Ci tədris ILI Azərbaycan bölməsi üçün (İngilis dili ixtisası) a b tərcümə fənnindən



Yüklə 210,1 Kb.
səhifə2/3
tarix25.05.2018
ölçüsü210,1 Kb.
#51491
1   2   3

HÜQUQUN MƏNBƏLƏRİ

Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir. Hüquq pozuntusunun tərkibinə daxildir: 1. Hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir (məsələn, mülkiyyət münasibətləri). 11 2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqa zidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. 3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. Bu halda cinayət hüququnda hüquq pozuntusunun subyekti qismində yalnız anlaqlı, müəyyən yaş həddinə çatmış fiziki şəxs çıxış edə bilər. 4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır.



SOCAR-ın Türkiyədəki törəməsi İstanbul birjasının lideri olub
2016-cı ildə İstanbul birjasında xarici investorlar 614 mln. dollarlıq alış gerçəkləşdirib.

 

"APA-Economics" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, xarici investorlar ilin 4 ayında satış, 8 ayında isə alış həyata keçirib.



 

2016-cı ilə alışla start verən xarici investorlar may ayınadək ümumilikdə 1,8 mlrd. dollarlıq əməliyyat aparıb. May ayından etibarən isə investorlar ABŞ-ın Federal Ehtiyat Bankı (FED) tərəfindən uçot dərəcəsinin artırılmasını nəzərdən keçirib və sürətli şəkildə satışlara başlayıb. 3 ay davam edən bu proses nəticəsində xarici investorlar ümumilikdə 1,4 mlrd. dollarlıq satış həyata keçirib.

Xarici investorlar dekabr ayında daha çox bank səhmlərinə yatırım edib. Buna paralel olaraq, ilin son ayında xarici investorlar sənaye şirkətlərinin hissələrindən "canını qurtarıb".

 

Dekabr ayında ən çox maraq göstərilən qiymətli kağızlar "HalkBank"ın səhmləri olub. Eyni zamanda, ən çox satılan SOCAR-ın törəmə müəssisəsi olan "Petkim Petrokimya Holding A.Ş."-nin ("Petkim") səhmləri olub. Dekabr ayında "Petkim"in 16,9 mln. dollarlıq səhmi satılıb.



Yüzə yaxın əmlak hərraca çıxarılır
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən fevralın 7-də keçiriləcək hərraca 95 əmlak çıxarılıb.

 

Komitədən "APA-Economics"ə verilən məlumata görə, hərracda 20 səhmdar cəmiyyəti, 62 kiçik dövlət müəssisəsi və 13 istifadəsiz qeyri-yaşayış sahəsini özəlləşdirmək təklif olunur.



 

Hərracda istənilən fiziki və hüquqi şəxs iştirak edə bilər. Vətəndaş hərraca çıxarılan hər bir əmlakla komitənin www.privatization.az saytında tanış ola bilir. Əvvəlcə hərrac tarixinə görə elan linkinə daxil olur, elanda səhmdar cəmiyyəti, kiçik dövlət müəssisə və obyekti, eləcə də istifadəsiz yaşayış sahəsi və nəqliyyat vasitəsi üzrə ayrıca göstərilmiş linkə keçir. Burada istədiyi əmlakı seçərək baxır, əgər bəyəndiyi əmlakdırsa elə həmin səhifədəcə “sifariş ver” düyməsini sıxır. Qeyd edilməlidir ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək qəbul ediləcək. Bununla əmlaka elektron sifariş verərək əmlakın ilkin satış qiymətinin 10% məbləğində behi də elektron qaydada ödəyir. Bu prosedurdan sonra vətəndaş hərracda iştirak etmək statusu qazanır.

 

Hərracda iştirak edərək sifariş verdiyi bir və ya bir neçə əmlakın sahibi ola bilir. Əgər hərracda qalib ola bilməsə, ödəmiş olduğu 10% beh məbləği 10 gün ərzində vətəndaşageriqaytarılır.




İsveçrədə Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizlərinin perspektivləri müzakirə olunub
İsveçrənin Sürix şəhərində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla “İnterRail Holding AG” şirkətinin sədri Hans Raynhard arasında ikitərəfli görüş keçirilib.

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsi Sevinc Qədirovanın APA-ya verdiyi məlumata görə, görüş zamanı İsveçrə yüklərinin Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinə cəlb edilməsi, isveçrəli tərəfdaşlarla əməkdaşlığın perspektivləri məsələsi müzakirə olunub.



 

C. Qurbanov bildirib ki, əsas vəzifə Azərbaycanın əlverişli coğrafi mövqeyindən istifadə edərək, beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində, Mərkəzi və Şərqi Asiyadan Avropaya və əks istiqamətdə, ölkə ərazisindən keçən marşrutlara, tranzit yüklərin cəlb edilməsidir. Bu marşrutlara yük axının cəlb edilməsi üçün bütün imkanlar  səfərbər edilib. Eyni zamanda nəzərə çatdırıb ki, İsveçrənin "Stadler Rail Group" şirkəti ilə geniş əlaqələr mövcuddur. Hazırda şirkətin istehsalı olan KİSS markalı ikimərtəbəli elektrik qatarları Bakı-Sumqayıt marşrutunda istismar olunur.

 

“İnterRail Holding AG” şirkətinin prezidenti H. Raynhard Şimal-Cənub dəhlizinin aktivləşdirilməsində çox maraqlı olduqlarını vurğulayıb. Həmçinin “Azərbaycan Dəmir Yolları” QSC ilə bu istiqamətdə həyata keçiriləcək strateji əməkdaşlığın önəmindən danışıb.



 

DBNX baytarlıq apteklərinə xəbərdarlıq edib
"Dövlət baytarlıq nəzarətində olan yüklərin, heyvan və heyvan mənşəli yüklərin, baytarlıq preparatları, yem və yem əlavələrinin idxal-ixracı zamanı rəyin verilməsi, eləcə də  baytarlıq preparatları, yem və yem əlavələrinin dövlət reyestrinə alınması elektron formada həyata keçirilir". Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sənədlərin qəbulu elektron formada vətəndaşların iştirakı olmadan qəbul edilir və cavablandırılır.

 

“Müvafiq sənədlərin Dövlət Gömrük Komitəsinə ötürülməsi üçün Komitə ilə Xidmət arasında Vahid Avtomatik İnformasiya Sistemi (VAİS) yaradılıb. Dövlət büdcəsi hesabına alınan baytarlıq preparatlarının istifadəsində şəffaflığı təmin etmək məqsədilə 2017-ci il üçün heyvanlar və quşlar arasında epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planına uyğun olaraq istifadə olunacaq biopreparatların, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatlarının üzərində “SATILA BİLMƏZ” sözləri yazılıb. Dövlət büdcəsi vəsaiti hesabına alınmış baytarlıq preparatlarının istifadəsinin tənzimlənməsi, şəffaflığın təmin edilməsi və nəzarətin gücləndirilməsi məqsədi ilə rayon(şəhər) baytarlıq idarələrinə müvafiq tapşırıqlar verilib.



Hüseyn Bağırov “Caspian Ecology” - Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisini ziyarət edib
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov “Baku Expo” Mərkəzində keçirilən 7-ci “Caspian Ecology” - Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisini ziyarət edib.

APA-nın xəbərinə görə, nazir sərgidə iştirak edən qurum və şirkətlərin stendləri ilə tanış olub. H. Bağırov deyib ki, sərgi artıq 7-ci dəfədir fəaliyyət göstərir: “Bundan da o nəticəni çıxarmaq olar ki, sərgi artıq oturuşub, sabit sayda şirkətləri cəlb edib. Bu il də 14 ölkədən şirkətlər sərgidə iştirak edir. Həm regionda, həm də dünyada bu sərginin sahibi olmaq ölkəmiz üçün yaxşı haldır”. 


Qeyd edək ki, sərgi bu gün başa çatır.
Xatırladaq ki, noyabrın 16-18-də təşkil olunan “Caspian Ecology” sərgisi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də IDEA İctimai Birliyi tərəfindən dəstəklənib, sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edib. Bu il sərgiyə 14 ölkədən 62 şirkət qatılıb. Sərgidə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi iştirak edib. 

Şamaxı Safari Parkı yaradılacaq
Azərbaycanın ekoloji turizm potensialının araşdırılacaq və milli parklarda müxtəlif turizm fəaliyyətləri təşkil ediləcək.

 

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə əksini tapıb. Strateji Yol Xəritəsində qeyd edilib ki, Mədəniyyət və Turizm Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Azərbaycanın ekoloji turizm imkanlarının tədqiqini həyata keçirəcək və bunun əsasında milli parklarda müxtəlif turizm fəaliyyətlərinin təşkili ilə bağlı tədbirlər planı hazırlayacaq, marşrutlar üzrə əlverişli fəaliyyət cədvəlinin tərtibatı işi təşkil ediləcək. Bu fəaliyyətə milli parklarda potensial turizm kampinq yerlərinin müəyyən edilməsi və işlənib hazırlanması üzrə də təkliflərin irəli sürülməsi daxildir. Təhlil nəticəsində məqsədəmüvafiq hesab edilərsə, bu kampinq yerlərinin işlədilməsi özəl operatorlara da həvalə oluna bilər.



 

Milli parklar boyunca məlumatlandırıcı işarələrin yerləşdirilməsi və milli parkların Azərbaycan, ingilis, alman, fransız və rus dillərində xəritələrinin hazırlanması imkanları araşdırılacaq. “Azərbaycanda ekoturizm” albomu hazırlanaraq nəşr olunacaq və onlayn platformalarda yerləşdiriləcək, eyni zamanda ekoturizm üzrə internet portalının yaradılması məsələsi nəzərdən keçiriləcək.



Strateji Yol Xəritəsində əsas hədəflərdən biri qeyri-neft sektorunun inkişafını sürətləndirməkdir
Azərbaycanın böhrana qarşı səmərəli müqavimət göstərməsində son on ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən dövlət proqramları da müstəsna əhəmiyyətə malikdir. 2004-2008-ci, 2009-2013 və 2014-2018-ci illəri əhatə edən regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində artım əldə olunub, sosial-iqtisadi inkişaf sahəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi əhalinin həyat səviyyəsinin yüksəlməsində mühüm rol oynayıb. Ümumilikdə, həmin proqramların icrasına bütün mənbələr hesabına 50 milyard manatdan çox vəsait yönəldilib. 

2020-ci ilədək nəzərdə tutulan məqsədlərin yerinə yetirilməsi üçün iqtisadiyyata təxminən 27 milyard manat investisiyanın yatırılması proqnozlaşdırılır. Nəzərdə tutulan vəsait bütün növ dövlət və özəl (yerli və xarici) mənbələr hesabına təmin ediləcək. Bu investisiyalar Azərbaycan iqtisadiyyatı üçün 2020-ci ilədək müəyyənləşdirilən hədəflərdən əlavə, gələcək üçün nəzərdə tutulan məqsədlərə təsir baxımından da əsaslı bünövrə rolunu oynayacaq. Prioritet sektorlar və ya iqtisadiyyatın digər sahələri üzrə yeni strateji hədəflərin müəyyənləşdirilməsi Azərbaycana Strateji Yol Xəritəsinin prioritetlərinin müsbət trayektoriyası ilə daha yüksək məqsədlərə çatmağa kömək edəcək.



Ötən il “Şahdəniz-2” layihəsi çərçivəsində tikinti-quraşdırma işləri davam etdirilib
Məlum olduğu kimi, ilk mərhələ çərçivəsində  “Şahdəniz” yatağındakı zəngin qaz və kondensat ehtiyatlarının hasilatına imkan yaradan nəhəng platforma inşa olunub, sualtı boru kəməri çəkilib, Səngəçal terminalında əlavə genişləndirmə işləri həyata keçirilib. Bundan əlavə, “Şahdəniz” qazının dünya bazarına ixracını təmin etmək məqsədilə Cənubi Qafqaz boru kəməri tikilib istismara verilib. “Şahdəniz” yatağının birinci işlənmə mərhələsi çərçivəsində qaz hasilatına isə 2006-cı ildə başlanılıb. Bu mərhələdə maksimum hasilat ildə 9 milyard kubmetr qaz və gündə 50 min barrel kondensat təşkil edib. Ötən dövrdə bp şirkəti və tərəfdaşları “Şahdəniz-1” layihəsinə 12 milyard ABŞ dollarından artıq  investisiya yönəldiblər.

Yola saldığımız 2016-cı ildə “Şahdəniz” yatağının işlənmədə olan birinci və tikinti-quraşdırma tədbirləri davam etdirilən ikinci mərhələlərində işlər uğurla davam etdirilib. bp-nin məlumatına görə, 2016-cı ilin doqquz ayında “Şahdəniz” layihəsi üzrə fəaliyyətlərə təqribən 334 milyon dollar əməliyyat və 2,77 milyard dollar  əsaslı  xərclər sərf edilib. Əsaslı xərclərin isə böyük əksəriyyəti “Şahdəniz-2” layihəsi ilə bağlı olub.



2016-cı il əsaslı islahatlar dövrü kimi yadda qalacaq
İl ərzində iqtisadiyyatın neft amilindən aslılığının azaldılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Bunun da nəticəsində qlobal maliyyə böhranının doğurduğu çətinliklərə baxmayaraq, Azərbaycanda sosial-iqtisadi inkişaf davam etmiş, nəzərdə tutulmuş bütün sosial proqramlar, infrastruktur layihələri uğurla icra olunmuşdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin yanvar-noyabr aylarında ölkəmizdə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 54 milyard 433,1 milyon manatlıq ümumi daxili məhsul istehsal edilmişdir. Iqtisadiyyatın neft və qaz sahələrində, eləcə də tikinti sektorunda istehsalın həcminin azalmasına baxmayaraq, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,9 faiz artmışdır.

Ölkə Prezidentinin 2016-cı il üçün müəyyənləşdirdiyi prioritetlər sırasında xarici investisiyaların Azərbaycana daha böyük həcmdə cəlb edilməsi də mühüm yer tuturdu.

Bununla yanaşı, ölkədə tətbiq olunan vergi güzəştləri, eləcə də əsassız yoxlamaların qarşısının alınması yerli sahibkarları  da iqtisadiyyata sərmayə qoymağa  ruhlandırmışdır. 

Sənaye istehsalı sahəsində də çox ciddi iş aparılıb, texnoparkların, sənaye klasterlərinin yaradılması istiqamətində işlər davam etdirilib.

İlin əvvəlindən kənd təsərrüfatının ikinci mühüm sahəsi sayılan heyvandarlığın inkişaf etdirilməsi üçün bir sıra vacib işlər görülüb.

Sosial binaların tikintisi mənzilə ehtiyacı olan ailələr üçün böyük dəstəkdir

Azərbaycanda hər sakinə düşən orta yaşayış sahəsi son 15 ildə tədricən 9,3 kvadratmetrdən 12 kvadratmetrə kimi artıb. Bu barədə “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”ndə bildirilib. Eyni zamanda, vurğulanıb ki, son 10 ildə bir-biri ilə əlaqəli üç göstərici – xüsusi mülkiyyətə sahiblik payı, urbanizasiya və hər sakinə düşən yaşayış sahəsi üzrə göstəricilər, demək olar ki, sabit qalıb. Bununla belə, adıçəkilən Strateji Yol Xəritəsində qeyd edilib ki, sözügedən dövrdə bəzi rayonlarda əhalinin artım sürəti digərləri ilə müqayisədə daha yüksək olub. Belə ki, 2009–2015-ci illərdə Azərbaycanın bir sıra rayonlarının, o cümlədən Bakı şəhərinin, Mərkəzi Aran, Dağlıq Şirvan, Şəki-Zaqatala, Quba-Xaçmaz və Yuxarı Qarabağ rayonlarının əhalisi artaraq yaşayış sahəsi üzrə artımı üstələyib.

Buna görə də ölkədə yeni yaradılan Mənzil İnşaatı Dövlət Agentliyinin ilkin məqsədi də daşınmaz əmlak bazarının hər il 10 faizini təşkil edən uyğun qiymətə (güzəştli) yeni mənzillərin (təxminən 3 min mənzil) satılmasından ibarət olacaq.

Neft məhsullarının ixracı (dekabr 2016-cı il)

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2016-cı ilin dekabr ayında 52 min 203 ton dizel yanacağı, 3 min 471 ton təyyarə yanacağı, 7 min 813 ton yüksək təzyiqli polietilen, 12 min 369 ton maye piroliz qətranı,  6 min 282 ton propilen, 605 ton mütləqləşdirilmiş izopropil spirti və 4 min 580 ton butilen butadien fraksiyası ixrac etmişdir.

SOCAR-dan verilən məlumatda deyilir ki, ümumilikdə, 2016-cı ilin yanvar-dekabr ayları ərzində 728 min 374 ton dizel yanacağı, 177 min 506 ton təyyarə yanacağı, 2 min 416 ton soba mazutu, 84 min 540 ton yüksək təzyiqli polietilen, 9 min 931 ton mütləqləşdirilmiş izopropil spirti, 69 min 946 ton maye piroliz qətranı, 43 min 837 ton propilen və 23 min 347 ton butilen butadien fraksiyası ixrac edilmişdir. 2016-cı ilin dekabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 532,08 ABŞ dolları, təyyarə yanacağının - 493,10 dollar, dizel yanacağının - 467,91 dollar, 1 faiz kükürdlü mazutun qiyməti - 306,56 dollar, yüksək təzyiqli polietilenin - 1190 dollar, butilen butadien fraksiyasının - 575,29 dollar, maye piroliz qətranının - 532,08 dollar, propilenin qiyməti - 725 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti 900 avro təşkil etmişdir.

Neft Daşları”



müstəqillik dövründə ən yüksək hasilat göstəricisinə nail olub
Dünyada ilk dəfə açıq dənizdə neftçıxarmanın əsası qoyulduğu “Neft Daşları” yatağının istismara daxil edilməsindən 67 ildən artıq vaxt ötür. Yataq  uzun illər istismarda olmasına baxmayaraq, burada çıxarılması mümkün olan ehtiyatlar hələ çoxdur və illik hasilatın 1,2 milyon tona çatdırılmasını neftçilərin qarşısında mühüm bir vəzifə kimi qoymuşdur.

Son illər yeni stasionar dəniz özülləri inşa olunur, çoxsaylı quyular qazılıb istifadəyə verilir. Bu da neft hasilatının artırılmasına imkan yaradır.

SOCAR-dan verilən məlumata görə, 2016-cı ilin son günlərində “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tarixi nailiyyətə imza atıb. Belə ki, ölkəmizin müstəqillik dövründə ilk dəfə olaraq adıçəkilən idarə üzrə illik hasilat 1 milyon tona çatdırılıb. Xatırladaq ki, 1949-cu ildən işlənmədə olan “Neft Daşları” yatağında indiyədək qazılmış 2211 quyudan 182 milyon 861 min ton neft, 14 milyard 92 milyon kubmetr qaz hasil olunub. “Neft Daşları” NQÇİ-də hasilat 1967-ci ilə kimi artım tempi ilə davam edib, quyu fondu 700-ə, hasilat isə 7 milyon 600 min tona çatdırılıb.  1968-1990-cı illərdə isə hasilat aşağı düşərək 1990-cı ildə 963,3 min ton təşkil edib.

Strateji Yol Xəritəsi: milli iqtisadiyyatın inkişafında yeni dönəm
Son 10 ildə sosial-iqtisadi-maliyyə infrastrukturunun modernləşdirilməsi nəticəsində Azərbaycan iqtisadiyyatı, strateji valyuta ehtiyatları əhəmiyyətli dərəcədə artmışdır.

Lakin 2014-cü ilin ortalarından başlayaraq dünya bazarlarında enerji daşıyıcılarının qiymətlərində kəskin eniş, xarici ticarət tərəfdaşı olan ölkələrdə iqtisadi böhran və maliyyə böhranları Azərbaycana da mənfi təsirlərini göstərdi. Ölkəyə valyuta axını nəzərəçarpacaq dərəcədə azaldı, nəticədə ölkənin idxal-ixrac balansında ciddi fərq yarandı. Son illərdə müşahidə olunan davamlı iqtisadi artımın sürəti yavaşıdı və beləliklə, ölkəmizdə yeni iqtisadi modelə keçid zərurəti gündəmə gəldi. Belə bir şəraitdə Prezident  İlham Əliyev  yeni iqtisadi strategiyanın hazırlanmasına və müvafiq institusional islahatların keçirilməsinə dair təşəbbüs irəli sürdü.

Avropa, Rusiya, İran, Hindistan və Mərkəzi Asiyanı birləşdirəcək Şimal-Cənub nəqliyyat dəhlizi, böyük “İpək Yolu” layihəsinin gerçəkləşməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi Azərbaycanın rəqabətqabiliyyətli və dünya standartlarına cavab verən sənaye, kənd təsərrüfatı məhsullarının ixracına stimul verəcək. Bu isə eyni zamanda, ölkəmizə birbaşa xarici investisiyaların cəlb edilməsinə, iqtisadiyyatın diversifikasiyasına əlverişli şərait yaradacaq.

Vergi Məcəlləsində dəyişikliklərin əsas məqsədi sahibkarlıq fəaliyyətinə əlverişli şərait yaradılmasıdır
Məcəlləyə edilmiş dəyişikliklərdən biri sahibkarlıq fəaliyyəti subyektləri arasında malların, işlərin və xidmətlərin təqdim edilməsi zamanı elektron qaimə-fakturadan istifadə  olunmasıdır. Bu tələb ƏDV ödəyiciləri və vergi tutulan əməliyatların həcmi 200 min manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün 2017-ci ilin aprelindən qüvvəyə minəcək.

Elektron ticarətin vergiyə cəlb olunması ilə bağlı qanunvericiliyə edilən əlavə və dəyişikliklər: elektron ticarət qaydasında qeyri-rezidentlərdən işlərin və xidmətlərin təqdim edilməsi, habelə elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin keçirilməsinə görə ƏDV alıcısının olduğu yerdə tətbiq ediləcək. Bu dəyişikliyin əsas məqsədi rəqabət şərtlərinin eyniləşdirilməsindən və uçot sisteminin qurulmasından ibarətdir.

Məcəlləyə edilən dəyişikliklərdən biri də kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanması ilə bağlıdır.

Sabit verginin tətbiqi ilə bağlı yenilik: sabit vergi fərdi qaydada, yəni muzdlu işçi cəlb etmədən müəyyən fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərə tətbiq ediləcək. Belə ödəyicilər kiçik həcmdə gəlirlərə malik şəxslərdir.

Made in Azerbaijan” brendi xarici bazarlarda uğurla təşviq olunur


Xarici ölkələrə ixrac missiyalarının təşkili, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent alması istiqamətində tədbirlər həyata keçirilib. İstanbul, Moskva, Frankfurt, Dubay və digər iri hava limanlarındakı “Duty Free” mağazalarında, Rusiyanın tanınmış mağazalar şəbəkələrində “Made in Azerbaijan” rəflərinin yaradılması,  Azərbaycan şərablarının, mürəbbə, bal, xalça, kəlağayı və s. kimi məhsulların təqdim olunması təklif edilib.

Şərab istehsalı və ixracı ilə məşğul olan şirkətlərin nümayəndələrindən ibarət Azərbaycanın ilk ixrac missiyasının Çinə səfəri  uğurla yekunlaşıb. Iş adamları çinli həmkarları ilə əməkdaşlıq imkanlarına dair müzakirələr aparıb, şərab istehsalında tətbiq olunan yeni texnologiyalarla tanış olub, yerli distribüterlər və potensial müştərilərlə görüşlər keçiriblər. 500 min şüşə Azərbaycan şərabının Çinə ixracına dair müqavilə imzalanıb və Azərbaycan şərablarının dequstasiyası keçirilib, şərablarımızın istehsal texnologiyasına dair master-klaslar təşkil olunub.



Növbəti ixrac missiyası bu il noyabrın 27-30-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil edilib. İxrac missiyasında meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, ət və ət məhsulları, bal, süd və süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 20 şirkətin nümayən heyəti iştirak edib.

Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə

2012-ci il 22 may tarixli "Əqli mülkiyyət hüquqlarının təminatı və piratlığa qarşı mübarizə haqqında" Qanun isə Konstitusiyanın 94-cü maddəsinin birinci hissəsinin 13-cü bəndinə müvafiq olaraq əqli mülkiyyət hüquqlarının müdafiəsinin təmin edilməsi; əqli mülkiyyət hüquqları sahiblərinin maraqlarının qorunması; bu sahədə hüquqpozmaların, o cümlədən müvafiq əqli mülkiyyət obyektlərinin nüsxələrinin qeyri-qanuni istehsalı və yayılmasının qarşısının alınması ilə bağlı yaranan münasibətləri tənzimləyir. Əqli mülkiyyət hüquqları dedikdə, müəlliflik hüququnun obyekti olan əsərlərə, ifalara, fonoqramlara, yayım təşkilatlarının verilişlərinə, inteqral sxem topologiyalarına, məlumat toplularına, folklor nümunələrinə (ənənəvi mədəni nümunələrə), ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə, əmtəə nişanlarına, coğrafi göstəricilərə olan hüquqlar nəzərdə tutulur.

Müəllif Hüquqları Agentliyindən verilən məlumata görə, müəllif-hüquq sahəsi üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi prosesi 2013-cü ildə uğurla davam etdirilmişdir. "Əqli mülkiyyət hüquqlarının təminatı və piratlığa qarşı mübarizə haqqında" qanunun tətbiqi ilə əlaqədar agentliyin təklifləri əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar, Cinayət və Cinayət Prosessual məcəllələrinə, "Nəşriyyat işi haqqında" qanuna, habelə agentliyin əsasnaməsinə müvafiq dəyişikliklər edilmişdir.

Əlyazma nəşrlərinin tarixi

Azərbaycanda kağız istehsalının inkişafı VII-XIII əsrlərdə əlyazma nəşrlərinin geniş yayılmasına gətirib çıxarmışdır. Bir faktı da qeyd edək ki, Azərbaycan xalqının tarixi keçmişində kitabın ictimai-mədəni rolu kifayət qədər böyük və çoxistiqamətli olmuşdur. Uzun əsrlərdən bəri müdriklərimizin yaratdığı dəyərli sənət əsərlərini dövrümüzə qədər çatdırmış müasir çap kitablarının sələfləri əlyazma kitabları olmuşdur. Əlyazma kitabı insan ağlının ixtira etdiyi ən böyük kəşf sayılan yazının yaradılması ilə bağlı yaddaşlarda həkk olunmuş şifahi xalq ədəbiyyatı nümunələrinin yazıya köçürülməsi, elmin, ictimai fikrin və ədəbi yaradıcılığın verdiyi məhsullar, eləcə də başqa dillərdən edilən tərcümələr sayəsində meydana gəlmişdir. Əlyazma kitabları katib və xəttatların gərgin əməyi sayəsində çoxaldılaraq bütün dünyaya yayılmışdır. Avropa, Asiya, Amerika və Afrika qitələrindəki ayrı-ayrı ölkələrin mədəniyyət mərkəzlərində yerləşən muzeyləri, əlyazma xəzinələri və kitabxanalarda özünə ləyaqətli yer tutmuş Azərbaycan əlyazma kitabı həm də dünya alimlərinin araşdırma obyektinə çevrilmişdir. "Kitabi-Dədə Qorqud" neçə yüzilliklərdir ki, görkəmli tədqiqatçıları daim düşündürür. Əlyazma kitabı yalnız öz məzmunu ilə deyil, eyni zamanda incəsənət abidəsi kimi də çox dəyərlidir.



Yüklə 210,1 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin