break operatoru switch operatorun gövdəsindən çıxmaq üçün nəzərdə tutulub. Əgər bütün break operatorları silinərsə, onda, məsələn, “A” hərfi daxil olduqda çapa bütün variantlarçıxarılacaqdır.
Ela
Cox yaxsi Yaxsi Qenaetbexsh Kafi
Qeyri kafi
Bele qiymet yoxdur!
Əgər dəyişənin qiyməti case-də yazılan heç bir qiymətlə üst-üstə düşmürsə, onda proqram default bölməsinə keçir. default bölməsi olmaya dabilər.
Hər case bölməsində 2 qiymət ola bilər. Məsələn, əgər proqramın həm kiçik, həm də böyük həriflərə reaksiyası eyni olmalıdırsa, onda switch operatoru beləyazılmalıdır:
switch ( c )
{
case ‘A’:
case ‘a’:
printf ( “\nEla” ); break; case ‘B’ :
case ‘b’:
printf ( “\nCox yaxsi” ); break;
………………………..
}
Bəzən eyni məlumatları bir neçə dəfə ekrana çıxartmaq lazım gəlir. Misal olaraq, “Salam!” sözünü 10 dəfə ekranda çap edək. Əlbəttə, 10 dənə printf operatorundan istifadə etməklə bu tapşırığı yerinə yetirmək olar. Lakin bu vəziyyətdən çıxış yolu deyil, çünki ola bilər ki, bu sözü 10 yox, 200 dəfə çap etməyə lazım gələr. Onda proqram çox uzanacaqdır. Ona görə də dövrlərdən istifadə etmək lazım gəlir.
Bir neçə dəfə yerinə yetirilən operatorlar ardıcıllığı dövr adlanır.
C dilində bir neçə dövr operatoru var.
for dövr operatoru
Hər hansı bir əməliyyatın neçə dəfə təkrar olunduğu adətən bilinir. Bəzi proqramlaşdırma dillərində bunun üçün repeat (lazımı qədər təkrar et) dövründən istifadə edilir. Yaddaşda bir xana ayrılır və həmin xanaya təkrarlamaların sayı yazılır. Proqram dövrü bir dəfə yerinə yetirəndə, xananın tərkibi (sayğac) bir vahid azalır. Xanada sıfır olanda dövr öz işini bitirir.
C dilində repeat əvəzinə for operatorundan istifadə edilir. for dövrü sayğac-xananı gizlətmir, onu elan etməyə tələb edir (yaddaşda yer ayırmaq üçün), və, hətta, onun qiymətini dövrün gövdəsində istifadə etməyə imkan yaradır.
|