Bu fəsildə Əmirəl-möminin əleyhis-salamın xütbələri, fərmanları seçilib və bura o böyük şəxsiyyətin



Yüklə 16,72 Mb.
səhifə17/87
tarix22.10.2017
ölçüsü16,72 Mb.
#10982
1   ...   13   14   15   16   17   18   19   20   ...   87

Bu da həmin xütbənin (insan bədəninmn xəlq edilməsi, Haqq-təalanın nemətlərinin xatırlanması, Siratın vəhşətindən qorxudulması təqvaya, pərhizkarlığa həvəsləndirilməsi barədə) bir hissəsidir.
Böyük Allah sizin (eşitməkdən) faydalanmanız üçün iki qulaq (eşitmə hissi) yaratdı ki, lazım olanı (cəmiyyətin həyatında işə yarayanı) qoruyasınız. (Görmək üçün) iki göz (görmə hissi) yaratdı ki, qaranlıqdan xilas olub, görəsiniz. Hər (zahiri) üzvü (batini) üzvlərin mühtəvasına çevirdi. (Hər bir üzv bir neçə üzvdən ibarətdir. Məsələn, əl damar, qan sümükdən bu kimi digər hissələrdən ibarət olduğu kimi.) Həmin üzvləri öz faydalı hissələri ilə bərqərar olan bədənlərə, (ağıl tədbirlə) o bədənlərin ruzisini istəyən ( ya öz ruzisinə «elm maarif»- cəlb edən) ürəklərə quruluş və şəkil verdi, davamlılığına görə münasib yerlərdə yerləşdirdi. Bir halda ki, Onun ucsuz-bucaqsız nemətinin minnətinə sahibsiniz, Onun minnətinin səbəbləri sizə aşkardır. (Xəstəliklərə) maneə olan vasitələrlə onun salamatlıq nemətindən faydalanırsınız. (Sizə əta etdiyi nemətlərdən biri budur ki,) ömrün və həyatın müddətini sizdən gizli saxladı ( vaxt öləcəyinizi bilmirsiniz. Bunu bilməməyinizin özü dünyəvi işlərinizin nizamlanması üçün çox xeyirlidir). Sizdən öncəkilərdən sizlərə ibrət nişanələri qoydu. Dünyadan aldıqları ləzzət və faydadan, ölüm kəndirinin boğazlarına keçməsinə qədər nəsibləri olan vaxtın uzunluğundan və bolluğundan. Arzularına çatmadan öncə ölüm onları tələsik haqladı və onlarla arzuları arasına ayrılıq saldı. Sağlam olduqları vaxt (axirət üçün) azuqə yığmadılar, ilkin çağlarda (cavan güclü olarkən) ibrət götürmədilər (ömürlərini boş yerə başa vurdular). Cavanlıq və gücünün zirvəsində olanı qocalıqdan və bükülməkdən başqa bir şey gözləyirmi? Sağlam olan kimsənin gözü müxtəlif xəstəliklərdən qeyri bir şeyin yolunda olarmı? Bərqərar və mövcud olan kimsə yoxluq və fənalıqdan başqa bir şeyi gözləyərmi? (Xoşbəxt o kəsdir ki, qədər ki, sağlam güclüdür, fürsəti qənimət bilib işlərini sürətləndirsin.) Özü də (dünyadan) uzaqlaşmaq ayrılıq, (axirətə) köç və daşınma, müsibət və çətinliyin (can vermənin) ağrısının iztirab və narahatlığından titrəmək, qəm və kədərin çoxluğundan ağız suyunu axıtmaq, fəryada çatmağa çağırmaq üçün gözlərini ətrafa dolandırmağın, xidmətçilərdən ( ya övladlarınızın balalarından), yaxınlardan, dostlardan və əyaldan kömək istəməniz yaxın olduğu bir vaxtda. Qohumlar (ölümün çətinliklərini) dəf edəcəklərmi? Onların vay-şivənlərinin xeyri varmı? Bir halda ki, qəbristanda gora tapşırılmış, dar yataqda (qəbirdə) tənha qalmışdır. Gəmiricilər (ilan, əqrəb, qurd başqa heyvanlar) bədəninin dərisini parça-parça etdilər, çətinliklər onun təravətini çürütdü və məhv etdi. Şiddətli küləklər izlərini, zəmanənin müsibətləri nişanələrini yox etdi. (Ondan qəbirdə bir iz, camaat arasında isə sorağı qalmadı.) Cəsədləri təravətli, təzə olduqdan sonra dəyişdi, sümükləri gücləndikdən sonra çürüdü, canları ağır yükün (günahın) altında qaldı. Qeybdən və görünməzdən gələn xəbərlərə (qəbir, qiyamət, hesab haqqında heyran sərkərdan olduqları Cənnət Cəhənnəmə) yəqinlik əldə etdilər. (Bu vaxt) onlardan yaxşı əməllərini artırmaq istəməzlər, (onların) xətalarının pisliyindən razı və şad olmazlar.1 Sizlər bu camaatın oğulları, onların ataları, qohumları və qardaşları deyilmisiniz ki, onların rəftarına əməl edib, atlarına minib, getdiyi yolla gedirsiniz? Ürəklər öz nəsibini və bəhrəsini əldə etmək üçün bərk və doğru yola yönəlməkdən və nicatdan qəflətdədir. Öz yolundan qeyri bir yolla (günah itaətsizliyə doğru) gedir. Sanki məqsəd (ilahi vəzifələrə diqqət) onlardan qeyrisi üçündür. Sanki, onların nicatı dünyanı (malını) toplamaqdadır. (Axirət azuqəsi qazanmaq, deyil!)

Bilin ki, sizin yolunuz Siratdan (cəhənnəm körpüsündən) kecəcək ki, addımlar onun üzərində büdrəməkdən titrər, insan böyük qorxu və həyəcana düşər. Belə isə, ey bəndələr, qorxun Tanrıdan! (Qiyamət gününün) fikir və düşüncəsi ürəyini bürüdüyü, (ilahi əzabdan) xof və qorxu bədənini incitdiyi, gecə ibadət və itaətlərinin az olan yuxusunu da əlindən aldığı, (Pərvərdigarın rəhmətinə) ümidin günün günorta çağı (isti hərarətin şiddətli çağında) onu susuz saxladığı (gecələri oyaq, gündüzləri oruc olan), dünyaya meylsizliyi nəfsi istəklərinin qarşısını aldığı, Allahın zikri dilinin əzbəri olan (həmişə Allahı xatırlayan) ağıllı insanın qorxduğu tək qorxun! (Qiyamət günündə) əmin-amanlıqda olmaq üçün (günah itaətsizlikdən olan) qorxunu üstün tutdu (qiyamətdə əzaba mübtəla olmamaq üçün dünyada günah etmədi), onu doğru və aşkar yoldan saxlayan söz və əmələ gözlərini bağladı və yaxşı olan, aydın, doğru yola (Allahın razılığı şadlığına) çatmaq üçün ən yaxşı yolları seyr etdi. (Nicat üçün) böyük maneə olan (dünyaya) aldanmaq onu (ibadət bəndəlikdən) saxlamadı. Şübhəli şeylər ona gizli deyil (heç bir işdə o, nadan deyil), müzəffər və (cənnət) müjdəsinin sevincindən, ən asudə yatağında (qəbirdə) çox rahat və xoş olmağına, daha əmin-aman gündə (qiyamətdə) şaddır. Dünyanın keçidindən keçdi və tərifləndi. Axirətinin azuqəsini əvvəlcədən göndərərək xoşbəxt oldu. (Allah) qorxusundan (doğru yola tələsdi). Möhlət verilmiş dünyada (ibadət bəndəlik üçün) sürətlə irəlilədi. Allahı razı salmaq üçün şövqə gəldi. (İlahi əzabdan) qaçmaq üçün (doğru yolla) getdi. Bu günündə (dünyada) sabahını (axirətini) qoruyurdu. Onu gözləyənləri (qəbir, bərzəx qiyamətdəki halını) köçməmişdən qabaq gördü. Deməli, cənnət bəxşiş və savablarına görə (xeyir əməl sahiblərinə) kifayət edər. (Elə işlər görün ki, əbədi məkanınız orada olsun), cəhənnəm də əzab və çətinliklərinə görə (günahkar insanlara) bəs edər. (Elə görün ki, ora düşməyəsiniz). Yetər ki, Allah (pis əməl sahiblərindən) intiqam alsın və (yaxşı əməl sahiblərinə) mədəd və kömək olsun. Qur’anın (ona əməl etməyənlərə qiyamət günündə) sübut gətirərək düşmən kəsilməsi bəs edər.

Mənim sizə vəsiyyət və tövsiyyəm pərhizkarlıq və qorxutduğu şeylə (qiyamətin əzab çətinlikləri) üzrxahlığa yer qoymayan, aşkar, aydın etdiyi şeylə (Qurani-Kərimlə) hüccəti (dəlil-sübutu) tamam edən Allahdan qorxmaqdır. (O) sizi düşmənlə (Şeytanla) qorxutmuşdur «وَلاَ تَتَّبِعُواْ خُطُواتِ الشَّيْطَانِ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُّبِينٌ»1 ki, gizlincə sinələrə nüfuz edər, xeyirxahcasına (azdırmaq üçün) qulaqlara söz deyər. Sonra, (dalınca gələni) azdıraraq puç edər. (Ona) vəd verərək (yersiz istəklərə) meylləndirər, pis günahları (onun nəzərində) bəzəyər, öldürücü böyük günahları asan göstərər. Tədricən öz ardıcılını aldadaraq girov kimi öz itaətinin əsarətinə keçirər.2 (Bu vaxt) zinət verib bəzədiyini (istəkləri) danar, asan qələmə verdiklərini (günahları) böyük sanar, (arxasınca gələnləri) əmin etdiyi ilə qorxudar.1


Bu xütbənin bir hissəsi insanın necə yaradılması barəsindədir
(Onun dünyadakı və qəbirdəki halını şərh edərək insanlara keçmişlərdən ibrət götürməyi xatırladır və onları tövbə etməyə həvəsləndirib buyurur:)

(Sizi Şeytanın hiyləsindən agah etdim, indi) sizə insanın necə yaradılmasını xatırladım ki, Allah onu bətnlərin (uşaqlıqların)(onun üçün) örtük olan pərdələrin qaranlığında (bətnlər dedikdə qarın, uşaqlıq uşağla birlikdə çıxan pərdə kimi cift nəzərdə tutulur) tökülmüş nütfədən və naqis qan laxtasından yaratdı. O, qarında uşaq, daha sonra isə südəmər körpə oldu və südəmərlikdən başlayaraq yetkinlik yaşına çatdı. Sonra ona anlaması (keçmişlərdən) ibrət götürməsi, itaətsizlik və günahdan uzaqlaşması üçün qoruyan qəlb (ağıl), danışan dil, görən göz bəxş etdi. Kamal həddinə çatdıqda qəd-qamətini düzəltdikdə təkəbbür və qürur ona hakim kəsildi, qaçdı (Allaha peyğəmbərə itaət etmədi) və azğınlaşdı, (batil yola qədəm qoydu, pis əməl sözdən) qorxmadı, belə ki, (quyunun başında vedrə ilə su çəkən kimi) öz nəfsi istəyini böyük vedrədə (azğınlıq quyusundan bayıra) çəkir, öz dünya ləzzətlərinə və istəklərinə yetişmək üçün çox səy göstərir və çalışır, ona nakamlığın və bəlanın üz verəcəyinə inanmır və heç bir günahdan qorxmurdu. Beləliklə də, öz günah və xətaları ilə (dünyada) yaşadığı az müddətdə Allahın ona bəxş etdiyi nemətlərin müqabilində (axirət üçün) fayda götürmədən və ona vacib olanı yerinə yetirmədən nadanlıq, qəflət, azğınlıqla ömrünü başa vurdu. İtaətsizliyin, həvayi-nəfsə tabe olmağın və xoşhallıq anının sonunda ölümün kədəri onu yaxaladı. Gecələr şiddətlənən müxtəlif xəstəliklər, ağır ağrılarla, heyranlıq və dalğınlıqla gündüzü gecəyə çatdırır, gecə də sübhədək oyaq qalırdı. Qəm çəkən qardaşı, mehriban atası, səbirsizlikdən «vay-vay» deyən həyat yoldaşı, iztirab və narahatlıqdan sinəsinə vuran qızı (yaxud anası) onun ətrafında olduqları halda o kişi başını qatan can vermənin bihuşluğunda çox qəm və kədər, dərdli nalə içində, çətin can verməyə, əziyyətlə dünyadan köçməyə mübtəla olmuşdu. (Öldükdən) sonra ümidsiz halda kəfənə bükülüb (əlindən bir gəlmədiyindən) itaətkar və sakit vəziyyətdə (qəbrə doğru) çəkilər. Sonra onu səfərdən qayıdan və xəstəlikdən arıqlayan əzgin dəvə kimi əlacsız və haldan getmiş vəziyyətdə tabut taxtalarının üstünə atarlar. (Ondan sonra) qulluğunda duran övladlar və qardaşlar yığılaraq onu qürbət və kimsəsiz evə (qəbrə) bir daha görüşməyəcəkləri yerə qədər çiyinlərinə alarlar (apararlar). Dəfnə gələnlər və müsibət sahibləri (qəbristanlıqdan) qayıtdıqdan sonra, onu (İnkir Minkirin) sual və imtahanında büdrəməyin qorxusundan, vəhşətindən yavaş danışdığı halda qəbirdə oturdarlar.1 Orada ən böyük müsibət nazil olmuş qaynar su, cəhənnəmə daxil edilmək, alovun səsinin həyəcanı və şiddətidir. Əzabda nə ona rahatlıq verən süstlük, nə əziyyətləri aradan qaldıracaq asayiş, nə ona mane olacaq gücü, taqəti, nə də onu (bu çətinlikdən) xilas edəcək ölüm, nə kədərini siləcək azacıq yuxu və gözünü qırpmaq var. Müxtəlif növ ölümlərə (ağır dərdlər) və ardıcıl əzablara mübtəladır. (Bu əzablardan) Allaha pənah aparıram ( ondan bu çətinliklərdən xilas olmağı diləyirəm).

Ey Allah bəndələri, Allahın ömür və həyat əta etdiyi, öz nemətlərinə sahib etdiyi insanlar haradadır? Bilməli olduqlarını onlara öyrətdi, anladılar. Onlara möhlət verdi, onlar isə oyunla, boş yerə fürsəti əldən verdilər. Sağlam və rifah içində olanda (Allahın əta etdiklərini) unutdular? Onlara uzun müddət möhlət verib, ehsan və yaxşılıq edib, ağrılı əzabla qorxutdular. Böyük nemətlər vəd etdilər (onlar isə qəflət yuxusundan oyanmadılar).

Ölüm və puçluq gətirən günahlardan, (Allahı) qəzəbləndirən eyblərdən uzaqlaşın (ki, nicat tapasınız). Ey görən gözləri, eşidən qulaqları, sağlam bədəni və dünya malı (mal övladı) olanlar, (Allahın əzabından) qaçmağa, qurtulmağa, pənah aparmağa, arxalanmağa və ya qayıtmağa bir yer var, yoxsa yox? (Allahın hökmündən) necə dönür, hara qayıdır, nəyə aldanırsınız?! Sizlərdən hər birinin (torpaqla örtüləcəyiniz zaman) torpaqdan nəsibi toz-torpağa bulaşmış çöhrə, qamətinizin eni və uzunu qədər olan torpaqdır. (Belə isə, evlərə saraylara sahib olmaq üçün bu qədər əziyyət zəhmət üçündür?) İndi ey Allah bəndələri! Nə qədər ki, kəndir (ölüm) boşdur və sizin boğazlarınıza keçməyib, ruhunuz bədəninizdədir, doğru yola yönəlməyə və nicata vaxt var, bədənləriniz rahatdır, toplama (meydanı) geniş, həyata möhlət, iradə və ixtiyar var, tövbəyə, qayıdışa vaxt, ehtiyacı yerinə yetirməyə macal qalıb fürsəti qənimət bilin və fürsət keçmədən, dar yerə (qəbrə) düşmədən, yoxluq qorxusundan öncə, canın bədəndən ayrılmasından və sizi gözləyən gözəgörünməzin (ölümün) gəlişindən, qalib və güclü Allaha (əzabına) düçar olmamışdan qabaq fürsəti qənimət bilin. (Seyyid Rəzi buyurur:)

Xəbərdə göstərilib ki, İmam əleyhis-salam bu xütbəni bəyan etdikdə bədənlər lərzəyə düşdü və gözlər yaşardı, ürəklər narahat oldu, iztirab çəkdi. Bir sıra insanlar bu xütbəni «Qərra» (nurani, görkəmli) xütbə adlandırıblar.



Yüklə 16,72 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin