Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015



Yüklə 0,73 Mb.
səhifə85/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   81   82   83   84   85   86   87   88   ...   171
DovletMaliyesiEnSonHali2015

7.9.BÜDCƏ KƏSİRLƏRİ


Ölkənin xərcləri gəlirlərini ötürsə, büdcədə kəsir yaranır. Büdcə kəsiri ağır problemdir .Bu zaman balanslaşdırma pozulur. Müəyyən şəraitə görə əgər dövlətin iqtisadi, sosial, siyasi və s. fəaliyyətləri genişlənirsə, təbiidir ki, xərclər də buna müvafiq olaraq artacaqdır. Dövlət aparatının böyük-kiçikliyi ölkənin hərbi və ya xüsusi fövqəladə vəziyyətdə olması, ölkədə baş verən təbii fəlakət, zəlzələ və s. xərclərin arması ilə müşayiət olunur. Dövlət büdcəsi kəsirinin dinamikasını isə hə-min kəsir məbləğinin ümumi daxili məhsula nisbətində əyani görmək olar. Mütə-xəssislərin hesablamaları göstərir ki, bu və ya digər ölkənin büdcə kəsiri ümumi milli məhsulun üç-dörd faizindən yüksək deyilsə, o, normal hal hesab olunur. Büdcə kəsiri ölkə iqtisadiyyatının vəziyyəti ilə şərtlənir. Məlumdur ki, iqtisadiyyatı böhran keçirən ölkədə müəssisələrin bir qismi dayanmış olur. Bu səbəbdən büdcəyə daxilolmalar azalır, işsizlik artırsa. dövlət üçün əlavə xərclər yaranır.
Xərclərin büdcələr arasında bölüşdürülməsi
Azərbaycan Respublikasının büdcə sisteminə daxil olan bütün büdcələr müva-fiq ali və yerli dövlət hakimiyyəti orqanlarının funksiyalarının maliyyə təminatı bazasıdır. Büdcə sisteminə daxil olan büdcə həlqələri müvafiq dövlət hakimiyyəti orqanlarının yerinə yetirdiyi səlahiyyətlərə uyğun surətdə iqtisadi, sosial-mədəni quruculuq işlərini həyata keçirirlər.
Azərbaycan Respublikası Dövlət Büdcəsinin xərcləri mərkəzi büdcə və yerli büdcələr arasında onlarının vəzifələrinin miqyasına görə bölüşdürülür. Xərclərin mərkəzi dövlət hakimiyyəti və yerli orqanlar arasında bölgüsü Respublikanın cari qanunvericilik aktları, hər şeydən əvvəl Azərbaycan Konstitusiyası «Dövlət büd-cəsi haqqında» qanunu ilə həyata keçirilir. Bu zaman respublika ali dövlət hakimiy-yəti, dövlət idarəsi orqanlarının və yerli idarə orqanlarının həm iqtisadi, həm də sosial-mədəni və siyasi vəzifələrinin xarakteri nəzərə alınır. Xərclərin mərkəzi de-mokratik prinsiplər əsasında yerinə yetirilir. Belə ki, xərclərin bölgüsü aparılarkən aşağıdakı prinsiplər əsas götürülür:
1) idarə və təşkilatların tabeçilik prinsipi. 
2) Müəssisə, idarə və təşkilatların yerli və ya ümumi dövlət əhəmiyyətinə malik olması;
3) İdarə və təşkilatların ərazi yerləşməsi və onların xidmət dairəsi.
Azərbaycan Respublikası Dövlət büdcəsi xərclərinin mərkəzi xərcləri dövlət mülkiyyətindən olan təsərrüfat sahələri, dəmir yolu, dəniz və hava nəqliyyatı, xa-rici ticarət və xarici iqtisadi əlaqələr üzrə xərclər, beynəlxalq münasibətlərin həyata keçirilməsi ilə əlaqədar xərclər, respublika əhəmiyyətli, mənzil-kommunal təsərrü-fatı xərcləri, yanacaq-enerji kompleksi ilə əlaqədar xərclər, dövlət investisiya xərc-ləri, iqtisadi fəaliyyətlə bağlı xərclər, o cümlədən, kiçik sahibkarlığa investisiya yardımı xərcləri, dövlətin daxili və xarici borcları üzrə xərclər və i.a. ibarətdir.
Respublika büdcəsindən sosial-mədəni tədbirlərə aid respublika əhəmiyyətli idarələr və təşkilatlar maliyyələşir. Bura, xüsusilə, daxildir: Respublikanın Elmlər Akademiyası, onun elmi-tədqiqat institutları, respublika əhəmiyyətli elmi kitabxa-nalar və muzeylər, ali və orta ixtisas təhsili məktəbləri, səhiyyə üzrə respublika əhəmiyyətli idarələr və təşkilatlar, dəmir yolu, su və hava nəqliyyatının sanitariya xidməti müəssisələri, Respublika əhəmiyyətli klinikalar və digər tibb şəbəkələri, epidemiyalarla mübarizə tədbirləri və i.a.
Sosial təminat və sosial müdafiə üzrə xərclər: hərbi qulluqçulara və onların ailə üzvlərinə verilən pensiyalar, Vətən müharibəsi əlillərinə verilən pensiyalar, qaçqınların və məc-buri köçkünlərin yemək və məskunlaşdırılması xərcləri.
İdarəetmə üzrə: Azərbaycan Respublikasının Milli Məclisinin, Respublika icra hakimiyyəti orqanlarının saxlanması, hüquq-mühafizə orqanlarının və təhlükə-sizlik orqanlarının saxlanması xərcləri. Məhkəmə hakimiyyəti və prokurorluq orqanlarının, o cümlədən Konstitusiya Məhkəməsi, Ali məhkəmə, rayon və şəhər məhkəmələri, İqtisad məhkəməsi, Ali Məhkəmənin Hərbi Kollegiyası və s. ölkənin bütün müdafiə xərcləri respublikanın mərkəzi xərcləri balansına maliyyələşir.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin