Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015


AZƏRBAYCAN RESPUBLİKASININ 2015-CI İL DÖVLƏT BÜDCƏSİ



Yüklə 0,73 Mb.
səhifə86/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   82   83   84   85   86   87   88   89   ...   171
DovletMaliyesiEnSonHali2015

7.10. AZƏRBAYCAN RESPUBLİKASININ 2015-CI İL DÖVLƏT BÜDCƏSİ


Mərkəzi xərclər balansına dövlətin maddi və maliyyə ehtiyatı fondlarının yaradılması maliyyələşir.
«Dövlət büdcəsi haqqında» qanun və digər qanunvericilik aktları ilə Naxçıvan Muxtar Respublikası büdcəsi və yerli büdcələrin xərcləri müəyyən edilmişdir. Naxçıvan Muxtar Respublikası büdcəsindən muxtar respublika əhəmiyyətli dövlət müəssisə və təsərrüfat sahələri, sosial-mədəni sahələr, idarəetmə xərcləri, sosial müdafiə və təminat xərcləri maliyyələşir. Yerli büdcələrdən ümumi təhsil və mək-təbəqədər tərbiyə müəssisələri, uşaq evləri, idman, bədən tərbiyəsi, gənclər siya-səti tədbirləri, mədəniyyət, incəsənət, kütləvi informasiya vasitələri xərcləri maliy-yələşir.
Yerli büdcələrin tərkib hissəsi kimi bələdiyyələrin büdcələrinin xərclərinin həcmi və istiqamətləri bələdiyyələr tərəfindən müəyyənləşdirilir. «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» Azərbaycan Respublikası qanununun 7-ci maddəsinə əsasən Yerli büdcələrin xərcləri: idarəetmə xərcləri, sosial-məişət, yaşayış, mədəniyyət və idman obyektlərinin, habelə əhalinin ümumi istifadəsində olan küçə, həyət və bağların saxlanması xərcləri; Bələdiyyə büdcələrinin xərclərinə, habelə yerli sosial-müdafiə, sosial-iqtisadi inkişaf, ekoloji proqramların maliyyələşdiril-məsi xərcləri daxildir.
Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və isti-fadəsini təmin etməkdir. Azərbaycan Respublikasının 2015-cü il büdcə gəlirləri 19,438 mlrd. manat təsdiq edilib. 2014-ci ilin proqnozu ilə müqayisədə növbəti ildə ümumi büdcə gəlirləri 5,7 faiz, Dövlət Neft Fondundan daxilolmalar istisna olmaqla büdcə gəlirləri isə 9,4 faiz artaması nəzərdə tutulub. Beləliklə də növbəti ildə ümumi büdcə gəlirlərinin ÜDM-də xüsusi çəkisi 32,5 faiz , ayrıca qeyri-neft gəlirlərinin qeyri-neft ÜDM-də xüsusi çəkisi isə 15,1 faiz proqnozlaşdırılıb. 2013-ci ildə dövlət büdcəsinin xərcləri 21 milyard 100 milyon manat səviyyəsində proqnozlaşdırılır 2015- ci il dövlət büdcəsi xərclərinin illik ÜDM-ə nisbətinin 35.3 faiz olacağı gözlənir. 2015-ci ildə dövlət büdcəsinin kəsiri 1.662 mln. manat və ya ÜDM-in 1,1 faizini təşkil edəcək ki, bu da 2014-ci illə müqayisədə 0,1 faiz bəndi aşağıdır. Hazırda bu göstərici Avropa Birliyinin Maastrix meyarlarına cavab verir. 2015-cü ilin büdcə proqnozlaşdırılması üçün 1 barel “Azəri layt” neftinin dünya bazar qiyməti 90 ABŞ dolları, Azərbaycan manatanın ABŞ dollarına nəzərən orta məzənnəsi isə 0,78 AZN 1 dollar müəyyənləşdirilib.
Milli Büdcə Qrupu ekspertlərinin hesablamarina görə, 2014-cü il üçün proqnozlaşdırılan büdcə gəlirlərinin hər 100 manatından 4 manat 8 qəpiyi fiziki şəxslərin gəlir vergisindən, 11 manat 90 qəpiyi hüquqi şəxslərin mənfəət vergisindən, 14 manat 45 qəpiyi əlavə dəyər vergisindən (ƏDV), 61 qəpiyi sadələşdirilmiş vergidən, 3 manat 10 qəpiyi aksiz vergisindən, 60 qəpyi hüquqi şəxslərin əmlak vergisindən, 16 qəpiyi hüquqi şəxslərin torpaq vergisindən, 63 qəpiyi mədən vergisindən, 28 qəpiyi yol vergisindən, 59 manat 26 qəpiyi dövlət neft fondunun trasnferindən, 1manat 93 qəpiyi qiyməti tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt qiyməti (ixrac xərcləri çıxılmaqla) ilə ölkədaxili daxili topdansatım qiymət araındakı fəqdən formalaşacaq, 1 manat 49 qəpiyi gömrük rüsumlarından, 6 qəpiyi dövlət rüsumundan, 0,3 qəpiyi dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən yığılan icarə haqqından, 85 qəpiyi digər gəlirlərdən formalaşacaq. Digər hesablamalar göstərir ki, 2013-cü ildə proqnozlaşdırılmış dövlət büdcəsi gəlirlərinin hər 100 manatından 33 manat 40 qəpiyi Vergilər Nazirliyinin, 7 manat 20 qəpiyi Dövlət Gömrük Komitısinin, 59 manat 30 qəpiyi Dövlət Neft Fondunun, 10 qəpiyi isə digər məaxil mənbələr hesabına formalaşacaq. Nəzərə alsaq ki, Vergilər Nazirliyinin xətti ilə təmin olunan 33 manat 40 qəpik vəsaitin 13 manat 80 qəpiyini neft sektorundan ödəmələr təşkil edəcək, onda demək olar ki, 2013-cü il üçün proqnozlaşdırılmış büdcənin hər 100 manatından 73 manat 10 qəpiyi neft pullarından ibarət olacaq.
Cədvəl 7.1.Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin gəlirləri


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin