1. -ş artırmaqla düzələn sözlər cərgəsini göstərin.
A) toplanış, yüksəliş, göndəriş
B) tərpəniş, duruş, vuruş
C) anlayış, qavrayış, bildiriş
D) görüş, qaçış, sıçrayış
E) tanış, yeriş, qarğış
2. Bu əməli yazı nümunəsini şəxs öz xətti ilə yazmalı və imza qoymalıdır:
A) teleqram B) akt C) annotasiya
D) arayış E) tərcümeyi-hal
3.Hans sözlərin yazılışında səhvə yol verilmişdir?
1. bəyanat 2.lizum 3.muhazirə 4.təfavüt
5.müxbir 6.layiq 7.konbayın 8.səhimdar
A) 3, 4, 6 B) 2, 4, 5, 7 C) 1, 5, 6, 7
D) 2, 3, 7, 8 E) 1, 3, 8
4. “Tələbələr gülə-gülə auditoriyadan çıxaraq həyətə endilər” cümləsində sözlərin morfoloji təhlilindəki səhvi göstərin.
A) gülə-gülə - mürəkkəb tərzi-hərəkət zərfidir.
B) həyətə - yönlük halda, auditoriyadan – çıxışlıq halda olan isimdir.
C) çıxaraq – feli bağlamadır.
D) tələbələr – sadə isimdir, adlıq halda işlənmişdir.
E) endilər – sadə feldir, şühudi keçmiş zamandadır.
5. Nümunədə hansı durğu işarələri buraxılmışdır?
Qız üzünü Qəhrəmaniyə tutb
Sizi qonaq çağırmağa gəldim dedi sabah axır çərşəndədir. ( M. İbrahimov )
A) nöqtəli vergül, 2 tire, 3 vergül
B) nöqtəli vergül, tire, vergül
C) qoşa nöqtə, 2 tire, 2 vergül
D) qoşa nöqtə, 3 tire, 3 vergül
E) qoşa nöqtə, 3 tire, 2 vergül
6.Tabeli mürəkkəb cümlələrdən hansının baş cümləsinə “elə” əvəzlik-qəlibini artırmaq olmaz?
1. Söz var, qılıncdan iti olur.
2. Qonşu pisdir, köç qurtar. ( Atalar sözü)
3. Usta çətin tapılar ki, bu işi bacarsın.
4. Xəzərin sahili o qədər adablaşdırılıb ki, insan zövq almaqdan doymur.
A) 1, 2 B) 2, 4 C) 3, 4 D) 2, 3, 4 E) 1, 2, 3
7.Mimika haqqında səhv fikri göstərin.
A) Şifahi ədəbi dil jest və mimikasız mümkün deyil.
B) Təəccüb, narazılıq, ehtiram, sevinc və.s kimi müxtəlif emosiyalar ifadə edir.
C) Nitq prosesində üz əzələlərinin mənalı hərəkətidir.
D) Nitqin anlaşılması, düzgün başa düşülməsi mimikasız mümkün deyil.
E) Nitqə müəyyən emosionallıq, sözlə ifadəsi mümkün olmayan çalarlar gətirir.
8.Nümunədə işlənmiş sifətlərlə bağlı
səhv fikir hansıdır?
İsti yoxdur, hələ var bir balaca meh gecədən,
Ağ dumanlar uzanır göy üzünə dağlardan.
Çox sərindir havası, keçmə bu yaylaqlardan!
(Abbas Səhhət)
A) İsti sifəti mübtəda, sərindir sifəti xəbər vəzifəsindədir.
B) Dörd sifətdən ikisi təyin mövqeyində işlənmişdir.
C) Nümunədə rəng bildirən bir sifət işlənmişdir.
D) I misrada bir balaca ifadəsi bir qədər mənasında
işlənmişdir.
E) I və III misradakı sifətlər isimləşmişdir.
9. Hansı cümlədə ədat işlənmişdir?
A) Bu işləri tək bacarmazsan.
B) Elə demə, xətrinə dəyər.
C) Düşmənlərimiz bizi belə görsə, sevinər axı.
D) Hərdən gedib onun gözünə görün.
E) Görən bu işlərin axırı necə olacaq?
10. Qeyri-müəyyən yiyəlik hallı isimlərdən birini müəyyən yiyəlik hala çevirmək olmur:
A) qala qapısı B) meyvə şirəsi
C) Azadlıq prospekti D) dost gəlişi
E) Sabir üslubu
11. “Bəxşiş” sözünün leksik təhlilindəki
səhvi göstərin.
A) Omonim deyil.
B) Çoxmənalı sözdür.
C) Ümumişlək sözdür.
D) “Hədiyyə”, “ərmağan” sözləri ilə sinonimdir.
E) Antonimi yoxdur.
12. Hansı nünunələrdə frazeoloji birləşmələr cümlənin baş üzvləri yerindədir?
1. Gözünün acısını almaq onun adəti idi.
2. O, rəisin otağından çıxanda qaşqabağı yer süpürürdü.
3. Ağlım kəsməyən işləri etmərəm.
4. Qatarın yola ddüşməsinə az qalmışdı.
5. Özündən çıxmaq sənə yarşmaz.
A) 1, 2, 5 B) 2, 3, 4 C) 4, 5
D) 1, 2, 3 E) 1, 4
13.
“Qarşımıza çıxan və tələsik gedən polis və jandarm nəfərləri bizim bu fikrimizi möhkəmlətmişdi” (M. İbrahimov)
Cümləsinin düzgün sintaktik təhlil sxemini göstərin.
A) zərflik təyin mübtəda mübtəda tamamlıq xəbər.
B) təyin mübtəda təyin tamamlıq xəbər
C) təyin təyin mübtəda tamamlıq xəbər
D) tamamlıq zərflik təyin mübtəda xəbər
E) təyin mübtəda tamamlıq xəbər
14. Vasitəsiz tamamlıqla bağlı fikirlərdən biri yanlışdır?
A) Həm müəyyən, həm də qeyri-müəyyən vasitəsiz tamamlıqlar zərfliklə sintaktik əlaqəyə girir.
B) Müəyyənlik və qeyri-müəyyənlik bildirməklə iki cür olur.
C) İsmin təsirlik halında olur.
D) Kimi? Nəyi? Haranı? Nə? suallarından birinə cavab verir.
E) Qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıq xəbərin yanında gəlir.
15. “Əşrəf bəyin gəlməyini mən o saat duydum” (N.Vəzirov)
Cümləsi haqqında fikirlərdən biri səhvdir:
A) Nəqli cümlədir.
B) Xəbəri şühudi keçmiş zamanda olan fellə ifadə olunmuşdur.
C) Sintaktik təhlili: tamamlıq mübtəda zərflik xəbər sxeminə uyğundur.
D) Tamamlığı məsdər tərkibi ilə ifadə olumuşdur.
E) Sadə geniş cümlədir.
16. Nümunədə hansı durğu işarələri buraxılmışdır?