Büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlarda mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair təlimat


№-li «Cavan və kökəldilməkdə olan heyvanlar» hesabı



Yüklə 1,21 Mb.
səhifə9/66
tarix10.08.2022
ölçüsü1,21 Mb.
#117518
1   ...   5   6   7   8   9   10   11   12   ...   66
Budce Hesablar plani ve telimat (1)

05 №-li «Cavan və kökəldilməkdə olan heyvanlar» hesabı

    Bu hesabda dəyərindən asılı olmayaraq bütün növ cavan və kökəldilməkdə olan heyvanlar, quşlar, ev dovşanları, vəhşi heyvanlar, arı ailələri uçota alınır. Bu hesab yalnız yardımçı kənd təsərrüfatlarında tətbiq edilir.
    Cavan və kökəldilməkdə olan heyvanlar alınan zaman 050 №-li subhesabın debeti və 111, 113, 178 №-li müvafiq subhesabların krediti üzrə mühasibat yazılışları verilir.
    Təsərrüfatda nəsilvermə zamanı alınmış cavan heyvanlar (balalar) balalar olan günə tərtib edilmiş nəsilvermə aktı əsasında plan qiymətilə mədaxil edilərək, 050 №-li subhesabın debeti və 081 №-li və 400 №-li (əgər yardımçı təsərrüfatda xərclərin uçotu 211 №-li subhesabda aparılırsa) subhesabın krediti üzrə əks etdirilir.
    Cavan və kökəldilməkdə olan heyvanlar hər ay çəkilir və aktlaşdırılır (boy artımı ilə uçotu aparılan heyvanlardan başqa). Cavan və kökəldilməkdə olan heyvanların çəki artımı faktiki maya dəyəri ilə onların əvvəlki çəkisinin üzərinə gəlir. Hesabat ayı ərzində artımın qiyməti artım vahidinin plan maya dəyəri üzrə müəyyən edilir. Boy artımı ilə uçota alınan cavan və kökəldilməkdə olan heyvanlar üzrə artımın dəyəri onların təsərrüfata daxil edildiyi gündən başlayaraq faktiki yem günləri ilə müəyyən edilir. Yəni hər bir növ və qrup cavan və kökəldilməkdə olan heyvana bir yem günündə verilən yemlərin plan məsrəflərinə uyğun hesablanaraq müəyyən edilir.
    Çəki və ya boy artımı üzrə artım məbləğinə 050 №-li subhesabın debeti və 081 və ya 400 №-li subhesabın krediti üzrə mühasibat yazılışı verilir.
    Kökəldilmə başa çatdıqda kəsilmiş heyvanların dəyəri 050 №-li subhesabın kreditindən silinir. Bu zaman alınmış məhsulun dəyəri akt əsasında plan qiymətləri ilə 031 №-li subhesabın debeti üzrə mədaxil edilir. Kəsilmiş heyvanlarla alınmış məhsulların dəyərləri arasındakı fərq məbləğləri 050 №-li subhesabla müxabirləşdirilməklə 400 və ya 081 №-li subhesablarda əks etdirilir.
    Cavan və kökəldilməkdə olan heyvanların tələfatına istehsalın itkisi kimi baxılır və onların dəyəri böyüdülmüş heyvanların maya dəyərinə aid edilir. Bu itkilər hesabat ili ərzində 050 №-li subhesabın kreditindən 400 və 081 №-li subhesabın debetinə silinir.
    Maddi-məsul şəxslərin günahı nəticəsində heyvanların tələfatından təsərrüfata dəyən zərərlər qanunla müəyyən edilmiş qaydada günahkar şəxslərdən alınır.
    İlin sonunda 031 №-li və 050 №-li subhesablarda uçota alınan heyvandarlıq məhsullarının plan maya dəyəri ilə cavan və kökəldilməkdə olan heyvanların çəki artımının faktiki dəyəri arasındakı fərq (qənaət, yaxud artıq xərc) həmin fərq məbləği həcmində düzəldilir. Məhsulların plan maya dəyəri ilə faktiki maya dəyəri arasında müəyyən edilmiş fərq məbləğləri qənaətlə olduqda 031 №-li və 050 №-li subhesabların debetində və 081 №-li, yaxud 400 №-li subhesabların kreditində adi qələmlə əks etdirilir. Müqayisə zamanı artıq xərcə yol verildiyi aşkar edildikdə isə həmin yazılış qırmızı qələmlə aparılır.
    Növbəti ildə sonrakı bəsləmə və kökəldilməyə verilən cavan heyvanlar, həmçinin hesabat ilində əsas sürüyə keçirilən cavan heyvanlar faktiki maya dəyəri üzrə qiymətləndirilir.
    Cavan heyvanların analitik uçotu növü və yaş qrupu üzrə, kökəldilməkdə olan heyvanların analitik uçotu isə yalnız növü üzrə (1Q №-li Əmlakın (qiymətlilərin) uçot kartında) aparılır. Uçot heyvanların diri çəkisi, artma çəkisi, artımı haqqında məlumat almağı təmin etməlidir.


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin