Bütün həyatlarını elmin sirlərinə dərindən yiyələnməmə və bir Vətənsevər kimi yetişməmə həsr etmiş mərhum valideynlərim – Adil Şıxəli oğlu və Sura Səfər qızının əziz xatirələrinə ithaf edirəm


Bizans donanması döyüşdə. Orta əsrlər miniatürü



Yüklə 6,76 Mb.
səhifə56/87
tarix11.01.2022
ölçüsü6,76 Mb.
#110699
1   ...   52   53   54   55   56   57   58   59   ...   87
Bizans donanması döyüşdə. Orta əsrlər miniatürü
Çox çəkmədi ki, Anastasius III Theodosius (715-717) tərəfindən devrildi, o da öz növbəsində Leo Isaurian (717-741) tərəfindən taxtdan endirildi. Konstantinopolun son ərəb mühasirəsi zamanı Bizanslılara rəhbərlik edən III Leo ərəb gəmilərini “yunan atəşi”nin köməyi ilə məhv edə bildi. Bulqarların hücumları da Bizansın qələbəsinin qarşısını ala bilmədi (Pryor John H., Jeffreys Elizabeth M., 2006, s. 27-33). Mühasirə yarıldırıldıqdan sonra ərəb donanmasının geri çəkilən qalıqları da fırtınaya düşərək məhv oldu və Bizans qoşunları əks hücuma keşdi, donanma Laodikiyanı mühasirəyə aldı və Bizanslılar ərəbləri Kiçik Asiyadan sıxışdırmağı bacardı (Norwich John Julius, 1990, s. 352-353; Treadgold Warren T., 1997, s. 349).

Növbəti 30 il ərzində dənizdəki silahlı mübarizə hər iki tərəfin bir-birilərinə davamlı basqınlarrı şəraitində keçmişdir. Məsələn, Bizanslıların həmin illərdə Suriya (Latakiya) və Misirdə (Damietta və Tennis) ərəb dəniz bazalarına dəfələrlə hücum təşkil etdikləri məlumdur (Pryor John H., Jeffreys Elizabeth M., 2006, s. 33). 727-ci ildə, imperatorun ikonoklastik siyasətindən narazı olan Fem donanmalarıın qiyam qaldırması belə bu hücumların səngiməsinə səbəb olmamışdır. Belə ki, sözügedən üsyanın imperator donanması tərəfindən yatırılması (Treadgold Warren T., 1997, s. 352) zamanı böyük gəmi itkisinə baxmayaraq, 739 və 747-ci illərdə Damietta hücumlarına təxminən 300 hərbi gəmi qatılmışdı. Bu dəniz basqınlarının bəzilərində İtaliyanın şəhər əyalətlərinin gəmilərinin də xristian qardaşları ilə birlikdə hərbi kampaniyalarda iştirak etdikləri, məhz bunun sayəsində Bizanslıların Kipr yaxınlığındakı dəniz savaşında Suriya və İsgəndəriyyə donanmalarının birləşmiş heyəti üzərində qələbə çaldıqları, nəticədə Xilafətin dəniz gücünün önəmli hissəsinin məhv edildiyi bilinməkdədir (Pryor John H., Jeffreys Elizabeth M., 2006, s. 33).



Bu hadisədən sonra Bizanslılar Afrikanın şimalında yerləşən Xilafət donanmalarını da darmadağın etdilər və Ağ (Aralıq) dənizi üzərindəki hökmranlıqlarını daha da gücləndirdilər. Bu, müsəlman tacirlərinin işini xeyli zəiflətdi, Xilafətin iqtisadi gücü önəmli dərəcədə azaldı (Lewis Archibald Ross, Runyan Timothy J., 1985, s. 29), nəticədə Əməvi xilafəti bir neçə yerə parçalandı. Beləcə, Bizans donanması əsas güc halına gəlmiş oldu (Pryor John H., Jeffreys Elizabeth M., 2006, s. 33) və bu hal VIII əsrin bütün ikinci yarısı boyu davam etdi (The Age of the Galley, 2004, s. 98). Əldə edilmiş uğurlar imperator V Konstantin Kopronimə (741-775) donanmanın bir hissəsini Qara dənizə yönəldərək, 760-cı illərdə imperatorluq üçün böyük təhlükəyə çevrilmiş bulqarlara qarşı savaşda istifadə edə bilməsinə imkan yaratdı.


Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin