Bu fəsildə Əmirəl-möminin əleyhis-salamın xütbələri, fərmanları seçilib və bura o böyük şəxsiyyətin



Yüklə 16,72 Mb.
səhifə18/87
tarix22.10.2017
ölçüsü16,72 Mb.
#10982
1   ...   14   15   16   17   18   19   20   21   ...   87

83-cü xütbə
İmam Əli əleyhis-salamın Əmr ibn As barəsində (onun nadürüst söz əməllərini pislədiyi qınadığı) xütbələrindəndir:1

Zinakar arvadın oğluna heyrətlənirəm.2 (Belə atasızın biri) Şam camaatına yalandan deyir ki, mən zarafatcıl, lağlağı bir adamam və daim zarafatla, oyunla məşğulam. Nadürüst söz danışıb, bu sözləri ilə günahkardır. Agah olun ki, sözlərin ən pisi yalandır. Əmrin dilinə alıb danışdığı söz yalandır və (hər kəsə) vəd etsə, onun əksinə əməl edər, öz sualları ilə naqqallıq edər, ondan soruşulduqda isə (cavabında) xəsislik edər, əhd-peymanını pozar, öz qohumlarından uzaqlaşar. Müharibə meydanına gəldikdə qılınclar işə düşməyənə qədər (fəsadı müharibə atəşini alovlandırmaq üçün) çox əmrlər verər, qadağalar qoyar, söz oynadar. Qılınclar qınından çıxandan, müharibə başlanandan sonra isə onun ən böyük hiyləsi cinsiyyət üzvünü camaata göstərməkdir.1 Bilin! Allaha and olsun, ölümü xatırlamaq məni zarafatdan və oyundan saxlayır, axirəti unutması isə Əmrə haqq sözü danışmağa mane olur. O, hədiyyə və bəxşiş şərti olmasaydı, dinindən əl çəkmək üçün (öz zəmanəsinin İmamının əleyhinə çıxması üçün) azacıq rüşvət (Misirin bir neçə günlük hakimliyi) bağışlamasaydı, Müaviyəyə bey’ət etməzdi.


84-cü xütbə
İmam Əli əleyhis-salamın (tovhid Allah-təalanın bəzi sifətləri haqqında) xütbələrindəndir.

Şəhadət verirəm ki, Allahdan başqa heç bir mə’bud yoxdur, şəriki olmayan təkdir. Əvvəldir, ondan öncə heç bir şey olmayıb (əzəlidir hər bir mövcudun mənşəyidir). Axırdır, onun üçün heç bir hədd və son yoxdur (əbədidir hər bir mövcud onda sonlanır). Təsəvvürlər onun heç bir sifətinə yetişməz2 və qəlblər (ağıllar) onun necəliyini təsdiq edə bilməz (çünki onun necəliyi yoxdur ki, ağıl onu dərk etsin). Bölünmə və ayrılma onun üçün rəva deyil (çünki hissə tərkib varlığı mümkün olanlara layiqdir). Gözlər və qəlblər onu əhatə etməz.3



Bu, xütbənin (camaata nəsihət etdiyi) hissəsidir
Ey Allah bəndələri, faydalı ibrətlərdən öyüd götürün, parlaq və aşkar əlamətlərdən1 ibrət alın, (Quran sünnədə) gələn (günahlardan) hər növ qorxudulduğunuz şeylərdən (ilahi əzabdan) çəkinin, xatırlatmalardan və öyüdlərdən (nəsihət verənlərin öyüdlərindən) bəhrələnin. Sanki ölüm pəncələri (yırtıcı heyvanların pəncələri kimi) sizdən asılıb (əcəl sizə yaxındır), dilək-istək bağları sizdən üzülübdür, çətin rüsvayedici işlər (can vermək, dünyanı əliboş tərk etmək, dəhşət qorxu məkanı olan qəbirdə qalmaq sairə), gedilməli olan yerə (qiyamətə) sürülüb aparılmaq sizi bürümüşdür. (Bütün məxluqat ora gedəcək)(bu yolda) hər insanın bir qövanı və bir də şəhadət verəni vardır: qövanı (ölüm) onu Məhşərə qovur, şəhadət verən (bədən üzvləri) onun (yaxşı pis) işlərinə şəhadət verir.
Bu da həmin xütbənin Cənnətin vəsfi
barəsindəki bir hissəsidir

Cənnətin biri digərindən üstün olan dərəcə və özülləri, bir-birinin müqabilində imtiyaza sahib mənzilləri var.2 Onda rahatlıq və xoşluq puç olmur.3 Orada yaşayanlar köçmürlər və oradan bayıra çıxmayacaqlar.1 Orada əbədi olan qocalmaz, oranın sakini yoxsullaşmaz.2
85-ci xütbə
İmam Əli əleyhis-salamın (Haqq-təalanın bəzi sifətlərinin bəyan edildiyi, camaata öyüd-nəsihət verildiyi onların ibadətə, bəndəliyə təşviq edildiyi) xütbələrindəndir.

Böyük Allah gizlinləri bilən və (ürəklərdəki) düşüncələrdən agah, bütün şeyləri əhatə edən (əşyanın cüziyyatına külliyyatına hakimdir), hər şeydən üstündür və hər bir şeyə gücü yetər. Belə isə, ölüm tezliklə onu haqlamamışdan öncə möhlət günlərində, (qəbir qiyamətin dəhşətinə, qorxusuna) düçar olmamışdan qabaq, əldə fürsət varkən, nəfəs yolu açıqkən, bu yol bağlanmamış (ölməmiş) sizlərdən əməl edənlər iş görməlidirlər (Allahın Peyğəmbərin razılığını qazanmalıdırlar) özünün rahatlığı və addımının möhkəmliyi üçün yaxşı işlərlə məşğul olmalıdırlar. (Allah Peyğəmbərin fərmanına əməl etməlidirlər ki, qiyamət günü rahat olub ayaqları Siratda büdrəməsin.) Özlərinin köç yeri olan saraydan (dünyadan) əbədi məkanları (axirət) üçün azuqə götürməlidirlər (oranın azuqəsi bu saraydan başqa heç yerdən götürülmür). Ey Allah bəndələri, Allahın öz kitabında (Quranda) qorumağı və riayət etməyi sizə əmr etdiyindən, (Quranı dərindən düşünün fikirləşin) öz haqqınızdan sizin yanınızda əmanət qoyduğundan qorxun (Allahın əmrlərinə qadağalarına riayət edin). Çünki pak və münəzzəh Allah sizi əbəs yerə yaratmayıb, işsiz, bihudə buraxmayıb və sizləri nadanlıqda, korluqda (azğınlıqda) özbaşına qoymayıb.

O sizin əməllərinizi məlum etdi (xeyir şər, ibadət günah yolunu sizə göstərdi) və sizin rəftarınızdan (yaxşısından, pisindən, böyük-kiçiyindən, gizlin aşkarından) agahdır, həyatınızın, ömrünüzün müddətini müəyyən etdi və Kitabı (Qurani-Kərimi) hər bir şeyə dəlil kimi sizlərə göndərmişdir. (O öz əmr qadağalarını orada bəyan etmişdir.) Bir müddət səmadan yerə göndərdiyi kitabdakılarla dinini peyğəmbər və sizin üçün kamilləşdirənə qədər diri peyğəmbərini sizin aranızda saxladı. Bu onun bəyəndiyi bir dindir (dinlərin ən kamilidir). O Həzrətin dili ilə yaxşı əməllərdən sevdiyini, çirkin əməllərdən ikrahına səbəb olanları, öz qadağa və əmrlərini sizə çatdırdı. Sizə üzrxahlıq üçün yer qoymadı və sizə höccəti (dəlil-sübutu) tamam etdi. Sizi qiyamət qopmamış əzabla təhdid etdi, ağır əzab gəlməmiş qorxutdu. Belə isə (qəflət yuxusundan oyanın ) ömrünüzdən qalanını qənimət bilin (Allahın razılığı üçün çalışın) və ömrünüzdən qalan günlərdə dözüm yolunu tutun (özünüzü günahdan itaətsizlikdən saxlayın). Çünki bu qalan günlər (ola bilər ki, əldən buraxılmışların tədarükünə sərf edilsin) qəflətdə (yaşadığınız), öyüd-nəsihətdən üz döndərdiyiniz çoxlu günlərin müqabilində azdır. (İtaətsiz) Nəfslərinizə fürsət verməyin (günahı asan sanmayın) ki, bu fürsətlər sizi zülmkarların yollarına sürüklər, (onların rəftarının ardınca aparar)(heç bir işdə) səhlənkar olmayın ki, səhlənkarlıq sizi bilməyərəkdən günaha batırar.

Ey Allah bəndələri, insanlardan özünə ən çox öyüd verəni Pərvərdigarına daha çox itaət və bəndəlik edəndir.1 İnsanlardan özünü ən çox aldadanı Allahına qarşı daha çox günah və itaətsizlik edəndir.2 Aldanmış şəxs ziyanı özünə rəva görəndir (özünü həlak puç edərək ilahi əzaba səbəb olan bir görəndir), şad, xoşhal şəxs dinini qoruyandır.3 Xoşbəxt o şəxsdir ki, başqalarından öyüd alsın (yaxşı əməl sahiblərinin yolu ilə gedərək pis insanların çirkin əməllərindən uzaqlaşsın) və bədbəxt o şəxsdir ki, nəfsinin istəklərinə və öz nadürüstlüklərinə aldansın (nəfsinə itaət edərək onun təhlükəsindən xəbərsiz olsun). Bilin ki, (ibadətdə bəndəlikdə) azacıq riya və özünü göstərmə şirkdir. (Çünki hər kəs Allaha ibadətdə qeyrisini nəzərdə tutsa, şübhəsiz ki, onu Allaha şərik bilmişdir.) Nəfsinə uyanlarla (günahkarlarla) yoldaşlıq imanın unudulmasına və şeytanın gəlişinə səbəb olar.4 Yalandan uzaq durun ki, o imandan uzaqdır.5 Doğru danışan (əzabdan) nicat, qurtuluş məqamındadır. Yalançı ölüm, zəlillik və xarlıq çuxuruna düşməyə yaxın olan yüksəklikdədir. Bir-birinizin həsədini çəkməyin (başqasının zavala uğramasını arzulamayın). Çünki alov odunu diddiyi kimi (yandıraraq külə döndərdiyi kimi) həsəd də imanı didər (məhv edər, dağıdar). Bir-birinizlə düşmənçilik etməyin, çünki düşmənçilik (qohumlarla əlaqənin kəsilməsinə ) hər bir xeyrin, bərəkətin (ülgücün saçı başdan qırxdığı kimi dibdən) kəsilməsinə səbəb olar. Bilin ki, arzu ağlın yanılmasına və səhvinə, Allahın zikrini unutmağa gətirib çıxarar. Belə isə (ölümü, qiyamət gününün qorxu vəhşətini xatırlamaqla) arzunu yalan sanın. Çünki (həqiqi olmayan şeylərin) arzu aldadıcıdır və arzulayan aldanmışdır.
86-cı xütbə
İmam Əli əleyhis-salamın (Allahın çox sevdiyi bəndənin düşmən bildiyi kimsənin sifətlərini bəyan edərək camaatı İmamların əleyhimus-salam ardınca getməyə təşviq etdiyi) xütbələrindəndir.

Ey Allahın bəndələri! Allahın yanında ən sevimli (Haqq-təalanın mərhəmət nəzəri şamil olan) bəndə öz nəfsinə hakim kəsilməkdə Allahın kömək və yardım etdiyi bəndədir (şəhvətlər nəfsani istəklərə uymamaq üçün onun ağlını gücləndirmişdir). Beləliklə, (həmin bəndə) hüzn və kədəri öz şüarına çevirdi (Haqqın rizasını qazanmaq üçün ona səbəb olan işlər barəsində düşündü), xof və (ilahi əzabdan) qorxunu özünə yol seçdi. (Heç vaxt Allahın Peyğəmbərin qanunlarına zidd hərəkət etmədi.) Beləliklə, onun ürəyində hidayət çırağı (ilahi elm maarif) işıqlandı (onunla nadanlıq azğınlığın zülmətindən xilas olub doğru yola qədəm qoydu) və çatacağı bir gün üçün ziyafət (süfrəsini) hazırlayıb (ibadət bəndəlik etdi ki, öləndən sonra əliboş olmasın), uzağı özünə yaxın etdi1 və çətinliyi (ölümü, qəbri qiyamət gününün qorxu dəhşətini ibadətinin, bəndəliyinin azuqəsi ilə) asanlaşdırdı, (yerin, göyün onlarda olan hər şeyin yaradılışı barədə) fikirləşdi, düşündü. (Mənşə məad barəsində) gözü açıldı.2 Və Allahı xatırlayıb (axirət azuqəsi olan) yaxşı əməlləri artırdı.3 Və giriş yolları onun üçün asanlaşdı, təmiz və şəffaf sudan doydu.4 Elə ilk dəfə içən kimi doydu.5 Doğru və hamar yolla getdi (ibadət itaət yolu bilən pərhizkarların yolu ilə addımladı). Şəhvət və nəfsi istəklər libasını əynindən çıxardı (dünyaya onda olanlara ürəyini bağlamadı), yalnız bir məqsəddən (Allahın razılığın qazanmaqdan) başqa bütün məqsədləri özündən uzaqlaşdırdı. (İlahi elm mərifət sifətini qazanaraq) korluqdan (cəhalət nadanlıqdan) və öz nəfsinə uyanlarla ünsiyyətdən xilas oldu və özü hidayət, nicat qapılarının açarına, həlakət qapılarının qıfılına çevrildi (başqalarına yol göstərməklə azdıranların qarşısını aldı). Öz yolunu görüb ona qədəm qoydu və özünün (hidayət nicat) əlamətlərini, nişanələrini tanıdı, içində qərq olduqlarını (çətinlikləri kədərləri) özündən uzaqlaşdırdı, ən möhkəm halqalardan, ən qırılmaz iplərdən (Qurani-Kərimdən Peyğəmbərin əhli-beytindən) yapışdı ( nicat, qurtuluş yolunu tapdı). Onun (Haqqa) yəqinliyi günəş işığına və aydınlığına olan yəqinlik kimidir. (Ona heç bir şəkk-şübhə yol tapa bilməz Haqq elmlərdən, ilahi maarifdən bəhrələndiyinə, camaata yol göstərdiyinə görə.) Hər cəhətdən böyük işlərdə öz nəfsini Allahın ixtiyarına verdi (ki, ondan istənilsə yerinə yetirsin soruşulsa cavab versin) və hər bir törəməni öz əslinə qaytardı (doğru əsaslandırma ictihadla onun barəsində hökm çıxardı). Odur qaranlıqların çırağı, aydın olmayan oxşar işlərə aydınlıq gətirən, mübhəm işlərin açarı (ehkamı öyrədən) və müşkülləri dəf edən (öz kamil sözləri ilə məsələləri, deyilən iradları aradan götürən) və geniş bəyanların (əqli məsələlərin) yol göstərəni. Deyir və (mətləbi) başa salır (nadanlığı şəkki artırmır), sakit qalır ki, (danışığın büdrəyişindən haqsız fətvalardan) amanda olsun.1 Rəftarını Allahına görə (şirk, riya özünü göstərməkdən) təmizlədi və Haqq-təala da onu Özü üçün seçdi (ona cürbəcür feyzlər kamil sifətlər bəxş etdi). Deməli, (bu sifətlərlə) o, dinin mədənlərindən və yer üzündəki sütunlarındandır.2 Ədaləti (düzlüyü doğruluğu) özünün zərurətinə çevirib (ondan uzaqlaşmadı heç vaxt, heç bir işdə ifrata, yəni, həddini aşmağa, təfritə, yəni, haqda təqsirə, təxirə yol vermədi) Deməli, onun ədalətinin ilk mərhələsi budur ki, nəfsinin istəklərini özündən uzaqlaşdırar3 və haqqı bəyan edər (xalqa yaxşı əməlləri buyurar pis əməllərdən çəkindirər), özü də ona uyğun hərəkət edər.1 Heç bir yaxşı, xeyir əməlin sonunu niyyət etməmiş tərk etmədi, heç bir yaxşılıq ehtimalını niyyət etməmiş buraxmadı. (Onun bütün səyləri bundan ibarətdir ki, yaxşılıq, xeyir yolların hamısı ilə getməklə nicatın ən yüksək həddini, güman yolu ilə olsa belə, qazansın.) Öz cilovunu kitaba (Qur’ana) tapşırıb. Deməli, Allahın kitabı onun rəhbəridir. Qur’anın yükünün endiyi hər məqamda aşağı enər, Qur’anın yeri olduğu hər yerdə yerləşər.2 (Allahın özünə düşmən bildiyi) bəndə isə (o kəsdir ki,) nadan olduğu halda özünü alim, bilikli adlandırar. Nadanlardan nadanlığı, azğınlardan isə azğınlığı öyrənib3 aldadıcı kəndirlərdən və yalan sözlərdən camaata tələ qurar.4 Kitabı (Qurani-Kərimi) öz düşüncələri əsasında daşıyıb (təfsir edər)(Quranı öz fikri ilə təfsir edən) haqqı öz istəklərinə uyğunlaşdırıb camaatı böyük təhlükələrdən arxayın salar, böyük günahları (onların nəzərində) asanlaşdırar. İçində batdığı halda (riyakarlıqla özünü göstərməklə) şübhələrdən (şübhəli qaranlıq hökmlərdən) uzaqlaşdığını deyər (hökm verər şəriət hökmləri, onun halları barəsində nadan olduğuna görə hər bir qaranlıq məsələ onun nəzərində doğru olar). Onların arasında yatdığı halda bid’ətlərdən (şəriət qanunlarına zidd hökmlərdən) çəkindiyini söylər (verdiyi hər hökm bidətdir). (Onun) surəti insan surəti, (onun) qəlbi isə heyvan qəlbidir. Hidayət qapısını və doğru yolu tanımır ki, (ona dəm qoyub) onun ardınca getsin. Nadanlıq və korluq qapısını tanımır ki, ondan uzaqlaşsın. O, dirilərin arasında bir ölüdür.1 (İndi ki, haqqı batili tanıdınız, Allahın sevdiyi düşmən bildiyi bəndələri bildiniz) hara gedirsiniz (hansı yola gedirsiniz ki, daha layiqli olsun)(haqqın) bayraqları asıldığı, (həqiqət) nişanələri aşkar göründüyü, (hidayət qurtuluşdan) mayak qurulduğu halda sizləri (hidayət nicat yolundan) necə döndərirlər? ( ya sizi vaxt harada doğru yoldan daşındırırlar?) Bəs sizi harada heyran və sərgərdan ediblər? Peyğəmbərinizin əhli-beyti (pak İmamlar) aranızda olduğu halda necə heyran və sərgərdansınız? (Doğru yolu görmürsünüz.) Onlar (adamın dəvənin cilovunu əlinə alıb onu istədiyi tərəfə apardığı kimi camaatı) haqq yola çəkənlər, rəhbərlər və dinin nişanələri, doğru danışan dilləridir. (Sözləri doğru, düzgündür, yalan olması ehtimal edilmir. Həzrət Peyğəmbərə vəhy edilənləri xalq üçün təfsir edib onları həqiqətlərlə tanış edirlər.) Onları Qur’anın ən yaxşı mənzillərinə endirin.2 (Onlar elm maarif çeşməsi olduqlarına görə) çox təşnə dəvələrin (su başına) çatmağa tələsdiyi tək onlara doğru tələsin ( elmlərindən, biliklərindən bəhrələnin).

Ey camaat! Bu rəvayəti Xatəmül-ənbiya səlləllahu əleyhi və alih və səlləmdən öyrənin (öz ailəsinin mədhi əzəməti barədə buyurmuşdur). Bizlərdən biri (zahirən) ölsə belə diridir.3(nadanların səhv əqidələrinə görə) bizdən çürüyənlər də çürümüşdür, halbuki çürüməmişlər.1 Belə isə tanımadığınız (bilmədiyiniz) şeydən (Həzrət Peyğəmbərin ailəsi barədə) danışmayın, çünki sizin inkar etdiklərinizdə həqiqət daha çoxdur. (İlahi əzab sizə çatdıqda) dəlil və sübutunuz olmadığı kimsəni üzürlü bilin və o mənəm.2

Sizinlə böyük qiymətli yükə (Qurani-Kərimə) uyğun rəftar etmədimmi? (Quranı sizə öyrətmədimmi?) Qiymətli kiçik yükü (Həzrət peyğəmbərin ailəsini, Həsən Hüseyni) sizlərin arasında qoymadımmı?3 Sizin aranızda imanın bayraq və nişanəsini asdım (ki, azmayasınız). Sizləri halal və haramın hüdudlarından hali etdim. Öz ədalət və dada yetişməyimlə sizə nicat libası geydirdim (zülm sitəmdən xilas olmağın yolunu sizə öyrətdim). Öz sözlərim və rəftarımla (Allahın Peyğəmbərin razı olduğu) xeyir əməlləri yaydım (göstərdim). Öz bəyənilən əxlaqımı sizə aşkar etdim (layiqli əxlaqla tanış etdim).

Belə isə əslini bəsirət gözünün dərk etmədiyi, düşüncə və fikirlərin yol tapmadığı şeylərdə (öz nadürüst) fikir və tədbirlərinizi işlətməyin.1


Yüklə 16,72 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin