4.6. BÜDCƏ KƏSİRLƏRİNİN ARADAN QALDIRILMASININ MALİYYƏ MƏNBƏLƏRİ
Birinci Dünya müharibəsindən sonra ortaya çıxan depressiya və Keynesin iqti-sadiyyat anlayışı çərçivəsində dövlət xərcləri əvvəlki dövrlərdə görülmədiyi şə-kildə artırmışdır. Bu artım normal zamanlarında da "rifah dövləti" anlayışı ilə da-vam etdirilərək 2013-ci ilə qədər sənayeləşmiş ölkələrdə dövlət Xərcləri / ÜDM nisbəti 40-45 % - ə çatmışdır.
Dövlət xərclərindəki artım, dövlət gəlirləri ilə qarşılana bilmədiyindən zamanla inflyasiya, ödəmələr balansı kəsiri, ədalətsiz gəlir bölgüsü kimi makro-iqtisadi sabitliksizliklərə gətirib çıxarmışdır. 1980-ci illərdə bir çox inkişaf etməkdə olan ölkələr yaşadığı bu makro-iqtisadi sabitsizliklərdən xilas olmaq üçün iqtisadiy-yatlarında sabitlik təmin edici, struktur islahatı ehtiva edən proqramların tətbiqinə başladılar. Bu proqramlar, ödəmələr balansı kəsirini aradan qaldırmağı, gəlir böl-güsündə ədalətsizliyi azaltmağı, inflyasiyanı salmaqla məqsəd qoymaqla birlikdə təməldə bu mənfiliklərə səbəb olan büdcə kəsirlərini bağlamağı, iqtisadiyyatda sabitliyi təmin etməyi qarşılarına məqsəd qoymaqdadır.
Bu vaxt dövlət kəsirləri yalnız inkişaf etməkdə olan ölkələrdə deyil, inkişaf etmiş olan ölkələrdə də problem olmuşdur. Məsələn, ABŞ-da 1980-ci illərdə əhə-miyyətli bir problem olan büdcə kəsiri 1990-cı illərdə də davam etmişdir. Prezident Reyqan, 1986-cı ildə konqresdən keçən Gramm-Rudman-Hollings kəsirə nəzarət etmə qanununu imzalamışdır. Buna görə mövcud kəsir 1986-1991-ci illər arasında ildə 36 milyard dollar azalaraq sıfıra doğru enəcəkdir. Lakin kəsir davam edincə 1993-cü ildə iqtidara gələn Bill Klinton 1994-cü ildən 1997-ci ilə qədər kəsiri 504.8 milyard dollardan 254.7 milyard dollara endirməyi məqsəd qoyan (Omnibus Budget Reconciliation Act of 1993) geniş əhatəli bir büdcə uzlaşma qanunu çıxartmışdır. Bu qanun Amerika büdcəsinin 1998-ci ildə 30 ildən sonra ilk dəfə bir çoxluğa çatmasında təsirli olmuşdur29. Lakin 2008-ci ildə Amerikada ortaya çıxan “Dünya Maliyyə Böhranı “nəticəsində bu kəsirin həcmi nəinki azalmış, hətta dəfə-lərlə artaraq trilyon dollara çatmışdı.