C dilində proqramlaşdırma



Yüklə 0,81 Mb.
səhifə11/27
tarix31.05.2022
ölçüsü0,81 Mb.
#116442
1   ...   7   8   9   10   11   12   13   14   ...   27
c muhazire Nailə Allahverdi

Həqiqi ədədlər


Həqiqi ədədlərin daxil və xaric edilməsi üçün üç formatdan istifadə oluna bilər: %f,
%e və %g. %f formatı üçün misallar aşağıdakı cədvəldə göstərilmişdir:

Operatorun yazılışı

Nəticə

Şərh

printf(“[%f]”, 123.45) ;

[123.450000]

Minimal mümkün olan sahə, kəsr hissəsində6
rəqəm

printf(“[%9.3f]”, 123.45) ;

[ 123.450]

Cəmi 9 pozisiya, onlardan 3-ü kəsr hissəsinindi.
Sağdan düzəlmə.

printf(“[%-9.3f]”, 123.45) ;

[123.450]

Cəmi 9 pozisiya, onlardan 3-ü kəsr hissəsinindi.
Soldan düzəlmə.

printf(“[%6.4f]”, 123.45) ;

[123.4500]

Ədəd ona ayrılmış 6 pozisiyaya yerləşmədiyinə görə (kəsr hissəsinə 4 yer ayrılır) xaricetmə sahəsi artırılır



%e formatı elmi hesablamalarda çox böyük və ya çox kiçik ədədlərin (atom ölçüləri, Günəşə qədər məsafə) xaric edilməsi üçün istifadə olunur. Bu format standart və ya sürüşən nöqtəli təsvir adlanır. Bu formata əsasən ədəd mantissa tərtibdən ibarətdir. Məsələn, 123.45 ədədi standart formatda belə yazıla bilər: 123.45=1.2345∙102. Burada 1.2345 – mantissa (mantissa həmişə 1÷10 arası dəyişməlidir), 2 – tərtibdir. %e formatı əsasında ədədin təsviri üçün ümumi pozisiyaların və mantissanın kəsr hissəsində rəqəmlərin sayını təyin etmək olar. Bu formatda tərtib həmişə 2 rəqəmli olur, tərtibin önündə e hərfi dayanır. Tərtibin işarəsi həmişə yazılır (- və ya +).

Operatorun yazılışı

Nəticə

Şərh

printf(“[%e]”, 123.45) ;

[1.234500e+02]

Minimal mümkün olan sahə, mantissanın kəsr hissəsində 6 rəqəm



printf(“[%12.3e]”, 123.45) ;

[1.234e+02]

Cəmi 12 pozisiya, onlardan 3-ü mantissanın kəsr
hissəsinindi. Sağdan düzəlmə.

printf(“[%-12.3e]”, 123.45) ;

[1.234e+02]

Cəmi 12 pozisiya, onlardan 3-ü mantissanın kəsr
hissəsinindi. Soldan düzəlmə.

printf(“[%6.2e]”, 123.45) ;

[1.23e+02]

Ədəd ona ayrılmış 6 pozisiyaya yerləşmədiyinə görə (mantissanın kəsr hissəsinə 2 yer ayrılır)
xaricetmə sahəsi artırılır.



%g formatı kəsr hissəsinin sonunda artıq sıfırları götürmək və avtomatik formatın (onluq və ya sürüşən nöqtəli format) seçilməsi üçün istifadə edilir. Çox kiçik və ya çox böyük ədədlərə sürüşən nöqtəli format tətbiq olunur. %g formatında pozisiyaların ümumi sayı və vacib rəqəmlərin sayı göstərilir.



Operatorun yazılışı

Nəticə

Şərh

printf(“[%g]”, 12345) ;
printf(“[%g]”, 123.45) ;
printf(“[%g]”, 0.000012345) ;

[12345]
[123.45]
[1.2345e-05]

Minimal mümkün olan sahə, vacib rəqəmlərin sayı 6-dan çox deyil

printf(“[%10.3g]”, 12345) ;
printf(“[%10.3g]”, 123.45) ;
printf(“[%10.3g]”, 0.000012345) ;

[ 1.23e+04] [ 123]
[1.23e-05]

Cəmi 10 pozisiya, onlardan 3-ü rəqəmlərin sayıdır. Sağdan düzəlmə. Soldan düzəlməni etmək üçün “%-10.3g” formatından istifadə
etmək lazımdır.




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin