Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015


AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT XƏRCLƏRİNİN TƏSNİFATI



Yüklə 0,73 Mb.
səhifə83/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   79   80   81   82   83   84   85   86   ...   171
DovletMaliyesiEnSonHali2015

7.7. AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT XƏRCLƏRİNİN TƏSNİFATI


İqtisadi nəzəriyyə baxımından dövlət və müəssisələrin büdcəsini ayırmaq la-zımdır. Burada müəssisələrin büdcəsi də şərti olaraq, kommersiya təşkilatlarının, qeyri-kommersiya təşkilatlarının və ictimai birliklərin büdcəsini xarakterizə etmək gərəklidir. Ümumiyyətlə isə, müəssisə büdcəsi, müəssisənin sərəncam, istifadə və mülkiyyətində olan pul əməliyyatlarının, yəni gəlir və xərc maliyyə əməliyyatla-rının pul formasında hərəkət qanunauyğunluqları, bu pulların yaranma mənbələri və istifadə istiqamətləri əsas məsələlərdəndir.
Dövlətin iqtisadi vəzifələrinin həyata keçirilməsinin maddi əsasını dövlət büdcəsi təşkil edir. İqtisadi münasibətlərin mühüm tərkib hissəsi sayılan maliyyə münasibətləri sistemində dövlət maliyyəsi adlanan dairədə dövlət büdcəsi əhəmiy-yətli yer tutur.
Məlumdur ki, dövlət bir sıra iqtisadi vəzifələri yerinə yetirir, onun iqtisadi, sosial, siyasi və s. sahələrdə çoxsaylı, çoxşaxəli işləri yerinə yetirməsindən ötrü maliyyə vəsaiti tələb olunur. Elə bu məqsədlə dövlət pul vəsaitləri fondlarını yaratmaq məcburiyyətində qalır və əvvəl göstərdiyimiz dairələrdə lazımi işləri aparmaqdan ötrü pul vəsaitləri fondlarından istifadə etməli olur. Bu mənada dövlət büdcəsi dövlətin dayağı, möhkəm təminatı, müdafiəçisi və etibarlı söykənəcəyidir. Aydın məsələdir ki, əksər problemlərin həlli, toplanan pul vəsaitlərinin qədərindən asılıdır. Belə ki, iqtisadiyyatın inkişafı və tərəqqisi bununla şərtləşir, nəticə etibarı ilə ondan asılıdır. Maddi imkan olmadan cəmiyyət öz qarşısında qoyduğu ən adi məsələni həll edə bilmir. İqtisadiyyatın iqtisadi cəhətdən tənzimlənməsi mexanizmi halqası sayılan dövlət büdcəsi, əslində, hökumətin sərəncamında olan iri mərkəzləş-dirilmiş pul fondu kassasından başqa bir şey deyildir.
Dövlət büdcəsi iqtisadiyyatda fəaliyyət göstərən bir sıra iqtisadi qanunlar, iqtisadi kateqoriyalarla yanaşı birgə, qarşılıqlı əlaqə, təsir və asılılıq şəklində fəa-liyyət göstərir. O, iqtisadi münasibətlərin bir hissəsi olan maliyyə münasibətlərinin müəyyən tərəfini ifadə edir. Cari halda biz bu münasibətləri hər şeydən əvvəl dövlət büdcəsindəki gəlirlər və xərclər arasındakı nisbətdə və əlaqələrdə görürük. Büdcə münasibətləri dövlətlə müxtəlif müəssisələr, idarə və təşkilatlar, əhali və s. arasındakı əlaqələri ifadə edir və həmin münasibətlərin məcmusudur. Məsələ bu-nunla bitmir. İş ondadır ki, dövlət büdcəsinin rolu əvvəl deyilənlərlə məhdudlaş-mır, o ümumi milli məhsulun və milli gəlirin bölgüsü və yenidən bölgüsündə işti-rak edir. Büdcə sistemi olduqca mürəkkəb mexanizmdir. Üstəlik ölkənin iqtisa-diyyatının tənzimlənməsində qüdrətli alət və vasitədir. Dövlət büdcəsi hər bir ölkədə dövlətin maliyyə planı və proqramı deməkdir. Nəzərə almamaq olmaz ki, qarışıq iqtisadiyyat, müxtəlif mülkiyyət formalarının yarandığı və formalaşdığı bir dövrdə dövlət büdcəsinin əhatə dairəsi, münasibətlərinin genişlənməsi daha da artır, qarşılıqlı əlaqələrdə yeni-yeni subyektlər yaranır. Həmin əlaqələr hətta ölkə çərçivəsindən belə kənara çıxır, bəzi beynəlxalq maliyyə-kredit təşkilatları ilə əməkdaşlıq edilir və yeni münasibətlər yaranır.
Dövlət büdcəsi anlayışı və onun mahiyyəti yalnız mütləq dövlət büdcəsinin funksiyaları məsələsinə toxunulduğu zaman tam açıla bilər. Adını çəkdiyimiz problemə bu baxımdan yanaşsaq, onda məlum olacaqdır ki, dövlət büdcəsi bir neçə vəzifəni yerinə yetirir. O cümlədən, həmin vəzifələrə bölgü və nəzarət funksiya-larını aid etmək olar. Həmin funksiyalardan birincisi, yəni bölgü vəzifəsi onunla əlaqədardır ki, dövlət ümumi milli, ümumi dövlət tələbatlarının ödənilməsindən ötrü ölkə miqyasında pul vəsaitlərini toplayır və cəmiyyətin ən zəruri ehtiyaclarını ödəmək üçün çalışır. Digər tərəfdən, əgər söhbət dövlət büdcəsinin nəzarət funksi-yasından gedirsə, onda etiraf etməliyik ki, bu, dövlət büdcəsi vasitəsilə pul vəsait-ləri fondlarının formalaşması və onlardan necə istifadə olunması prosesini izləyir və ona nəzarət edir. Bununla da iqtisadiyyatın müxtəlif bölmələrində baş verən iqti-sadi proses və hadisələr özünü büruzə verir. Bir həqiqəti də etiraf edək ki, cəmiy-yətdə yerinə yetirilən müxtəlif növ işlər, həyata keçirilən tədbirlər və əməliyyatlar pulun hərəkətinə səbəb olur, pul dövr edir, ölkədə hər bir alqı-satqı prosesləri baş verir. Deməli, istər-istəməz büdcə nəzarətinə ehtiyac yaranır. Nəticə etibarilə nəza-rət edənlərin özləri də nəzarət olunurlar. Mövcud halda pul vəsaitləri fondlarının necə istifadə olunması və xərclənməsi, hökumət, eləcə də bu işə cavabdeh və aidiyyəti olan bir sıra idarə və təşkilatlar, komitələr tərəfindən nəzarət olunur. Görünür, elə buna görə deyilir ki, dövlət büdcəsi iqtisadi siyasət və idarəetmə vasitəsidir. O da məlum həqiqətdir ki, cəmiyyətdə maliyyə vəsaitlərinin məcmu və bölgüsü ilə əlaqədar iqtisadi inkişafla bağlı dövlətlə hüquqi və fiziki şəxslər ara-sında pul münasibətləri baş verir, bu isə öz əksini yığım şəklində büdcə münasi-bətlərində tapmış olur. Məhz problemə bu qütbdən yanaşdıqda aydınlaşır ki, dövlət büdcəsindəki gəlir və xərc hissələri iqtisadi münasibətlə uyğunlaşır, üstəlik dövlət aparatı ilə idarə, müəssisə, təşkilatlar və cəmiyyət üzvləri arasındakı qarşılıqlı əlaqələrin reallığı sübuta yetmiş olur.
Dövlət büdcəsi məsələlərində mühüm əhəmiyyət kəsb edən məqamlardan biri büdcəyə toplanan pulların hansı mənbələrdən əldə olunması və onun necə sərf olunmasıdır. Dövlət büdcəsinin gəlirlərinin əsas hissəsini vergi və rüsumlar təşkil edir. Hərçənd ki, bəzi ölkələrdə ümumi qanunauyğun, oxşar cəhətlərlə bəzi xüsusi hallar da olur. Bunu istər bazar münasibətlərinə doğru keçid dövrünü yaşayan bir sıra ölkələrdə, istərsə də inkişaf etmiş bir sıra super dövlətlərin timsalında görmək olar.
Büdcənin ikinci digər mühüm bölməsi xərclər hissəsidir ki, burada da gəlir-lərin bölgüsü və yenidən bölgüsü prosesi həyata keçirilir. Büdcənin gəlirləri müx-təlif istiqamətlərdə xərclənir, necə deyərlər, maliyyələşdirmə əməliyyatları aparılır. Dövlət büdcəsinin xərcləri, daha çox, iqtisadi məqsədlərə uzlaşdırılmalıdır. Çox təəssüf ki, bu, həmişə biz istədiyimiz kimi olmur. Bəzi obyektiv və subyektiv səbəblər üzündən büdcənin xərclər hissəsi qismən qeyri-iqtisadi istiqamətə yönəl-dilir və pulların bir hissəsi havaya sovrulur. Bu səbəbdən belə vaxtlar, illər olur ki, əhalinin zəruri ehtiyacları üçün ayrılan vəsaitlər ixtisara düşür, ya da azalır.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin