##book id=064//book name=Azərbaycan dili və nitq mədəniyyəti



Yüklə 0,85 Mb.
səhifə5/6
tarix11.02.2020
ölçüsü0,85 Mb.
#102094
1   2   3   4   5   6

5- uslubi

A) 1

B) 2, 5

C) 4

D) 3, 4

E) 3, 5

24. “Danışıq dili” temininin dilçilikdə işlənən beş mənasından biri yanlış göstərilmişdir.

1- yazılı ədəbi dil mənasında;

2- şifahi ədəbi dilin funksional üslubu mənasında;

3- şifahi ədəbi dilin qeyri-rəsmi danışıq ünsiyyəti mənasında;

4- dialoji nitq mənasında;

5- ümumxalq dilinin bir hissəsi mənasında.

A) 1, 2

B) 5

C) 4

D) 2

E) 1

25. Qramatik normalara aid deyil

1- sözlərin mənaca ən dəqiq olanını işlətmək

2- müəqqən miqdar sayından sonar tək ismin işlənməsi

3- mübtədailə xəbərin şəxsə görə uzlaşması

4- söz sırasının gözlənilməsi

5- şəkilçilərin müəyyən qanunauyğunluqla düzəlməsi

A) 1, 2

B) 2

C) 5

D) 2, 3

E) 1

26. Biri lеksik nоrmаlаrа dахil dеyil:

1- düzgün yаzı qаydаlа

2- sözün sеçilib yеrində işlədilməsi

3- yеni sözlərin işlədilməsi

4- tеrminlərdən istifа

5- аlınmа sözlərdən istifа

A) 2

B) 3

C) 5

D) 2, 3

E) 1

27. Vеrilənlərdən biri ədəbi dilin əlаmətlərinə аid еdilə bilməz:

1- ədəbi dil milli dilin fоrmаlаşmаsındа hеç cür rоl оynаyа bilməz

2- ədəbi dilin ədəbi-mədəni səciyyəliliyi оnun yüksək əlаmətlərindəndir

3- ədəbi dil nоrmаlаşdırılmış ünsiyyət vаsitəsidir

4-ədəbi dil tаriхən əldə оlunmuş ümummədəni nаiliyyətlərin sахlаnılmаsındа хüsusi əhəmiyyət kəsb еdir

5-ədəbi dil şifаhi və yаzılı fоrmаlаrа mаlikdir.

A) 1, 2

B) 2

C) 5

D) 3

E) 1

28. Ədəbi dilin nоrmаlаrının müəyyənləşdirilməsində əsаs götürülən mеyаrlаrdаn biri səhvdir:

1-könüllülük

2- təbiilik

3-işləklik

4-sаbitlik

5-zərurilik

A) 1, 2

B) 2, 5

C) 4

D) 2

E) 1

29. Vurğuya dair normalarla bağlı fikirlərdən biri yanlışdır.

1- Azərbaycan ədəbi dilində orfoepik normalardan biri kimi vurğu sözün son hecasına düşmür

2- alınma sözlərdən vurğunun düzgün işlədilməsi ədəbi dil normalarına daxildir

3- dünya dillərində vurğu özünü müxtəlif şəkildə büruzə verir

4- vurğu normalarına əməl olunması ən zəruri nitq mədəniyyəti əlamətidir

5- alman və rus ədəbi dilinin vurğu normalarına görə vurğu sərbəstdir

A) 2

B) 5

C) 4, 5

D) 2, 4

E) 1

30. Aşağıda verilmiş fikirlərdən birini semantik normanın prinsipinə aid etmək olmaz.

1-sözlərin və qrammatik şəkilçilərin ardıcıl işlənməsi

2- sözlərin əsas mənadan əlavə bir neçə mənalarda işlənməsi

3- sözlərin yeni mənada işlədilməsi

4- hər bir söz, məfhumu dəqiq şəkildə ifadə etməlidir

5- sözlər yeni məna kəsb edərkən mənanın daralması, genişlənməsi və dəyişməsinin baş verməsi

A) 1, 3

B) 2

C) 5

D) 2, 4

E) 1

31. Aşağıdakı fikirlərdən hansı düzgün deyil?

1-orfoqrafik norma xalq tərəfindən müəyyən edilir

2- orfoqrafiyada üç prinsip əsas götürülür

3- orfoqrafik qaydalar vahiddir

4- orfoqrafik qaydalar mümkün qədər sabit olur

5- orfoqrafik qaydalara riayət etmək hamı üçün məcburidir

A) 1, 2

B) 2, 3

C) 5

D) 2, 4

E) 1

32. Hansı bənddə sintaktik norma pozulmayıb?

1-Maralın təzə ot qoxusu verən nəfəsi onun nəfəsinə qarışmışdı.

2- Dən gəzirsən saçlarımın dənində.

3- Yol azmışam bu payızın çənində.

4- Elə bilirsən ki, donacaq zaman.

5- Dörd bir yana dağılmış türk soyları,

Sönmüş ocaq, köçüb getmiş boyları...

A) 1, 2

B) 2

C) 5

D) 2, 4

E) 1

33. Ədəbi dilin bu norması sözlər və cümlələr arasındakı əlaqələrin nitqdə düzgün qurulmasını, cümlə üzvlərinin qanunauyğun şəkildə sıralanmasını tələb edir. Söhbət hansı normadan gedir?

1-sintaktik

2- leksik

3- onomastik

4- fonetik

5- orfoepik

A) 1, 2

B) 2

C) 5

D) 2, 4

E) 1

34. Üslubi norma kimi göstərilənlərdən biri yanlışdır

1-sünilik

2- təbiilik

3- təmizlik

4- axıcılıq

5- yığcamlıq

A) 1, 2

B) 2

C) 5

D) 2, 4

E) 1

35. Bu normanın əsasını obrazlılıq, zənginlik, ifadəlilik, sadəlik, aydınlıq, ahəngdarlıq və s. nitq əlamətləri təşkil edir. Söhbət ədəbi dilin hansı normasından gedir?

1- üslubi

2- sintaktik

3- morfoloji

4- fonetik

5- onomastik

A) 1, 2

B) 2

C) 5

D) 2, 4

E) 1

36. Ədəbi dilin normalarını ardıcıl düzün.

1-qrammatik

2-leksik

3-fonetik

A) 3, 2, 1

B) 2,1, 3

C) 1, 2,3

D) 2, 3, 1

E) 1, 3, 2

37. Orfoqrafiyanın prinsiplərini ardıcıl düzün

1-tarixi-ənənəvi

2-morfoloji

3-fonetik

A) 2, 1, 3

B) 2, 3,1

C) 1, 2,3

D) 3, 2, 1

E) 1, 3, 2

38.Azərbaycan dilinin lüğət tərkibinə daxil olan sözləri mənşəcə ardıcıl düzün.

1-Ərəb-fars sözləri

2-Rus-Avropa sözləri

3-əsl Azərbaycan sözləri

4-Qafqaz mənşəli sözlər

A) 3, 1, 2, 4

B) 2, 3, 4, 1

C) 1, 2,3, 4

D) 2, 4, 3, 1

E) 4, 1, 3, 2

39. Orfoepik qaydalara aid olan prinsipləri ardıcıl düzün.

1-qrafik

2-morfoloji

3-fonetik

A) 2,1, 3

B) 2, 3,1

C) 1, 2,3

D) 3, 2, 1

E) 1, 3, 2

40.Tələffüz üslublarını ardıcıl düzün.

1-kitab üslubu

2-adi danışıq üslubu

3-normativ üslub

A) 1, 3, 2

B) 2, 3,1

C) 1, 2,3

D) 2, 1, 3

E) 3, 1, 2

41. Uyğunluğu müəyyən edin

I- orfoepik qaydalar ümumxalq dilinə uyğun olmalıdır

II – canlı danışıqda bir neçə formada işlənən tələffüz variantlarından biri seçilməlidir

III – iki tələffüz şəklindən biri – orfoqrafiyada işlənən forma seçilməlidir

1. fonetik prinsip

2. morfoloji prinsip

3. qrafik prinsip

A) I -1, II -2, III – 3

B) I -3, II -1, III -2

C) I -1, II -3, III -2

D) I – 3, II -2, III -1

E) I -2, II -1, III - 3



42. Verilmiş fikirləri normalara uyğun müəyyən edin:

1 - Fonemlərin tələffüzünə dair normalar, alınma sözlərin tələffüzünə dair normalar;

2 - Yeni sözlərin işlədilməsinə dair normalar, sözün seçilib yerində işlədilməsinə dair normalar;

3 - Toponimlərə dair normalar, antroponimlərə dair normalar;

4 - Məna dəqiqliyinə dair normalar, sözün yeni mənada işlənməsinə dair normalar;

5. - Sözün düzgün yazılışına dair normalar;

a) orfoqrafik normalar;

b) onomastik normalar;

c) leksik normalar;

d) semantik normalar;

e) orfoepik normalar.

A) 1 d; 2 b; 3 c; 4 a; 5 e

B) 1 a; 2 d; 3 e; 4 b; 5 c

C) 1 c; 2 a; 3 d; 4 b; 5 e

D) 1 b; 2 e; 3 a; 4 c; 5 d

E) 1 e; 2 c; 3 b; 4 d; 5 a



43. Uyğunluğu müəyyən edin.

I – fonetik prinsip

II – morfoloji prinsip

III – tarixi-ənənəvi prinsip

1-Sözlər eşidildiyi kimi tələffüzə uyğun yazılır

2- Sözlərin qrammatik tərkibi əsas götürülür ki, müxtəlif tələffüz formalarından biri seçilir.

3- Sözün vaxtilə mövcud olan yazılış şəkli saxlanılır

A) I – 1, II -2, III -3

B) I -2, II – 1, III -3

C) I -3, II – 2, III -1

D) I -1, II -3, III -2

E) I -3, II -1, III -2



44. Uyğunluğu müəyyən edin

I – iki nöqtə

II – sual işarəsi

III – nida işarəsi

1-Cavab almaq üçün işlədilən cümlənun sonunda qoyulur

2-Ritorik sual cümlələrinin sonunda qoyulur

3-Ümumiləşdirici sözdən sonra qoyulur

4-Yüksək hiss-həyəcan ifadə edən cümlələrdə qoyulur

A) I -2, II -1, 3, III -4

B I -3, II -1, 2, III -4

C) I – 3, 4, II – 2, III -1

D) I – 4, II -1 , III -2

E) I -1, 2, II – 3, III – 4



45. Uyğunluğu müəyyən edin.

I – üç nöqtə

II – defis işarəsi

III – sual işarəsi

1-mürəkəb sözlərin tərəfləri arasında işlənir

2-əmr məzmunu ifadə etməkdən üçün

3-sual cümlələrinin sonunda işlənir

4-cavab tələb etmədən bədii sual cümlələrində işlənir

5-fikrin bitmədiyini və psixoloji fasiləni göstərmək üçün

A) I -2, II -1, 3, III -4

B) I -2, II -1, III -4

C) I -4, II -3, III -1

D) I – 5, II -1, III – 3,4

E) I 2, 4, II -1, III -3



46. Uyğunluğu müəyyən edin.

I-iki nöqtə

II-nöqtəli vergül

III-nida işarəsi

1- bağlayıcısız tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında

2- sadalanan sözlərdən əvvəl ümumiləşdirici söz gələrsə

3- yüksək hiss-həyəcanla deyilən cümlələrdə

A) I-2, II-1, III-3

B) I-1, II-2, III-3

C) I-3, II-1, III-2

D) I-2, II-3, III-1

E) I-1, II-3, III-2
##num=7// level= 1// sumtest=23 // name= Frazeoloji, morfoloji, sintaktik və üslubi normalar//

1. “Şagird beş kitablar aldı”.Cümlədə ədəbi dilin hansı norması pozulub?

A) fonetik

B) sintaktik

C) leksik

D) morfoloji

E) üslubi



2. “Yarışa sən və Əsmər getməlidir” cümləsində ədəbi dilin hansı norması pozulub?

A) orfoqrafik

B) sintaktik

C) leksik

D) üslubi

E) orfoepik



3. “Məlikməmməd bu üç almaları qızlara verdi” cümləsində ədəbi dilin hansı norması pozulub?

A) orfoepik

B) leksik

C) üslubi

D) fonetik

E) qrammatik



4. “Zülmə dözməyən ordu üsyan qaldırdılar” cümləsində ədəbi dilin hansı norması pozulub?

A) fonetik

B) leksik

C) sintaktik

D) üslubi

E) orfoepik



5. “Göynən gedən beş durnalar,

Bizim ellər yerindəmi? “ Misralarda ədəbi dilin hansı norması pozulub?

A) orfoqrafik, morfoloji

B) orfoepik

C) sintaktik

D) leksik

E) orfoqrafik



6. “İpək tora halqa salma dəmirdən,

Aydı, gündü, gəlib keçir ömürdən” (A.Alı). Misralarda ədəbi dilin hansı norması pozulub?

A) leksik

B) qrammatik

C) orfoepik

D) üslubi

E) fonetik



7. “Yarpaqlar payızda tökülürlər” nümunəsində ədəbi dilin hansı norması pozulub?

A) leksik

B) morfoloji

C) sintaktik

D) fonetik

E) üslubi



8. Xəbər mübtəda ilə uzlaşmırsa, ədəbi dilin hansı norması pozulur?

A) fonetik

B) morfoloji

C) sintaktik

D) leksik

E) orfoqrafik



9. “Alim də, şair də, dağda çoban da

Deyirlər öz mahnısını ana dilində” nümunəsində ədəbi dilin hansı norması pozulub?

A) orfoepik

B) morfoloji

C) leksik

D) sintaktik

E) orfoqrafik



10. Qrammatik normanın pozulduğu cümlə hansıdır?

A) Şirin bir xatirə tək qalacaqdır dünyada

Sevərək yaşayanlar, sevilərək ölənlər.

B) Gənc alim tribunaya qalxdı.

C) Sənubər kəndə, babasıgilə qonaq gəlmişdir.

D) Uşaqlar Səlim babadan çox şey öyrəndilər.

E) Kəndin qərbindəki dərin dərələr yaz gələndə göy otlarla örtülərdi.

11. “Anamın savadı - köhnə əlifba,

Anamın əsəri - mənə məktublar”. Misralarda mədəni nitqin hansı norması pozulub?

A) leksik

B) orfoqrafik

C) fonetik

D) qrammatik

E) orfoepik



12. Hansı sözdə morfoloji norma pozulub?

A) yaşılllaşdırılmışdır

B) acıqlandı

C) kitabxanaçının

D) sinfimizdəki

E) bildirki



13. “Şairim! Aç, payla söz xəzinəni,

Şeiriyyət ilhama çağırır məni” . Misralarda ədəbi dilin hansı norması pozulub?

A) morfoloji

B) sintaktik

C) fonetik

D) leksik

E) üslubi



14. Ədəbi dilin qrammatik normasının əsas tələbini göstərin.

1- sözlər və cümlələr arasındakı əlaqələrin nitqdə düzgün qurulması

2- sözün mənasına bələd olmaq, onu düzgün işlətmək

3- milli sözləri daha çox işlətmək

4- sözü düzgün tələffüz etmək və düzgün yazmaq

5- məhəlli, yerli sözləri nitqdə işlətmək

A) 1, 2

B) 2, 3

C) 4

D) 2

E) 1

15. Nitqdə müəyyən miqdar saylarından sonra gələn isimlər cəmdə işlədilərsə, bu halda ədəbi dilin hansı pozulur ?

1-qrammatik

2- leksik

3- leksik və qrammatik

4- fonetik

5- fonetik və leksik

A) 1, 2

B) 2, 5

C) 4

D) 2

E) 1

16. Morfoloji normanın tələbinə görə isimlərdə (adlarda) kəmiyyət şəkilçisindən sonra hansı şəkilçi gəlməlidir?

1-mənsubiyyət

2- hal

3- xəbərlik

4- şəxs

5- heç biri

A) 1

B) 2

C) 4, 5

D) 4

E) 3

17. Ədəbi dilin bu norması sözlər və cümlələr arasındakı əlaqələrin nitqdə düzgün qurulmasını tələb edir. Söhbət hansı normadan gedir?

1- qrammatik

2-leksik

3- onomastik

4-fonetik

5- orfoepik

A) 5

B) 1

C) 4, 5

D) 2, 4

E) 2

18.Ədəbi dilin üslublarını ardıcıl düzün.

1-Bədii üslub

2-İctimai-publisistik üslub

3-Rəsmi üslub

4-Elmi üslub

A) 1, 4, 3, 2

B) 2, 3,1, 4

C) 1, 4, 2,3

D) 1, 2, 3, 4

E) 1, 4, 2, 3

19.Söz, söz birləşməsi və cümləni ardıcıl düzün.

1-məktəbin qabaqcıl təcrübəsi

2-vaxtdır

3-kömək etmək

A) 3, 1, 2

B) 2, 3,1

C) 1, 2,3

D) 2, 1, 3

E) 1, 3, 2

20.Fonetika, leksika, və morfologiyanın tədqiqat obyektinə daxil olanları ardıcıl seçin.

1-nitq hissəsi

2-söz

3-səs

A) 1, 2,3

B) 2, 3,1

C) 3, 2, 1

D) 2,1, 3

E) 1, 3, 2

21. Uyğunluğu müəyyən edin.

I – morfoloji norma

II – sintaktik norma

1 - Ədəbi dilin bu norması sözlər və cümlələr arasındakı əlaqələrin nitqdə düzgün qurulmasını, cümlə üzvlərinin qanunauyğun şəkildə sıralanmasını tələb edir.

2 - Bu normanın tələbinə görə fellərdə təsirlilik və növ şəkilçilərindən sonra inkarlıq şəkilçisi gəlməlidir.

3 - Bu normanın tələbinə görə miqdar sayından sonra gələn isim kəmiyyət kateqoriyasının əlamətini qəbul etmir

4 - Bu normanın tələbinə görə mürəkkəb cümlənin konstruksiyasında ikinci dərəcəli cümlə üzvləri cümlənin ortasında gəlməlidir

5 - Bu normanın tələbinə görə inkarlıq bildirən nə ədatından sonra –ma2 şəkilçisi işlənə bilməz

A) I – 2, 3, 5; II – 1, 4

B) I – 1, 3, 4; II – 2, 5

C) I – 1, 4; II – 2, 3, 5

D) I – 1, 2, 3; II – 4, 5

E) I -3, 4, 5; II – 1, 2



22. Uyğunluğu müəyyən edin:

I – Nəzəri dilçilik bölməsi

II - Tətbiqi dilçilik bölməsi

1 – Nitq mədəniyyəti

2 - Morfologiya

3 – Lüğətçilik

4 – Leksikologiya

A) I - 2,4, II -3

B) I - 2, II - 1

C) I - 2,3 II - 4

D) I – 1,4, II - 3,

E) I -2, 4, II – 1, 3

23. Uyğunluğu müəyyən edin:

I – Əqli çox olan adamın sözü az olar.

II - Söz sərrafı söylədi: “Söz dünyanın naxşıdır!”

III – Əvvəl bir düşün, sonra dilə gəl,

Divar tez yıxılar, olmasa təməl!

IV- Can sözdür, əgər bilirsə insan

Sözdür ki deyirlər, özgədir can.

V- Nəfəsi əhli-dilin cövhəri-candır bilənə,

Nitqimiz qüdrəti –həq, ruhi-rəvandır bilənə.

1-Ş.İ.Xətai

2 – N.Gəncəvi

3 – Sədi Şirazi

4 – M. Füzuli

5 – Həzrət Əli

A) I - 5, II – 2, III – 3, IV- 4, V-1

B) I - 4, II – 2, III – 3, IV- 1, V-5

C) I - 3, II – 1, III – 4, IV- 2, V-5

D) I - 2, II – 1, III – 4, IV- 5, V-3

E) I - 1, II – 5, III – 4, IV- 2, V-3
##num=8// level= 1// sumtest=56 // name= Kamil nitq. Belə nitqi xarakterizə edən amillər: nitqin dəqiqliyi, nitqin zənginliyi, nitqin aydınlığı, nitqin təmizliyi və s.//

1. Nitq mədəniyyətinin hamı üçün məcburi olan əsas şərti nədir?

A) Nitqin dəqiqliyi

B) Nitqin ifadəliliyi

C) Nitqin emosionallığı

D) Nitqin elmiliyi

E) Nitqin düzgünlüyü



2. Nitqin aydınlığı üçün tələb olunan şərtlərdən biri düzdür.

A) Məhəlli sözlərə yer vermək

B) Yalnız adi intonasiyadan istifadə etmək

C) Sözlərin axırının tələffüz edilməməsi

D) Mətndəki çətin sözləri öyrənmək və izah etmək

E) Əcnəbi sözlərin lüzumsuz işlədilməsi



3. Səthi məlumatlı, az savadlı adamların nitqində ümumi fikirlər irəli sürülür, artıq, lüzumsuz təfərrüatlara yol verilir. Bu fikirlər mədəni nitqin hansı tələbinin əksinədir ?

A) Səlislik

B) Aydınlıq

C) İfadəlilik

D) Yığcamlıq

E) Təmizlik



4. “Nitq zamanı...... pozulmasının bir səbəbi də dili yaxşı bilməmək, zəngin söz ehtiyatına sahib olmamaqdır”. Nöqtələrin yerinə bunlardan biri qoyulmalıdır.

A) ifadəliliyin

B) dəqiqliyin

C) yiğcamlığın

D) səlisliyin

E) aydınlığın



5. Aristotel ünsiyyət üçün başlıca şərt sayırdı . Nəyi ?

A) Nitqin təmizliyini

B) Nitqin yığcamlığını

C) Nitqin düzgünlüyünü

D) Nitqin dəqiqliyini

E) Nitqin aydınlığını



6. Natiq nitqin aydın olması üçün aşağıdakılara əməl etməlidir. Biri yanlışdır.

A) Auditoriya və ya müsahiblə əks əlaqənin qurulmaması

B) Qrammatik formaları düzgün və aydın tələffüz etmək

C) Məzmuna uyğun intonasiya seçmək

D) İstinad olunan mənbəni nəzərə çatdırmaq

E) Mənası çətin sözləri izah etmək



7.“Ümumiyyətlə sözünü çox qeyri-müəyyən, pis və dəhşətli söz“ adlandıraraq qeyd edir ki, “bu sözdə çox böyük səliqəsizlik və qarışıqlıq vardır”. Bu fikrin müəllifi kimdir ?

A) Plutarx

B) Stanislavski

C) Lomonosov

D) Aristotel

E) Siseron



8. Nitqdə məhəlli dialektlərə və yerli şivələrə məxsus danışıq tərzinə yol verilirsə, mədəni nitqin hansı tələbi pozulur ?

A) Aydınlığı

B) Səlisliyi

C) Dəqiqliyi

D) Təmizliyi

E) Münasibliyi



9. Nitqdə gejə (gecə), həftiy ( aptek ), manıt (manat ), hancarı (necə), anrı (o tərəfə) və s. sözlərə yer verilərsə, mədəni nitqin hansı tələbi pozulur ?

A) Düzgünlüyü

B) Aydınlığı

C) İfadəliliyi

D) Təmizliyi

E) Yığcamlığı



10. Əcnəbi sözlər lüzumsuz işlədilməməlidir. Bu ifadə mədəni nitqin hansı tələbinə uyğundur ?

A) Dəqiqliyinə

B) Yığcamlığına

C) İfadəliliyinə

D) Münasibliyinə

E) Təmizliyinə



11. Nitqin təmizliyi ilə bağlı şərtlərdən biri yanlışdır.

A) Təhqiramiz ifadələrə yol verməmək

B) Əcnəbi sözlərin lüzumsuz işlədilməməsi

C) Jarqon sözlərin və ifadələrin işlədilməməsi

D) Tüfeyli sözlərlə bağlı qüsurların aradan qaldırılması

E) Məhəlli dialekt və şivələrə yer vermək



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin