##book id=787//book name= Müasir təlim texnologiyaları // ##fk=103//ks=04//fn=787// sumalltest= 301


Fəal dərsin I mərhələsində nə etmək lazımdır?



Yüklə 0,63 Mb.
səhifə6/8
tarix17.11.2018
ölçüsü0,63 Mb.
#83432
1   2   3   4   5   6   7   8

T – 1


1. Fəal dərsin I mərhələsində nə etmək lazımdır?

A) tədris materialları tərtib edilməlidir.

B) tədqiqat üçün problem müəyyənləşdirilməlidir.

C) tematik plan tərtib edilməlidir.

D) tədris ediləcək mövzu müəyyənləşdirilməlidir.

E) öyrənənlərin təfəkkür fəallığı müəyyənləşdirilməlidir

2. Fəal dərsin V mərhələsinə aid prosesi müəyyən edin:

A) nəticələr yaradıcı tətbiq edilir

B) nəticə müəllim tərəfindən tədqiqat sualı və fərziyyələrlə qarşılaşdırılır.

C) informasiya mübadiləsi həyata keçirilir.

D) öyrənənlər nəticələri ümumiləşdirmək üçün müəllimdən kömək istəyirlər.

E) nəticə tədqiqat sualı və fərziyyələrlə müstəqil olaraq qarşılaşdırılır.

3. Fəal dərsin kulminasiyasını nə təşkil edir?

A) əldə edilmiş nəticənin yaradıcı tətbiqi

B) yeni bilikləri kəşf edən öyrənənlərin duyduqları bənzərsiz sevinc və məmnuniyyət hissi

C) öyrənənlər nəticələri ümumiləşdirmək üçün müəllimdən kömək istəyirlər

D) informasiya mübadiləsi həyata keçirilir

E) nəticənin praktiki tətbiq yollarının araşdırılması

4. Fəal dərsin IV mərhələsində məlumat necə təşkil oluna bilər?

A) yalnız təsnifat formasında

B) sxem, qrafik, cədvəl, təsnifat formasında

C) simvollar şəklində

D) sxem və ya təsnifat formasında

E) yalnız mətn halında

5. İnformasiyaların müzakirəsi və təşkili mərhələsində müəllim fasilitasiya əsasında faktların məqsədyönlü müzakirəsinə necə kömək edir?

A) öyrənənlərin faktlarını dinləməklə

B) yönəldici, köməkçi suallardan istifadə etməklə

C) tədqiqat prosesini müşahidə etməklə

D) yeni biliklərin öyrənənlər tərəfindən kəşf edilməsini gözləməklə

E) öyrənənlərin faktlarını müzakirə etməklə

6. Dərsin VII mərhələsi necə adlanır?

A) nəticə

B) motivasiya

C) refleksiya

D) ümumiləşdirmə

E) yaradıcı tətbiqetmə

7. Refleksiya nədir?

A) fəal təlim növüdür.

B) başa çatmış prosesin şüurda inkişafıdır.

C) fəal dərsin YİT - in tətbiqi ilə reallaşmasına imkan verən faktdır.

D) müasir təlim texnologiyasının növüdür.

E) öyrədən – öyrənən münasibətinin müasir formasıdır.

8. Formativ qiymət…

A) sabit qiymətdir.

B) öyrənmənin nəticələrini ümumiləşdirir.

C) irəliləyiş dərəcəsi haqqında məlumat verir.

D) cəmləşdirici qiymətdir.

E) geriyə dönmə xüsusiyyətlərinə malik deyil.

9. Summativ qiymət…

A) irəliləyiş dərəcəsi haqqında məlumat verir

B) təlim proqramı üzrə qarşıya qoyulan məqsədlərə nail olma dərəcəsi haqqında məlumat verir

C) dəyişkən qiymətdir

D) yeni cavabla düzəlmə xüsusiyyətlərinə malikdir

E) cari tədris fəaliyyəti zamanı verilir

T – 2

10. Motivasiya mərhələsində necə problemdən istifadə edilməlidir?

1 - əsl problem çoxsaylı fərziyələr yaratmalıdır.

2 - müxtəlif ehtimallar formalaşmalıdır.

3 - biliklərin intensiv verilməsinə xidmət etməlidir.

A) 2, 3

B) yalnız 1

C) yalnız 2

D) yalnız 3

E) 1, 2

11. Fəal dərsin II - tədqiqatın aparılması mərhələsinə aid olan prosesləri müəyyən edin:

1 - öyrənənlərə irəli sürülmüş problemin həllinə məqsədyönlü şəkildə aparan, özündə yeni informasiyanı və yeni sualları daşıyan müxtəlif çalışmalarla kömək edilir.

2 - yeni faktların öyrənilməsi, yaranan suallara cavabların tapılması zamanı düşünmək üçün imkan yaranır.

3 - yeni biliklər kəşf etmək üçün əlverişli şərait yaranır.

4 - biliklərin öyrənənlərə intensiv şəkildə çatdırılması təmin edilir.

A) yalnız 3

B) 1, 2

C) 1, 2, 3, 4

D) 1, 2, 3

E) yalnız 4

12. Fəal dərsdə tədqiqatın qrup şəklində aparılması nələrə səbəb olur?

1 - bir öyrənənin idrak prosesinə cəlb edilməsi təmin edilir.

2 - öyrənənə öz fikrini söyləmək və başqalarını dinləmək imkanı verilir.

3 - öyrənənlərə problemin həllində müxtəlif baxışların, yanaşma və metodların mövcudluğu aydın olur.

4 - öyrənənə özünün və yoldaşlarının imkanlarını düzgün qiymətləndirməsi üçün əlverişli şərait yaranır.

A) yalnız 1

B) yalnız 2

C) 2, 3, 4

D) 2, 4

E) 1, 2, 3, 4

13. İnformasiya mübadiləsinə aid prosesləri müəyyən edin:

1 - tədqiqat prosesində əldə edilən yeni biliklərin mübadiləsi aparılır

2 - tədqiqat zamanı yaranan yeni biliklər natamam və xaotik xarakter daşıyır

3 - bu mərhələdə yeni biliklər sistemləşdirmək, müəyyən bir nəticəyə gəlmək üçün tədqiqat sualına cavab tapmaq

4 - bu mərhələdə təfəkkürün müxtəlif növlərinin (məntiqi, tənqidi, yaradıcı) səfərbərliyi tələb edilir

A) yalnız 1

B) 1, 3, 4

C) 1, 3

D) 1, 2, 3

E) 1

14. Fəal dərsin IV mərhələsinə aid olanları müəyyən edin:

1 - informasiyanın təşkili bütün faktlar əsasında əlaqələrin aşkara çıxarılmasının və onların sistemləşdirilməsinə yönəldilir.

2 - «körpülər» quraşdırılır.

3 - tədqiqat sualına cavabın cizgiləri aydın görünür.

A) 1, 2

B) yalnız 3

C) 1, 2, 3

D) 2, 3

E) yalnız 1

15. Kəşf olunmuş biliklərin yaradıcı surətdə tətbiqi…

1 - həmin biliklərin öyrənənlərin şüurunda həkk olmasına səbəb olur.

2 - həmin dərs prosesində yerinə yetirilir.

3 - növbəti dərs zamanı həyata keçirilir.

A) 1, 3

B) 2

C) 3

D) 1, 2

E) 1

16. Fəal dərsin IV mərhələsinə aid olanları müəyyən edin:

1 - bu, ən mürəkkəb mərhələdir.

2 - bu mərhələdə bütün bilik, bacarıq və vərdişlərin, təfəkkürün bütün növlərinin səfərbərliyi tələb edilir.

3 - bu mərhələdə problemi həll etmək zərurəti öyrənələri bir - birinin təqdimatlarını fəal dinləməyə sövq edir.

A) 1, 2, 3

B) 1, 3

C) yalnız 2

D) 2, 3

E) 1, 2

17. Təlim prosesinin refleksiyası…

1 - biliklərin mənimsənilməsinin bütün mərhələlərini təhlil etməyə və dərindən başa düşməyə imkan verən mexanizmlərdən biridir.

2 - öyrənənlərə onları yeni biliklərin kəşfinə gətirib çıxarmış təlim hərəkətlərinin alqoritmini işləməyə imkan verir.

3 - təlimin yeni informasiya texnologiyaları ilə reallaşması zamanı baş verir.

A) yalnız 2

B) yalnız 3

C) 1, 2

D) 2, 3

E) 1, 3

18. Müəyyənləşdirin:

Fəal təlimin əsas üstünlüyü…

1 - real idrak motivasiyasının yaradılmasıdır

2 - nizam - intizam qaydalarının yaxşılaşdırılmasına əsaslanır

3 - biliklərə yiyələnmək həvəsinin stimullaşdırılmasıdır

A) yalnız 2

B) 1, 3

C) 1, 2

D) yalnız 1

E) 1, 2, 3

T – 3

19. Fəal dərsin mərhələlərinin ardıcıllığını müəyyən edin.

1 – tədqiqatın aparılması

2 - motivasiya

3 – informasiyanın müzakirəsi və təşkili

4 – ümumiləşdirmə

5 – informasiya mübadiləsi

6 – qiymələndirmə

7 – yaradıcı tətbiqetmə

A) 5, 3, 4, 7, 6, 2, 1

B) 2, 1, 5, 3, 4, 7, 6

C) 5, 4, 7, 6, 2, 1, 3

D) 5, 2, 4, 7, 6, 1, 3

E) 1, 2, 4, 5, 7, 6, 3

20. Fəal dərsin mərhələlərinin kulminasiyaya qədər olan ardıcıllığını müəyyən edin.

1 – tədqiqatın aparılması

2 - motivasiya

3 – informasiyanın müzakirəsi və təşkili

4 – ümumiləşdirmə

5 – informasiya mübadiləsi

6 – qiymələndirmə

7 –yaradıcı tətbiqetmə

A) 1, 2, 4, 5, 7

B) 5, 3, 4, 7, 6

C) 5, 4, 7, 6, 2

D) 5, 2, 4, 7, 6

E) 2, 1, 5, 3, 4

21. Fəal dərsin mərhələlərinin kulminasiyadan sonrakı ardıcıllığını müəyyən edin.

1 – tədqiqatın aparılması

2 - motivasiya

3 – informasiyanın müzakirəsi və təşkili

4 – ümumiləşdirmə

5 – informasiya mübadiləsi

6 – qiymələndirmə

7 – yaradıcı tətbiqetmə

A) 6, 2, 1, 3

B) 7, 6, 2, 1

C) 4, 7, 6

D) 5, 2, 4, 7

E) 1, 2, 4

22. Fəal dərsdə reallaşan proseslərin ardıcıllığını müəyyən edin.

1- mövcud fərziyyələr əsasında yeni biliyin “kəşf edilməsi”

2- problem həlli üçün müxtəlif fərziyyələrin formalaşması

3-problemli vəziyyətin yaradılması

4- fərziyyələrin tədqiqat sualı ilə qarşılaşdırılması

A) 2, 3, 4, 1

B) 2, 1, 3, 4

C) 3, 2, 4, 1

D) 1, 2, 3, 4

E) 3, 1, 2, 4



23. Fəal dərsdə reallaşan proseslərin ardıcıllığını müəyyən edin.

1- öyrənələrdə yeni biliyin “kəşf edilməsi”ndən sevinc hissinin yaranması

2- öyrənənlərin idrak fəallığının stimullaşdırılması

3-motivasiya

4- öyrənənlərdə tədqiqat sualına uyğun müxtəlif nöqteyi-nəzərlərin formalaşması

5- nöqteyi-nəzərlərin təhlili və əsaslandırılması

A) 1, 2, 5, 3, 4

B) 2, 1, 3, 4, 5

C) 2, 3, 4, 5,1

D) 3, 2, 4, 5, 1

E) 3, 1, 2, 4, 5



24. Fəal dərsdə reallaşan proseslərin ardıcıllığını müəyyən edin.

1- fərziyyələrin təhlili

2- yeni biliyin tətbiq edilməsi

3- nəticələrin dəyərləndirilməsi

4- kuliminasiya

A) 1, 2, 3, 4

B) 2, 1, 3, 4

C) 2, 3, 4, 1

D) 1, 4, 3, 2

E) 3, 1, 2, 4



T – 4

25. Fəal dərsin mərhələlərinə uyğun prosesləri müəyyən edin.

I – tədqiqatın aparılması

II - motivasiya

III - informasiyanın müzakirəsi və təşkili

1 – faktlar tapmaq

2 – faktların müzakirəsi

3 – faktların arasındakə əlaqələrin aşkarlanması

4 – idrak fəallığının yaranması

A) I – 1, 2 ; II - 4 ; III - 3

B) I - 1 ; II – 2, 4 ; III - 3

C) I - 1 ; II - 4 ; III - 2, 3

D) I - 2 ; II – 1, 4 ; III - 2, 3

E) I - 3 ; II - 4 ; III - 1, 2

26. Fəal dərsin mərhələlərinə uyğun prosesləri müəyyən edin.

I – ümumiləşdirmə

II – informasiya mübadiləsi

1 – bilikləri sistemləşdirmək istiqamətində axtarışların aparılması

2 – yeni biliyin kəşf edilməsi

3 – dərsin kuliminasiyası

4 – tapıntıların mübadiləsi

A) I – 2, 4 ; II – 1, 3

B) I – 1, 3 ; II – 2, 4

C) I – 1, 2 ; II – 3, 4

D) I - 2, 3 ; II - 1, 4

E) I – 3, 4 ; II - 1, 2

27. Fəal dərsin mərhələlərinə uyğun prosesləri müəyyən edin.

I – qiymələndirmə

II – yaradıcı tətbiqetmə

1 – refleksiya

2 – kəşf edilmiş biliyin istifadəsi

3 – mənimsəmə göstəricilərinin müəyyənləşdirilməsi

4 – yeni biliklərin möhkəmləndirilməsi prosesləri

A) I – 2, 3 ; II – 1, 4

B) I – 1, 2 ; II – 3, 4

C) I - 1, 3 ; II - 2, 4

D) I – 2, 4 ; II – 1, 3

E) I – 3, 4 ; II - 1, 2

28.Fəal dərsin aşağıdakı mərhələlərinə aid olan prosesləri uyğunlaşdırın.

I – motivasiya

II – refleksiya

1- şəxsi fəaliyyətin inikası

2- fərziyyələrin irəli sürülməsi

3- problemin qoyuluşu

4- tədqiqat sualının verilməsi

A) I – 1, 4; II – 2, 3

B) I – 1, 2; II – 3, 4

C) I –1; II – 2, 3, 4

D) I – 1, 2, 3; II – 4

E) I – 3, 4; II –1, 2



29.Fəal dərsin aşağıdakı mərhələlərinə aid olan prosesləri uyğunlaşdırın.

I – ümumiləşdirmə

II – yaradıcı tətbiqetmə

1- fərziyyələrin təsdiq və ya təkzib edilməsi

2- fərziyyələrin yoxlanması

3- faktların axtarılması

4- tədqiqat sualına cavabın tapılması

A) I – 1, 3; II – 2, 4

B) I – 1, 2; II – 3, 4

C) I –1, 4 ; II – 2, 3

D) I – 1, 2, 3; II – 4

E) I – 3, 4; II –1, 2



30.Fəal dərsin qiymətləndirmə növlərinə aid olanları uyğunlaşdırın.

I – formativ qiymətləndirmə

II – summativ qiymətləndirmə

1- yekun qiymətləndirmədir

2- cari qiymətləndirmədir

3- yeni cavabla düzəlmə imkanına malikdir

4- sabitdir, geriyə dönmə xüsusiyyətinə malik deyil

A) I – 1, 2, 3; II – 4

B) I – 1, 2; II – 3, 4

C) I – 1, 4; II – 2, 3

D) I –2, 3; II – 1, 4

E) I – 3, 4; II –1, 2



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin