Bu fəsildə Əmirəl-möminin əleyhis-salamın xütbələri, fərmanları seçilib və bura o böyük şəxsiyyətin



Yüklə 16,72 Mb.
səhifə10/87
tarix22.10.2017
ölçüsü16,72 Mb.
#10982
1   ...   6   7   8   9   10   11   12   13   ...   87

35-ci xütbə
İki hakimin rəy verməsindən sonra İmam Əli əleyhis-salamın buyurduğu xütbələrindəndir:1

Ruzigar böyük bəlalar və ağır hadisələr yaratsa belə, sitayiş Allaha məxsusdur.2 Şəhadət verirəm ki, şəriki olmayan Allahdan başqa Allah və ondan başqa mə’bud yoxdur, Məhəmməd onun bəndəsi və elçisidir. Ona və ailəsinə Allahın salamı olsun! (Hər şeyi) Bilən və təcrübəli olan mehriban nəsihətvericiyə itaətsizliyin nəticəsi həsrət və kədərdir. Bunun arxasınca isə təəssüf və peşmançılıq durur. Mən bu hakimlik barədə (onun zərərini bildiyim üçün) öz fikrimi və nəzərdə tutduğumu qısaca sizə bəyan etdim. (Siz sözümə əməl etmədiniz. Peşmançılığa düçar oldunuz ki, bunun da heç bir faydası yoxdur.) «لَوْ كَانَ يُطاعُ لِقَصيرٍ أَمْرٌ» Ey kaş Qəsirin göstərişinə və sözünə əməl olunaydı.1 Nəsihət verən (sizin itaətsizlik müxaliflikdə şüarınız nəticəsində) nəsihət verməkdə tərəddüd edənə, alov verən alov verməkdən imtina edənə qədər2 zülmkar müxaliflər, itaətdən çıxan əhd pozanlar kimi mənə tabe olmayıb imtina etdiniz. Mənimlə sizin hekayətimiz Həvazənin qardaşının (Durəyd ibn Simə) dediyi kimidir.1



فَلَمْ تَسْتَبِينُوا النُّصْحَ إِلّاضُحَى الْغَدِ أَمَرْتُكُمْ أَمْرِى بِمُنْعَرِجِ اللِّوى

Yəni: Mun’əricul-livada öz fikrimi sizə dedim. Mənim nəsihətimin faydasını sabahkı gün səhər günəş çıxana qədər bilmədiniz.2



36-cı xütbə
İmam Əli əleyhis-salamın Nəhrəvan əhlini qorxutmaq üçün buyurduğu xütbələrindəndir.3

Mən sizi öz Rəbbinizin yanında (mənim əleyhimə çıxmanız düşmən kəsilməniz üçün) səbəb və höccət olmadan, (bu işdə) aydın dəlilsiz bu çayla dərə-təpəli yerlər arasında öldürülmüş halda səhərə çıxmağınızla çəkindirirəm. Dünya sizi həlak edir və ilahi qəzavü-qədər sizi tora salır (öz İmamınızın əleyhinə çıxmağınızın öldürülməkdən başqa cəzası yoxdur). Mən sizi (indi peşman olduğunuz) iki hakimin hökm verməsindən çəkindirdim. Siz isə əhdini pozan müxaliflər kimi imtina edərək əleyhimə çıxdınız. (Siffeyn müharibəsində Müaviyənin qoşunu Quranları nizələrinə sancdıqları vaxt dediniz: «Onlar bizi Allahın Kitabına tərəf dəvət edirlər dəvətlərini qəbul etməyimiz lazımdır». Mən onların, məğlub olduqlarına görə bu hiyləni işlətdiklərini bildiyimdən sözlərinə inanmadım. Siz mənə qarşı çıxıb dediniz ki, əgər dəvətlərini qəbul etməsən səni onlara təslim edəcəyik. Mən razı deyildim, amma çarəsiz idim.) Beləliklə, sizin istək və xahi­şinizə uyğun hərəkət etdim (döyüşdən əl çəkib Malik Əştəri geri çağırdım. Dünən iki hakimin hökm çıxarmasını vacib bilən, bu gün isə onu küfr sanan) sizlər quşbeyin, səfeh və səbrsiz bir dəstəsiniz (çünki söz əməllərinizdə möhkəm deyilsiniz, ağılla söz danışıb görmürsünüz). Mən sizlərə şər gətirmədim, sizin ziyan görmənizi istəmədim, ey atasızlar.1
37-ci xütbə
İmam Əli əleyhis-salamın xütbə əvəzi olan kəlamlarındandır:2 Müsəlmanlar zəif və gücsüz olduqları vaxt İslam dininə kömək üçün ayağa qalxdım. Onlar (acizlik gücsüzlükdən) boyunlarını bükdükləri zaman özümü aşkar etdim. Əldən düşdükləri vaxt (din məsələlərini) danışdım. Onlar heyran və sərgərdan olduqları vaxt ilahi nurla (cəhalət zülmətindən) keçdim. (Hər məchul mənə məlum idi.) (Bu sifətlərə malik olduğum halda, özünü göstərməkdə) Hamıdan sakit, önə keçməkdə (kamal baxımından) onlardan üstün idim. Fəzilətlərin cilovunu tutaraq pərvazlandım (çətinlikləri həll etmək üçün dərhal hazır olurdum) və bərk, dağıdıcı küləklərin yerindən tərpədib qopara bilmədiyi dağlar kimi fəzilətləri udurdum (kamal fəzilətdə heç kəsin məqamı mənə çatmadı hər bir işdə dönməz idim). Heç kəs ( hüzurumda, yoxluğumda) məndən eyb və nöqsan tuta bilməyib. Zəlilin və sitəm çəkənin haqqını (zalımdən) alana qədər o, mənim üçün əziz və dəyərlidir. Güclü və zülmkar (məzlumun) haqqı ondan alınana qədər mənim üçün gücsüzdür. Biz ilahi qəzavü-qədərə şadıq və onun fərmanına təslimik. (İlahi vəhy peyğəmbərin aşkar aydın təsdiqi ilə onun canişini xəlifəsi olduğum halda) Məni Allahın Rəsulu barəsində yalan danışan görmüsənmi?! And olsun Allaha, mən onu təsdiq edən ilk şəxsəm. Belə isə (vəfatından sonra) onu təkzib edən ilk şəxs deyiləm. (Çünki gizlində aşkarda mənim doğruluğumu, dürüstlüyümü paklığımı öymuş öz qardaşı adlandırmışdır. Deməli, yalan danışsam onu təkzib etmiş olaram. Xəlifələrlə sərt rəftar etməməyimin səbəbi budur ki,) öz xəlifəlik məsələm barəsində düşünüb gördüm ki, Həzrət Peyğəmbərin fərmanına itaət edib tabe olmaq mənə vacibdir ( çəkişməyə gedib çıxarsa, boyun əyməyimi buyurmuşdur). Buna görə də bey’ət edib o Həzrətlə öz əhd-peymanıma uyğun rəftar etdim.
38-ci xütbə
İmam Əli əleyhis-salamın (şübhənin «şübhə» adlandırılması haqqında heç kəs üçün ölümdən xilas yolu olmaması barədə) xütbələrindəndir.

Şübhə haqqa bənzər və oxşar olduğu üçün şübhə adlandırılmışdır. (Hər adam haqla batili bir-birindən ayıra bilməz Allaha Peyğəmbərə) iman və etiqad Allah dostlarının şübhəli görünən işlərdə işığıdır. Yolları hidayət və nicat yoludur. (Bu yolla öz ardıcıllarını şübhələrin qaranlığından xilas edərək haqqı onlara aşkar edərlər.) Ancaq Allahın düşmənlərini o şübhələrə dəvət edən azğınlıq, bələdçiləri isə korluq və sərgərdanlıqdır. (Bu səbəbdən öz yolçularını dünyada bədbəxt, axirətdə isə ilahi əzaba düçar edərlər.) Deməli, (Allah dostlarının ardıcılları ölümdən öldürülməkdən qorxmur. Çünki) qorxan üçün hər halda ondan nicat və qurtuluş yoxdur. Diri qalmaq istəyən də həmişə diri qalmayacaqdır.1


39-cu xütbə
İmam Əli əleyhis-salamın xütbələrindəndir:2

Elələrinə düçar olmuşam ki, əmr etdikdə boyun əymir, çağırdıqda cavab vermirlər. Ey atasızlar, öz Allahınıza kömək və yardım üçün nəyi gözləyirsiniz? (İşlərinizdə süstlüyünüzün Allah yolunda cihada getməməyinizin səbəbi nədir?) Sizi (dünya axirət səadətini qazanmaq yolunda bir-birinizə kömək etməyiniz üçün) bir yerə toplayacaq din, (düşməni dəf etmək üçün) sizi tərpədəcək (din onun əhlini qorumaq üçün) bir qeyrət yoxdurmu? Sizin aranızda dayanıb fəryad çəkə-çəkə yar və yoldaş istəyirəm. Mənim sözümə qulaq asmır, (itaətsizlik etdiyinizin mənə qarşı çıxdığınızın nəticəsində) pis hadisələr aşkar görünənə qədər əmrimə itaət etmirsiniz (düşmən sizin can, mal imanınıza hakim kəsilir), sizlərlə intiqam almaq olmaz, (sizlərlə düşmənə müqavimət göstərmək mümkün deyil), sizlərlə (din dünya işlərində) məqsədə çatmaq olmaz. Sizi qardaşınıza kömək etməyə çağırdım (ah-vay etdiniz), göbəyi ağrıyan dəvə kimi nalə çəkdiniz. (Döyüş meydanına qardaşınıza köməyə getmək üçün) arxası yaralı xəstə dəvə kimi (yol getməkdə) süstlük etdiniz. Sizlərdən mənə tərəf gələn azsaylı qoşun da narahat və acizdirlər. Sanki ölümə göndərilir və ölümü öz qarşılarında görür. (Seyyid Rəzi buyurur:)

Deyirəm: Həzrət مُتَذآئِب sözünü narahat və həyəcanlı mənasında işlətmişdir. Bu ərəblərin işlətdiyi تَذَآءَبَتِ الرِّيحُ (həyəcanlı küləklər əsdi) sözündən götürülmüşdür. Buna görə də narahat rəftarı ilə seçilən canavara da ərəbcə ذِئْب deyilir.


40-cı xütbə
İmam Əli əleyhis-salamın Nəhrəvan Xəvaricinin «hökm ancaq Allaha məxsusdur!» sözünü eşidərkən buyurduğu kəlamlarındandır.

Batil məqsəd üçün işlədilən haqq bir sözdür. Bəli, Allahdan başqa qeyrisinin hökmü yoxdur.1 Ancaq xəvaric deyir: (Xalqın arasında) əmirlik və rəislik Allaha məxsusdur. Xalq arasında istər xeyirxah, istərsə də pis əməl sahibi əmirin lazım olması labüddür. Onun rəhbərliyi və hakimliyi altında mömin ibadətlə məşğul olur, kafir isə öz bəhrəsini götürür (əmirin olması sayəsində hamı hərc-mərclik, iztirab narahatlıqdan azaddır). Allah onun zamanında hər kəsi müəyyən olunmuş əcəlinə yetirir (əmir olmasa camaat bir-birinin canına daraşar) və onun vasitəsilə (ehtiyac olan vaxt istifadə edilməsi üçün) vergilər yığılır. Düşmənlə müharibə edilir, yollarda (oğru soyğunçuların əlindən) əmin-amanlıq olur. Xeyir əməl sahibinin pozğunlardan (şərindən) asudə olması və rifahda yaşaması üçün zəif və gücsüzün haqqı güclü və zülmkardan alınır.



(Seyyid Rəzi buyurur): Başqa bir rəvayətdə göstərilir ki, Həzrət Xəvaricin sözünü (Allahdan qeyrisinin hökmü yoxdur) eşitdikdə buyurdu: «Sizin (öldürülməniz) barədə Allahdan hökm gözləyirəm.

Sonra buyurdu: Günahlardan pərhiz edən şəxs ədalətli əmirin hakimiyyətində Allaha ibadətlə məşğul olar və ziyankar şəxs isə pozğun əmirin vaxtında öz bəhrəsini götürər, ta ki, hər ikisi ömrünü başa vurar və onları ölüm haqlayar. (O vaxt biri mükafata, digəri isə öz əməllərinin cəzasına çatar.)


Yüklə 16,72 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin