Cəlil Məmmədquluzadə-150



Yüklə 16,23 Kb.
tarix10.01.2022
ölçüsü16,23 Kb.
#109289
növüYazı

Cəlil Məmmədquluzadə-150



Yazıçı – dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadə 10 fevral 1869-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini əvvəlcə mollaxanada, sonra Naxçıvan şəhər məktəbində almışdır. 7 iyun 1887-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasını (Qori) bitirmiş, bir müddət İrəvan quberniyasının kəndlərində müəllimlik etmişdir(1887-1897).İlk məlum bədii əsəri sayılan «Çay dəstgahı»(1889) alleqorik pyesini, «Danabaş kəndinin əhvalatları» (1894-1936 cı ildə nəşr olunmuşdur) povestini də bu dövrdə yazmışdır. 1896-cı ildə ilk ailə həyatını qurmuşdur. 1897-ci ildə qızı Münəvvər anadan olmuş, həyat yoldaşı Həlimə xanımvəfatetmişdir.

1895-ci ilin yayında Moskva və Sankt-Peterburqa getmiş, bu şəhərlərin mədəni həyatı ilə tanış olmuşdur. 1904-cü ildən Tiflisdə nəşr edilən «Şərqi – Rus» qəzetinin redaksiyasında işləmişdir. Cəlil Məmmədquluzadənin yazıçı və jurnalist kimi püxtələşməsində «Şərqi – Rus» qəzetinin və onun redaktoru M.Şahtaxtlının mühüm rolu olmuşdur. 12 noyabr 1903-cü ildə "Poçt qutusu” əsərini yazmışdır. 1904-cü ildə həmin əsər "Şərqi-Rus” qəzetində çap olunmuşdur., «Kişmiş oyunu», L.Tolstoydan tərcümə etdiyi «Zəhmət, ölüm və naxoşluq» hekayələri əvvəlcə bu qəzetdə dərc edilmişdir.1904-cü ilin noyabrından Cəlil Məmmədquluzadə «Şərqi – Rus» qəzetinin müvəqqəti redaktoru olmuşdur. 1905-ci ilin əvvəllərində «Şərqi – Rus» bağlananda Cəlil Məmmədquluzadə, jurnalist Ömər Faiq Nemanzadə və maarifpərvər tacir M.Bağırzadə ilə birlikdə bu qəzetin mətbəəsini alıb ona «Qeyrət» adı vermişdir. Həmin ildə Cəlil Məmmədquluzadə Tiflisdə azərbaycanlı uşaqlar üçün məktəb və pansion açmışdır.
7 aprel 1906-cı ildə, Tiflisdə "Molla Nəsrəddin” jurnalının ilk nömrəsi çapdan çıxır. Müəyyən fasilələrlə nəşr olunan jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1920-1921-ci illərdə 8 nömrə ilə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr olunmuşdur. «Molla Nəsrəddin» jurnalının nəşrinə başlamaqla Cəlil Məmmədquluzadə Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoydu. Həmin vaxtdan Cəlil Məmmədquluzadə «Molla Nəsrəddin» adı ilə məşhur oldu. Jurnalda təbliğ olunan dərin demokratiya və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırmışdı. Mollanəsrəddinçilər Yaxın və Orta Şərqdə «Molla Nəsrəddin məktəbi» adlı qüdrətli mətbuat məktəbi yaratmışdılar. Jurnalın Rusiya ilə yanaşı, Asiya, Avropa və Amerikanın bir sıra ölkələrində abunəçiləri var idi.

Danabaş kəndinin əhvalatları”, “ Danabaş kəndinin məktəbi”, “ Saqqallı uşaq”,” Kişmiş oyunu”,” Konsulun arvadı”, ”Poct qutusu”, “ Buz”, “ Qurbanəli bəy”, “ Usta Zeynal”, “ Ölülər”, “ Dəli yığıncağı”, “ Çay dəstgahı”, “Kamança” və digər əsərləri bir sıra dillərə tərcümə edilmişdir. Azərbaycan Respublikasında bir sıra küçə və mədəni-maarif müəssisəsinə (o cümlədən Naxçıvan Dövlət Musiqili Dram Teatrına, Naxçıvan Muxtar Respublika Dövlət Ədəbiyyat Muzeyinə) C.Məmmədquluzadənin adı verilmişdir. Keçmiş Astraxan rayonu və şəhəri 1967-ci ildə onun şərəfinə Cəlilabad, vaxtilə müəllimlik etdiyi Baş Noraşen kəndi isə Cəlilkənd adlandırılmışdır. Naxçıvanda və Cəlilabadda heykəli qoyulmuşdur. Bakıda və Naxçıvanda ev-muzeyləri, Nehrəm və Cəlilkənd kəndlərində xatirə muzeyləri açılmışdır. Anadan olmasının 100 və 125 illik yubileyləri geniş qeyd olunmuşdur.Son illərdə akademik İsa Həbibbəyli ədibin müxtəlif ölkələrdə (Fransa, Polşa və İranda) yaşayan nəvə-nəticələri ilə əlaqə yaratmışdır.

Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalamışdır. Sərəncamda deyilir.:”2019-cu ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi tamam olur. Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyətdir. Vətəndaş yazıçının bədii nailiyyətlərlə zəngin irsində azərbaycançılıq məfkurəsi dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi dolğun ifadəsini tapmışdır. Ana dilinin saflığı uğrunda daim mübarizə aparmış Cəlil Məmmədquluzadənin meydana gətirdiyi qiymətli dram və nəsr əsərləri, parlaq publisistika dərin humanist məzmuna malik olub, özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva edir. Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən “Molla Nəsrəddin” jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur”.

Bu münasibətlə bütün mədəniyyət müəssisələrində il ərzində silsilə tədbirlər həyata keçirilməlidir.” Cəlil Məmmədquluzadə--150”,Cəlil Məmmədquluzadə dühası”, ”Azərbaycan milli publisistika məktəbinin görkəmli siması”, ”Azərbaycan milli publisistika məktəbinin banisi”, ”Yeni dörün Azərbaycan Molla Nəsrəddini”, “Cəlil Məmmədquluzadə yaradıcılığında demokratik mahiyyət”, “Cəlil Məmmədquluzadə kiçik hekayə janrının misilsiz ustadı”, “Böyük ictimai xadim, böyük siyasətçi - Cəlil Məmmədquluzadə”, “ Nasir,dramaturq Cəlil Məmmədquluzadə”, ” Cəlil Məmmədquluzadə publisistikası”, ”Cəlil Məmmədquluzadənin publisist irsi”,” Cəlil Məmmədquluzadənin şeir yaradıcılığı”,” Cəlil Məmmədquluzadə mühiti və müasirləri” adlı sərgi yaradılmalı, əsərlərinin müzakirəsi,oxucu konfransı, dəyirmi masa,həyat və yaradıcılığından məruzə , mühazirələr , söhbətlər təşkil edilməlidir.



Metodika və biblioqrafiya şöbəsi
Yüklə 16,23 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin