Cərrahi xəstəliklər



Yüklə 168,63 Kb.
Pdf görüntüsü
tarix02.06.2023
ölçüsü168,63 Kb.
#127612
Cərrahi1



Cərrahi xəstəliklər 
№ 
Sual 

1 Anaerob infeksiya ehtimalı yoxdur: 
Çoxlu ciblərə malik yaralarda 
2 Tetanus əleyhinə anatoksin hansı məqsədlə işlədilir? 
Aktiv immunitet yaratmaq 

Tetanus əleyhinə zərdabın Bezredko üsulu ilə sınağından sonra yaranmış 
qızartı papulanın ölçüsü nə qədər olduqda zərdab vurulmur? 
0.9 sm -dan çox 
4 Drenaj və tamponları kim dəyişməlidir? 
Həkim
5 Limfadenit nəyin iltihabıdır: 
Limfatik düyünlərin
6 Yumşaq toxumaların məhdud irinləməsinə nə deyilir: 
Abses

Təcili tibbi yardım xidmətinin feldşeri işə gəldikdən neçə dəqiqə sonra 
çağırışlara hazır olmalıdır? 
15dəqiqə

Xəstə xəstəxanaya çatdırıldıqdan neçə dəqiqə sonra feldşer xəstə haqqında 
məlumatı lazımı yerə çatdırmalıdır? 
10-15dəqiqədən sonra
9 Yaranın birincili sağalması neçə gün davam edir? 
5-8gün
10 
Zülalla birləşmiş yodun səviyyəsinin aşağı düşməsi hansı xəstəliyə səbəb 
olur? 
Zob
11 Anadangəlmə çıxıqlar hansı oynaqda daha çox rast gəlinir? 
Bud çanaq oynağında
12 
Aşağı çənənin çıxığında oynağı fiksasiya etmək üçün hansı sarğı növündən 
istifadə olunur? 
Sapandvari sargı 
13 Bazu oynağında çıxıq zamanı ilk tibbi yardımda hansı şina qoyulur? 
Kramer şinası
14 
Dəriyə qoyulan düyünlü tikişlər arasında məsafə neçə santimetrdən çox 
olmamalıdır? 
2 sm
15 Döş qəfəsinin yaralanmalarında hermetiklik yaradan sarğı hansıdır? 
Okkluzyon sarğı 


16 Hemotoraks nədir? 
Qanın plevra boşluğunda toplanması
17 Pnevmotoraksın ən təhlükəli növü hansıdır? 
Qapaqlı
18 Punksiya nədir? 
Boşluqların, orqan və toxumaların yoğun 
iynə və ya troakarla deşilməsi
19 
Xəstəxananın qəbul şöbəsinə orta ağır vəziyyətdə xəstə gətirilib.Növbətçi 
həkim yerində deyil,feldşer nə etməlidir? 
Həkiməqədər təxirəsalınmaz yardıma 
başlamalıdır
20 Beyin sərpməsi zamanı xəstənin huşu çox vaxtı.... 
İtir
21 Kəllə daxili hemotoma zamanı edilən onurğa beyni punksiyasının nəticəsi: 
Likvorda qanın olması
22 
Üz-çənə nahiyəsinin zədələnməsində tibb bacısı ağız boşluğuna qulluq 
zamanı hansı məhluldan istifadə edir? 
0.1%-li kalium permanqanat
23 Birləşdirici toxumanın xoşxassəli şişlərinə hansı aiddir? 
Fibroma
24 Palliativ əməliyyatın aparılmasında məqsəd nədir? 
Xəstənin vəziyyətini yüngülləşdirmək
25 Xoş xassəli şişin əlaməti hansıdır? 
Ətraf toxumalara sirayət etməməsi
26 Xoşxassəli şişlərdə: 
Dəyişikliklər olmur
27 Ağrı simptomu hansı sümük sınıqlarında olmur? 
Fəqərə cisminin sınıqlarında
28 
Aşağı ətraflara sirkulyar gips sarğısı qoymaq üçün bitin eni nə qədər 
olmalıdır? 
15sm
29 
Aşağı ətrafların borulu sümüklərinin sınığı zamanı hadisə yeridə ilk yardım 
nədən ibarətdir? 
Ətrafı nəqliyyat şinası ilə immobilizasiya
30 Qabırğaların sınığı zamanı ən çox baş verir: 
Pnevmotoraks
31 Sınıqlar zamanı sümüklərin repozisiyası harada və nə vaxt aparılmalıdır? 
Əməliyyat otağında və tez bir zamanda
32 Sınıqları təsbit (fiksə) etmək üçün hansı sarğıdan istifadə olunur? 
Gips
33 Sümüklərin qapalı sınığı üçün xarakterik əlamət hansıdır? 
Sümük fraqmentlərinin krepitasiyası


34 Baş-boyun nahiyyəsinin yanıq sahəsi: 
9%
35 Dərin termiki yanıqlara hansı ağır dərəcəli yanıqlar aiddir? 
III B - IV
36 Donmalar zamanı ilk tibbi yardım nədən ibarətdir? 
Termoizoləedici sarğı qoymaq
37 Elektrotravmalarda ilk görüləcək vacib tədbir hansıdır? 
Cərəyanın təsirini kəsmək
38 Gövdənin ön tərəfinin yanığı necə faiz təşkil edir? 
18%
39 I dərəcəli donma üçün xarakterikdir: 
Epidermisin hiperemiyası və nekrozu 
40 II dərəcəli donma üçün xarakterik əlamət hansıdır? 
Serroz qanlı suluqların əmələ gəlməsi 
41 II dərəcəli termiki yanıq üçün xarakterik əlamət hansıdır? 
Suluqların əmələ gəlməsi 
42 II dərəcəli yanıqların fərqləndirici xüsusiyyəti nədir: 
Suluqların əmələ gəlməsi
43 III dərəcəli donma üçün xarakterikdir: 
Dərinin bütün qatlarının nekrozu
44 III dərəcəli donma üçün xarakterikdir: 
Soyuğun təsiri dəri və dərialtı toxumaları 
əhatə edir
45 I-II dərəcəli termiki yanıq zamanı həkiməqədərki yardım hansıdır? 
Aseptik sarğı qoyub, hospitalizə etmək
46 Orqanizmin soyuğa qarşı ilk reaksiyası özünü necə biruzə verir? 
Damarların spazmı
47 Yanığı olan xəstələr sarğıya necə hazırlanır? 
Antiseptiklərlə ümumi və yerli 
vannaların qəbulundan sonra
48 Yanığın ən geniş yayılmış növü hansıdır? 
Termiki
49 Yanıq sahəsini təyin etmək üçün ən dəqiq üsul hansıdır? 
Postnikovun üsulu
50 Yanıq xəstəliyinin 1-ci fazası necə adlanır? 
Yanıq şoku
51 Yanıq xəstəliyinin 3-cü fazası necə adlanır? 
Septikotoksemiya
52 Yanıqlar zamanı ilkin tibbi yardıma nə aid deyil? 
Xəstəni qusdurmaq 
53 Donmalar zamanı ilk tibbi yardıma aid deyil? 
100ml qanburaxma


54 Sağlam toxuma ilə nekroz arasında sərhəd (xətt) necə adlanır? 
Demarkasiya
55 Yaşlı insanlara və uşaqlara nakotiklər vena daxilinə necə işlədiliməlidir? 
1ml narkotik 5ml izotonik fizioloji 
məhlulla
56 Autoimmoblizasiya nədir? 
Zədələnmiş nahiyənin şinaya fiksə 
olunması
57 Cavablardan hansı əzilmələr zamanı ilk yardımda tətbiq edilmir? 
İsitqac qoymaq
58 
Əl barmaqlarının zədələnmələri zamanı hansı sarğı növündən istifadə 
olunur? 
Xaçvari 
59 Əzilmələrdə ilk tibbi yardımda bu məsləhət deyil: 
Sıxıcı sarğı qoymaq
60 İmmobilizasiya nədir? 
Bədənin zədələnmiş hissəsini 
hərəkətsizləşdirmək
61 Şoku təsdiq edən əsas əlamət hansıdır? 
Nəbzin zəifləməsi
62 Toxumalar arasına qanın toplanması necə adlanır? 
Hematoma
63 
Travmalarda ilk yardım məqsədilə yuxarı ətraflara rahatlıq vermək üçün 
hansı sarğı növündən istifadə olunur? 
Ləçəkvari 
64 Uzunmüddətli sıxılma sindromu zamanı ilk tibbi yardım nədən ibarətdir? 
Turna qoymaq və ətrafları soyutmaq 
65 Yumşaq sarğılara hansı aiddir? 
Borulu elastiki bint
66 Canlı orqanizmdə toxuma və ya orqanın yerli ölümü necə adlanır? 
Nekroz
67 Yaş qanqrena belə xəstələrdə xüsusilə ağır keçir: 
Şəkərli diabet ilə
68 Aktinomikozun törədicisi nədir? 
Şüa göbələkciyi
69 
Hepatitli xəstələrlə kontaktda olan tibbi alətlərin dezinfeksiyasında neçə 
faizli xloramin məhlulu işlədilir? 
3% li
70 Kəskin spesifik infeksiyalara aid deyil: 
Aktinomikoz
71 Xroniki cərrahi infeksiyanın hansı növləri ayırd edilir: 
spesifik, qeyri spesifik
72 Frunkul hansı nahiyədə daha təhlükəlidir? 
Üzdə


73 Frunkulun hansı mərhələsində Məlhəmlərdən istifadə olunur? 
Qranulyasiya başlandıqda 
74 Yerli cərrahi infeksiyalarda yaranan ümumi əlamətlərə aid deyil: 
Hemoqlabinin artması
 

Yüklə 168,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin