PRAKTİKİ TÖVSİYƏLƏR
Kənar müşahidəçilər çox vaxt kitabxanalarda qiymətləndirmə indikatorlarının inkişaf etdirilməsi məqsədilə görülən işlərin sayına təəccüblənirlər. Hətta, bununla əlaqədar rəsmi Beynəlxalq Standartlar da mövcuddur. Lakin arxiv və muzeylər üçün hazırlanmış qiymətləndirmə indikatorları və statistika, hələ də kifayət qədər beynəlxalq diqqəti cəlb etməmiş və təkmilləşməmişdir.
GƏLƏCƏK GÜNDƏM
Qiymətləndirmənin təsiri hələ də həlledici, çox mürəkkəb bir sahə sayılır. Kitabxana, müzey və arxivlərin insanın həyatına göstərdiyi təsiri təyin etmək heç də asan deyil. Ancaq ilkin indikatorlar göstərir ki, sosial müdaxilə kimi siyasət sahəsinə əhəmiyyətli təsiri olmuşdur. Hal-hazırda bir çox Avropa ölkələri təsirləri qiymətləndirmək üçün etibarlı yollar axtarışındadır.
Əhalinin hər bir üzvü üçün nəşr olunmuş kitab sayı və ya materialların sayı kimi ənənəvı indikatorlara İT əsasında qurulmuş xidmət meyarları əlavə edilməlidir. Bunun xüsusiyyəti ondan ibarətdir ki, bir çox xidmətlər ziyarətçilərə mədəni irs institutlarına baş çəkmədən məsələn, evə FK və mobil vasitələrlə çatdırılır.
Mündəricat
Qanuni və hüquqi məsələlər
|
Dostları ilə paylaş: |