Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015


DÖVLƏT SEKTORUNUN İQTISADİYYATDAKI PAYI VƏ FƏALİYƏTLƏRİNİN OPTİMAL SƏVİYYƏSİ



Yüklə 0,73 Mb.
səhifə23/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   19   20   21   22   23   24   25   26   ...   171
DovletMaliyesiEnSonHali2015

4.1. DÖVLƏT SEKTORUNUN İQTISADİYYATDAKI PAYI VƏ FƏALİYƏTLƏRİNİN OPTİMAL SƏVİYYƏSİ


XIX əsrdə klassik iqtisadiyatçılar və filosoflara görə dövlətin iqtisadiyyatdakı rolu beynəlxalq mühafizə, daxili təhlükəsizlik və idarəetmə kimi sahələrlə məhdud-laşdırılmışdır. 1970-ci illərdə bir çox sənayeləşmiş ölkələrdə ortalama dövlət xərcləri ÜDM 8.3 % olmaqla olduqca aşağı səviyyədə idi. Ancaq sənayeləşmiş ölkələrdə dövlət xərclərinin ÜDM içində payı zamanla artmışdı, məsələn, 1960-cı illərdə 27 % ikən, 1990-cı illərdə 47.2% - ə çatmışdır21. Bu arada inkişaf etməkdə olan ölkələrdə də dövlətin iqtisadiyyatdakı payı artmış, lakin inkişaf etmiş ölkələrdəki qədər olmamışdır. 1955 - 1990 - cı illər arasında inkişaf etmiş ölkələrdə bu artım 100 %-ə yaxınlaşmışdır. İnkişaf etməkdə olan ölkələr isə 1990-cı illərdə inkişaf etmiş ölkələrin 1960-cı illərdəki səviyyəsinə gəlmişdir.
Dövlətin iqtisadi fəaliyyətlərdəki payının artması bir neçə səbəbdən meydana gəlmişdir. Bunlar:
1. İkinci Dünya Müharibəsi və Soyuq Müharibə səbəbi ilə hərbi xərclərin artması;
2. Sosial rifah proqramları və sosial dövlət anlayışı səbəbi ilə dövlətin səhiy-yə, təhsil və sosial müdafiə mövzularında beynəlxalq öhdəliklərinin geniş-lənməsi;
3. Müasir şəhərləşmə həyatına əlavə sağlıq, nəqliyyat kontrolu, su mənbələri, yeni infrastruktur və əyləncə yerləri kimi daha çox dövlət xidmətlərinin la-zım olması;
4. Demokratik siyasi müddətdəki inkişafla bağlı olaraq müxtəlif qruplar üçün ən yeni fəaliyyətlərin həyata keçirilməsinə çalışılması .
Bu kimi səbəblərlə yanaşı, iqtisadiyyatdakı payı artmış olan dövlət sektorunun iqtisadiyyatda dövlət fəaliyyətinin həcminin nə olduğunu müəyyən edən ümumi qəbul edilmiş bir ölçü yoxdur. Ancaq dövlətin iqtisadiyyatdakı payının nə qədər olduğu və müxtəlif ölkələrdə bu ölçünün necə bir inkişaf izlədiyi bəzi nisbətlər isti-fadə edilərək tədqiq edilməkdədir. Bununla əlaqəli olaraq istifadə edilən nisbətlər-dən bəziləri aşağıdakılardır.
1. Məcmu Dövlət Xərcləri/ÜDM – bu nisbət çox istifadə edilməklə bərabər transfer və faiz xərcləri dövlət xərclərində yer alarkən, ÜDM-də yer alma-dığından, dolğun məlumat qaynağı deyildir. Ayrıca, bu xərclər istehsal fakto-ru xərcləri olmadığından, bunlardakı artım dövlət xərclərinin əhəmiyyətini artırmayacaq.
2. Vergi Gəlirləri /ÜDM – bu nisbət özəl sektorda əldə ediləcək dövlət büdcə-sinə ayrılan gəlirin böyüklüyünü göstərir.
3. Dövlət Sektorundan Əldə Edilən Gəlir / Məcmu Gəlir – dövlət sektorunun etmiş olduğu xərclərin məcmu gəlirə əlavəsinin nə olduğunu göstərir.
4. Dövlət Sektorunda İşləyənlər / Ümumi İşləyənlər - mülki işləyənlərin neçə faizini dövlətin işlətdiyini göstərir.
Dövlət sektoru da mal və xidmət istehsalını həyata keçirərkən iqtisadi aktivliyi təmin etmək baxımından özəl sektor kimi maksimum faydalılığı təmin etməyə çalışa bilər. Bunun üçün istehsal ediləcək mal və xidmətlərin təmin edəcəyi məcmu faydanın maksimum olduğu nöqtə ilə qatlanılan məcmu maliyyətin minimum olduğu nöqtəyə çatmağa çalışılır. Bu nöqtədə istehsal ediləcək mal və xidmətlərin marjinal maliyyətləri və faydaları da bir - birinə bərabər olacaqdır. İdarəetməyə namizəd olan siyasi partiyalar seçkidən əvvəl həyata keçirilən kampaniyalarında edəcəkləri rəqabətlə bu nöqtəyə gəlmənin sözünü verəcəklər. Buna görə dövlət mal və xidmətlərin istehsalında aktivliyi təmin edəcək miqdarı nəzəriyyə çərçivəsində də olsa, özəl sektorda olduğu kimi müəyyən edilə bilir.
Ancaq dövlət sektorunda xərcləri həyata keçirən bürokratiya əldə ediləcək faydanın üzərində xərci həyata keçirir. Çünki bürokratlar xərclənilən pulun əsl sa-hibi olmadıqlarından, ediləcək xərclərlə əlaqəli özəl sektordakı qədər diqqətli ol-murlar. Beləcə, marjinal maliyyətin marjinal faydaya bərabər olduğu nöqtədən uzaqlaşmaqdadır. Buna görə dövlət ilə özəl sektorun şərtləri eyni olmadığından, dövlət sektorunun hansı mal və xidmətləri nə qədər istehsal edəcəyi ilə əlaqəli maksimum sosial fayda prinsipi irəli sürülmüşdür. Buna görə dövlətin istehsal edə-cəyi mal və xidmətlər üçün qatlanacağı məcmu xərclərin meydana gətirdiyi mar-jinal sosial zərərlə istehsal edilən mal və xidmətlərin marjinal sosial faydaları bir - birinə bərabər olmalıdır. Yenə hər mal və xidmətin marjinal sosial faydaları bir-birinə bərabər və bu mal və xidmətin istehsalı üçün fərdlərin qatlandığı (vergi və borclanma kimi) marjinal sosial zərərlə bərabər olmalıdır.22 Beləcə, dövlətin isteh-sal etdiyi mal və xidmətin təmin edəcəyi sosial faydada maksimumluq təmin edilə-cəkdir.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin