##num= 6// level= 1// sumtest=26 // name= Fərdi mühafizə vasitələri //
səhifə 6/13 tarix 16.12.2018 ölçüsü 0,55 Mb. #86061
##num= 6// level= 1// sumtest=26 // name= Fərdi mühafizə vasitələri //
1. Zəhərləyici maddələrin bütün növlərindən qorunmaq üçün ən etibarlı fərdi vasitə:
1 - əleyhqazdır
2 - pambıqlı tənzif sarğıdır
3 - su hopdurmayan adi geyimlərdir
4 - dəsmaldır
5 - nəm yaylıqdır
A) 2
B) 3
C) 1
D) 4
E) 5
2. Siniriflicedici ZM - in təsirindən qorunmaq üçün işlədilir.
1 - Fərdi aptekçənin 2 - ci bölməsindəki antidot - taren həbi
2 - Fərdi aptekçənin 7 - ci bölmədə etaperozin həbi
3 - Fərdi aptekçənin 1 - ci bölmədə - promedol
4 - Fərdi aptekçənin 3 - cü bölmədə sulfadimetoksin həbi
5 - Fərdi aptekçənin 4 - cü bölmədə sistamin həbi
A) 3
B) 2
C) 1
D) 4
E) 5
3. Adamların radioaktiv maddələrlə zəhərlənmiş sahələrdə qalması şüalanmaya səbəb olmasın deyə nə etməli?
1 - Fərdi aptekçədən radiasiya əleyhinə dərmanları qəbul etməli
2 - Bakteriya əleyhinə dərman qəbul etməli
3 - Açıq meydança, xiyabanlarda gəzişərək hava qəbul etməli
4 - Ağrıkəsici dərman maddələrini qəbul etməli
5 - Xilasetmə işləri aparmalı
A) 1
B) 5
C) 3
D) 4
E) 2
4. Ən sadə, əl çatan yanğın söndürmə vasitələrinə aiddir:
1 - Su, qum, torpaq, brezent örtüklər, ağacların şax budaqları
2 - Köpüklü odsöndürən cihazlar
3 - Köpük törədən kimyəvi maddələr
4 - Toz tərkibli od söndürən cihazlar
5 - Içərisinə maye karbon doldurulmuş cihazlar
A) 4
B) 3
C) 5
D) 1
E) 2
5. Uşaqların bədəninə düşmüş zəhərli maddələri zərərsizləşdirmək üçün hansı yaşda Fərdi kimyəvi paketdəki mayedən istifadə etməyə icazə verilir:
A) 11 yaşdan yuxarı
B) 3 yaşdan yuxarı
C) 1 yaşdan yuxarı
D) 7 yaşdan yuxarı
E) 9 yaşdan yuxarı
6. Əleyhqazın qutusunda əsasən yerləşir:
A) Tüstüyə və toza qarşı süzgəclər, adsorbent olan aktivləşdirilmiş kömür yerləşir
B) Tüstüyə, toza qarşı antidotlar yerləşir
C) Müxtəlif ağrıkəsicilər yerləşir
D) Zəhərlənmələrə qarşı dərmanlar yerləşir
E) Radiasiya əleyhinə dərman yerləşir
7. Unitol hansı zəhərləyici maddələrə qarşı istifadə olunan antidotdur?
A) Lyuizitə və arsen tərkibli maddələrə qarşı
B) Fosforlu üzvi maddələrə qarşı
C) Xlor və ammonyaka qarşı
D) Sinir iflicedici maddələrə qarşı
E) Boğucu təsirli zəhərləyici maddələrə qarşı
8. Fərdi aptekçədə hansı dərman maddəsi orqanizmin şüalanmaya ürəkbulanması və qusma ilə meydana çıxan ilk reaksiyasını aradan qaldırmaq üçün istifadə edilir?
A) Taren
B) Kalium – yodid
C) Etaperazin
D) Tetrasiklin
E) Sulfadimetoksin
9. Uşaq əleyhqazlarının quruluşca özünə məxsus xüsusiyyələri var:
A) Bu əleyhqazlar yüngülləşdirilmiş süzücü - uducu qutudan və üzlük hissədən ibarətdir
B) Bu əleyhqazlar qutudan və şlemmaska tipli üzlük hissə ilə komplektləşdirilir
C) Bu əleyhqazların üzlük, hissələrində birləşdirici boru olmur
D) Uşaq əleyhqazlarının şlem - maskasında membran qutu var
E) Bu əleyhqazların şlem maskasında qutu var və bu qutuda danışıq tərtibatı yerləşdirilir
10. Sistamin, kalium - yodid maddələri nə məqsədlə işlədilir?
A) İşıq şüalanmasının təsirini azaltmaq məqsədi ilə
B) Dəridə yara əmələ gətirən maddələrin təsirini azaltmaq məqsədi ilə
C) Radioaktiv şüalanmanın orqanizmə təsirini azaltmaq məqsədilə
D) Göz yaşardıcı ZM - in təsirini azaltmaq məqsədi ilə
E) Zərbə dalğasından mühafizə məqsədi ilə
11. Adamların radioaktiv maddələrlə zəhərlənmiş sahələrdə qalma zamanı şüalanmaya səbəb olmasın deyə nə etməli?
1 - Fərdi aptekçədəki radiasiya əleyhinə dərmanları qəbul etməli
2 - Bakteriya əleyhinə dərman qəbul etməli
3 - Açıq meydança, xiyabanlarda gəzişərək hava qəbul etməli
4 - Ağrı kəsici dərman maddələrini qəbul etməli
5 - Xilasetmə işləri aparmalı
A) 5
B) 2
C) 1
D) 4
E) 3
12. Süzücü əleyhqazlar nə üçündür?
1 - Tənəffüs orqanlarını havadakı zəhərli maddələrin təsirindən qoruyur
2 - Bədənin səthini radioaktiv, kimyəvi maddələrlə zəhərlənmədən qoruyur
3 - Bədənin səthini bakterial vasitələrdən qoruyur
4 - Tənəffüs orqanlarını radioaktiv maddələrin təsirindən qoruyur
5 - Tənəffüs orqanlarını aerozol halında yoluxdurucu xəstlik törədən mikroorqanizm və toksinlərdən qoruyur
6 - Ionlaşdırıcı şüalanmanın təsir dərəcəsini zəiflətmək üçündür
A) 3, 4, 5
B) 1, 2, 3
C) 2, 3, 4
D) 1, 4, 5
E) 1, 3, 5
13. Fərdi aptekçədə yerləşən dərman maddələri uşaqlara hansı dozalarda verilir?
1 - 1, 5 yaş uşaqlara böyüklərə verilən dozanın 1/5 hissəsini
2 - 8 yaşadək uşaqlara ¼ hissəsini
3 - 5 yaşadək uşaqlara ½ hissəsi
4 - 8 - 15 yaşadək uşaqlara ½ hissəsi
5 - 3 yaşadək uşaqlara 1/3 hissəsi
A) 1, 5
B) 1, 2
C) 1, 4
D) 2, 4
E) 3, 4
14. Bakteriya əleyhinə spesifik profilaktika vasitələrinə aiddir:
1 - zərdablar
2 - antidotlar
3 - radioprotektorlar
4 - deqazasiya mayesi
5 - anatoksinlər
6 - vaksinlər
A) 3, 4, 5
B) 1, 2, 3
C) 2, 3, 4
D) 1, 5, 6
E) 4, 5, 6
15. Əleyhqaz və respirator olmadıqda tənəffüs üzvlərini necə mühafizə etmək olar?
1 - tozdan qoruyan parçamaska ilə
2 - mühafizə bürüncəyi ilə
3 - xüsusi mühafizə paltarı ilə
4 - pambıqlı tənzif sarğılardan istifadə etməklə
5 - mühafizə kombinezonu ilə
6 - dəsmaldan, şərfdən, yaylıqdan istifadə etməklə
A) 1, 2, 3
B) 1, 4, 6
C) 4, 5, 6
D) 2, 3, 4
E) 2, 4, 5
16. Fərdi kimyəvi paketdən istifadə etmək qaydalarını ardıcıllıqla yazın.
1 - Zəhərli sahəni deqazasiya məhlulu ilə isladılmış salfetlə silirlər
2 - Zəhərli maddələr damçıları və ya bulaşığı aşkar edidikdə salfetlə hopdurub, vergülvari silib, atmaq lazımdır
3 - Paketdəki salfeti flakonda olan deqazasiya məhlulu ilə islatmaq lazımdır
4 - Istifadə olunan salfetləri yandırırlar
A) 1, 3, 2, 4
B) 2, 3, 1, 4
C) 4, 2, 1, 3
D) 1, 2, 3, 4
E) 3, 2, 1, 4
17. Fərdi aptekçədə bölmələrdə yerləşən mühafizə edici maddələri ardıcıllıqla yazın:
1 - Radiasiya əleyhinə - sistamin
2 - Şpris - tyubik – (2% - li promedol məhlulu)
3 - FÜB - lə zəhərlənməyə qarşı – (taren) ;
4 - Bakteriya əleyhinə (sulfadimetoksin)
A) 2, 3, 4, 1
B) 1, 2, 3, 4
C) 1, 4, 3, 2
D) 4, 2, 3, 1
E) 1, 3, 4, 2
18. Fərdi aptekçədəki dərman maddələrini ardıcıllıqla yazın.
1 – sulfadimetoksin – bakteriya əleyhinə
2 – ağrıkəsici olan şpris tyubikdə 2% - li 1 ml promedol məhlulu
3 - tetrasiklin – bakteriya əleyhinə
4 - taren - fosforlu üzvlü maddələrlə zəhərlənməyə qarşı
5 - sistamin - radiasiya əleyhinə
A) 4, 3, 1, 2, 5
B) 1, 2, 4, 5, 3
C) 2, 4, 1, 5, 3
D) 3, 1, 2, 4, 5
E) 5, 1, 2, 3, 4
19. Müstəqil olaraq "pambıq tənzif sarğının" hazırlanma qaydalarını ardıcıllıqla yazın:
1 - orta hissənin üzərinə 30x20 sm sahədə qalınlığı 2 sm olan pambıq qatı döşəyir;
2 - ölçüləri 100x50 sm olan tənzif parçası götürülür
3 - tənzifin uclarını ortadan uzununa kəsirlər ki, 2 cüt bağ alınsın
4 - Tənzifin artıq qalan hər iki kənarını uzununa pambıq qatı üstünə qatlayırlar
5 - sarğını taxarkən onun aşağı bağları kəllədə, yuxarı bağları isə peysərdə bənd edilir
A) 5, 4, 3, 2, 1
B) 3, 4, 5, 1, 2
C) 2, 1, 4, 3, 5
D) 1, 2, 3, 4, 5
E) 5, 4, 2, 1, 3
20. Nüvə zədələnmə ocağında radioaktiv tozdan qorunmaq üçün istifadə olunan fərdi mühafizə vasitələrini əhəmiyyətliliyinə görə ardıcıllıqla yazın
1 - Respiratorlar
2 - Əleyhqazlar
3 - Pambıqlı tənzif sarğı
4 - Dəsmal, yaylıq, şərf və s.
A) 2, 1, 3, 4
B) 1, 2, 3, 4
C) 4, 3, 2, 1
D) 3, 4, 1, 2
E) 3, 4, 1, 2
21. Sadə mühafizə vasitələrini aşağıdakı ardıcıllıqla geyirlər
1 - şalvarı
2 – tənzif pambıq maska
3 - döşlüyü
4 - pencəyi (kurtkanı)
A) 4, 1, 2, 3
B) 2, 1, 3, 4
C) 4, 2, 1, 3
D) 3, 4, 1, 2
E) 1, 4, 3, 2
22. Zəhərlənmə ocağında fərdi apteçkadan (AI - 2) istifadə edərkən . Uyğunluğu seçin
1 – bakteriya əleyhinə dərman
2 – fosforlu – üzvi zəhərləyici maddələrə qarşı
3 – ağrılar - zamanı Şpris –tyubikdə olan
4 – qusma əleyhinə
5 –radiasiya əleyhinə
a - promedoldan istifadə edilir
b - Etaperazin dərmanı kömək edir
c - tetrasiklin tətbiq edilir
d - taren işlədilir
e - dərhal sistamin qəbul edilir
A) 1 –c, 2 –d, 3 - a, 4 –b, 5 - e
B) 1 –a, 2 - b, 3 –d, 4 - e, 5 - c
C) 1 - d, 2 –c, 3 - a, 4 - e, 5 - b
D) 1 - b, 2 –d, 3 - c, 4 - a, 5 - e
E) 1 –e, 2 - a, 3 –b, 4 - d, 5 - c
23. Fərdi mühafizə vasitələrinə aiddir: Uyğunluğu tapın.
1 - Tənəffüs üzvlərinin mühafizə vasitələri
2 - Dəri səthinin mühafizə vasitələri
3 - Tibbi fərdi mühafizə vasitələri
a - fərdi aptekçə , kimya əleyhinə fərdi paket
b - əleyhqazlar, respiratorlar və ən sadə mühafizə vasitələri
c - mühafizə bürüncəyi, mühafizə plaşı, mühafizə kombinezonu
A) 1 - a; 2 - c; 3 - b
B) 1 - a; 2 - b; 3 - c
C) 1 - c; 2 - a; 3 - b
D) 1 - b; 2 - c; 3 - a
E) 1 - b; 2 - a; 3 - c
24. Tibbi fərdi mühafizə vasitələrinə aiddir. Uyğunluğu tapın
1 - Radioprotektorlar
2 - Antidotlar
3 - Fərdi aptekçə
4 - Fərdi kimyəvi paket
a - zəhərli maddələrin təsirinin qarşısını alır və ya zəiflədir
b - ionlaşdırıcı şüalanmanın təsir dərəcəsini zəiflədir
c - orqanizmi dərmanların köməyi ilə radiasiyadan , zəhərli maddələrdən və mikroblardan mühafizə edir
d - dəri səthinin zəhərli maddə damcıları ilə zəhərlənmiş açıq sahələrini təmizləmək üçündür
A) 1 - c; 2 - b; 3 - a; 4 - d
B) 1 - a; 2 - c; 3 - d; 4 - b
C) 1 - b; 2 - a; 3 - c; 4 - d
D) 1 - d; 2 - a; 3 - c; 4 - b
E) 1 - a; 2 - c; 3 - d; 4 - b
25. Tibbi fərdi mühafizə vasitələrinin sayını və növünü göstəriməklə uyğunluğu tapın.
1 - 1
2 - 2
3 - 3
4 - 4
5 - 5
a - antidotlar
b - əleyhqazlar
c - radioprotektorlar
d - respiratorlar
e - fərdi aptekçə
g - yüngül mühafizə kostyumu
f - fərdi kimyəvi paket
A) 2 (a, b)
B) 5 (b, d, e, g, f)
C) 4 (a, c, e, f)
D) 3 (b, c, d)
E) 3 (e, g, f)
26. Tənəffüs orqanlarını mühafizə edən fərdi mühafizə vasitələri hansıdır? Uyğunluuğu tapın.
1 - süzucü əleyhqazlar
2 - təcridedici əleyhqazlar
3 - respiratorlar
4 - ən sadə vasitələr
a - tənəffüs orqanlarını radioaktiv və zəhərli tüstülərdən mühafizə edən yarım maska
b - tozdan qoruyan parça maska və pambıqlı tənzif sarğı
c - tənəffüs orqanlarını, gözləri tamamilə zəhərli və radioaktiv maddələrdən mühafizə edir
d - tənəffüs orqanlarını ətrafdakı havadan tamamilə təcrid edir
A) 1 - c; 2 - d; 3 - a; 4 - b
B) 1 - a; 2 - c; 3 - d; 4 - b
C) 1 - d; 2 - b; 3 - c; 4 - a
D) 1 - b; 2 - a; 3 - d; 4 - c
E) 1 - c; 2 - b; 3 - c; 4 - d
Dostları ilə paylaş: