##book id=354//book name= Fərdi inkişafın biologiyası // ##fk=104//ks=03//fn=354// sumalltest= 307


##num= 6// level= 1// sumtest=19 // name= Determinasiya, embrional tənzim, ilkin inkişafda induksiya //



Yüklə 0,57 Mb.
səhifə6/15
tarix17.11.2018
ölçüsü0,57 Mb.
#83835
1   2   3   4   5   6   7   8   9   ...   15

##num= 6// level= 1// sumtest=19 // name= Determinasiya, embrional tənzim, ilkin inkişafda induksiya //


1. Hansı heyvanlarda erkəklərdə Y xromosomu yoxdur, cinsiyyəti yalnız X xromosomu müəyyən edir?

1 - amfibilərin bəzi növlərində

2 - reptililərin bəzi növlərində

3 - məməlilərin bəzi növlərində

4 - quşların bəzi növlərində

5 - drozofildə

A) 3, 5

B) 2, 4

C) 4

D) 1

E) 1, 2, 4

2. Partenogenezdə diploidləşmə hansı mexanizmlər üzrə gedir?

1 - premeyotik

2 - postmeyotik

3 - ameyotik

4 - meyotik

5 - mitotik

6 - amitotik

A) 5, 6

B) 1, 2

C) 3, 4

D) 4, 5

E) 3, 6

3. B. Ru yumurta hücüyrələrin hansı növlərini ayırd etmişdir?

1 - tənzim olunan yumurtalar

2 - tənzim olunmayan yumurtalar

3 - mozaik yumurtalar

4 - polilesital yumurtalar

5 - mezolesital yumurtalar

6 - alesital yumurtalar

7 - oliqolesital yumurtalar

A) 4, 5, 7

B) 2, 3

C) 4, 5

D) 1, 3

E) 4, 5, 6

4. Determinasiya haqda aşağıda deyilənlərdən hansı doğrudur?

1 - determinasiya hissələrdən tama döğru gedir, əvvəlcə ayrı - ayrı rüşeym elementləri tədricən və ya sıçrayış yolu ilıə determinə olunur, sonra isə tam rüşeym determinə olunur

2 - determinasiya tamdan hissələrə döğru gedir, əvvəlcə tam rüşeym determinə olunur, sonra isə ayrı - ayrı rüşeym elementləri tədricən və ya sıçrayış yolu ilıə determinə olunur

3 - tam rüşeym və onun ayrı - ayrı elemetləri eyni zamanda tədricən determinasiya olunur

4 - hüceyrənin determinasiya olunmuş vəziyyəti stabil deyildir

5 - determinasiya epigenotip səviyyəsində həyata keçir

6 - determinasiya genotip səviyyəsində həyata keçir

A) 1, 5

B) 1, 6

C) 2, 5

D) 3, 6

E) 3, 4

5. Mozaik yumurtalar haqda düzgün məlumat hansı variantda verilmişdir?

A) ciddi determinə olunmuş sitoplazma sahələrinə malikdir

B) rüşeymin inkişafının gedişi pozulduqda normal inkişaf bərpa olunur

C) yumurta sarısı sitoplazmada homogen paylanmışdır

D) yumurta sarısı sitopazmada mozaik paylanmışdır

E) yumurta sarısı sitoplazmada disk şəklində yerləşmişdir.

6. Hidrameduzaların tənzim olunan yumurtalarında neçə blastomer mərhələsində bir blastomeri ayırdıqda ondan normal fərd inkişaf edir?

A) 8

B) 16

C) 64

D) 32

E) 4

7. Hansı heyvanlarda erkəklər haploid, dişilər isə diploiddirlər?

1 - soxulcanda

2 - ipəkqurdunda

3 - drozofildə

4 - bal arısında

5 - hidromeduzalarda

A) 1

B) 2, 4

C) 3, 5

D) 4

E) 1, 2, 4

8. Embrional tənzimi sübut edən metodik üsullar aşağıdakı variantlardan hansında ifadə olunmuşdur?

1 - aktivləşmə reaksiyasından istiadə olunması

2 - akrosom reaksiyasından istifadə olunması

3 - blastulanın və qastrulanın bir hissəsinin kənar edilməsi

4 - yumurta hüceyrələrin və rüşeymlərin birləşdirilməsi yolu ilə materialın əlavə edilməsi

5 - yumurta hüceyrə və ya rüşeym materialının qarışdırılması

A) 1. 4. 5

B) 1. 4. 5.

C) 1. 3. 4.

D). 3. 4. 5.

E) 1. 2. 3

9. Kompetensiya hansı dövrə təsadüf edir?

A) kompetensiya indeterminasiya dövrünün son fazasına təsadüf edir

B) kompetensiya determinasiya dövrünün başlanğıc fazasına təsadüf edir

C) kompetensiya neyrulyasiyanın başlanğıc fazasına təsadüf edir

D) kompetensiya determinasiya dövrünün son fazasına təsadüf edir

E) kompetensiya neyrulyasiyanın son fazasına təsadüf edir

10. Ooplazmatik seqreqasiya proseslərinin mühüm tərəfi nədən ibarətdir?

A) sarı orağın ekvatora nəzərən yerləşməsidir

B) sarı qranullarının ekvatora nəzərən yerləşməsidir

C) kortikal və endoplazmatik yenidənqurulmaların münasibətidir

D) korteksdə baş verən yenidənqurulma prosesləridir

E) sarının seqreqasiyasıdır

11. Puffinqin mahiyyəti aşağıdakı variantlardan hansında düzgün ifadə edilmişdir?

A) puffinq DNT - zəncirinin transkripsiya gedən sahəsidir

B) puffinq xromosomun qenlərinin arasında əlaqələndirici, inaktiv sahələridir

C) puffinq prossesinq prosesini keçirən xromosom sahəsidir

D) puffinq ayrı - ayrı xromomerlərin despirallaşmasıdır

E) puffinq funksional bölünməyən genom vahididir.

12. Qoltfreyterin “potensiyaların xəritəsi”nə görə:

A) amfibilərin blastulasının və ya ilkin qastrulasının bütün sahələri müxtəlif istiqamətdə inkişaf edə bilər və köçürlmə zamanı öz yeni yerinə uyğun olaraq differensasiya edir

B) animal qütbdən entodermal, vegetativ qütbdən isə ektodermal material inkişaf edir

C) amfibilərin blastulasının və ya ilkin qastrulasının sahələri müxtəlif istiqamətlərdə inkişaf edə bilmir və köçürlmə zamanı öz köhnə yerinə uyğun olaraq differensasiya edir

D) elementlərin determinasiyası üzərində tamın nəzarəti vardır, yəni hissənin taleyi tamın taleyinə tabedir

E) rüşeym elementləri tamın tərkibində öz koordinatlarına malikdir

13. Düzgün ifadələr hansı variantda verilmişdir?

1 - Yumurta hüceyrənin 1/3 hissəsinin kənar edilməsi zamanı inkişaf normal gedir və normal ölçülü tam orqanizm əmələ gəlir

2 - Yumurta hüceyrənin 1/3 hissəsinin kənar edilməsi zamanı inkişaf normal gedir, tam orqanizm əmələ gəlir, lakin ölçücə kiçik olur

3 - Yumurta hüceyrənin 1/3 hissəsinin kənar edilməsi zamanı inkişafın gedişi pozulur, ektodermal materialı üstünlük təşkil edən blastula əmələ gəlir

4 - Hidrameduzaların yumurtalarında 16 blastomer mərhələsində bir blastomeri ayırdıqda ondan normal fərd inkişaf edir

5 - Hidrameduzaların yumurtalarında 32 blastomer mərhələsində bir blastomeri ayırdıqda ondan normal fərd inkişaf edir

6 - Hidrameduzaların yumurtalarında 8 blastomer mərhələsində bir blastomeri ayırdıqda ondan normal fərd inkişaf edir

A) 3, 5

B) 1, 4

C) 2, 5

D) 3, 6

E) 2, 4

14. Mayalanma prosesi hansı mərhələlərdən ibarətdir?

1 - qametlərin yaxınlaşması

2 - yumurta hüceyrənin aktivləşməsi

3 - qametlərin aktivləşməsi

4 - sinqamiya

5 - ooplazmatik seqreqasiya

6 - kopulyasiya

A) 3, 4, 5

B) 1, 3, 5

C) 1, 2, 4

D) 1, 4, 5

E) 3, 4, 5

15. Tənzim olunan yumurtalar haqqında düzgün məlumat hansı variantda verilmişdir ?

A) rüşeymin inkişafının gedişi pozulduqda normal inkişaf bərpa olunur

B) ciddi determinə olunmuş sitoplazma sahələrinə malikdir

C) yumurta sarısı sitoplazmada homogen paylanmışdır

D) yumurta sarısı sitopazmada mozaik paylanmışdır

E) yumurta sarısı sitoplazmada disk şəklində yerləşmişdir

16. Hansı heyvanlarda dişilər heteroqamet, erkəklər isə homoqametdirlər?

1 - quşlarda

2 - reptililərdə

3 - amfibilərdə

4 - həşəratlarda

5 - məməlilərdə

6 - balıqlarda

7 - ipəkqurdunda

A) 4, 7

B) 1, 2, 5, 6

C) 1, 2, 4, 5

D) 4, 6, 7

E) 1, 2, 3, 7

17. Təbii partenogenez hansı heyvanlarda rast gəliniur?

A) bəzi xərçəngkimilərdə, arılarda, pulcuqqanadlıarın bəzi növlərində, qaya kərtənkələsində, hindquşlarında

B) tütündə, qarğıdalıda, ipəkqurdunda

C) tütündə, qarğıdalıda, ipəkqurdunda, bəzi xərçəngkimilərdə, arılarda, pulcuqqanadlıarın bəzi növlərində

D) tütündə, qarğıdalıda, ipəkqurdunda , qaya kərtənkələsində, hindquşlarında

E) dəniz kirpisində, ipəkqurdunda, arılarda, amfibilərdə

18. Təbii androgenez hansı heyvanlarda rast gəliniur?

A) tütündə, qarğıdalıda, ipəkqurdunda , qaya kərtənkələsində, hindquşlarında

B) dəniz kirpisində, ipəkqurdunda, , amfibilərdə

C) tütündə, qarğıdalıda, ipəkqurdunda, bəzi xərçəngkimilərin yay nəsillərində, arılarda, pulcuqqanadlıarın bəzi növlərində

D) tütündə, qarğıdalıda , bəzən ipəkqurdunda

E) dəniz kirpisində, ipəkqurdunda, arılarda, amfibilərdə

19. Ekvifinallıq nə deməkdir?

A) digər rüşeym elementini əvəz etməsidir

B) inkişafın gedişi pozulduqda normal inkişafın bərpa olunmasıdır

C) bir rüşeym elementinin digərinin induksiya edici təsirini qəbul etmək xüsusiyyətidir

D) inkişafın eyni son nəticəyə tamamilə müxtəlif yollarla gəlməsi xüsusiyyətidir

E) digər rüşeym elementinin determinə edici təsirini qəbul etməsidir

Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin