Ci tədris ILI Azərbaycan bölməsi üçün (İngilis dili ixtisası) a b tərcümə fənnindən


Azərbaycanın kimya və neft-kimya sənayesi



Yüklə 210,1 Kb.
səhifə3/3
tarix25.05.2018
ölçüsü210,1 Kb.
#51491
1   2   3

Azərbaycanın kimya və neft-kimya sənayesi

Azərbaycanda kimya sənayesinin yaranma tarixi ötən əsrin 50-60-cı illərinə təsadüf edir.

1938-ci ildə Sumqayıt şəhərində Sintetik-kauçuk və digər kimya zavodlarının tikintisinə başlanılmışdır.

İkinci Dünya Müharibəsinin başlanması ilə Sumqayıtda aparılan tikinti işlərinə ara verilmiş, 1945-ci ildən etibarən isə Sumqayıt ərazisində ardıcıl olaraq ağır sənaye müəssisələri - Kimya, Boru-Prokat, Sintetik-kauçuk, Alüminium, Superfosfat zavodları istifadəyə verilmişdir. 1966-cı ildə istifadəyə verilən Kimya kombinatı həmin dövrdə Avropada ən iri neft-kimya müəssisəsi hesab olunurdu.

70-80-ci illərdə həmin zavodlar tam gücü ilə işləmiş və keçmiş SSRİ-nin, demək olar ki, hər yerinə məhsul idxal etmişdir. Bu iqtisadi yüksəliş Sumqayıtın Azərbaycanın ən böyük şəhərlərindən birinə çevrilməsinə səbəb olmuşdur.

1981-ci ildə Sumqayıtda müasir, iritonnajlı, tullantısız texnologiyaya, yüksək istehsal gücünə malik, neft kimyasının qiymətli məhsulları olan etilen və propilen istehsal edən EP-300 kompleksinin inşasına başlanıldı. Kompleksdə respublikanın neft emalı zavodlarının karbohidrogen xammalından istifadə olunması nəzərdə tutulurdu. Xüsusilə qeyd etmək lazımdır ki, son və qabaqcıl texnologiyaya əsaslanan belə bir kompleksin işə salınması o dövr üçün, hətta SSRİ miqyasında çox böyük bir hadisə idi.



Kitab nəşri və mətbəə işinin ixtirası

Bəllidir ki, müasir müəlliflik hüququnun formalaşması məhz XV əsrdə kitab nəşri və mətbəə işinin ixtirası ilə bağlıdır. Alman ixtiraçısı İohan Qutenberqin kəşfi müəllifliyi çap formasında kütləyə çatdırma imkanını yaratmışdı. Əslində isə kitab nəşrinə olan marağı XV əsrdə yaradılan və kitabı əmtəə vasitəsinə çevirən bazar münasibətləri stimullaşdırırdı. 1440-cı il kitab çapının ixtirası ili hesab olunur. 1456-cı ildə İ.Qutenberq E.Donatın latın qrammatikasını və iki Bibliyanı çap edir. 1468-ci ildə o, çap mətbəəsi yaradır. Həmin zamanlar Venesiyada geniş miqyasda kitablar dərc olunurdu. Ağqoyunlu və Səfəvilərin dövlət rəhbərlərinin fəal xarici əlaqələri sayəsində bir sıra Azərbaycan müəlliflərinin əsərləri də kitab şəklində çıxmağa başladı. Məsələn, 1248-ci ildə N.Tusi tərəfindən yazılmış həndəsə və cəbr üzrə dərsliklər 1598-ci ildə yenidən çap edilmiş və latın dilinə tərcümə olunduqdan sonra 1657-ci ildə Londonda da nəşr olunmuşdur. Səfəvilər dövlətində əvvəl şriftli kitab nəşri, sonralar isə Təbrizdə litoqrafiya üsulu ilə kitab çapı özünə geniş yol açmışdı və ana dilimizdə ilk nəşrimiz Məhəmməd Füzulinin "Leyli və Məcnun"u olmuşdu.



Elmi-texniki tərəqqinin təhsilın inkişafında rolu

Elmi texniki tərəqqi illərdən bəri dönmədən inkişaf edir və bu inkişafın sürəti getdikcə daha da artır. Vaxtilə insanın nağıllarda vəsfi etdiyi, möcüzə saydığı hadisələri elm artıq həqiqətə çevirmişdir. Bəs bu gün insan elmdən daha nələr gözləyir? Elmi-texniki tərəqqinin son həddi yoxdurmu? Hər bir dövrdə insanın texniki tələbatı elmi-texniki tərəqqinin mövcud inkişaf səviyyəsi ilə müəyyən olunur. Gələcəyə gedən yol artıq əldə olunmuş naliyyətlər zirvəsindən daha aydın görünür. İnsan bu zirvədən elmi-texniki tərəqqinin bütün sahələrinə nəzər salaraq onu öz mənafeyinə (sosializmdə – ictimai mənafeyə) uyğun olaraq planlı surətdə idarə etməyə çalışır. Elmi-texniki tərəqqinin düzgün planlaşdırılması heç də elmi potensialın bütün sahələrdə bərabər nisbətdə paylanmasını nəzərdə tutmur. Müasir dövrdə iqtisadi və sosial tərəqqinin tələbləri baxımından daha aktual və daha səmərəli olan tədqiqat sahələrinin ön plana çəkilməsi elmi potensialın daha çox dərəcədə məhz həmin sahələrdə cəmlənməsini tələb edir. Baxmayaraq ki, müasir dövrdə elm nisbi müstəqil inkişaf imkanı əldə etmişdir, istehsalatın real tələbləri bu gün də elmin inkişafına ciddi təsir göstərir.



İnternetin yaranması və inkişafı

İkinci dünya müharibəsindən sonra ABŞ ilə keçmiş müttəfiqi Sovet ittifaqı arasında qarşıdurma yarandı. 50-ci illərin ortalarında hər iki tərəf nüvə və hətta istilik-nüvə silahına sahib olmuşdular və artıq bu silah üçün roket daşıyıcılarını işləyib hazırlayırdılar. Bu qarşıdurmanın gedişində ABŞ prezidenti Eynzenhauzerin sərəncamə ilə Müdafiə Nazirliyinin nəzdində Qabaqcıl Tətqiqatlar Agentliyi (ARPA) yaradıldı. Agentlik öz tədqiqatlarını kompüter texnologiyalarının hərbi sahədə tətbiqinə yönəltdi. Tətqiqatların əsas məqsədi elə kompüter şəbəkəsi yaratmaq idi ki, həmin şəbəkənin ayrı-ayrı sahələri zədələrə, məsələn düşmənin raket nüvə hücumuna qarşı dayanıqlı olsun. Bu cür şəbəkə qurmaq üçün 1967-ci ildə ARPA NET (Advanced Research Project Agency Network) adlanan layihə hazırlandı. 1969-cu ildə isə Yuta ştatında olan universitetin, Los-Anceles və Santa-Barbarada Kaliforniya universitetlərinin, Stanford tədqiqat mərkəzinin kompüterləri ilk dəfə olaraq şəbəkəyə qoşuldu. 1986-cı ildə ABŞ Milli Elm Fondu öz altı superkompüter mərkəzlərini birləşdirmək üçün şəbəkə yaratdı.

1989-cu ildə İnternetə qoşulan kompüterlərin-hostların sayı 100 mindən çox idi. İnternetdən yalnız dövlət və elmi tədqiqat məqsədləri üçün deyil, eyni zamanda kommersiya məqsədləri üçündə istifadə edilməyə başlandı.

Məhsul gübrənin törəməsidir.

Kənd təsərrüfatı bitkilərindən yüksək məhsul alınması intensiv əkinçiliyin qarşısında duran əsas məsələdir. Bu məsələnin həllində kənd təsərrüfatı bitkilərinin gübrələnməsi əsas amildir. Gübrələr mineral və üzvi (yerli) gübrə olmaqla iki yerə bölünür. Mineral gübrələr makro- və mikrogübrələrdən ibarətdirlər.

Mikrogübrələr tərkibində bitkilərin az miqdarda istifadə etdiyi bor, manqan, miss, molibden, sink, kobalt və s. kimi elementlər olan birləşmələrə deyilir. Mikroelementlər adından bəlli olduğu kimi bitkilərə az miqdarda lazım olsa da bitki həyatında onların böyük əhəmiyyəti vardır. Onlar bitki orqanizmmində gedən maddələr mübadiləsində çox mühüm rol oynayır. Makroelementlər bitkilərə gübrə formasında verilir ki, bunlar da azot, fosfor və kaliumdan ibarətdir.

Məlumdur ki, müasir dövrdə kənd təsərrüfatında istehsalın davamlı və dinamik inkişafı, torpaqların münbitliyinin qorunub saxlanması və yüksəldilməsi, bitkilərin məhsuldarlığının artırılması və keyfiyyətinin yaxşılaşdırılması üzvi və mineral gübrələrdən istifadə etmədən mümkün deyil.

Respublikamızda adambaşına 0,18 hektar əkin sahəsi düşür düşür ki, bu da dünyada orta göstəridən xeyli azdır. Bu qədər sahədən alınan məhsulla ölkə əhalisini taxılla, tərəvəzlə, heyvandarlıq məhsulları ilə və sənayeni xammalla təmin etmək lazımdır.

Kosmosun tədqiqi və istifadəsi sahəsində beynəlxalq əməkdaşılıq

Kosmosun tədqiqi və istifadəsi həm fundamental elmin inkişafı, həm də bir sıra praktik-tətbiqi məsələlərin həlli baxımından prinsipial əhəmiyyət daşıyır. Kosmosun hərtərəfli tədqiqi və onun nadir imkanlarından istifadə nəticəsində yeni elm və fəaliyyət sahələri meydana gəlmişdir: kosmik meteorologiya, astronomiya, kosmik rabitə, naviqasiya və s.

Kosmik meteorologiya sahəsində əməkdaşlıq Kosmos üzrə BMT Komitəsi, Ümumdünya meteorologiya təşkilatı, INTELSAT və b. vasitəsilə həyata keçirilir. Yeni süni peyklərdən havanın proqnozlaşdırılmasının, iqlim inkişafının, dənizin temperaturunun, küləyin surətinin və s.öyrənilməsi üçün istifadə olunur.

Kosmik rabitə sahəsində dövlətlərin əməkdaşlığı son illər xeyli genişlənmişdir. Bu, bir tərəfdən, Yerdə kommunikasiya vasitələrinə artan tələbatla, digər tərəfdən isə kosmosda yerüstü stansiyalar, Yerin süni peykləri, orbital stansiyalar və s. arasında əlaqə qurulması zərurəti ilə bağlıdır. Hazırda radio və televiziya peyk xidməti, Yerin süni peykləri vasitəsilə proqramların birbaşa ötürülməsi sistemi intensiv inkişaf edir. Kosmik rabitənin tətbiqi dəniz əlaqəsinin və dənizdə xilasetmə işlərinin səmərəliliyini xeyli artırmışdır. İl ərzində qəzaya uğrayan gəmilərin, demək olar ki, yarısı meteopeyklər vasitəsilə xilas olunur.



Elmi-texniki tərəqqinin rolu

Müasir dövrdə ölkəmizdə neft-kimya sənayesinin, elektron-hesablama maşınları və mikroprosessor texnikasının inkişafına üstünlük verilir. Bu sahələrin intensiv inkişafı isə öz növbəsində fundamental elmləri müvafiq aspektlərini intensiv inkişafını nəzərdə tutur. Üstün istiqamətlərin seçilməsində başlıca çətinlik bundan ibarətdir ki, son dövrlərdə elm istehsalata nəzərən qabaqlayıcı rol oynadığından, iqtisadi və texniki tərəqqi proqnozlaşdırılarkən elmin perspektiv imkanları əvvəlcədən nəzərə alınmalıdır. Elm isə yaradıcı sahə olduğundan burada tam dəqiq proqnoz və konkret planlaşdırma mümkün deyil. Lakin elmin yaxın gələcəkdə nə kimi praktik tətbiq imkanlarına malik olacağı fundamental elmlərin bugünkü real vəziyyəti və inkişaf meylləri əsasında müəyyənləşdirilə bilər. Belə ki, fundamental elmi yeniliklərdən praktik tətbiqə qədər olan bütün mərhələlərin keçilməsi bəzən bir neçə illik müddəti əhatə edir. Əməli fəaliyyət elmdən asılı olmadan, müstəqil surətdə inkişaf etdiyi vaxtlarda onun bir sıra sahələri yetkinlik dərəcəsinə çatmışdı və burada insanlar elə xüsusi biliklərə, vərdişlərə yiyələnmişdi ki, onlar bu gün də əhəmiyyətli ola bilərdi. O dövrdə praktik biliklərin və əməli vərdişlərin yüksək dərəcədə inkişafı koqnitiv biliklərin məhdudluğuna baxmayaraq, mükəmməl qurğular yaratmağa imkan verirdi.



İnternet haqqında

Texnologiyanın inkişafı ilə kompüterlərin şəbəkələrdə birgə işləməsi mümkün oldu. Bir-birinə qoşulmuş iki şəbəkə isə artıq "interşəbəkə" əmələ gətirir. Beləliklə, "İnternet" sözü ən ümumi mənada "qlobal şəbəkədə birləşdirilmiş kompüterlərin məcmusu" deməkdir. Faktiki olaraq İnternet bütün dünyada milyonlarla kompüter, proqram, informasiya bazaları, fayllar və əlbəttə ki, insanlar arasında əlaqə yaradan şəbəkələrdən ibarət şəbəkədir.

Hələ 60-cı illərdə "RAND Corporation" və bir neçə təhsil müəssisəsi - o cümlədən, Massaçusets Texnoloji İnstitutu və Los-Ancelesdə Kaliforniya Universiteti yeni şəbəkə protokolu üzərində işləyirdilər. Bu protokol hətta aralıq birləşmələrdən biri sıradan çıxdıqda, iki qurğu arasında yüksək sürətli rabitəni təmin etməli idi. Yeni texnologiya ABŞ Müdafiə Nazirliyini maraqlandırdı, belə ki, krizis şəraitində rabitə xətlərinin davamlı işini təmin edə bilərdi.

1969-cu ildə ABŞ Perspektiv Araşdırmalar Agentliyi yeni texnologiya əsasında ilk kompüter şəbəkəsini qurmağa başladı. İlk əvvəl agentliyin şəbəkəsi ABŞ ərazisində yerləşən yalnız dord superkompüteri birləşdirirdiyi halda, 70-ci illərin ortasına kimi o, qarşılıqlı əlaqədə olan şəbəkələrin "ümumdünya birliyi" səviyyəsinə qədər genişləndi.



İngilis dili, yoxsa “ Amerikan dili?”

“The Guardian” qəzetinin redaktorlarından Mona Çələbi yazır ki, ən son məlumatlar ingilis dilinin “amerikanlaşmasının” yüksəlişdə olduğunu göstərib.

Yeni araşdırmadan bəlli olub ki, Amerika ingiliscəsi bütün dünya boyunca o qədər güclənib ki, onun təsiri Britaniyanın özündə də hiss olunur.

“İmperiyanın süqutu: İngiliscənin amerikanlaşması” adlı araşdrımada 1800 və 2010-cu illər arasında çıxmış 15 milyon kitabın rəqəmsal variantı və 30 milyon tvit təhlil edilib.

Araşdırmanı aparanlar lüğətdəki söz və orfoqrafiya fərqlərini təhlil edirdilər.

Bunun üçün söz cütlərindən istifadə olunurdu. Məsələn, badımcan ingiliscədə “aubergine”, Amerika ingiliscəsində isə “eggplant” sözləri ilə ifadə olunur.

Digər tərəfdən bir dilin iki variantında orfoqrafiya fəqrləri də az deyil. Məsələn “estrogen” və “oestrogen” və ya “travelling” və “traveling” (səfər etmək).

Faktların coğrafiyası da müxtəlifdir. Məsələn, məlum olub ki, İngiltərə ingiliscəsinin tarixən norma sayılmasına baxmayaraq, Madrid, Paris, Amsterdam, Berlin və başqa Avropa şəhərlərində Amerika ingiliscəsinin əhəmiyyətli təsiri hiss olunur.

Digər tərəfdən Britaniya Birliyi ölkələrində - Cənubi Afrika, Avstraliya və Yeni Zelandiyada klassik ingiliscə mövqelərini az-çox qoruya bilib.

2000 il əvvəl Yerə düşmüş meteorit bu gün dünyada ən yayılmış din olan xristianlığın yaranmasının təməlini qoyub.

Meteorit ABŞ-dan olan astronom Uilyam Hartmanın gəldiyi qənaətə görə, 2000 il əvvəl Yerə düşmüş meteorit bu gün dünyada ən yayılmış din olan xristianlığın yaranmasının təməlini qoyub.

Savlın (xaç suyuna salınmazdan əvvəl Paveli belə adlandırırdılar) Dəməşqə səyahət edən zaman yolda aldığı vəh və nəticəsi olaraq dinə gəlməsi xristianlıqdakı ən məşhur epizodlardandır. Savl xristianlara qarşı aqressiv münasibətləri olan fariseylərdən idi. Hətta belə bir hadisə də danışılır ki, sonradan həvari olacaq Savl, xristianların ilk şəhidi hesab olunan Stefanı Yərusəlimdə xristianlığı təbliğ etdiyinə görə daşqalaq edərək öldürmüşdür.

Savl xristianları təqib etmək üçün Yərusəlimdən Dəməşqə yol alırdı ki, həmin vaxt göydən güclü işıq saçdığını fərq etdi. Əhdi-Cədid kitabında “Müqəddəs həvarilərin əməlləri”-ndə bu, xüsusilə belə izah olunur: “Yolda, günün günorta çağı göydə, Günəşdən belə daha güclü parlayan işıq gördüm…”. Hartman hesab edir ki, bir neçə il əvvəl çelyabinsk meteoriti düşdükdə sakinlərin yaşadıqları anlar kitabda izah olunan təsvirlə eynidir. Savl ilk öncə işıq görür və zərbə dalğaları onu yerə yıxır. Ardından o, asteroidin partlayışını eşidir və bunun Məsihdən göndərilən vəh olduğunu düşünür.



Məşhur yazıçı Orhan Pamuk ölkəsini niyə tərk edir?

Türkiyənin Nobel mükafatlı yazıçısı Orhan Pamuk İstanbulu həmişəlik tərk etmək qərarını açıqlayıb. Bu yazıçının uzun düşüncələrinin və fikir iztirablarının gətirdiyi qərar olub.

Pamuk özünün “İstanbul: Xatirələr və şəhər” memuarlarında yazır ki, onun da bütün İstanbul yazıçıları kimi bir gözü həmişə Qərbdə olub, lakin indi tam bir çaşqınlıq yaşayır.

Pamuk izah edir ki, bu çaşqınlıq öz qaynağını 1920-ci illərdən götürür. Osmanlı imperiyasının çöküşü, Türkiyə Respublikasının doğulması, birinci prezident Mustafa Kemal Atatürkün modernləşdirmə islahatları, əlifbanın latınlaşdırılması, təqvimin qreqorianlaşdırılması, ölkənin dünyəviləşdirilməsi…

Pamuk hesab edir ki, Türkiyə elitaları məhz bu məqamda gələcək nəsilləri girləyəcək dəhşətli bir səhvə yol veriblər.

Onlar Şərq və Qərbin üzvü sintezindən doğan bir İstanbul mədəniyyəti yaratmayıblar, sadəcə Qərbi və Şərqi bir araya gətiriblər.

“New Yorker” məcmuəsində ədəbiyyat tənqidçisi Shaj Mathew yazır: “Pamuk Türkiyənin qərbləşməsi və modernləşməsi ilə bağlı narahatlıqlarını uzun müddətdir ki, öz əsərlərində təhlil etməyə çalışıb. Onun “Qırmızı saçlı qadın” romanı Şərqin və Qərbin şah miflərini bir araya gətirir.

İranda edamların azalması

İranda edamların azalmasına yol verəcək yeni qanun maddəsinin yaxın zamanlarda qüvvəyə minəcəyi gözlənilərkən, Urmiyə zindanında narkotik qaçaqmalçılığı ittihamı ilə mühakimə edilmiş dörd məhbusun edam edildiyi bildirilib.

İranda edamlara dair hesabatlar yayan İran HR qrupuna istinadən, Əsgər Rəncbər, Hidayət Şirzad, Hüseyn Başuqi və Əli Zari Urmiyə Mərkəzi Zindanında dar ağacından asılıblar.

İranda edamların azalmasına yol verəcək yeni qanun maddəsinin yaxında qüvvəyə girəcəyi prezident Ruhani tərəfindən elan edilib.

Urmiyə zindanında saxlanılan başqa bir məhbus isə keçən həftə edam edilib. 30 yaşında olan Tövhid Məhəmmədbağırlı qətl ittihamı ilə mühakimə edilmişdi.

Keçən bir neçə həftə ərzində İran Azərbaycanının digər şəhərləri, o cümlədən Xoy və Marağada da ən az biri əhaliyə açıq məkanda olmaqla, bir neçə edam hökmü icra edilib.

İranda edamların azalması məqsədilə “narkotik qaçaqmalçılığı ilə mücadilə qanununa” bir maddənin əlavə olunması İran Parlamentində qəbul edildikdən sonra, keçən aylarda Konstitusiyanı Qoruma Şurasında da təsdiq edilib.

Prezident Həsən Ruhani bu yaxınlarda yeni qanun maddəsinin icraya qoyulacağını elan etsə də, narkotik qaçaqmalçılığı ilə əlaqədar çıxarılmış edam hökmlərinin icrası dayandırılmayıb.



Şotlandiya Sekulyar Cəmiyyəti (SSS) böyük zəfəri bayram edir

Şotlandiya höküməti yerli məktəb dərslərində “yaradılışçılıq” tədrisini qadağan edən qətnamə çıxarıb. Psevdo elmi konsepsiyanın yalnız dəqiq elmlərin tədrisində deyil, eyni zamanda dini və əxlaqi-etik kurslar çərçivəsində də təbliğatının yolverilməz olduğu qeyd edilir.

SSS belə bir tələblə hələ ötən ilin sentyabr ayında parlamentə müraciət etmişdi və yaxın vaxta qədər normanın tətbiq edilib-edilməyəcəyi şübhəli idi. Bir neçə həftə əvvəl təhsil və mədəniyyət üzrə parlament komitəsinin üzvləri bəyanat yayaraq, belə bir tədbir görülməsinin lazımsız olduğunu və parlamentarilərin rəyinə əsaslanaraq, bu mövzuda müəllimlərin mütəxəssislik bacarıqlarına etibar etməli olduqlarını bildirmişdilər.

Lakin bir müddət sonra Şotlandiya təhsil və mədəniyyət naziri Elesdeyr Allan tərəfindən komitəyə məktub ünvanlandı. Məktubda “yerli məktəblərdə qəbul edilmiş səkkiz tədris istiqamətlərinin hər birisi üçün qanun və dövlət qətnamələrində qeyd edilmiş prinsiplər kreasionizmi elmi konsepsiya kimi tanımır və bu səbəbdən elmi istiqamət üzrə kursların bir hissəsi olması yolverilməzdir” deyə qeyd edilir. Və nəhayət müvafiq qətnamə buraxılıb.

Kreasionizm və ya başqa adıyla “yaradılışçılıq” – bəşəriyyət, heyvanlar, Yer və ümumiyyətlə bütöv dünyanın bilavasitə Tanrı tərəfindən yaradılmış olduğu düşüncəsinə əsaslanan teoloji konsepsiyadır.

Əhər şəhər məhkəməsi türk dil haqları fəalı haqqında həbs və bəraət hökmləri çıxarıb.

Şərqi Azərbaycan vilayətinin Əhər şəhər məhkəməsi bir neçə dosyeni birləşdirərək kütləvi şəkildə mühakimə etdiyi 40-a yaxın türk dil haqları fəalı haqqında həbs və bəraət hökmləri çıxarıb.

Məhkəmə 2015 oktyabr ayında televiziya ilə yayımlanan “Fitilə” adlı uşaq proqramında türklərin aşağılanması ardından keçirilən “anti-irqçilik” etirazlarına qatılan 7 fəalı 10 ay və 7 ay həbsə məhkum edib.

Həbs cəzası alan fəallara qarşı “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə” və “rejimə qarşı təbliğat” ittihamları irəli sürülüb.

İran Azərbaycanı ilə bağlı xəbər yayımlayan internet portallarına istinadən, Saleh Molla-Abbasi, Əkbər Əbulzadə və İbrahim Nuri 10 ay, İsrafil Fəthuallahzadə, Hamid Allahverdipur, Murtaza Şükri və Süleyman Kazımi isə 7 ay həbsə məhkum olunublar.

Amerikanın Səsinin Şərqi Azərbaycan vilayətində fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, İbrahim Nuri və Əkbər Cahangiri əlavə olaraq siyasi məhbuslarla bağlı kampaniya təşkil etmək və Uyğur türklərinə dəstək mitinqlərinə qatıldıqları üçün həbs cəzası alıblar.



İbrahim Nuriyə 6 ay, Əkbər Cahangiriyə isə 4 ay həbs hökmü çıxarılıb.

Kafedra müdiri: dos. E.Rəhimli
Yüklə 210,1 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin