənəvi axtarışlar xxx //



Yüklə 0,75 Mb.
səhifə6/12
tarix22.02.2020
ölçüsü0,75 Mb.
#102147
1   2   3   4   5   6   7   8   9   ...   12

##num= 6// level= 1// sumtest=29 // name= Roman janrında əxlaqi - mənəvi axtarışlar xxx //


1. Romanların adları və obrazları arasında düzgün uyğunluğu müəyyən edən cavab hansıdır?

I. “Ölüm hökmü”

II. “Qətl günü”

III. “İdeal”

1 - Muxtar Kərimli, 2. Gülgəz, 3. Gülbəniz, 4. Abdul Qafarzadə, 5. Roza, 6. Səlimə, 7. Mark Georgiyeviç, 8. Nəcəf Ağayeviç, 9. Səməd

A) I - 4, 5, 8; II - 1, 6, 7; III - 2, 3, 9

B) I - 1, 2, 3; II - 4, 5, 6; III - 7, 8, 9

C) I - 4, 5, 7; II - 1, 2, 6; III - 3, 8, 9

D) I - 4, 7, 8; II - 1, 5, 2; III - 3, 6, 9

E) I - 4, 5, 6; II - 1, 2, 9; III - 7, 8, 3

2. Romanların adları və obrazları arasında düzgün uyğunluğu müəyyən edən cavab hansıdır?

I. Beşmərtəbəli evin altıncı mərtəbəsi

II. Yasamal gölündü qayıqlar üzürdü.

III. Dalanda

1 - Hikmət, 2. Qafar, 3. Fəridə, 4. Büllur, 5. Zaur, 6. Dadaş, 7. Cəmilə, 8. Qəmər, 9. Spartak

A) I - 5, 6, 9; II - 1, 4, 7; III - 2, 3, 8

B) I - 4, 5, 6; II - 1, 2, 3; III - 7, 8, 9

C) I - 1, 8, 9; II - 2, 6, 7; III - 3, 4, 5

D) I - 6, 7, 8; II - 4, 5, 9; III - 1, 2, 3

E) I - 2, 3, 4; II - 1, 5, 9; III - 6, 7, 8

3. Mənəvi dünyalarının zənginliyi, bütövlüyü, fərdi düşüncə özünəməxsusluğu ilə yadda qalan bu obrazlarla aid olduğu romanların adları arasındakı uyğunluğu göstərən cərgəni tapın

I. “Beşmərtəbəli evin altıncı mərtəbəsi”

II. “Yasamal gölündə qayıqlar üzürdü”

III. ”Toğana”

IV. “Ölüm hökmü”

V. “Səs” və “Günah duası”

1 - Haley, 2. Murad İldırımlı, 3. Rüfət, 4. Adil, 5. Səməd, 6. Hikmət, 7. Təhminə, 8. Büllur, 9. Zaur

A) I - 7, 9; II - 6, 8; III - 4, 5; IV - 2; V - 1, 3

B) I - 6, 2; II - 8, 9; III - 3, 4; IV - 7; V - 1, 5

C) I - 1, 2; II - 3, 4; III - 5, 6; IV - 8; V - 7, 9

D) I - 1, 9; II - 2. 8; III - 3, 7; IV - 4; V - 5, 6

E) I - 8, 9; II - 6, 7; III - 3, 5; IV - 1; V - 2, 4

4. Əsərdə son çimərlik gəzintisindən sonra “intim həyat” qəhrəmanları bizi tərk edir və biz həyata və hadisələrə fərqli düşüncə ilə yanaşan obrazlarla “üzbəüz” qalırıq. Söhbət hansı əsərdən gedir?

A) “Beşmərtəbəli evin altıncı mərtəbəsi”

B) “Baladadaşın toy hamamı”

C) “Vahimə”

D) “Ağ dərə”

E) “Dalanda”

5. Təhminə, Zaur, Nemət Anarın hansı əsərlərinin ortaq qəhrəmanlarıdır?

1 - “Beşmərtəbəli evin altıncı mərtəbəsi”

2 - “Əlaqə”

3 - “Macal”

4 - “Ağ liman”

5 - “Dantenin yubileyi”

A) 3, 4

B) 1, 4

C) 3, 5

D) 2, 4

E) 1, 3

6. “Dalanda” romanında milli - mənəvi dəyərlərə əhəmiyyət verməyən obrazlar hansı cərgədə düzgün göstərilib?

1 - Gülsafa

2 - Fəridə

3 - Qəmər

4 - Qafar

5 - Mahmud

A) 1, 2

B) 2, 3

C) 3, 4

D) 4, 5

E) 1, 5

7. “Dalanda” romanında etdiyi əxlaqsız hərəkətləri hünər sayan və bununla öyünən qəhrəman və ona rəğbət bəsləyən obraz hansı cərgədə düzgün verilib?

1 - Qəmər

2 - Gülsafa

3 - Qafar

4 - Fəridə

5 - Mürşüdov

A) 1, 2

B) 1, 4

C) 3, 4

D) 4, 5

E) 2, 5

8. “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ndə Zaurun Təhminənin evindən gedərkən “qapını çırpıb çıxması” və atası evinə qayıtması, ona hədiyyə alınmış “Volqa”nı qəbul etməsi və hətta Spartakın bacısı ilə evlənməsinin səbəbləri hansı cərgədə düzgün göstərilmişdir?

1 - Zaurun Təhminəyə xəyanətinin

2 - “Çılğınlığ”ın nəticəsidir

3 - Mənəvi iflasın

4 - Yüz ölçüb, bir biçməyin

5 - Ata - anasını razı salmaq istəyinin

6 - Təhminəyə ibrət dərsi vermək istəyinin

A) 1, 2

B) 2, 6

C) 3, 4

D) 5, 6

E) 2, 3

9. Romanın ilk səhifələrində təhkiyəçi - qəhrəman öz düşüncə - monloqlarının axarına vaxtı ilə anasının danışdığı rəvayəti salır. Söhbət hansı romandan gedir?

A) “Yasamal gölündə qayıqlar üzürdü”

B) “Azıxa doğru”

C) “Beşmərtəbəli evin altıncı mərtəbəsi”

D) “Ağ dərə”

E) “Ölüm hökmü”

10. Hansı romanların süjetini şərti olaraq “eksperimental süjet” tipinə aid etmək olar? Bu romanların adları hansı cərgədə düzgün verilib?

1 - “Azıxa doğru”

2 - “Beşmərtəbəli evin altıncı mərtəbəsi”

3 - “Yasamal gölündə qayıqlar üzürdü”

4 - “Ölüm hökmü”

5 - “Səs”

6 - “Daş evlər”

A) 1, 2

B) 3, 6

C) 2, 4

D) 5, 4

E) 5, 6

11. “Kişi kədərləndi. Onun qızının, yeniyetmənin, doğrudanmı, ən böyük sevinci də pulla, qızlla ölçməkdən özgə düşüncəsi yoxdur? ”Bu düşüncələr hansı qəhrəmana məxsusdur. Bu cür düşüncə tipi ilə o hansı roman qəhrəmanı ilə birləşir? Düzgün cavabın verildiyini cərgəni göstərin.

1 - “Ölüm hökmü”ndə Abdul Qafarzadə

2 - “Günah duası”nda Haley

3 - “Yasamal gölündə qayıqlar üzürdü” romanında Hikmət

4 - “İdeal”da çax - çux Xalıq

5 - “Dalanda” romanında Fəridə

A) 2, 3

B) 1, 2

C) 3, 4

D) 4, 5

E) 1, 5

12. “Yasamal gölündə qayıqlar üzürdü” romanının qəhrəmanı Büllur hansı romanın qəhrəmanı ilə tipoloji oxşarlıq yaradır?

A) “Beşmərtəbəli evin altıncı mərtəbəsi” – Təhminə

B) “Dalanda” – Fəridə

C) “Dalanda” – Qəmər

D) “Ağ dərə” – Qəcələ Mənsurə

E) “Ölüm hökmü” – Arzu

13. Bu qəhrəmanların həyat fəlsəfəsi “iç dünyaları”nın tələblərindən qidalanır və ömür yollarını istiqamətləndirir. Bu cütlüklər hansı cərgədə düzgün verilib?

1 - Hikmət və Büllur (“Yasamal gölündə qayıqlar üzürdü”)

2 - Rüfət və Süsən ( “Səs” və “Günah duası”)

3 - Hacı və Ballı ( “Səs” və “Günah duası”)

4 - Ramazan və Roza ( “Ağ dərə”)

5 - Qafar və Fəridə ( “Dalanda”)

6 - Təhminə və Zaur (“Beşmərtəbəli evin altıncı mərtəbəsi”)

A) 1, 2

B) 1, 6

C) 4, 5

D) 5, 6

E) 3, 4

14. Tənqidçi A. Hüseynov “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanındakı Zaur obrazını necə səciyyələndirir?

A) İnamsızlığı və qətiyyətsizliyi ilə özünü də, sevgilisini də məhv edən qəhrəman kimi.

B) İki “səs”li qəhrəman kimi.

C) Maddi dünyaya köklənən insan kimi.

D) Stereotip düşüncə qəhrəmanı kimi.

E) Daşlanmış cəmiyyət kanonlarından kənara çıxmaq istəməyən adam kimi.

15. Tənqidçi R. Əliyev “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanının qadın qəhrəmanını necə səciyyələndirir?

A) Yaşamaq və həyatdan zövq almaq maksimalizminin daşıyıcısı kimi.

B) Həyatın mənasını yüksək və gözəl bir məhəbbətdə görən insan kimi.

C) Daim sərbəstliyə can atan, hər cür qəyyumluğu rədd edən insan kimi.

D) Məhəbbətli ömür istəyi müqabilində miskin yaşayış tərzini rədd edən insan kimi.

E) Anarxist azadlıq düşüncəsi ilə yaşayan insan kimi.

16. Qadın qəlbinin həqiqətlərinin bədii tədqiqi hansı romanın əsas ideya xətləri sırasına daxil olur?

A) S. Əhmədov. “Yasamal gölündə qayıqlar üzürdü”

B) S. Əhmədov. “Azıxa doğru”

C) Ə. Əylisli. “Ağ dəvə”

D) Elçin. “Mahmud və Məryəm”

E) S. Azəri. “Dalanda”

17. Valeh müəllimin ata yurdunda ev tikmək istəyi romanda davamlı şəkildə üzərində dayanılan əsas motivdir. Söhbət hansı romandan gedir?

A) S. Əhmədov. “Yasamal gölündə qayıqlar üzürdü”

B) S. Əhmədov. “Azıxa doğru”

C) Ə. Əylisli. “Ağ dərə”

D) Elçin. “Ağ dəvə”

E) S. Azəri. “Dalanda”

18. “Yaşlanıb ağırlaşanda insan olan kəs doğulduğu yuvaya dönür, daha uşaq kimi oradan qopmaqdan çətinlik çəkir”. Bu sözlər hansı romanın hansı qəhrəmanının düşüncəsindən keçir?

A) S. Əhmədovun “Azıxa doğru” romanında Valeh müəllim.

B) Ə. Əylislinin “Ağ dərə” romanında Ramazan.

C) S. Azərinin “Dalanda” romanında Qafar.

D) S. Azərinin “Dalanda” romanında Gülsəfa qarı.

E) Ə. Əylislinin “Ağ dərə” romanında Səidə.

19. Patriarxal qanunlarla yaşamaq istəyən, lakin öz mühitində olmadığı üçün getdikcə daha artıq gücsüzləşən qəhrəman tipləri hansı cərgədə düzgün verilib?

1 - S. Azərinin “Dalanda” romanında Qafar

2 - İ. Şıxlının “Dəli Kür”ündə Cahandar ağa

3 - F. Kərimzadənin “Qarlı aşırım”ında Kərbəlayı İsmayıl

4 - İ. Şıxlının “Ölən dünyam” romanında Ömər koxa

5 - M. İbrahimovun “Böyük dayaq” romanında Rüstəm kişi

A) 1, 2

B) 1, 5

C) 2, 4

D) 3, 4

E) 4, 5

20. S. Azərinin “Dalanda” romanının qəhrəmanı milli - tarixi əxlaq qanunlarına söykənərək yaşamaq istəyir, lakin özünə sosial baza tapa bilmir. Bu cəhətdən aşağıdakı obrazlardan hansı tipoloji cəhətdən Qafar obrazına yaxındır?

A) “Böyük dayaq” romanında Rüstəm kişi

B) “Dəli Kür”də Cahandar ağa

C) “Qarlı aşırım”da Kərbəlayi İsmayıl

D) “Ölən dünyam”da Ömər koxa

E) Belə obraz yoxdur.

21. Patriarxal insanın urbanizasiya mühitindəki taleyi haqqında həqiqəti ifadə edən surətlər silsiləsinə daxil olmayan obraazlar hansı cərgədə düzgün verilib?

1 - “Dalanda” romanında Fəridə

2 - “Dədə palıd”da Bağır

3 - “Gümüşgöl əfsanəsi”ndə Ağbəyim

4 - “Azıxa doğru”da Valeh müəllim

5 - “Dolça”da Ağbaba

6 - “Dədə Palıdda” Piti Namaz

7 - “Gümüşgöl əfsanəsi”ndə Yavər

A) 1, 2, 3

B) 1, 6, 7

C) 4, 5, 6

D) 5, 6, 7

E) 1, 4, 7

22. Kəndə qayıtmaqla ruhuna uyğun bir mühitə qovuşacağını zənn edən, lakin yanılan obraz:

A) Qafar – “Dalanda”

B) Xosrov müəllim – “Ölüm hökmü”

C) Zaur – “Ağ liman”

D) Dadaşov – “Qatarda”

E) Mirzə - “Şehli çəmənlərin işığı”

23. “. . . ən böyük sərvət ürəyin fərəhidir. Qalan hamısı heç - puçdu” qənaətinə gələn obraz hansı romanın qəhrəmanıdır?

A) “Yasamal gölündə qayıqlar üzürdü”

B) “Beşmərtəbəli evin altıncı mərtəbəsi”

C) “Fətəli fəthi”

D) “Toğana”

E) “Xudafərin körpüsü”

24. “Yaşlanıb ağırlaşanda insan olan kəs doğulduğu yuvaya dönür, daha uşaq kimi oradan qopmaqda çətinlik çəkir” fikri hansı obraza aiddir?

A) Valeh müəllim (“Azıxa doğru”)

B) Hikmət (“Yasamal gölündə qayıqlar üzürdü”)

C) Sərvər (“Ürək yaman şeydir”)

D) Sədi əfəndi (“Qətl günü”)

E) Muxtar Kərimli (“Qətl günü”)

25. Ruh etibarı ilə birləşən, patriarxal xarakter kimi səciyyələnə bilən obrazlar hansı cərgə düzgün verilib?

1 - Güllü arvad (“Ölən dünyam”)

2 - Billur (“Yasamal gölündə qayıqlar üzürdü”)

3 - Qəmər xanım (“Dalanda”)

4 - Ceyran (“Mahmud və Məryəm”)

5 - Gülgəz (“İdeal”)

6 - Gülsəfa qarı (“Dalanda”)

A) 1, 2

B) 1, 6

C) 3, 4

D) 5, 6

E) 2, 3

26. “Heç bir nəqliyyat vasitəsi insanın özünü özündən uzaqlaşdıra bilmir, keçmişindən ayıra bilmir” qənaətinə gələn obraz hansı romanın baş qəhrəmanıdır?

A) “Beşmərtəbəli evin altıncı mərtəbəsi”

B) “Mahmud və Məryəm”

C) “Üçatılan”

D) “Geriyə baxma, qoca”

E) “Ağ dərə”

27. Hansı romanda müəllifi fenomenal şəxsə çevrilmiş insanın ətrafına və ətrafının ona münasibətinin psixoloji tərəfləri maraqlandırır?

A) “İdeal”

B) “Yasamal gölündə qayıqlar üzürdü”

C) “Azıxa doğru”

D) “Ağ dəvə”

E) “Yarımçıq əlyazma”

28. Bu romanların kitab halında ilk dəfə çap olunduğu illərin xronologiyasının düzgün verildiyi cərgəni göstərin.

1 - S. Əhmədov. ” Yasamal gölündə qayıqlar üzürdü”

2 - Elçin. “Ölüm hökmü”

3 - Anar. ”Beşmərtəbəli evin altıncı mərtəbəsi”

4 - M. Süleymanlı. ”Səs”

A) 3, 1, 4, 2

B) 1, 2, 3, 4

C) 1, 2, 4, 3

D) 1, 4, 2, 3

E) 2, 4, 1, 3

29. Bu romanlardan kitab halında daha əvvəl çap olunanların ikisinin adlarının düzgün verildiyi cərgəni müəyyənləşdirin.

1 - İ. Hüseynov. “İdeal”

2 - İ. Əfəndiyev. “Geriyə baxma, qoca”

3 - Y. Səmədoğlu. ”Qətl günü”

4 - Anar. ”Beşmərtəbəli evin altıncı mərtəbəsi”

A) 1, 2

B) 2, 4

C) 2, 3

D) 3, 4

E) 1, 4

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin