Cəmiyyət müəyyən növlü vəhdətə malik olduğuna baxmayaraq, müxtəlif və bəzi hallarda bir-birinə zidd olan qruplara, təbəqələrə və siniflərə bölünür. Bu həmişə belə olmasa da, bir çox hallarda bəzi cəmiyyətlər üçün xarakterik xüsusiyyət hesab olunur. Hətta mümkündür ki, cəmiyyət vəhdətə malik olduğuna baxmayaraq, öz daxilində bir-birinə müxalif və hətta zidd qütblərə də bölünsün. Deməli, cəmiyyət vahid ola-ola ayrılığa və ayrı-ayrı ola-ola vəhdətə malikdir. İslam alimlərinin dili ilə desək, cəmiyyətdə təklik daxilində çoxluq və çoxluq daxilində təklik hakimdir. Əvvəlki fəsillərdə cəmiyyətdəki vəhdətin hansı növdən olması haqda söhbət açılırdı. İndi isə, cəmiyyətdəki çoxluq və müxtəlifliyin hansı növdən olması haqqında danışacağıq. Bu barədə iki məşhur nəzəriyyə vardır: