Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015


Büdcə sisteminin ayrı-ayrı həlqələrinin müstəqilliyi prinsipi



Yüklə 0,73 Mb.
səhifə94/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   90   91   92   93   94   95   96   97   ...   171
DovletMaliyesiEnSonHali2015

2. Büdcə sisteminin ayrı-ayrı həlqələrinin müstəqilliyi prinsipi . Büdcələrin müstəqillik prinsipi onda ifadə olunur ki, Azərbaycan Respublikasının Ali qanun-vericiliyi (Milli Məclis) əsasında hər bir büdcə həlqəsinin müstəqil gəlir mənbəyi təyin edilir və büdcə vəsaitinin xərclənməsində müstəqil olmaqla, onların hüquqları qanunla tənzimlənir. Büdcələrin müstəqil fəaliyyət göstərməsi bütün dövlət haki-miyyəti və idarə orqanlarının hüquq və səlahiyyətlərinə müvafiq olaraq zəruri gəlir mənbələri və buna müvafiq xərclərlə təmin edilirlər. Azərbaycan Respublikasının Ali qanunvericiliyi (Milli Məclisi) tərəfindən hər maliyyə ili üçün Respublikanın Dövlət büdcəsi müzakirə edilib təsdiq olunarkən Respublika dövlət büdcəsinin və eləcə də Naxçıvan Muxtar Respublikasının büdcəsi və yerli büdcələr üçün tən-zimləyici gəlirlər də təyin edilir. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası və yerli hakimiyyət orqanları öz büdcələrini tərtib və təsdiq edərkən öz gəlir mənbə-lərini artırmaqda və ondan istifadə etməkdə qanun dairəsində tam müstəqilliyə malikdirlər. Həm də Respublikanın Ali Qanunvericiliyi ilə yerli orqanları verilmiş səlahiyyət dairəsində onlar əlavə gəlir mənbələri aşkar edə və buna müvafiq xərc-ləri maliyyələşdirə bilərlər. Büdcə haqqında qanun icra edilərkən əlavə əldə edilmiş gəlirlər, habelə gəlirlərin xərclərdən artıq olan məbləği və büdcə xərclərinə edilmiş qənaət məbləği yuxarı büdcələrə alına bilməz.
3. Gəlirlərin və xərclərin büdcə həlqələri arasında bölüşdürülməsi prinsipi onu nəzərdə tutur ki, hər bir dövlət hakimiyyət və dövlət idarəsi orqanları üçün müəy-yən gəlir mənbələri təyin edilir və onlara xərcləri maliyyələşdirmək səlahiyyəti verilir.
4. Büdcələrin gəlirləri və xərclərinin, dövlət büdcədənkənar fondunun tam əks olunması prinsipi ondan ibarətdir ki, büdcələrin və büdcədənkənar dövlət fondla-rının bütün gəlirləri və xərcləri həmin büdcələrdə icbari qaydada tam əks olunma-lıdır. Bütün dövlət və bələdiyyə xərcləri büdcə vəsaiti balansına, büdcədənkənar dövlət fondlarının vəsaiti hesabına maliyyələşdirilməlidir.
5. Büdcələrin balanslaşdırılması prinsipinə görə hər bir büdcə növü balans-laşdırılmalıdır. Bu o deməkdir ki, büdcələrdə nəzərdə tutulan xərclərin həcmi hə-min büdcənin gəlirlərinin həcminə uyğun olmalıdır (büdcənin kəsirini ödəmək üçün nəzərdə tutulan mənbələrdən daxil olan vəsaitlər də daxil olmaqla).
6. Büdcə vəsaitinin səmərəli və qənaətlə istifadə edilməsi onu ifadə edir ki, əvvəlki dövrdə buraxılmış büdcə vəsaiti iş və xidmətlərin səviyyəsinə uyğun olmalı və qənaət rejiminə ciddi əməl olunmalıdır.
7. Büdcələrin aşkarlığı o deməkdir ki, təsdiq edilmiş büdcələrin və onların icarəsi haqqında hesabatların açıq mətbuatda dərc edilməsi icbaridir, büdcənin icra-sının gedişi haqqında məlumatlar, büdcələrin tərtibi və icrası üzrə dövlət hakimiy-yəti və idarəsi orqanlarının bütün qərar və sərəncamları kütləvi informasiya vasi-tələri vasitəsilə cəmiyyətin nəzərinə Kəsir bildirilməlidir.
8. Büdcələrin həqiqiliyi onu ifadə edir ki, hər bir büdcə növünün göstəriciləri müvafiq inzibati-ərazi vahidinin iqtisadi-sosial inkişaf proqramının göstəricilərinə uyğun tərtib edilməklə, büdcənin gəlirləri və xərclərinin reallığı təmin edilməlidir.
9. Büdcə vəsaitinin ünvanlı və məqsədli istifadə edilməsi onu göstərir ki, büdcə vəsaiti olan hər bir subyekt onun sərəncamına daxil olan vəsaiti konkret məqsədli təyinatına uyğun istifadə etməlidir.
«Dövlət Büdcəsi haqqında» Azərbaycan Respublikasının 18 may 1999-cu il tarixli qanununun 3-cü maddəsində göstərildiyi kimi: «Azərbaycan Respublikasında büdcə sistemi Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və yerli büdcələrdən ibarətdir».
Azərbaycan Respublikasının müstəqillik qazanması, bazar münasibətlərinə keçid istiqamətində zəruri islahatların aparılması ilə yanaşı, yerli hakimiyyət orqan-larının da maddi-maliyyə bazası, o cümlədən, büdcə sistemi yenidən qurulur. Bələ-diyyələrin yaradılması ilə əlaqədar olaraq «Bələdiyyələrin maliyyəsinin əsasları haq-qında» Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli qanunu qəbul edil-mişdir. Həmin qanunda bələdiyyələrin büdcələrinin (yerli büdcələrin) formalaş-ması, onların gəlirləri və xərclərinin müəyyən edilməsi qaydası əsaslandırılmışdır. «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» qanunda göstərilir ki, yerli büdcə bələdiyyə büdcəsi olub dövlət büdcəsinin tərkib hissəsi deyil. Bu da onu göstərir ki, müstəqil fəaliyyət göstərən büdcə həlqəsidir.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin