C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­


Milli iqtisadiyyatın makroiqtisadi göstəriciləri



Yüklə 2,89 Mb.
səhifə16/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   114
C fakepathelave vesait

3.2.Milli iqtisadiyyatın makroiqtisadi göstəriciləri


Bütövlükdə hər hansı bir ölkənin təsərrüfat həyatının ümumi vəziyyətini, onun inkişaf səviyyəsini müəyyənləş­di­rib təhlil etmək üçün bir sıra ümumiləşdirici makroiqti­sadi göstəricilər sistemindən istifadə olunur:
I. Ümumi milli məhsul (ÜMM) - ölkədə və onun hüdudlarından kənarda milli iqtisadiyyatın resursları hesa­bına il ərzində istehsal olunmuş son hazır məhsulların
(əm­təələrin), göstərilən xidmətlərin ümumi bazar qiymət­ləri ilə dəyər ifadəsidir.


  1. Ümumi daxili məhsul (ÜDM) mülkiyyət mən­su­biyyətindən asılı olmayaraq, ölkə ərazisində fəaliyyət göstərən şirkətlərin il ərzində istehsal etdikləri hazır əm­təə­lərin (məhsulların) və göstərdikləri xidmətlərin ümumi dəyəridir (qiymətidir).

  2. Xalis milli məhsul (XMM) ölkənin ümumi daxili məhsulundan (ÜDM) amortizasiya ayrılmaları (AA) çıxıldıqdan sonra qalan hissədir. Başqa sözlə:

XMM=ÜDM - AA, yaxud ÜDM - AA=XMM
IV. Milli gəlir (MG) - ölkənin xalis milli məhsu­lundan (XMM) bütün dolayı vergilər (DV) çıxıldıqdan sonra qalan hissədir. Başqa sözlə:
MG = XMM-DV, yaxud XMM-DV=MG
V. Milli sərvət (MS) - hər millətin tarixi inkişafı döv­ründə əldə etdiyi və malik olduğu maddi, habelə mə­nə­vi nemətlərin cəmidir.
Milli iqtisadiyyatın bu xarakterik sintetik parametr­ləri ilə yanaşı, ümumiyyətlə ÜDM və onun artım templəri, ölkədə əhalinin məşğulluğu və işsizliyi, qiymətlər indeksi və inflyasiya səviyyəsi, bütünlükdə makroiqtisadi təhlil baxımından əsas iqtisadi göstəricilər kimi səciyyələn­di­rilir. Eyni zamanda ölkədə yığım və investisiyaların həc­mi, xarici iqtisadi əlaqələrin ümumi dövriyyəsi, əhalinin həyat səviyyəsi göstəriciləri iqtisadi-sosial inkişafin tam mənzərəsini daha dolğun surətdə əks etdirdiyindən, həmin parametrlər də makroiqtisadi göstəricilər sırasına daxil edi­lir.
Hər bir ölkənin mühüm makroiqtisadi göstəricisi sa­yı­lan ümumi daxili məhsulun (ÜDM) hesablanmasını iki yolla aparmaq mümkündür:

Bu metodlarla hesablamalar o deməkdir ki, ölkədə bir ildə istehsal olunmuş məhsulların - xidmətlərin alın­masına sərf olunmuş xərclərin ümumi məbləği (xərclər metodu) və həmin dövrdə istehsal olunmuş məhsullardan, xidmətlərdən əldə edilmiş pul gəlirlərinin məbləğinə (gə­lir­lər metodu) uyğun olub, ölkənin ÜDM-na bərabər­dirlər. Deməli, bu asılılıqdan aydın olur ki:



Ölkədə bir ildə isteh­sal olunmuş məh­sul­la­rın-xidmətlərin alın­ma­sına sərf olunmuş xərclərin ümumi həc­mi (məbləği)

Ölkədə bir ildə isteh­sal olunmuş məh­sul­la­rdan-xidmətlərdən əldə edilmiş gəlirlərin həc­minə (məbləğinə)

= ÜDM =



Ölkənin ÜDM-nin xərclər və gəlirlər metodları ilə müəyyənləşdirilməsi prinsipi aşağıdakı sxemdə öz əksini tapmışdır:




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin