C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­


Ümumi makroiqtisadi modelin formalaşması



Yüklə 2,89 Mb.
səhifə19/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   114
C fakepathelave vesait

3.4.Ümumi makroiqtisadi modelin formalaşması


Ölkənin çoxsahəli təsərrüfat həyatında baş verən mü­rək­kəb əlaqələr sistemini və ayrı-ayrı əmtəə-xidmətlər, tor­­­paq, əmək, kapital, qiymətli kağızlar bazarını vahid bö­yük bir bazar kimi təsəvvür etsək, onun həmişə “tarazlıq-qeyri-tarazlıq” müstəvisində, bazar münasibətləri prin­sip­­ləri əsasında fəaliyyət göstərdiyi aydın olar. İstehsal pr­­­sesinin, onun maddi və şəxsi iştirakçı amillərinin, döv­lətin mürəkkəb əlaqələrlə səciyyələnən iqtisadi fəaliyyəti, son nəticə etibarilə həm tarazlıq, həm də qeyri-taraz­lıq şə­raitin­də davam edən iqtisadi inkişafın dinamikliyini tə­­min etməyə yönəlmişdir.
Bazar münasibətləri sistemində iqtisadiyyatda bir-biri ilə sıx qarşılıqlı əlaqədə olan «məcmu istehsalçı» «məcmu istehlakçı» vardır. Makroiqtisadi modelin isti­rak­çısı sayılan «məcmu istehsalçı» və «məcmu istehlakçı» ara­sında «alıcı-satıcı» kimi mürəkkəb iqtisadi müna­si­bət­lər baş verir. Bu halda istehsal olunmuş məhsul-xidmətlə­rin hamısı reallaşdırılmalı, əldə olunmuş gəlirlər xərclən­məli, şəxsi istehlaka və istehsalın davam etdirilməsi üçün lazım olan resurslara sərf olunmalıdır. Deməli, cəmiyyətdə makroiqtisadi səviyyədə məcmu tələblə məcmu təklif uy­ğunlaşaraq üst-üstə düşməlidir. Bazar münasibətləri siste­mində arzu olunan, lakin həyata keçirilməsi mümkün ol­ma­yan «iqtisadi tarazlıq» vəziyyəti modeli belə yaran­mışdır.
İqtisadi nəzəriyyədə uzun müddət belə bir mövqe aparıcı rol oynamışdır ki, bazar münasibətləri sistemində istehsal olunmuş məhsulların tam reallaşdırılması, bu məh­­­sulların istehsalçılarına (satıcılarına) həmin məhsul­ların dəyərinə bərabər (uyğun) gəlir gətirir. Bu ideya müx­təlif dövrlərdə, ayrı-ayrı iqtisadçılar tərəfindən fərqli va­riant­larda irəli sürülsə də, xüsusilə fransız iqtisadçısı J.B.Sey (1762-1832) və İsveçrə iqtisadçısı L.Valras (1834-1910) həmin məsələni daha geniş tədqiq etmişlər.
Sey qanununa” görə bazardakı təklif, özünə uyğun da tələb yaradır. Buna səbəb odur ki, ölkədəki əmtəə is­teh­salı elə bu istehsala uyğun da əmək haqqı mənfəət for­masında ümumi gəlir yaradır. Cəmiyyətin ümumi gə­liri­nin istehlaka sərf olunduğunu irəli sürən müəllif belə bir faktı nəzərə almırdı ki, əhalinin gəlirlərinin müəyyən hissəsi is­teh­laka deyil, investisiyalara çevrilməyən kapital-pul şək­lində əllərdə qalırdı. Bu məsələyə daha dəqiq bir mövqe­dən yanaşan L.Valras, belə fikirdə idi ki, aralarında qar­şılıqlı asılılıq əlaqəsi ünsürləri olsa da, lakin bazar iqti­sadi sistemi şəraitində J.B.Seyin dediyi kimi təklif tələbi yox, əksinə tələb təklifi müəyyənləşdirir. Bu mövqe iqtisad elmi tarixində mühüm bir irəliləyiş olsa da, lakin onun cid­di nöqsanları da vardı. Çünki onların düşündükləri ümu­mi tarazlıq ideyası ölkənin təsərrüfat həyatının əvvəlcədən verilmiş müəyyən şərtlər daxilində (məsələn, cəmiyyətin eyni zamanda istehsalçı olan yalnız istehlakçılardan ibarət olması; onların sərbəst bazar rəqabəti şəraitində fəaliyyət göstərməsi; məhsulu məhsula dəyişməsi; əldə etdikləri gə­lir­ləri tamamilə xərcləmələri; yığımın olmaması; xarici ti­ca­rət əlaqələrinin nəzərə alınmaması) modelləşdirilməsi, riyazi hesablamalarla əsaslandırılması, həqiqətən maraqlı bir yenilik kimi irəliyə doğru addım sayılsa da, lakin insan zövqlərinin və iqtisadi resurslardan istifadənin dəyişdiyi, texniki-texnoloji bazanın təkmilləşdiyi bir cəmiyyətdə nə­lə­rin baş verə biləcəyini tam aydınlaşdıra bilməmişdir.
Xüsusilə, cəmiyyətin bütün təbəqələrinin mənafelə­ri­nin ahəngdarlığı, bazardakı sərbəst rəqabət sayəsində iqti­sa­diyyatın öz-özünü tənzimləməsi, iqtisadi böhranların qa­nu­nauyğunluğunun inkar edilməsi kimi ideyalar, sonralar müx­təlif ölkələrin iqtisadçıları, o cümlədən K.Marks, A.Mar­şall, C.M.Keyns tərəfindən tənqidi mövqelərdən qiymətləndiri­lə­rək, dövrün tələblərinə uyğun yeni bir mərhələyə qal­dırıl­mışdır.
L.Valrasdan fərqli olaraq neoklassik AD-AS (məc­mu tələb - məcmu təklif) modelini irəli sürmüş A.Mar­şall, iqtisadiyyatda ümumi tarazlığın təmin olunmasını, bazarda formalaşan çevik və dəyişkən qiymətlərlə əlaqə­ləndirmişdir. Bu mövqeyə görə qiymət dəyişkənliyi təkcə iqtisadi resursların bölgüsünü tənzimləməklə məhdudlaş­ma­yaraq, eyni zamanda qeyri-tarazlıq vəziyyətinin aydın­laş­dırıl­masına da kömək edir. AD-AS modelində L.Valra­sın düşündüyü kimi tələb və təklif qiymətə görə uyğun­la­şıb dəyişmir, əksinə qiymət amili tələb-təklifin dəyiş­kən­­liyini özündə əks etdirir. Belə ki, tələbin təklifi üstələ­diyi halda, təklif yox, qiymətlər artacaqdır. Həm də bu mo­del qısa müddətli dövr üçün xarakterik olub, uzun­müd­dətli dövrdə tələbin artması ilə bağlı, investisiyaların is­tehsal-xidmət dairələrinə yönəldilməsi meyli sürətlən­di­yin­dən, təbiidir ki, təklif çoxalacaqdır.
Klassik və neoklassik nəzəriyyə tərəfdarları razılaşır­dılar ki, müəyyən hallarda, məsələn müharibələr, təbii fə­la­kətlər, siyasi çevrilişlər vaxtı ölkənin təsərrüfat həyatı öz normal inkişaf yolundan yayına, yaxud kənara çıxa bi­lər. Lakin onlar inanırdılar ki, bu müvəqqəti bir haldır və bazar münasibətləri sistemi ona xas olan daxili xüsusiy­yətlər sayəsində, yəni qiymət dəyişikliyi, əmək haqqı, faiz dərəcələrini təkmilləşdirməklə, ən başlıcası isə dövlətin mü­daxiləsi olmadan yaranmış problemləri həll etməyə qa­dirdir. Deməli, bazar münasibətləri şəraitində istehsal (tək­lif) özünə uyğun (ekvivalent) istehlak (tələb) yaradır. Ona görə də, bazar münasibətləri sistemində iqtisadi böh­ran­lar işsizlik, inflyasiya halları təsadüfi bir xarakter daşı­dı­ğından, heç bir kənar təsir və müdaxilə olmadan bunla­rın öz-özünə, "avtomatik" surətdə tənzimlənməsi, habelə ümu­mi taraz­lı­ğın yaradılması mümkündür.
1929-1933-cü illəri əhatə etmiş dünya iqtisadi böh­ranı və C.M.Keyns tərəfindən irəli sürülmüş ideyalar, klassik-neoklassik ümumi tarazlıq modelin yeni yaranmış şəraitdə qarşıya çıxan problemlərin hərtərəfli izahı, ondan çıxış yollarını tapmaq üçün kifayət etmədiyini göstərdi. C.M.Keyns yazırdı ki, artıq klassik və neoklassik məktəb­lərin sərbəst rəqabət bazarının öz-özünü tənzimləməsi haqqında vaxtilə söylədikləri fikirlər real həyat həqiqətləri ilə düz gəlmir, hətta ziddiyyət təşkil edir. Çünki, sərbəst rəqabət bazarı ölkənin əmək ehtiyatlarının maddi və ma­liy­yə resurslarının tam səmərəli istifadəsini təşkil edə bil­mir. Onun fikrincə, müasir mürəkkəb daxili-xarici iqti­sa­di əlaqələr sistemi şəraitində, yalnız dövlətin düşünül­müş iq­ti­sadi tənzimləməsi sayəsində, ölkənin təsərrüfat həyatı­nın tərəqqisinə nail olmaq mümkündür.
C.M.Keynsin yeni makroiqtisadi modeli ona əsas­la­nırdı ki, cəmiyyət üzvlərinin gəlirləri, heç də həmişə ölkə­də istehsal olunmuş əmtəələrin, xidmətlərin alın­ması­na sərf olunmur. Aydındır ki, istehsal olunmuş məhsulların, gös­təriləcək xidmətlərin müəyyən bir hissəsinin alıcılar tə­rə­fin­dən müxtəlif səbəblərlə bağlı alınmaması, yaxud tələb olun­maması şəraitində, əhalinin gəlirlərinin müəy­­yən his­sə­sinin reallaşdırıla bilməməsi ilə nəticələnəcəkdir. Bu isə ölkədə artıq məhsulların yığılıb qalmasına, is­teh­sal dairəsi sahə­lə­ri­nin məhsul buraxılışını məhdud­laş­dırmasına, məşğulluq səviyyəsinin aşağı düşməsinə, əha­linin işsizlik səviy­yə­si­nin artmasına səbəb olacaqdır.
C.M.Keynsin makroiqtisadi modelinə görə, iqtisa­diy­yatın inkişafı qeyri-sabit şəkildə, lakin fasiləsiz bir irə­li­ləyişlə davam edir. Ölkənin təsərrüfat həyatında yüksəliş və enişlərin, dalğavari proseslərin olması təbii, həm də qa­nu­­nauyğun haldır. Çünki, bazar münasibətləri iqtisadi sis­te­mi heç də həmişə öz-özünü tənzimləyən bir sistem kimi fəaliyyət göstərə bilməz. Şübhəsiz, bu sistem iqtisadiy­yatın inkişafına hüquqi-inzibati, iqtisadi-təşkilati imkanlar yaradır, bazar subyektlərinin “oyun qaydalarını” və davra­nış­larını «müəyyənləşdirir», tələb-təklif, qiymət, rəqabət prin­sipləri üzərində qurulur. Bununla yanaşı, tam əmin ol­maq mümkün deyildir ki, həmin iqtisadi sistem həmişə, ob­yektiv-subyektiv səbəblərilə bağlı bütün dəyişkən hal­lar­da, özünü tənzimləmək yolu ilə inkişaf edə biləcəkdir. C.M.Keynsin fikrincə, iqtisadi inkişafın qeyri-sabit gedi­şini təkcə müharibələr və təbii fəlakətlərlə bağlamaq düz­gün deyildir. İlk növbədə ölkədə yığım, əmanətlər, in­ves­tisi­yalar, gəlirlər məsələsinə ciddi diqqət yetirmək və dövlət tərəfindən iqtisadiyyatın tənzimlənməsi tədbirlə­ri­nin həyata keçirilməsi zəruridir. Çünki milli iqtisadiyyatın müxtəlif sahələri bir-birindən təcrid olunmuş şəkildə fəaliy­yət gös­tərə bilmədiyindən, tez-gec həmin sahələrin bazar­la­­rında baş verən dəyişikliklər, iqtisadiyyatın ümumi inki­şafında öz əksini tapmalıdır.
Makroiqtisadi səviyyədəki dəyişikliklər ilk növbədə məcmu tələblə məcmu təklif arasındakı nisbətlərin, cə­miy­yətin konkret sosial-iqtisadi vəziyyətinə uyğun dəyi­şik­liklərində özünü göstərir. Bu nisbət isə makroiqtisadi ta­razlığa uyğun gəlməsə də, lakin məcmu tələblə məcmu təklifin bir-birinə uyğunlaşması prosesi formalaşır. Əsas mə­sələ ondan ibarətdir ki, makroiqtisadi tarazlıq cəmiy­yətin iqtisadi ehtiyatlarından dolğun istifadə olunması, is­teh­salın tarazlıq həcminin əmək ehtiyatlarının məşğul­lu­ğu və istehsal güclərinin real potensialına nə dərəcədə uy­ğun­luğu ilə xarakterizə olunur. Ölkənin təsərrüfat həya­tın­da tam ümumi tarazlıq vəziyyəti, əslində mümkün ol­ma­yan, lakin eyni zamanda mövcudluğu arzu edilən ideal bir haldır. Bu məqsədə dövlətin düşünülmüş strateji iqtisa­di siyasət xətti və ölkənin təsərrüfat həyatının tənzimlən­mə­si tədbirlərinin uğurla reallaşdırılması məharəti sayə­sin­də nail olmaq mümkündür.



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin