- Büdcə xərclərinin iqtisadi təsnifatı Funksional istiqamətindən və sərəncamçı təşkilatından asılı olmayaraq, büdcə-dən müxtəlif məqsədlərlə ayrılan vəsaitlər müvafiq müəssisə və təşkilatlarda iqti-sadi təyinatı üzrə istifadə olunur: işçilərə əmək haqqı verilir, müvafiq işlərin və xidmətlərin təşkili üçün zəruri mallar alınır, kommunal, nəqliyyat və başqa xid-mətlərin haqqı ödənilir, müvafiq obyektlər tikilir, təmir olunur və s. Buna görə də, dövlət büdcəsinin xərcləri planlaşdırılarkən onlar əvvəlcə iqtisadi məzmununa görə qruplaşdırılır. Dövlət büdcəsi xərclərinin onların iqtisadi məzmununa görə qrup-laşdırılması büdcə xərclərinin iqtisadi təsnifatı adlanır.
Dövlət büdcəsinin xərcləri iqtisadi məzmunu üzrə ümumi şəkildə aşağıdakı kimi təsnifləşdirilir:
Əməyin ödənişı əməyin ödənilməsi fondu, əmək haqqında əlavə xərclər və s;
Malların (işlərin və xidmətlərin) satın alınması ayrı-ayrı malların alınması və xidmətlərin haqqının ödənilməsi, nəqliyyat və bütün növ kommunal xidmət-lərin haqqının ödənilməsi, cari təmir xərcləri və s.;
Köhnəlmə;
Faizlər üzrə ödənişlər - daxili borc üzrə və xaricdən cəlb edilmiş kreditlər üzrə faiz ödənilməsi;
Subsidiyalar və cari transfetlər müəssisə və təşkilatlara subsidiyalar;
Qrantlar və digər ödənişlər xarici dövlətlərə, beynəlxalq təşkilatlara, digər dövlət idarəetmə sektoruna ödənilən qrantlar və beynəlxalq təşkilatlara üzvlük haqqı və s.;
Təqaüdlər və sosial müavinətlər əhalinin ayrı-ayrı təbəqələrinə ödənişlər;
Digər xərclər mülkiyyətlə bağlı icarə və muzdlu xidmətlər və s. müxtəlif xərclər;
Qeyri-maliyyə aktivlərinin alınması əsas vəsaitlər (bina və tikililər, maşın və avadanlıqlar və s.), maddi-istehsal ehtiyatları, qiymətli materiallar, qeyri-isteh-sal aktivləri;
Maliyyə aktivləri üzrə əməliyyatlar daxili və xarici valyuta, depozitlər, qiy-mətli kağızlar, ssudalar, qızıl və s.;
Öhdəliklər üzrə maliyyə əməliyyatları daxili və xarici valyuta, depozitlər, qiymətli kağızlar, ssudalar üzrə öhdəliklər.