Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015


Pul istehsal olunan əmtəələrin dəyərinin və xidmətlərinin ifadə olunması formasıdır



Yüklə 0,73 Mb.
səhifə148/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   144   145   146   147   148   149   150   151   ...   171
DovletMaliyesiEnSonHali2015

11.11.1. Pul istehsal olunan əmtəələrin dəyərinin və xidmətlərinin ifadə olunması formasıdır.
Bazar iqtisadiyyatı mexanizmini başa düşmək üçün əsas olaraq pulun rolunu başa düşmək lazımdır. Boş yerə pulu bazarın dili adlandırmırlar. Real informasiya əsasən, pul ödənişləri haqqında hesabatdan, müxtəlif əmtəə və xidmətlərin qiymətlərindən ibarətdir. Pulun aşağıdakı funksiyaları var:

  • Tədavül vasitəsi;

  • Dəyər ölçüsü;

  • Yığım vasitəsi;

  • Tədiyə vasitəsi.

Bəzi iqtisadçılar pulun 5-ci funksiyasını dünya pulu funksiyasını da bura daxil edirlər.
1. Pulun tədavül vasitəsi funksiyası
Pul əmtəə və xidmətlərin qiymətlərinin əvəzi kimi işlənilərsə, o, tədavül vasitəsi sayılır. Beləliklə, pul o vaxt tədavül vasitəsi sayılır ki, əmtəələrin alınması və xidmətlərin göstərilməsi və həmçinin borcların ödənilməsi üçün işlədilsin.
Pulun tədavül vasitəsi funksiyası ticarətin barter formasından yaxa qurtarmağa imkan verir. Barter – bir əmtəənin (xidmət növünün) pulun köməyi olmadan digəri ilə dəyişdirilməsinə deyilir. Məsələn: barter prosesi ona gətirir ki, alma alıb, kələm satmaq istəyən adam satış aktı ilə alış aktını birləşdirməyə məcbur olur. O, alma satan və kələm almaq istəyən bir adam tapmalıdır.
Pulun tədavül vasitəsi funksiyası satış aktını alış aktından ayırır.
ABŞ-da tədavül vasitəsi funksiyasını kağız pullar, qəpiklər və çek depozitləri oynayır. Azərbaycanda bu rolu əsasən kağız pullar oynayır.
Pula olan tələb, əsasən, edilən bazarlıqların həcmindən, əmək haqqının verilmə tezliyindən, kreditə pul götürmə imkanından, əmtəələrin qiymətlərindən və s. asılıdır. Məs: alınan əmtəələrin və göstərilən xidmətlərin sayı nə qədər çox olarsa, həmin adama maliyyə əməliyyatları keçirmək üçün o qədər çox pul miqdarı lazımdır.
Alınan əmtəə və göstərilən xidmətlərin sayı ticarətin inkişafından və ixtisas-laşmadan asılıdır. Özünütəminetmə (təbii) təsərrüfat aparan ailələr ticarətdə demək olar ki, iştirak etmirlər və buna görə də onların tədavül vasitələrinə ehtiyacları yoxdur. Əvvəllər ailələrin çoxu fermer təsərrüfatı ilə məşğul olarkən tədavül vasitələrinə olan tələbat çox aşağı idi. Ticarət və sənaye inkişaf etdikcə, pula olan tələbat çoxaldı. Müasir iqtisadi şəraitdə insanlar adətən öz maaşlarını pul şəklində alırlar və sonradan özlərinə lazım olan əmtəələri əldə edirlər.
Barter mexanizminin pulu tədavül vasitəsi kimi istifadə edən mexanizminə çevrilməsi həmçinin tədavül xərclərini azaldır. Belə ki, barter mexanizmində daha çox vaxt və güc tələb olunur.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin