C ++ Dİlində XƏTTİ strukturlu alqoritmləRİn proqramlaşdirilmasi



Yüklə 19,32 Kb.
səhifə2/2
tarix31.05.2022
ölçüsü19,32 Kb.
#116440
növüYazı
1   2
LABORATORİYA İŞİ-2-Xetti struktur

Cəbri ifadələr. Mənimsətmə operatorun sağ tərəfində yerləşən cəbri ifadələr aşağıdakılardan ibarət ola bilərlər:
+, - – toplama, çıxma
*, / – vurma, bölmə
% – bölmə qalığı
Standart funksiyalara müraciət:
abs(i) – tam i ədədin mütləq qiyməti (modulu) - | |
fabs(x) – həqiqi x ədədin modulu - | |
sqrt(x) – həqiqi x ədədin kök altısı - √
pow(x,y) – y tərtibli x – xy
C ++ dilində bölmə əməliyyatının bəzi spesifik xüsusiyyətləri vardır və onları nəzərə almaq lazımdır.
İki tam ədədin bölünməsi nəticəsində bölmə qalığı nəzərə alınmır, yəni nəticə tam tipli alınır. Məsələn, 7/4 ifadənin nəticəsi 1 olacaqdır. Əgər nəticə həqiqi tipdə olmalıdırsa və qalıq da nəzərə alınmalıdırsa, onda bölən və ya bölünən ədələrdən birini həqiqi tipə çevirmək lazımdır. Məsələn:
int i, n;
float x;
i=7;
x=i / 4; // x=1, iki tam ədədlərin bölünməsi
x= i / 4. ; // x=1.75, tam ədəd həqiqi ədədə bölünür
x= ( float) i / 4; // x=1.75, həqiqi ədəd tam ədədə bölünür
n= 7. / 4. ; // n=1, nəticə tam ədədə yazılır
Əgər a dəyişənin b dəyişənə bölmə nəticəsində qalıq hesablanmalıdırsa və nəticə AB dəyişənə yazılmalıdırsa, onda % əməliyyatından istifadə etmək lazımdır AB=a % b.
Cəbri ifadələrin qısa yazılışı
Əgər hər-hansı dəyişənin qiyməti dəyişilməlidir və alınmış yeni qiymət köhnə qiyməti əvəz etməlidirsə, onda mənimsətmə operatorunun qısa variantından istifadə etmək lazımdır.

Qısa yazılış

Tam yazılış

x += a;

x = x + a;

x -= a;

x = x - a;

x *= a;

x = x * a;

x /= a;

x = x / a;

x %= a;

x = x % a;

Misal. Klaviaturadan iki tam ədədi daxil edib, ekrana onların cəmini çıxartmaq. Bu misalın həllini C dilində yazaq.
#include
#include
using namespace std;
main()
{
int a, b, c; // dəyişənlərin elanı
cin >>a>>b; // verilənlərin daxil edilməsi
c = a + b; // hesablamalar
cout<<”c=”<
return 0; } // nəticənin ekranda dayandırılması
Yüklə 19,32 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin