scanf və printf funksiyaların birinci parametri verilənlərin daxiletmə və xaricetmə formatını müəyyən edən simvollar sətri olmalıdır. Verilənləri daxil edən scanf funksiyasında tam ədədlər üçün %d, həqiqi ədədlər üçün %f və simvol üçün %c formatı göstərilməlidir. printf funksiyasının format hissəsi daha geniş imkanlarına malikdir. O, ekrana çıxarılan verilənlərə ayrılmış sahələrin ölçülərini müəyyən edəbilər.
Aşağıdakı cədvəldə 1234 ədədin ekrana çıxarılmasının müxtəlif formatları göstərilmişdir.
Operatorun yazılışı
Nəticə
Şərh
printf(“[%d]”, 1234) ;
[1234]
Minimal mümkün olan sahə
printf(“[%6d]”, 1234) ;
[ 1234]
6 pozisiya, sağdan düzəlmə
printf(“[%-6d]”, 1234) ;
[1234 ]
6 pozisiya, soldan düzəlmə
printf(“[%2d]”, 1234) ;
[1234]
Ədəd ona ayrılmış sahəyə (2 pozisiya)
yerləşmədiyinə görə xaricetmə sahəsi artırılır
Simvolların xaric edilməsi üçün eyni format üsullarından istifadə edilir, lakin %d %c-