##book id= 064//book name=Azərbaycan dili və nitq mədəniyyəti


##num= 5// level= 1// sumtest=77 // name= Nitq ünsiyyətinin formaları. Yazılı və şifahi nitq. Şifahi mədəni nitqin düzgünlüyxxx //



Yüklə 1,18 Mb.
səhifə5/8
tarix24.02.2020
ölçüsü1,18 Mb.
#102173
1   2   3   4   5   6   7   8

##num= 5// level= 1// sumtest=77 // name= Nitq ünsiyyətinin formaları. Yazılı və şifahi nitq. Şifahi mədəni nitqin düzgünlüyxxx //


1. Verilən fikirlərdən biri yanlışdır.

A) Dil ümumi, nitq isə fərdidir.

B) Dil əsas, nitq isə ondan törəmədir.

C) Dil və nitq ünsiyyət vasitəsidir.

D) Nitq dəyişkəndir, dil isə az dəyişikliyə uğrayır.

E) Mədəni nitqin müxtəlif tələbləri vardır.

2. Nitq nədir?

A) Ünsiyyət vasitəsi

B) Ünsiyyət vahidi

C) Ünsiyyət prosesi

D) Ünsiyyət tələbi

E) Mücərrəd işarələr sistemi

3. Qeyd olunan fikirlərdən biri səhvdir.

A) Dil ümumi, nitq isə fərdidir.

B) Nitq dildən qidalanir, nitq dili canlandirir.

C) Dil və nitq ünsiyyət vasitələridir.

D) Dil bilavasitə nitq ilə funksionallaşır.

E) Dil öz əhatəsinə görə nitqdən genişdir.

4. Nitqə aid edilən əlamətlərdən biri yanlışdır.

A) ünsiyyət prosesidir

B) dəyişməzdir

C) dil əsasında meydana çıxır

D) törəmədir

E) nitq fəaliyyətinin məhsuludur.

5. Nitq haqqında verilən fikirlərdən biri yanlışdır.

A) Nitq ancaq ünsiyyət təşkilinin konkretləşdirilməsində özünü göstərir.

B) Nitq dilin təzahür formasıdır.

C) Nitq insan danışığının cəmidir.

D) Nitq ictimai - tarixi təcrübəni yaşatmaq, ötürmək və mənimsəmək vasitəsi rolunu oynayır.

E) Nitq fərdi xarakter daşıyır.

6. Bu nitq xüsusi hazırlıq olmadan bədahətən söylənilmiş nitqdir.

A) spontan

B) replika

C) dialoji

D) məişət nitqi

E) məlumat

7. Spontan nitq nədir?

A) Bədahətən söylənilən nitq

B) Təşkil olunmuş nitq

C) Daxili nitq

D) Poliloji nitq

E) Planlaşdırılmış nitq

8. Verilmiş fikirlərdən biri yanlışdır.

A) Nitq fəaliyyətdə olan dildir.

B) Nitq fərdi - psixoloji hadisədir.

C) Nitq dil ilə müqayisədə mütəhərrik və dinamikdir.

D) Nitq dilin konkret nitq təcrübəsində realizə olunmasıdır.

E) Dil nitq ilə müqayisədə mütəhərrik və dinamikdir.

9. Danışanın nitqi sona kimi səbrlə, təmkinlə dinlənilməlidir. Başqasının nitqi aşağıdakı halda kəsilə bilər. Biri yanlışdır.

A) Danışan bəhs etdiyi məsələdən uzaqlaşdıqda

B) Nitqi tamamlayan ifadəli hərəkət etdikdə

C) Məlum olan əşya və hadisə haqqında danışdıqda

D) Bəhs olunan məsələ ilə bağlı səhvə və dolaşıqlığa yol verdikdə

E) Hər hansı bir məsələ haqqında uzun - uzadı danışdıqda

10. Bu nitq formasının ikinci adı spontan adlanır.

A) Xüsusi hazırlıq olmadan bədahətən söylənilən nitq

B) Söhbət

C) Dialoq

D) Hesabat nitqi

E) Məişət nitqi

11. Nitq nədən törəyir ?

A) dildən

B) xalqdan

C) işarələr sistemindən

D) fikirdən

E) məntiqi təfəkkürdən

12. Nitq haqqındakı mühakimələrdən yalnız biri düzgündür.

A) Nitqin mənbəyi dildir və o, ünsiyyət prosesidir.

B) Nitq tarixən çox az dəyişikliyə uğrayır.

C) Nitq fərdi xarakterə malik deyil.

D) Nitq dilin mənbəyidir.

E) Nitq ünsiyyət vasitəsidir.

13. Nitq haqqındakı fikirlərdən biri yanlışdır.

A) Nitq fərdi xarakterə malik deyil.

B) Nitqin mənbəyi dildir.

C) Nitq dil ilə müqayisədə mütəhərrik və dinamikdir.

D) Nitq fəaliyyətdə olan, yəni öz funksiyasını yerinə yetirməkdə olan dildir.

E) Nitq dilin konkret nitq təcrübəsində realizə olunmasıdır.

14. Nitq fasiləsi haqqında verilən fikirlərdən biri yanlışdır.

A) Nitq fasiləsi yalnız danışan üçün əhəmiyyətlidir.

B) Nitq fasiləsində normal tənəffüsün böyük rolu var.

C) Nitq fasiləsi məntiqi funksiya daşıyır.

D) Nitq fasiləsi həm də psixoloji funksiya daşıyır.

E) Nitq fasiləsi həm əlaqələndirici, həm də birləşdirici xarakterə malikdir.

15. Nitq tənəffüsünün səciyyəvi xüsusiyyətlərindən biri yanlışdır.

A) Nitq tənəffüsü nitqin məzmunundan asılıdır.

B) Bu tənəffüs nitq prosesi ilə bağlıdır.

C) Bu tənəffüs danışanın məqsədindən aslıdır.

D) Nəfəsalma nəfəsvermədən xeyli uzun çəkir.

E) Nitqin məzmunundan asılı olaraq, nəfəsvermənin adi ritmi pozulur.

16. “Dil və nitq” problemi ilə dilçilik tarixində ilk dəfə kimlər maraqlanmışlar?

A) Stoiklər

B) V. Ton. Humbolt

C) F. De Sössür

D) A. Potebnya və B. De Kurtene

E) A. A. Reformatski

17. Dil mədəniyyəti prоblеmlərindən bəhs еdən dilçilik şöbəsi hаnsıdır?

A) оnоmаlоgiyа

B) оrtоlоgiyа

C) оrfоqrаfiyа

D) оrfоеpiyа

E) bеlə bir şöbə yохdur

18. Nitqdə vurğulu və vurğusuz, uzun və qısa hecaların bir - birini əvəz etməsi hadisəsi necə adlanır?

A) nitq ritmi

B) nitq axını

C) nitq taktı

D) nitq faktı

E) nitq tipi

19. Nitq prosesində baş verən xətti ardıcıllıq necə adlanır?

A) nitq axını

B) nitq ritmi

C) nitq faktı

D) nitq prosesi

E) nitq fəaliyyəti

20. Yazılı nitqlə şifahi nitq arasındakı fərqlərdən biri yanlışdır.

A) Hər ikisində həmsöhbətlə əks əlaqə olmur.

B) Yazılı nitqdə fikir daha ardıcıl və rabitəlidir, lakin şifahi nitqdə ardıcıllıq pozula bilər.

C) Yazılı nitq şifahi nitqə nisbətən daha müfəssəldir və mürəkkəb quruluşa malikdir.

D) Yazı prosesində çox vaxt danışıqda az işlənən ifadələrdən, cürbəcür sintaktik quruluşlardan istifadə etmək üçün şifahi nitqə nisbətən müəyyən vaxt imkanı vardır.

E) Şifahi nitq yazılı nitqə nisbətən daha sürətlidir.

21. Şifahi nitqin xüsusiyyətlərindən biri yanlışdır.

A) Şifahi nitqdə ümumişlək sözlərə daha çox yer verilir.

B) Şifahi nitqdə cümlələr qısa və quruluşca sadə olur.

C) Şifahi nitqdə intonasiya, fasilə, vurğu və s. köməkçi vasitələrdən istifadə olunur.

D) Şifahi nitqin tempi çox sürətli olur.

E) Şifahi nitqin leksikasında hamıya aydın olmayan terminlərə daha çox yer verilir.

22. Şifahi nitqdə qeyri - nitq vasitələrindən - ekstralinqvistik vasitələrdən də istifadə edilir. Onlardan biri yanlış verilmişdir.

A) jest

B) intonasiya

C) üz hərəkətləri

D) baş hərəkətləri

E) bədən hərəkətləri

23. Bunlardan yalnız biri şifahi nitqin ekstralinqvistik vasitələrindəndir.

A) mimika

B) fasilə

C) intonasiya

D) saitlərin tələffüzü

E) qrammatik formaların tələffüzü

24. Bu ünsür nitqin ifadəliliyində ən mühüm amillərdəndir. Nitq zamanı zəruri fizioloji tələbatın nəticəsi kimi baş verir, danışanın nitq orqanlarının müəyyən sakitliyi yaranır. Bu ünsür nədir ?

A) Fasilə

B) Tələffüz

C) Vurğu

D) Ton

E) Tembr

25. Nitq fasiləsi haqqında verilən fikirlərdən biri yanlışdır.

A) Nitq fasiləsi yalnız danışan üçün əhəmiyyətlidir.

B) Nitq fasiləsində normal tənəffüsün böyük rolu var.

C) Nitq fasiləsi məntiqi funksiya daşıyır.

D) Nitq fasiləsi həm də psixoloji funksiya daşıyır.

E) Nitq fasiləsi həm əlaqələndirici, həm də birləşdirici xarakterə malikdir.

26. Məntiqi fasilə ilə bağlı fikirlərdən biri yanlışdır.

A) Bu fasilə yazıda, adətən, çox nöqtə ilə göstərilir.

B) Nitqi məntiqi məna daşıyan hissələrə bölür.

C) Fasilənin köməkliyi ilə fikir dinləyicinin diqqətinə çatdırılır.

D) Bu əlaqəyə əlaqələndirici, yaxud birləşdirici fasilə də deyilir.

E) Bu fasilə bəzən nitqdə yaranan dolaşıqlıqları aradan qaldırır.

27. Şifahi nitqin xüsusiyyətlərindən biri yanlış verilmişdir.

A) Ümumişlək sözlərə daha çox yer verilir.

B) Şifahi nitqdə qrammatik konstruksiya mürəkkəb olur.

C) Şifahi nitqin tempi çox sürətli olur.

D) Yarımçıq cümlələrdən, qısa replikalardan çox istifadə olunur.

E) Daha tez unudulur

28. Mimika və jestlərə aid fikirlərdən biri doğru deyil.

A) Jest və mimika yazılı nitqin təsirliliyini artırır, ona emosional çalar verir.

B) Mimika və jestlərdən yalnız şifahi nitqdə istifadə edilir.

C) Hər bir görkəmli natiqin özünəməxsus jest üslubu var.

D) Mimika və jestlər əsas nitqdə yardımçı mahiyyət daşıyır.

E) Yazılı nitqdə jest və mimikadan istifadə etmək olmaz.

29. Bu jestdə yumruq halında əlin baş barmağı yuxarı qaldırılır. İfadə edilən anlayışlardan biri düzgün deyil.

A) pisdir

B) dəyərlidir

C) əladır

D) keyfiyyətlidir

E) gözəldir

30. Gözlərin obyektə tuşlanması, baxışın gərginləşməsi kimi mimik hərəkət hansı anlayışı bildirir ?

A) icazə

B) xəlvəti işarə

C) həya

D) nifrət

E) yalvarış və sitayiş

31. Mimika və jestlərə aid fikirlərdən biri doğru deyil.

A) Mimika və jestlərdən yalnız şifahi nitqdə istifadə edilir.

B) Siyasi nitqdə jest və mimikadan istifadə etmək olmaz.

C) Mimika və jestlər həm təsdiq, həm də inkar ifadə edir.

D) Mimika və jestlər əsas nitqdə yardımçı mahiyyət daşıyır.

E) Yazılı nitqdə jest və mimikadan istifadə etmək olmaz.

32. Nitqin yazılı formasında üslubla bağlı qüsurlar verilmişdir. Biri düzgündür.

A) Artıq, lüzumsuz söz və ifadələrdən istifadə

B) Qrammatik formaların yazıldığı kimi tələffüz edilməsi

C) Alınma sözlərin tələffüzü

D) Uzunçuluq

E) Sözlərin sətirdən - sətrə keçirilməsi

33. Nitqin yazılı formasında üslubla bağlı qüsurlar verilmişdir. Biri yanlışdır.

A) Assimilyasiya hadisəsinin gözlənilməməsi

B) Söz və ifadələrin yerində işlənməməsi

C) Lüzumsuz söz və ifadələrdən istifadə

D) Cümlədə və ya mətndə eyni söz və ifadənin yersiz olaraq təkrarlanması

E) Fikir səhvi

34. Yazılı nitqlə şifahi nitq arasındakı fərqlərdən biri yanlışdır.

A) Yazılı nitq şifahi nitqə nisbətən daha müfəssəldir və mürəkkəb quruluşa malikdir.

B) Yazılı nitqdə fikir daha ardıcıl və rabitəlidir, lakin şifahi nitqdə ardıcıllıq pozula bilər.

C) Yazılı nitq tarixən daha qədimdir, şifahi nitq isə nisbətən sonrakı dövrlərə aiddir.

D) Yazı prosesində çox vaxt danışıqda az işlənən ifadələrdən, cürbəcür sintaktik quruluşlardan istifadə etmək üçün şifahi nitqə nisbətən müəyyən vaxt imkanı vardır.

E) Şifahi nitq yazılı nitqə nisbətən daha sürətlidir.

35. Ədəbi dilin yazılı formasına aid edilən cəhətlərdən biri yanlışdır.

A) Yazılı ədəbi dildə cümlələr əsasən qısa və quruluşca sadə olur.

B) Yazılı dildə elmi, texniki, siyasi və digər terminlər çox olur.

C) Yazılı ədəbi dildə fikrin bütün incəliklərini mütləq əks etdirmək lazım gəlir.

D) Yazılı ədəbi dil hər hansı bir məlumatın nəsildən nəslə keçməsində əsas rol oynayır.

E) Yazılı ədəbi dilin tarixi şifahi dildən qədim deyil.

36. Verilən fikirlərdən biri yanlışdır.

A) Vergül bütün hallarda nitq tonunun yüksəlməsini tələb etmir.

B) Nöqtədə səs tonu aşağı enir.

C) Nöqtəli vergülün melodiyası nöqtənin melodiyasına yaxındır.

D) İki nöqtədə səsin tonu alçalır.

E) Nöqtəli vergül qoyulan yerdə səs tonu bir qədər aşağı enir.

37. Yazılı nitqdə aşağıdakı hallarda abzasdan istifadə olunur. Biri düzgün deyil.

A) Cümlə xüsusi isimlə başladıqda

B) Yeni fikrə keçildikdə

C) Dialoji nitqin tərkib hissələri olan replikalar yeni sətirdən başlayanda

D) Elmi mətndə qruplaşdırmalar sıralanma yolu ilə verildikdə

E) Elmi mətndə müəyyən əlamət və xüsusiyyətlər, təsniflər sıralanma ilə verildikdə

38. Yazılı nitqlə şifahi nitq arasındakı fərqlərdən biri yanlışdır.

A) Hər ikisi məlumatın uzun müddət yaddaşda qalması üçün əsas vasitədir.

B) Yazılı nitqdə fikir daha ardıcıl və rabitəlidir, lakin şifahi nitqdə ardıcıllıq pozula bilər.

C) Yazılı nitq şifahi nitqə nisbətən daha müfəssəldir və mürəkkəb quruluşa malikdir.

D) Yazılı nitq məlumatın uzaq məsafələrə ötürülməsi üçün əlerişli vasitədir.

E) Şifahi nitq yazılı nitqə nisbətən daha sürətlidir.

39. Şifahi nitq üçün xarakterik əlamətlər hansı sırada düzgün göstərilib?

A) ton, ritm, ahəng;

B) təkrar, səs, mimika;

C) nöqtə, vergül, mötərizə;

D) vergül, nida, sual;

E) jest, ritm, vergül.

40. Hansı tip intonasiya cümlənin bitdiyini bildirir?

A) alçaq

B) tamamlayıcı intonasiya

C) emosional

D) yüksək intonasiya

E) adi intonasiya

41. Yazılı nitqdə çox nöqtə nəyi bildirir?

A) fikrin bitmədiyini bildirir;

B) fikrin davam etdiyini bildirir;

C) emosionallığı ifadə edir;

D) cümlənin başqasından fərqləndiyini bildirir;

E) böyük fasiləni bildirir.

42. İntоnаsiyаyа görə cümlənin kоmmunikаtiv tipinin müəyyənləşdirilməsi nеcə аdlаnır?

A) intоnеm

B) intоnаsiyа

C) infоrmаsiyа

D) məqsəd

E) trаnskripsiyа.

43. İntоnеm nədir?

A) intоnаsiyаyа görə cümlənin kоmmunikаtiv tipi

B) intоnаsiyаnın növü

C) bеynəlхаlq məsələlər

D) bеynəlmiləl sözlər

E) dоğru cаvаb yохdur

44. Yazılı nitq və qrafemlər haqqındakı fikirlərdən biri yanlışdır.

A) şifahi nitqdə qrafemlərdən istifadə olunur

B) yazılı nitq ancaq işarələrlə öz əksini tapır

C) eyni bir qrafemin yazılı nitqdə müxtəlif variantlarına rast gəlinir

D) qrafemlər müəyyən nizama salınmış qaydada hərflər şəklində əlifbada öz əksini tapır

E) yazıda fərqləndirmək üçün qrafemlər müxtəlif şərtlərlə göstərilir

45. Məlumatverici monoloq haqqındakı fikirlərdən hansı doğrudur?

A) bu monoloq formasında hər hansı bir məsələ haqqında məlumat verilir

B) məlumatverici dialoqun əsas cəhətlərindən biri onun dialoq əsasında qurulmasıdır

C) məlumatverici monoloqun məzmunu nəqletmə yolu ilə ifadə edilir

D) monoloqun bu forması çoxcümləli nitq vahidindən ibarət olur

E) məlumatverici monoloqun nüvəsi replika hesab edilir

46. Monoton nitqlə bağlı fikirlərdən biri yanlışdır.

A) Qəsidə monoton tərzdə oxunmalıdır.

B) Monoton nitqdə səs tonu yeknəsəqdir.

C) Nekroloq monoton tərzdə oxunur.

D) Monotonluq müəllim danışığı üçün yabançı bir haldır.

E) Fəlakət , faciəvi hadisələr monoton tərzdə oxunur.

47. Bu nitq növündə danışanın müsahibi ( və ya müsahibləri ) ilə əks əlaqəsi olmur.

A) replika

B) dialoji nitq

C) məişət nitqi

D) monoloji nitq

E) atmaca

48. Monoloji nitqin formalarından biri yanlış verilmişdir.

A) çıxış

B) məruzə

C) məlumat

D) replika

E) mühazirə

49. Nitqin bu növü qədimliyi ilə seçilir. Monoton ifadə tərzi bu nitqin əsas əlamətidir. Belə nitqlərin gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında rolu böyükdür.

A) yazılı nitq

B) vida nitqi

C) məlumat

D) replika

E) ictimai - siyasi nitq

50. Biri monoloji nitqə aid deyil.

A) Mükalimə

B) Rəy

C) Məruzə

D) Mühazirə

E) Tezis

51. Nitqin bu növü görülmüş işlərin yekunu ilə bağlı olaraq əvvəlcədən hazırlanıb söylənilir.

A) Söhbət

B) Mühazirə

C) Çıxış

D) Dialoji nitq

E) Məruzə

52. Nitqin bu növü yaranmış vəziyyət haqqında yüksək vəzifə sahibinin qarşısında hesabat vermək məqsədi daşıyır.

A) Məruzə

B) Mühazirə

C) Söhbət

D) Dialoq

E) Çıxış

53. Nitqin bu növündə dinləyicilər məruzədəki fikrə həmrəy olmaq, həmin fikrə nəyisə əlavə etmək, nəyəsə münasibət bildirmək məqsədində olurlar.

A) Çıxış

B) Söhbət

C) Rəy

D) Mühazirə

E) Dialoq

54. Nitqin bu növündə insanlar müxtəlif münasibətlə başqaları qarşısında çıxış etməli, tost deməli, nitq söyləməli olurlar.

A) Epiloq

B) Məişət nitqi

C) Mühazirə

D) Söhbət

E) Dialoq

55. Monoloji nitqə aid olmayan cəhət hansı bənddədir?

A) Məruzə, mühazirə monoloji nitqin formalarıdır .

B) Monoloji nitq bir şəxsin öz - özünə danışığıdır.

C) Monoloji nitqdə məqsəd hər hansı bir məzmunun başqasına çatdırılmasıdır.

D) Monoloji nitqdə sual - cavab forması əsas rol oynayır.

E) Latınca mono (mono) bir, loqos (lagos) nitq deməkdir.

56. Mоnоlоji nitqin fоrmаlаrı hаnsılаrdır?

A) nəqlеtmə, məlumаtvеrici, təsviri

B) müsаhibə, məlumаtvеrici, müzаkirə

C) nəqlеtmə, təsviri, müzаkirə

D) suаl - cаvаb, təsviri, məlumаtvеrici

E) müsаhibə, nəqlеtmə, təsviri

57. Məlumatverici monoloq haqqındakı fikirlərdən hansı doğrudur?

A) bu monoloq formasında hər hansı bir məsələ haqqında məlumat verilir

B) məlumatverici monoloqun əsas cəhətlərindən biri onun dialoq əsasında qurulmasıdır

C) məlumatverici monoloqun məzmunu nəqletmə yolu ilə ifadə edilir

D) monoloqun bu forması poliloji nitq əsasında qurulur

E) məlumarverici monoloqun nüvəsi replika hesab edilir

58. Monoloji nitq haqıındakı fikirlərdən biri yanlışdır.

A) monoloji nitqdəki cümlələrin çoxu yarımçıq, bitməmiş ifadələrdir

B) monoloji nitq məruzə formasında ola bilər

C) monoloji nitq , nitq sahibindən yüksək nitq tələb edir

D) monoloji nitq fəal və mütəşəkkil nitq növüdür

E) monoloji nitq bir şəxsin öz - özünə danışığıdır

59. Dialoji nitq daha çox hansı üslubda istifadə edilir ?

A) epistolyar üslub

B) rəsmi - işgüzar üslub

C) elmi üslub

D) publisistik üslub

E) bədii və məişət üslubu

60. Dialoji nitq forması hansılardır?

1 - dialoq

2 - monoloq

3 - çıxış

4 - diskussiya

5 - məruzə

A) 3, 5

B) 2, 3

C) 1, 2

D) 1, 4

E) 1, 5

61. Nitqin əsas ünsürləri hansılardır?

1 - danışmaq

2 - eşitmək

3 - dərk etmək

4 - jestlər

5 - mimika

A) 1, 2, 3

B) 1, 4, 5

C) 3, 4, 5

D) 4, 5

E) 2, 3, 4

62. Nitqin formaları hansılardır?

1 - daxili

2 - xarici

3 - yazılı

4 - şifahi

5 - vasitəli

6 - vasitəsiz

A) 3, 4

B) 1, 2

C) 5, 6

D) 2, 6

E) 1, 3

63. Nitqin tipləri hansı bənddə düzgün göstərilmişdir?

1 - daxili

2 - xarici

3 - monoloji

4 - dialoji

5 - yazılı

6 - şifahi

A) 2, 4

B) 1, 2

C) 3, 5

D) 5, 6

E) 1, 6

64. Nitqin tərzi hansı bənddə düzgün göstərilmişdir?

1 - vasitəli

2 - vasitəsiz

3 - şifahi

4 - yazılı

5 - monoloji

6 - dialoji

A) 1, 2

B) 2, 3

C) 3, 4

D) 4, 6

E) 4, 5

65. XVII - XVIII əsrlərdə aşıq poeziyasında “İmran dili” deyəndə nə nəzərdə tutulmuşdur?

1 - gözəl danışıq

2 - yatımlı deyiliş

3 - yazı mədəniyyəti

4 - estetik görünüş

5 - etik davranış

A) 1, 2

B) 1, 4

C) 2, 3

D) 3, 5

E) 3, 4

66. XIX əsrin 60 - cı illərində Rusiyada məhkəmə salonlarına hansı məşhurlar gedirdilər

1 - M. E. Saltınov - Şedrin

2 - Antoni Mark

3 - E. M. Dostoyevski

4 - A. P. Çexov

5 - V. Mayakovski

A) 2, 3, 5

B) 2, 4, 5

C) 1, 3. 4

D) 1, 4, 5

E) 2, 3, 4

67. M. Füzuli sözü nə adlandırır?

1 - müqəddəs bir ilahi varlıqdır

2 - jestlər

3 - ruhdur

4 - mimikadır

5 - simvoldur

A) 1, 3

B) 2, 5

C) 4, 5

D) 3, 4

E) 1, 2

68. Bir sözün müxtəlif məna çalarlarında başa düşülməsi nə ilə bağlıdır?

1 - İntonasiya ilə

2 - Sözün tembri iilə

3 - Sinonimliyi ilə

4 - Təkmənalılığı ilə

5 - Antonimliyi ilə

A) 1

B) 2, 5

C) 4, 5

D) 3

E) 1, 2

69. “Yadıma düşdükcə Dilican dərəsi

Başımdan alovlar, tüstülər qalxır ”.

Misralarda hansı bədii təsvir vasitəsi işlənmişdir ?

1 - Metafora

2 - Epitet

3 - Təzad, inversiya

4 - Mübaliğə

5 - Təşbeh, inversiya

A) 4

B) 2, 5

C) 1

D) 2, 4

E) 1, 2

70. “ Səni kimdir sevən bica, qərənfil ? ! ” Nümundə obrazlılıq, ifadəlilik yaradan vasitələr nədir ?

1 - İnversiya, ritorik sual, bədii xitab

2 - Xitab, metonimiya

3 - İnversiya, təşbeh

4 - Psixoloji fasilə, məntiqi vurğu, təşbeh

5 - Ritorik sual, alliterasiya

A) 1

B) 2, 5

C) 4, 5

D) 3

E) 1, 2

71. Şifahi nitqə aid olan yardımçı vasitələri ardıcıl düzün.

1 - bədən hərəkətlərindən istifadə

2 - jest

3 - mimika

A) 1, 3, 2

B) 2, 3, 1

C) 1, 2, 3

D) 2, 1, 3

E) 3, 2, 1

72. Monoloji nitqin formalarını ardıcıl düzün.

1 - mühazirə

2 - məruzə

3 - məlumat

4 - çıxış

5 - nitq

A) 4, 1, 2, 5, 3

B) 2, 1, 5, 3, 4

C) 1, 2, 3, 4, 5

D) 5, 3, 2, 1, 4

E) 2, 4, 5, 3, 1

73. Dil və nitq haqqında tədqiqat aparan müəllifləri dövrünə görə ardıcıl düzün.

1 - F. De. Sössür

2 - Aristotel

3 - N. Abdullayev

A) 2, 1, 3

B) 3, 2, 1

C) 1, 2, 3

D) 2, 3, 1

E) 1, 3, 2

74. Verilmiş fikirləri variantlarına uyğun müəyyən edin:

1 - Nitqdə başqasına müraciət, çağırış, əmr və s. mənaları ifadə edən sözlərə;

2 - Nitq prosesində danışan şəxsin gördüklərini və ya eşitdiklərini yamsılayaraq ifadə etdiyi sözlərə;

3 - Müəyyən yaş dövründə kiçik yaşlı uşaqların nitqində işlənən sözlərə;

4 - Danışanın obyektiv varlığa, əşya və hadisələrə, söylənilən fikrə münasibətini bildirən sözlərə;

5 - Nitqdə insanın keçirdiyi hiss və həyəcan bildirən sözlərə.

a - modal sözlər

b - uşaq sözləri

c - imperativ sözlər

d - təqlidi sözlər

e - nidalar

A) 1 – e; 2 – a; 3 – d; 4 – b; 5 – c

B) 1 – c; 2 – d; 3 – b; 4 – a; 5 – e

C) 1 – a; 2 – b; 3 – c; 4 – d; 5 – e

D) 1 – d; 2 – e; 3 – c; 4 – b; 5 – a

E) 1 – b; 2 – c; 3 – a; 4 – e; 5 – d

75. Dil və nitqi funksiyalarına uyğun müəyyənləşdirin:

I – Dil

II – Nitq

1 - Ictimai - tarixi təcrübəni yaşatmaq, ötürmək və mənimsəmək funksiyasını daşıyır;

2 - Kommunikasiyaya (ünsiyyətə) xidmət edir;

3 - Sözlər vasitəsilə ümumiləşdirmələr aparılır;

4 - Əşyalar, hal - hərəkət, vəziyyət, zaman və s. konkret adlandırılır;

5 - İntelektual fəaliyyəti xarakterizə edir.

A) I – 1, 2, 5; II – 2, 3, 4

B) I – 2, 3, 5; II – 1, 4, 5

C) I – 1, 3, 4; II – 3, 5

D) I – 1, 2, 3; II – 4, 5

E) I – 2, 4, 5; II – 1, 3, 4

76. Uyğunluğu müəyyən edin.

I – dil

II – nitq

1 - ünsiyyət prosesidir

2 - ünsiyyət vasitəsidir

3 - fərdi xarakter daşıyır

4 - ümumxalq səciyyəlidir

5 - tarixi səciyyə daşıyır

6 - tarixdən kənardadır

A) I – 2, 4, 6, II – 1, 3, 5

B) I – 1, 2, II – 3, 4

C) I - 3, 5, 6, II – 1, 2

D) I – 5, 6, II – 3, 4

E) I – 1, 5, II – 2, 4

77. Uyğunluğu müəyyən edin:

I – Natiqlik sənətini öyrənən elm

II - Nitq mədəniyyəti

1 – Tətbiqi dilçilik sahəsi olub, hər hansı dilin normalarını öyrənir.

2 - Morfologiya

3 - Ritorika

4 – Dil vahidlərindən məqsədyönlü istifadə üsulunu öyrənir.

A) I - 4, II - 2

B) I - 2, II - 1

C) I - 2, II - 4

D) I - 4, II - 3

E) I - 3, II - 1

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin