##book id=354//book name= Fərdi inkişafın biologiyası // ##fk=104//ks=03//fn=354// sumalltest= 307


##num= 8// level= 1// sumtest=19 // name= Ziqotun bölünməsi, blastulyasiya //



Yüklə 0,57 Mb.
səhifə8/15
tarix17.11.2018
ölçüsü0,57 Mb.
#83835
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

##num= 8// level= 1// sumtest=19 // name= Ziqotun bölünməsi, blastulyasiya //


1. Blastulyasiyanın mahiyyyəti aşağıdakı variantlardan hansında daha düzgün ifadə olunmuşdur?

1 - asinxron bölünmənin blastomerlərin hüceyrə tsiklində G1 faza bərpa olunur

2 - sinxron bölünmənin blastomerlərin hüceyrə tsiklində G1 faza bərpa olunur

3 - asinxron bölünmənin sona çatdığı dövrdə başlayır

4 - sinxron bölünmənin sona çatdığı dövrdə başlayır

5 - blastosel əmələ gəlir

6 - rüşeym divarı epiteliləşir

A) 3, 5, 6

B) 2, 5

C) 1, 5, 6

D) 4, 6

E) 1, 5

2. Bölünmənin tiplərinin ifadəsi hansı varianda düzgün verilmişdir?

1 - meroblastik bölünmə tipi

2 - səthi bölünmə tipi

3 - diskoidal bölünmə tipi

4 - holoblastik bölünmə tipi

a - yumurta bütünlüklə bölünür, sarının bir hissəsi vegetativ blastomerlərə paylanır

b - sitoplazmanın səthi qatının blastomerlərə bölünməsi ilə müşahidə olunur

c - bölünmə yalnız sarı olmayan periplazmanı əhatə edir

e - yumurtanın animal qütbündə yerləşən nazik sitoplazma diski blastomerlərə bölünür

A) 1 - a 2 - d 3 - b 4 - c

B) 1 - c 2 - d 3 - b 4 - a

C) 1 - a 2 - b 3 - d 4 - c

D) 1 - c 2 - b 3 - d 4 - a

E) 1 - b 2 - a 3 - c 4 - d

3. RNT - nin sintezi inkişafın hansı dövründə bərpa olunur?

A) RNT - nin sintezi heç kəsilmir, hətta pronukleuslarda da aşkar edilir.

B) RNT - nin sintezi gec - blastulanın əmələ gəlməsindən az əvvəl başlayır

C) RNT sintezi bölünmənin ilkin mərhələlərində başlayır

D) RNT - nin sintezi 2 blastomer mərhələsində başlayır

E) RNT - ni sintezi çox gec –qastrulyasya mərhələsində başlayır

4. Yumurtanın bölünməsinin fəza təşkilatının xüsusiyyətləri hansı proseslərlə müəyyən olunur?

1 - interfaz nüvələrin blastemerlərdə qanunauyğun yerləşməsi

2 - ardıcıl bölünmə iylərinin qanunauyğun səmtlənməsi

3 - bölünən yumurtanın blastomerləri bir - birinə və yumurtanın polyar oxuna nəzərən nizamsız yerləşmişlər

4 - bölünmənin fəza təşkilatı sarının miqdarı, sıxlığı və paylanma xarakterindən asılı deyil

5 - hüceyrə siklinin müxtəlif fazalarında blastomerlərin hərəkəti

A) 2, 4. 5

B) 1, 3, 4

C) 1, 2, 5

D) 3, 4, 5

E) 1, 3, 5.

5. Məməlilərdə RNT - nin sintezi inkişafın hansı dövründə bərpa olunur?

A) RNT - nin sintezi 2 blastomer mərhələsində başlayır, blastosista mərhələsində 10 - 20 dəfə artır

B) RNT - nin sintezi heç kəsilmir, hətta pronukleuslarda da aşkar edilir.

C) RNT - nin sintezi gec - blastulanın əmələ gəlməsindən az əvvəl başlayır

D) RNT sintezi bölünmənin ilkin mərhələlərində başlayır

E) RNT - ni sintezi çox gec –qastrulyasya mərhələsində başlayır.

6. Dəniz kirpisində RNT - nin sintezi inkişafın hansı dövründə bərpa olunur?

A) RNT - nin sintezi gec - blastulanın əmələ gəlməsindən az əvvəl başlayır

B) RNT - nin sintezi 2 blastomer mərhələsində başlayır, blastosista mərhələsində 10 - 20 dəfə artır

C) RNT - nin sintezi 16 - 32 blastomer mərhələsində başlayır

D) RNT sintezi bölünmənin ilkin mərhələlərində başlayır

E) RNT - ni sintezi çox gec –qastrulyasya mərhələsində başlayır

7. Ziqotun mitotik bölünmələri hansı xüsusiyyətlərə malikdir?

A) rüşeymin bölünmüş hüceyrələri böyümür, yəni rüşeymin həcmi və kütləsi mayalanmış yumurtanınkından artmır, rüşeymdə DNT - nin miqdarı hər bölünmədən sonra iki dəfə artmış olur

B) rüşeymin bölünmüş hüceyrələri böyüyür, yəni rüşeymin həcmi və kütləsi mayalanmış yumurtanınkından hər dəfə iki dəfə artır, rüşeymdə DNT - nin miqdarı hər bölünmədən sonra iki dəfə artmış olur

C) rüşeymin bölünmüş hüceyrələri böyümür, yəni rüşeymin həcmi və kütləsi mayalanmış yumurtanınkından artmır, rüşeymdə DNT - nin miqdarı sabit qalır

D) rüşeymin bölünmüş hüceyrələri böyüyür, yəni rüşeymin həcmi və kütləsi mayalanmış yumurtanınkından hər dəfə iki dəfə artır, rüşeymdə DNT - nin miqdarı hər bölünmədən sonra iki dəfə artmış olurnüvə - sitoplazma münasibətləri pozulur

E) rüşeymin bölünmüş hüceyrələri böyümür, yəni rüşeymin həcmi və kütləsi mayalanmış yumurtanınkından artmır, rüşeymdə DNT - nin miqdarı hər bölünmədən sonra iki dəfə artmış olur, nüvə - sitoplazma münasibətləri pozulur.

8. Qastrulyasiyanın mahiyyəti aşağıdakı variantlardan hansında düzgün ifadə edilmişdir?

A) blastulanın divarlarının ayrı - ayrı hüceyrələrinin, eləcə də iri sahələrinin intensiv yerdəyişməsi nəticəsində rüşeym təbəqələrinin əmələ gəlməsi qastrulyasiya, rüşeymin özü isə qastrula adlanır

B) blastulanın divarlarını təşkil edən blastomerlərin vegetativ və animal hüceyrələrə təbəqələşməsi qastrulyasiya, rüşeymin özü isə qastrula adlanır

C) blastulanın divarlarını təşkil edən blastomerlərin epiteliləşməsi nəticəsində xarici epiteli qatının və daxili mezoderma qatının əmələ gəlməsi prosesi qastrulyasiya, rüşeymin özü isə qastrula adlanır

D) divarları bir neçə qat epiteli hüceyrələrindən ibarət olan, daxilində isə blastosel adlanan boşluğu olan rüşeymin əmələ gəlməsi prosesi qastrulyasiya, rüşeymin özü isə qastrula adlanır

E) divarları 3 rüşeym təbəqəsindən ibarət olan, daxilində isə blastosel adlanan boşluğu olan rüşeymin əmələ gəlməsi prosesi qastrulyasiya, rüşeymin özü isə qastrula adlanır

9. Amfibilərin yumurtalarında sinxron və asinxron bölünmələrin nisbi müddəti aşağıdakı variantlardan hansında düzgün verilmişdir?

1 - sinxron bölünmə 4 - cü bölünməyə qədər

2 - sinxron bölünmə 7 - ci bölünməyə qədər

3 - metoxron bölünmə 5 - 11 - ci bölünmələr

4 - metaxron bölünmə 7 - 13 - cü bölünmələr

5 - metaxron bölünmə 4 - 13 bölünmələr

6 - metaxron bölünmə 7 - 11 bölünmələr

7 - asinxron bölünmə 11 - ci bölünmədən başlayaraq

8 - asinxron bölünmə 13 - ci bölünmədən başlayaraq

A) 1, 5, 8

B) 2, 4, 8

C) 1, 3, 7

D) 2, 6, 7

E) 1, 4, 8

10. Blastulaların tipləri hansı variantda düzgün ifadə edilib?

1 - meroblastula

2 - homoblastula

3 - seloblastula

4 - sterroblastula

5 - teloblastula

6 - amfiblastula

7 - diskoblastula

8 - periblasrula

A) 1, 2, 5, 6, 7

B) 1, 3, 5, 7, 8

C) 1, 2, 4, 6, 7

D) 2, 3, 5, 6, 8

E) 3, 4, 6, 7, 8

11. Sinxron, asinxron və metaxron bölünmənin mahiyyəti hansı variantda düzgün ifadə olunmuşdur?

1 - sinxron bölünmə

2 - asinxron bölünmə

3 - metoxron bölünmə

a - blastomerlərin bölünməsi yumurtanın animal qütbündən vegetativ qütbünə doğru dalğa şəklində yayılır, əvvəlcə animal blastomerlər, sonra isə vegetativ blastomerlər bölünür

b - blastomerlərin bölünməsi yumurtanın vegetativ qütbündən animal qütbünə doğru dalğa şəklində yayılır, əvvəlcə vegetativ blastomerlər, sonra isə animal blastomerlər bölünür

c - G1 və G2 fazaları reduksiya olunur, bütün fazaların müddəri qısalır, bölünmə dalğası əvvəlcə yumurtanın animal - vegetativ istiqamətində yayılır, sonra isə bu ardıcıllıq pozulur və bölünmələr bir - birindən asılı olmadan gedir

d - G1 və G2 fazaları bərpa olunur, bütün fazaların müddəri uzanır, bölünmə dalğası əvvəlcə yumurtanın animal - vegetativ istiqamətində yayılır, sonra isə bu ardıcıllıq pozulur və bölünmələr bir - birindən asılı olmadan gedir

e - genomun bütün replikonlarında replikasiya eyni zamanda başlayır

A) 1 - c 2 - d 3 - b

B) 1 - d 2 - e 3 - a

C) 1 - e 2 - d 3 - a

D) 1 - c 2 - b 3 - e

E) 1 - a 2 - c 3 - b

12. Plasentar məməlilərdə yumurtanın bölünməsi nə ilə başa çatır?

1 - bölünmənin sonunda içərisində geniş boşluğu olan morula əmələ gəlir

2 - bölünmənin sonunda içərisində geniş boşluğu olan blastula əmələ

3 - bölünmə nəticəsində əmələ gələn boşluq blastosel, rüşeym isə blastosista adlanır

4 - bölünmə nəticəsində əmələ gələn boşluq blastosel, rüşeym isə embrioblast adlanır

5 - bölünmə nəticəsində əmələ gələn boşluq qastrosel, rüşeym isə blastosista adlanır

A) 1, 4

B)1, 3

C) 2, 3

D) 2, 4

E) 1, 5

13. Blastulanın tiplərə ayrılmasının əsasında hansı xüsusiyyətlər durur?

1 - yumurtanın bölünmə tipi

2 - sarının yerləşməsi

3 - bölünmə müstəvilərindən

4 - bölünmə iylərindən

5 - sarının miqdarı

A) 1, 3

B) 1, 3, 5

C) 1, 2, 5

D) 1, 5

E) 2, 3, 5

14. Blastulaların tiplərinin düzgün mahiyyəti hansı variantda verilmişdir?

1 - Seloblastula

2 - Sterroblastula

3 - Amfiblastula

4 - Diskoblastula

5 - Periblastula

a - sarı kütləsi içərisində yerləşən, bir neçə hüceyrə qatından ibarət olan qat şəklindədir və bu qatla sarı arasında blastosel yerləşir,

b - eyniqalınlıqlı divarı və mərkəzində çox kiçik blastoseli olur

c - nazik birqatlı divara və iri blastoselə malik olur

d - vegetativ blastomerləri iri olur, vegetativ qütbün divarları qalın olur, blastosel animal qütbə doğru yerini dəyişir

e - sarını əhatə edən hüceyrə divarına malik olur, nüvəsi səthə müqrasiya edir

A) 1 - e 2 - c 3 - a 4 - d 5 - b

B) 1 - b 2 - c 3 - a 4 - d 5 - e

C) 1 - c 2 - b 3 - d 4 - a 5 - e

D) 1 - a 2 - d 3 - e 4 - c 5 - b

E) 1 - c 2 - d 3 - e 4 - b 5 - a

15. Hansı tip yumurtalar üçün bölünmənin hansı tipi uyğundur?

a - telolesital yumurtalarda

b - polilesital yumurtalarda

c - sentrolesital yumurtalarda

d - mezo - və oliqolesital yumurtalarda

A) 1 - d 2 - b 3 - d 4 - a

B) 1 - a 2 - c 3 - d 4 - b

C) 1 - b 2 - a 3 - c 4 - b

D) 1 - c 2 - a 3 - b 4 - d

E) 1 - b 2 - c 3 - a 4 - d

16. Aşağıda deyilənlərdən hansı doğrudur?

A) oogenezdə pozulmuş nüvə - sitoplazma münasibətlərinin ziqotun bölünməsi zamanı somatik hüceyrələr üçün tipik olan səviyyəsi bərpa olunur.

B) ziqotun bölünməsi zamanı əmələ gəlmiş blastomerlərin sitoplazması nüvə materialına nəzərən artır , nüvə - sitoplazma münasibətləri pozulur.

C) oositin böyümə prosesində hər bölünmədə nüvə materialı artdığı üçün nüvə - sitoplazma münasibətləri pozulur

D) oositin böyümə prosesində hər bölünmədə nüvə materialı artdığı üçün sitoplazma kütləsinin artmasına baxmayaraq nüvə - sitoplazma münasibətləri sabit qalır

E) ziqotun bölünməsi zamanı əmələ gəlmiş blastomerlər ölçücə böyüyür , DNT isə ikiləşmədiyi üçün nüvə - sitoplazma münasibətləri pozulur

17. Sinxron bölünmə haqqında aşağıda deyilənlərdən hansı doğrudur?

1 - sintetik proseslər sıfra yaxınlaşır

2 - DNT tam sintez olunur, lakin S - fazası güclü qısalmışdır

3 - G1 və G2 fazalarının müddəti uzanmışdır

4 - sinxron bölünmə əsl mitozun uzanması hesabına daha ləng və uzunmüddətli olur

5 - bölünmələr arasında sintetik proseslər güclənir

6 - genomun bütün replikonlarında replikasiya eyni zamanda başlayır

A) 1, 3, 5

B) 1, 2, 4

C) 1, 2, 6

D) 2, 5, 6

E) 3, 5, 6

18. Saks - Qertviq qaydası aşağıda variantlardan hansında düzgün ifadə edilmişdir?

1 - hüceyrənin nüvəsi sitoplazmanın sarı olmayan hissəsinin mərkəzində yerləşməyə çalışır

2 - hüceyrənin bölünmə iyləri sitoplazmanın sarıdan azad hissəsi istiqamətində əmələ gəlir

3 - sarının miqdarı və yerləşməsi ilə nüvənin yerləşməsi arasında asılılıq yoxdur

4 - hüceyrələrin bölünmə iyləri sitoplazmanın sarı olan hissəsi istiqamətində əmələ gəlir

A) 1, 4

B) 1, 3

C) 1, 2

D) 2, 3

E) 3, 4

19. Bölünmə tiplərinin ifadəsi hansı varianda düzgün verilmişdir?

1 - radial tip bölünmə

2 - spiral tip bölünmə

3 - bilateral tip bölünmə

4 - anarxik tip bölünmə

a - bu tip bölünmə üçün bir simmetriya səthi xarakterdir, iki bölünmədən sonra T - şəkilli dörd blastomerli fiqur əmələ gəlir

b - bi tip bölünmədə blastomerlər bir - biri ilə zəif əlaqədar olur, əvvəlcə onlar q - düzgün zəncirlərlə yerləşir, sonuralar birləşərək morulanı əmələ gətirirlər

c - müxtəlif en dairələrinin blastomerləri dəqiqliklə bir - birinin üzərində yerləşir, yumurtanın polyar oxu radial simmetriya oxu ilə üst - üstə - düşür

d - artıq dörd blastomer mərhələsində sağ - sol dissimmetriya ilə fərqlənir, hər növbəti bölünmənin anafazasında ayrılmış blastomerlər bölünmə oxu ətrafında əks istiqamətə çevrilirlər

A) 1 - c 2 - a 3 - d 4 - b

B) 1 - d 2 - c 3 - b 4 - a

C) 1 - a 2 - b 3 - c 4 - d

D) 1 - b 2 - a 3 - d 4 - c

E) 1 - c 2 - d 3 - a 4 - b

Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin