##book id= 166//book name=İfadəli oxudan praktikum// ##fk=107//ks=02//fn=166// sumalltest= 301



Yüklə 0,8 Mb.
səhifə1/7
tarix20.02.2020
ölçüsü0,8 Mb.
#102129
  1   2   3   4   5   6   7

##book_id= 166//book_name=İfadəli oxudan praktikum//

##fk=107//ks=02//fn=166// sumalltest= 301 //

##Fakültənin adı: Filologiya (əyani) , (qiyabi) , pedaqoji (əyani)

##İxtisas: Azərbaycan dili və ədəbiyyat

##Bölmə: Azərbaycan

##Qrup Filologiya (qiyabi) 501;

##Fənnin adı: İfadəli oxudan praktikum

##Kafedra müdiri: prof. Zahid Xəlil

##Müəllim: dos. S. Əliyev, dos.F.Yusifov, X.Əliyeva

##İşçi qrupunun üzvləri: 1. prof. Z. Xəlil





##num= 1// level= 1// sumtest=36 // name= Ədəbiyyat dərslərində ifadəli oxunun əhəmiyyəti. //


1. İfadəli oxu nə deməkdir?

A) İfadəli oxu bədii oxu sənətinin qanunlarına əsaslanmaqla məktəb şəraitində tətbiq olunan oxudur

B) Mətnin yalnız durğu işarələrinin tələblərinə uyğun oxunmasıdır

C) Əsərlə ilk tanışlıqdır

D) Əsərin məzmununun təhlil olunmasıdır

E) Mətnin məzmunun öyrənilməsidir.

2. İfadəli oxunun əhəmiyyəti ilə bağlı verilənlərdən biri səhvdir.

A) Şagirdlərdə sözə həssas münasibət yaradır.

B) İfadəli oxu bədii və publisistik mətnlərin məzmununun daha dərindən qavranılmasına imkan yaradır.

C) Şagirdlərdə yalnız nitqin inkişafına əhəmiyyətli təsir edir

D) Şagirdlərin təfəkkür və nitqinin inkişafına kömək edir.

E) Şagirdlərin dünyagörüşünü və zövqünü inkişaf etdirir.

3. Bunlardan hansı ifadəli oxunun tərbiyəvi əhəmiyyəti kimi götürülə bilməz?

A) Diqqəti inkişaf etdirmək

B) Şagirdlərin estetik tərbiyəsini formalaşdırmaq

C) Şagirdlərdə bədii tərbiyəni formalaşdırmaq

D) Emosional həssaslığı formalaşdırmaq

E) Sözə, söz sənətinə maraq və məhəbbət tərbiyə etmək

4. Bunlardan hansı ifadəli oxunun təlimi əhəmiyyəti kimi götürülə bilməz?

A) Bədii sənətkarliq məsələlərini mənimsətmək

B) Sözə, söz sənətinə maraq oyatmaq

C) Ədəbiyyatşünasliğın nəzəri anlayışlarını mənimsətmək

D) Ədəbi dilin zənginliyini şagirdlərə başa salmaq

E) Məktəblilərdə yaradıcı təxəyyülü inkişaf etdirmək

5. Sözün tərbiyəvi təsiri nədən asılıdır?

A) Sözün necə yazılmasından

B) Sözün aydın olmasından

C) Sözün necə səsləndirilməsindən

D) Əsərin növündən

E) Əsərin janrından

6. Ədəbiyyat dərslərində ifadəli oxununəhəmiyyətini necə ümumiləşdirmək olar?

A) Yalnız təlim əhəmiyyəti var

B) Estetik zövqün inkişafında böyük əhəmiyyət kəsb edir

C) Həm təlimi, həm də tərbiyəvi əhəmiyyəti var

D) Yalnız tərbiyəvi əhəmiyyəti var

E) Tələffüz qaydalarının öyrənilməsində böyük əhəmiyyəti var

7. İfadəli oxunun ən mühüm təlim əhəmiyyəti nədir?

A) Yazılı nitqin inkişaf etdirilməsi

B) Şagirdlərə vətənə məhəbbət, anaya sevgi, dosta sədaqət kimi hislər aşılaması

C) Oxu zamanı şagirdlərə kinayə, yumor haqqında dolğun məlumat verməsi

D) Əsərin öyrənilməsi, qavranılması vasitəsi olması

E) Yaradıcı təxəyyülün inkişaf etdirilməsi

8. Cavablardan biri səhvdir

A) İfadəli oxu bacarığını fitri istedad hesab etmək doğru sayıla bilməz

B) Bədii əsərləri ifadəli oxumaq bacarığı tək - tək adamlara müyəssər olan xüsusi keyfiyyətdir

C) Bədii oxu sənətinin sirlərinə bələd olan, onun nəzəri müddəalarını tətbiq etməyi bacaran hər kəs ifadəli oxuya bilər

D) Bədii söz ustalarının ifası ifadəli oxu üçün örnəkdir

E) İfadəli oxu bədii oxu sənətinin prinsiplərinə əsaslanır

9. İfadəli oxu bacarığına yiyələnmək ədəbiyyat müəllimi üçün niyə vacibdir?

A) Səsini düzgün idarə etmək üçün

B) Bədii mətnin (əsərin) ideya - məzmununu mənimsətmək və şagirdlərdə ifadəli oxu bacarığını formalaşdırmaq üçün

C) Bədii mətnin gözəlliyini duymaq, estetik zövqünü inkişaf etdirmək üçün

D) Nitq mədəniyyətini və dünyagörüşünü zənginləşdirmək üçün

E) Bədii zövqünü inkişaf etdirmək üçün

10. Aşağıdakı fikirlərdən biri doğrudur.

A) Yalnız lirik şeirlərin tədrisində ifadəli oxudan istifadə mümkün və faydalıdır

B) “İfadəli oxu” və “bədii oxu” eyni anlayışlardır

C) İfadəli oxu yalnız durğu işarələrinin tələblərinə əməl etməklə həyata keçirilən oxudur.

D) Bütün ədəbi növlərdən olan əsərlərin tədrisində ifadəli oxudan istifadə mümkün və faydalıdır

E) İfadəli oxu yalnız şifahi nitqin inkişafı üçün faydalıdır

11. Doğru olan fikri müəyyənləşdirin.

A) İfadəli oxu xüsusi bacarıqların komponentləri olan keyfiyyətlərin inkişafı üçün əhəmiyyətli deyildir

B) İfadəli ounun mühüm təlimi əhəmiyyətindən biri estetik tərbiyəni formalaşdırmaqdır

C) Bədii tərbiyənin formalaşdırılması ifadəli oxunun mühüm təlimi əhəmiyyətidir

D) Emosional həssaslığın, diqqətin inkişaf etdirilməsi ifadəli oxunun təlimi əhəmiyyəti sayılır.

E) İfadəli oxunun təlimi əhəmiyyətindən biri sözə, söz sənətinə maraq və məhəbbət tərbiyə etməsidir

12. Aşağıdakı fikirlərdən hansı doğrudur?

A) Bədii sənətkarlıq məsələlərinin mənimsənilməsində və çatdırılmasında ifadəli oxu əhəmiyyətli rol oynamır

B) Şagirdlərin dünyagörüşünün zənginləşdirilməsi ifadəli oxunun ifadəli oxunun təlimi əhəmiyyəti hesab olunur

C) İfadəli oxunun idrak proseslərini – təfəkkürü, hafizəni, qavrayışı səfərbər etməsi onun təlimi əhəmiyyəti sayılır

D) İfadəli oxunun mühüm təlimi əhəmiyyətindən biri ədəbiyyatşünaslığın nəzəri anlayışlarının mənimsənilməsinə imkan yaratmasıdır

E) Əsərin növ və janr xüsusiyyətlərinə diqqət yetirmədən də ifadəli oxunu həyata keçirmək mümkündür

13. Aşağıdakı fikirlərdən biri səhvdir

A) Emosional rəngdə boyanmış, intonasiya çalarları ilə zəngin nitq təlim prosesinə marağı gücləndirir

B) Müəllimin ifadəli nitqi təlimdə uğur qazanılmasına əhəmiyyətli təsir edir

C) Sönük, ölüvay nitq şagirdləri cəlb etmir, nəticədə təlim materiallarının qavranılmasına mənfi təsir göstərir

D) Bədii əsərin ifadəli oxusu yalnız aşağı siniflərdə həyata keçirilir

E) Ədəbiyyat müəllimi pedaqoji kollektivin nitq mədəniyyəti üçün, məktəbdə vahid nitq rejimi üçün məsuliyyət daşıyır

14. Aşağıdakı fikirlərdən biri yanlışdır

A) Əsərin səslənən sözdə ifadə edilməsi müəlifin mövqeyinin çatdırılmasını mühüm vəzifə kimi qarşıya qoyur

B) İfaçı mətndə əks olunanların dinləyicilər tərəfindən təsəvvür edilməsinə nail olmalıdır

C) İfa o vaxt uğurlu olur ki, ifaçı əsərdəki hadisələrin iştirakçısı kimi çıxış edir

D) İfadəli oxu müəllifin sənətkarlığı barədə dinləyicilərdə dolğun təsəvvür yaratmalıdır

E) Bədii oxu ilə teatr sənət ifaçılıq sənəti olmaqla mahiyyətcə yaxındır

15. İfadəli oxu ilə bağlı səhv fikiri göstərin.

A) mətnlərin oxusu zamanı emosianallıq, ifadəlilik, obrazlılıq diqqətdə saxlanılmalıdır.

B) aktyorluq sənəti ilə ifadəli oxu sənəti arasında sıx əlaqə var.

C) bədii oxunun bir sıra qanunları ifadəli oxu zamanı nəzərə alınır.

D) bədii oxuda istifadə olunan digər vasitələr – rəssamlıq, musiqi tərtibatı, dekorasiya və s məktəb şəraitində ön plana keçməlidir.

E) bədii əsərlərin məzmunu təhriflərə yol verilmədən dinləyicilərə çatdırılmalıdır.

16. Aşağıdakı səhv fikiri göstərin.

A) ifadəli oxu bədii oxu sənətindən fərqli olaraq məktəbdə həyata keçirilir və onun öz qaydaları, qanun və prinsipləri var.

B) ifadəli oxu bədii oxu sənətinin qanunauyğunluqlarına əsaslanmayan müstəqil sahədir.

C) bədii oxu sənətində ifaçı geniş düşüncəyə, istedada məlik şəxsdir, ədəbi materialı seçmə sərbəstliyi var.

D) ifadəli oxuda tərəflərdən birinin müəyyən nəzəri və praktik hazırlığı var, ikinci tərəf isə şagirddir. Və o, yenicə oxu vərdişlərinə yiyələnməyə başlamışdır.

E) ifadəli oxu məktəb şəraitində tətbiq olunur, tərbiyəçi və öyrədici səciyyə daşıyır.

17. İfadəli oxunun əhəmiyyəti ilə bağlı deyilən fikirlərdən hansı səhvdir?

A) şagirdlərin zövqünü, dünyagörüşünü inkişaf etdirir.

B) ifadəli oxu bədii və publisistik mətnlərin məzmununudaha dərindən qavramağa imkan verir.

C) şagirdlərin təfəkkür və nitqinin inkişafına kömək edir.

D) ifadəli oxu yalnız durğu işarələrinə düzgün riayət edilməsinə xidmət edir.

E) şagirdlərə sözə həssas münasibət bəsləmək hissi aşılayır.

18. Aşağıdakı fkirlərdən biri doğrudur.

A) İfadəli oxu və bədii oxu eyni anlayışlardır

B) Yalnız lirik asərlərin tədrisində ifadəli oxudan istifadə edilməlidir

C) İfadəli oxu yalnız şifahi nitqin inkişafına kömək edir

D) “İfadəli oxu” və “bədii oxu” eyni anlayış deyil

E) Nəsr əsərlərin oxusu zamanı ifadəli oxuya ehtiyac yoxdur.

19. Bunlardan yalnız biri doğru sayıla bilər.

A) İfadəli oxu ilə bədii oxu arasında kəskin fərq mövcuddur

B) İfadəli oxunun təlim əhəmiyyətindən biri də estetik tərbiyyəni formalaşdırmaqdır

C) Bədii tərbiyyəni formalaşdırmaq ifadəli oxunun mühüm təlim əhəmiyyətidir

D) İfadəli oxu yalnız nəsr əsərlərin oxusu zamanı zəruridir

E) İfadəli oxunun təlim əhəmiyyətindən biri sözə və söz sənətinə maraq tərbiyyə etməkdir

20. Fikirlərdən biri səhvdir.

A) Bədii əsərin gözəlliyi səslənən sözdə açılır

B) İfadəli oxu müəllifin üslubundakı özünəməxsusluğu başa düşməyə kömək edir

C) Bədii əsərdəki yumoru ifadəli oxu ilə dinləyiciyə çatdırmaq mükündür

D) Bədii oxunun əsaslandıgı başlıca prinsiplər ifadəli oxu üçün vacib deyil

E) Əsərdəki hissləri yaşamayan ifaçının oxusu səmimi ola bilməz

21. İfadəli oxunun təlimi əhəmiyyətinə daxil deyil.

A) Bədii sənətkarlıq məsələlərinin öyrədilməsində böyük rol oynayır

B) Əsərin öyrədilməsi və qavranılması qaydası olması

C) Müxtəlif növ və janrların spesifikliyinin mənimsənilməsinə şərait yaradır

D) Şagirdlərdə estetik və bədii tərbiyyə formalaşdırmaq

E) Şifahi nitqin inkişafına kömək edir

22. İfadəli oxunun təlimi əhəmiyyətinə aid olanları müəyyənləşdirin.

1 - Söz sənətinə maraq və məhəbbət yaradır

2 - Təxəyyülü inkişaf etdirir

3 - Ədəbiyyat nəzəriyyəsi anlayışlarının məni9msənilməsinə səbəb olur

4 - Diqqəti inkişaf etdirir

5 - Ədəbi növ və janrların xüsusiyyətlərinin mənimsənilməsinə imkan yaradır

6 - Estetik tərbiyənin formalaşmasına şərait yaradır.

A) 2, 3, 6

B) 2, 4, 6

C) 1, 3, 4

D) 1, 3, 5

E) 3, 4, 6

23. İfadəli oxunun tərbiyəvi əhəmiyyətinə aid olanları seçin.

1 - Estetik tərbiyənin formalaşmasında əhəmiyyətli rol oynayır

2 - Sözə və söz sənətinə maraq və məhəbbət tərbiyə edir

3 - Ədəbiyyat nəzəriyyəsi anlayışlarının mənimsənilməsində əhəmiyyətli rol oynayır

4 - Şagirdlərdə dünyagörüşün inkişafımna imkan yaradır

5 - Bədii tərbiyənin formalaşmasında əhəmiyyətli rol oynayır

6 - Əsərin qavranılmasında əhəmiyyətli təsir edir

A) 3, 4, 5

B) 2, 3, 6

C) 2, 4, 5

D) 1, 4, 5

E) 2, 4, 6

24. Müəllimin nitqinin ifadəli olması nə üçün vacibdir?

1 - Şagirdləri daha diqqətli olmağa sövq edir.

2 - Şərh olunan materialın məzmununun qavranılması işini asanlaşdırır.

3 - Şagirdlərin müstəqil işlərinə imkan yaradır.

4 - Şagirdlərin yazılı qeydlər aparmalarına ehtiyac olmur.

5 - İfadəli nitq şagirdləri yormur, deyilənlərin maraqla dinlənilməsinə səbəb olur.

6 - Şagirdlərin əməkdaşlıq şəraitində işləmələrinə imkan yaradır

A) 4, 5, 6

B) 2, 3. 5

C) 1, 3, 6

D) 1, 2, 5

E) 2, 4, 6

25. İfanın təsirli olmasına imkan yaradan cəhətlər hansılardır?

1 - Mətndəkilərin yaşanaraq çatdırılması

2 - Mətndəkilərin aydın təsəvvür edilməsi

3 - Müəllifin digər əsərləri ilə dərindən tanışlıq

4 - Əsərdə çətin söz və ifadələrin olmaması

5 - İfaçının səs çalarlarının əsərin ideya - məzmununa uyğun olması

6 - Mətndəki cümlələrin quruluşca sadə olması

A) 1, 3, 6

B) 1, 2, 5

C) 2, 4, 6

D) 3, 5, 6

E) 1, 4, 6

26. Səsin bacarıqla idarə edilməsinin ifadəli oxu üçün əhəmiyyəti nədir?

1 - Dinləyicilərin nitqinin zənginləşməsinə stimul yaradır.

2 - İfaçıya əsərin mətnaltı mənasını çatdırmaq imkanı yaradır.

3 - Mətnin ideya - məzmununun dolğun çatdırılmasına səbəb olur

4 - Mətnin təhlilinə ehtiyac qalmır

5 - Şagirdlərdə müstəqilliyin formalaşmasına şərait yaradır

6 - İfanın daha təsirli olmasını təmin edir

A) 2, 4, 5

B) 1, 4, 5

C) 2, 4, 5

D) 1, 3, 5

E) 2, 3, 6

27. Bədii əsərin qavranılmasında və öyrənilməsində ifadəli oxucunun əhəmiyyətini göstərən cəhətləri seçin.

1 - Əsərdəki sözlərin mənalarının başa düşülməsinə imkan yaradır

2 - Əsərdəki cümlələrin quruluşca növlərinin aydınlaşdırılmasına imkanm yaradır

3 - Əsərin məzmununun əhatəli qavranılmasını təmin edir

4 - Əsərin ideyasının başa düşülməsinə səbəb olur

5 - Müəllifiən digər əsərlərinin başa düşülməsinə imkan yaradır

6 - Bədii sənətkarlıq məsələlərinin başa düşülməsinə səbəb olur

A) 1, 3, 5

B) 1, 2, 5

C) 2, 5, 6

D) 3, 4, 6

E) 2, 4, 6

28. İfadəli nitqin və oxunun, ümumiyyətlə məktəb üçün əhəmiyyətini göstərən cəhətlərini müəyyənləşdirin.

1 - Şagirdləri bədii yaradıcılığa yönəldir

2 - Digər fənlərdən dərs deyən müəllimlərdə sözə həssas münasibətin inkişafına səbəb olur

3 - Müəllim kollektivində bədii yaradıcılığa maraq yaradır

4 - Məktəbdə ədəbi tələffüz normalarına əməl edilməsinə stimul olur

5 - Şagirdlərin hamısını yalnız ədəbiyyat fənnini oxumağa sövq edir

6 - Digər fənlərin tədrisində mətnlərin ifadəli oxunmasına zəmin olur

A) 1, 3, 6

B) 1, 2, 4

C) 2, 4, 5

D) 2, 4, 6

E) 2, 3, 5

29. İfadəli oxunun bədii dilin xüsusiyyətərinin və zənginliyinin qavranılmasındakı rolunu göstərən cəhətləri seçin.

1 - Bədii dili n tarixən son dövrlərdə yarandığın anlamağa şərait yaradır

2 - Bədii təsvir və ifadə vasitələrinin əhəmiyyətinin başa düşülməsinə imkan yaradır

3 - Bədii dilin yalnız lirik növdə təzahür etdiyini başa düşməyə imkan yaradır

4 - Müəllif dilinin özünəməxsusluğuinun qavranılmasına səbəb olur

5 - Müəllif dili ilə surətlərin dili arasındakı fərqin başa düşülməsinə şərait yaradır

6 - rammatik növə məxsus əsərlərdə bədii dilin zəif təzahür etdiyini başa düşməyə imkan yaradır

A) 1, 2, 4

B) 2, 4, 5

C) 2, 3, 6

D) 1, 4, 5

E) 3, 4, 6

30. Bədii əsərin qavranılması və öyrənilməsi vasitəsi olmaqla ifadəli oxunun rolu hansı ardıcıllıqla özünü göstərir?

1 - Əsərlə ilkin tanışlıq

2 - Əsərin səhnə həyatı ilə tanışlıq

3 - Əsərin məzmununun öyrənilməsi

4 - Əsərlə bağlı rəssamlıq nümunələrinə baxış

5 - Əsərin təhlili

6 - Əsərə yazılmış musiqi parçasının dinlənilməsi

A) 1, 4, 6

B) 1, 2, 4

C) 2, 3, 6

D) 1, 3, 5

E) 3, 4, 6

31. Ədəbiyyat dərslərində ifadəli oxunun təlimi əhəmiyyətinin reallaşdırılması ardıcıllığı hansıdır?

1 - Diqqətin inkişafına səbəb olması

2 - Təxəyyülün inkişafına imkan yaratması

3 - Sözə, söz sənətinə maraq və məhəbbət tərbiyə etməsi

4 - Hafizənin inkişafına səbəb olması

5 - Əsərin öyrənilməsi və qavranılması vasitəsi olması

6 - Ədəbiyyatşünaslığın nəzəri anlayışlarının mənimsənilməsinə imkan yaratması

A) 2, 5, 6

B) 2, 4, 5

C) 1, 3, 4

D) 3, 5, 6

E) 1, 2, 4

32. Ədəbiyyat dərslərində ifadəli oxunun təlimi əhəmiyyətinin realaşması ardıcıllğı hansıdır?

1 - Estetik tərbiyənin formalaşmasına təsir etməsi

2 - Danışıq səslərinin yaratdığı ahəngin öyrənilməsinə imkan yaratması

3 - Təxəyyülün inkişafına imkan yaratması

4 - Poetik sintaksisin, şeir vəzninin mənimsənilməsinə səbəb olması

5 - Dİqqətrin inkişafına imkan yaratması

6 - Ədəbi növ və janrların spesifikliyinin mənimsənilməsinə səbəb olması

A) 3, 5, 6

B) 1, 3, 5

C) 3, 4, 6

D) 1, 2, 5

E) 2, 4, 6

33. Ədəbiyyat dərslərində ifadəli oxunun tərbiyəvi əhəmiyyətinin reallaşması ardıcıllığı hansıdır?

1 - Sözə və söz sənətinə maraq və məhəbbət tərbiyə edir

2 - Şagirdlərin dünyagörüşünün inkişafında əhəmiyyətli rol oynayır

3 - Ədəbiyyat nəzəriyyəsi anlayışlarının mənimsənilməsinə əhəmiyyətli təsir göstərir

4 - Estetik tərbiyənin formalaşmasında mühüm rol oynayır

5 - Bədii tərbiyənin inkişafına əhəmiyyətli təsir edir

6 - Ədəbi növ və janrların xüsusiyyətlərinin daha ətraflı mənimsənilməsinə səbəb olur

A) 2, 3, 4

B) 1, 3, 6

C) 2, 4, 5

D) 3, 4, 6

E) 2, 3, 5

34. İfadəli oxuda xüsusi bacarıqların komponentlərinin reallaşması ardıcıllığı hansıdır?

1 - Yaradıcı təxəyyülün inkişafına zəmin olur

2 - Ədəbi növ və janrların qavranılmasına səbəb olur

3 - Ədəbiyyat nəzəriyyəsi anlayışlarının öyrənilməsinə imkan yaradır

4 - Müşahidə bacarığının formalaşmasına səbəb olur

5 - Bədii sənətkarlıq məsələlərinin qavranılması reallaşır

6 - Emosional həssaslığın formalaşması həyata keçir

A) 3, 4, 6

B) 2, 3, 5

C) 1, 4, 6

D) 2, 4, 5

E) 1, 3, 6

35. Ədəbiyyat dərslərində ifadəli oxunun əhəmiyyəti və komponenetləri arasında uyğunluğu müəyyən edin.

I - Bədii əsərlərin öyrənilməsi və qavranılması vasitəsi olması

II - Bədii sənətkarlıq məsələlərinin mənimsənilməsində rolu

III - Ədəbiyyatşünaslığın nəzəri anlayışlarının mənimsənilməsində əhəmiyyəti

IV - Estetik və bədii tərbiyənin formalaşmasında rolu

1 - Əsərin məzmununu mənimsəyirlər

2 - Müəllifin dil sənətkarlığı barədə təsəvvür qazanırlar

3 - Bədii təsvir vasitələrini müəyyənləşdirirlər

4 - Əsərin məzmununun bağşladığı estetik təsiri duyub şərh edirlər

5 - Əsərdəki obrazlara qiymət verirlər

6 - Mətnaltı mənaları qavrayırlar

7 - Ədəbi növ və janrları xüsusiyyətlərini öyrənirlər

8 - Əsərin bədii gözəlliyini duyur, misallarla aydınlaşdırırlar

9 - Əsərin ideya - məzmununu qavrayırlar

10 - Obrazların yaradılmasında istifadə olunmuş bədii vasitələri müəyyənləşdirirlər

11 - Bədii ifadə vasitələrini müəyyənləşdirirlər

12 - Yazıçı sənətkarlığınnı bağışladığı estetik təsiri duyub açıqlayırlar

A) I - 3, 5, 7; II - 9, 10 - 11; III - 7, 9, 11; IV - 8, 10, 12

B) I - 2, 8, 10; II - 7, 9, 12; III - 6, 8, 10; IV - 7, II, 12

C) I - 1, 5, 9; II - 2, 6, 10; III - 3, 7, 11; IV - 4, 8, 12

D) I - 1, 7, II - 8, 9, 11; III - 5, 7, 12; IV - 1, 10, 12

E) I - 2, 7, 12; II - 4, 7, 9; III - 3, 8, 11; IV - 9, 11, 12

36. Ədəbiyyat dərslərində ifadəli oxunun əhəmiyyəti və komponentləri arasında uyğunluğu müəyyən edin.

I - Ədəbi dilin zənginliyinin öyrənilməsi vasitəsi olması

II - Şifahi nitqin inkişafına əhəmiyyətli təsir etməsi

III - Dünyagörüşün formalaşmasında əhəmiyyətli rol oynaması

IV - Xüsusi bacarıqların inkişafına imkan yaratması

1 - Dilin bədii təsvir vasitələrini qavrayırlar

2 - Şagirdlərdə bədii əsərdə yalnız nə deyildiyinə yox, həm də necə deyildiyinə maraq yaranır

3 - Əsərin məzmunu şagirdin dünyagörüşünün formalaşmasına təsir edir

4 - Yaradıcı təxəyyülün inkişafına imkan yaradır

5 - Bədii ifadə vasitələrini mənimsəyirlər

6 - Əzbər öyrənməyə, bədii nağıletməyə maraq oyanır

7 - Əsərin ideyası şagirdin dünyagörüşünün inkişafında əhəmiyyətli rol oynayır

8 - Emosional həssaslığın güclənməsinə təsir edir

9 - Obrazlılığı başa düşüb qiymətləndirirlər

10 - Başqalarının nitqinin səlisliyini, ahəngdarlığını, gözəlliyini dutmaq bacarığı formalaşır

11 - Oxunan əsər ifaçının fərdi anlamından keçdiyi üçün ona müasir baxımdan yanaşır

12 - Müşahidə bacarığını formalaşdırır

A) I - 2, 8, 11; II - 1, 6, 10; III - 3, 9, 12; IV - 2, 9,

B) I - 2, 9, 11; II - 3, 7, 12; III - 2, 6, 10; IV - 3, 9, 11

C) I - 3, 6, 10; II - 2, 7, 11; III - 3, 8, 12; IV - 3, 8, 11

D) I - 1, 5, 9; II - 2, 6, 10; III - 3, 7, 11; IV - 4, 8, 12 12

E) I - 1, 6, 9; II - 1, 7, 11; III - 2, 9, 12; IV - 1, 7, 11

Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin