CiNSİ İdentiFİkasiyanin gəncləRİN



Yüklə 32,35 Kb.
səhifə7/7
tarix10.01.2022
ölçüsü32,35 Kb.
#109439
1   2   3   4   5   6   7
4. Sosial möhkəmlik

4.1. Qızların nəticələri

Davranışa mənəvi (əxlaqi) nəzarətin aşağı səviyyəsi (faktor G 1 =5 bal) müvafiq olaraq emosiyalara kifayət qədər nəzarət (faktor N=6bal), həmçinin özünənəzarətin yüksəkliyi (faktor Q3 =7bal) kifayət qədər radikallıq (faktor Q1 = 6 bal). Bu cür uyğunlaşma sosial möhkəmliyin kifayət qədər olmasını, həmçinin fəaliyyətdəki radikal dəyişikliklərə real baxışı və sosial adaptasiyanı göstərir.



4.2 Oğlanların nəticələri

Davranışa nəzarətin aşağı olması (faktor G=5bal). Buna müvafiq emosiyalara yetərincə nəzarət (faktor N=6bal) həmçinin özünənəzarətin yüksəkliyi (faktor Q3 = 7bal). Bu cür uyğunlaşma sosial möhkəmliyin kifayət qədər olmamasını göstərir, bununla yanaşı, yüksək radikallıq, eksperimentlərə meyillilik (faktor Q1 = 7bal) nəticəsində sosial möhkəmlik əsaslı şəkildə aşağı düşə bilər.

Beləliklə, testin nəticələrinin qrafikdəki təsvirindən aydın görünür ki, praktiki olaraq bütün xarakteristikalar üzrə qız qruplarının göstəriciləri yüksəkdir. Bu da, qızların intellektual bacarıqlarının oğlanlardan aşağı olması haqqındakı təsəvvürləri təkzib edir. "Kişilik-qadınlıq" adlanan I şkalaya ayrılıqda baxaq. Testləşdirmənin nəticələri göstərdi ki, qrup göstəriciləri bir-birindən o qədər də fərqlənmir, fərq 2 balddən ibarətdir. Oğlanlarda I=4bald olması metodikaya uyğun olaraq kişiliyin kifayət qədər olmaması, infantilizim deməkdir. Qızlarda isə I=5bald isə qadınlıqla yanaşı, kişilik xarakteristikalarının da olmasını göstərir.

Deməli, bu bizim əvvəlki hipotezaları təsdiq edir.

Oğlan və ya qızlarda qarşı cinsə aid olan stereotip xüsusiyyət və keyfiyyətlərin olmamasını isə patologiya, "öz cinsinin qaydalarından" çıxmaq kimi izah etmək olmaz. Müasir psixologiyada özündə həm ənənəvi kişi, həm ənənəvi qadın xüsusiyyətlərini cəmləşdirilmiş insan keyfiyyətlərini izah edən yeni anlayış (məsələn androqoniya anlayışı) qəbul olunmuşdur. Hər bir insan kişi və ya qadın olmasından asılı olmayaraq aşağıdakı keyfiyyətlərdən hansılarasa malik ola bilər: ya kişilərə aid olunan şöhrətpərəstlik və ya qətiyyətlilik keyfiyyətləri ya da ənənəvi olaraq qadınlara aid olunan mülayimlik, güzəştə getmə və şənlik və s.Keyfiyyətlərinə və yaxud özündə həm kişi həm də qadın xüsusiyyətlərini cəmləşdirmiş androgen ola bilər. Məhz axırıncı tip (androgen) daha çevikdir və dəyişən şəraitə uyğunlaşa bilər, bu da həyat fəaliyyətinin müxtəlif sahələrində müvəffəqiyyətlər əldə etməyə kömək edir. Bu isə əsas verir ki, həm kişilər, həm də qadınlar stereotiplərdən kənar inkişaf etməlidirlər ki, sosial və iqtisadi cəhətdən müstəqil şəxsiyyət ola bilsinlər. İnkişaf prosesinin təməli "kişilik yaxşıdır - qadınlıq pisdir" prinsipi əsasında qurulmamalıdır, yaxud əksinə, seçim çoxluğu və davranış stilinin qarşılıqlı zənginləşdirmə prinsipi əsasında qoyulmalıdır.

Beləliklə, " Tələbə gənclərin cinsi fərq xüsusiyyətlərinin onların ünsiyyətinə təsirini B.Kettelin şəxsiyyətin çoxfaktorlu analizi metodikası ilə 90 nəfər tələbə arasında keçirilən sorğunun nəticələrindən aydın oldu ki, qızlarda ünsiyyətçillik kimi xüsusiyyətlər oğlanlara nisbətən üstünlük təşkil edir. Bunun da səbəbini onların hələ uşaqlıqdan insanlara dərin maraq bəsləmələri, anaları ilə dərin və yaxından ünsiyyətdə olmaları ilə izah etmək olar. Bundan başqa diqqət mərkəzində olmağa çalışan gənc qızlar həm də nəzakətlilik, həlim və xoşxasiyyətlilik kimi keyfiyyətlərini nümayış etdirməyə çalışır, bununla da ünsiyyətçiliyə oğlanlara nisbətən daha çox meyilli olurlar. Tələbə- gənclik dövrü isə onların həyat seçimləri etmək üçün ən populyar dövrü olduğuna görə onların ünsiyyətçilik xüsusiyyətlərinin bu dövrdə daha qabarıq görsənməsi ədəbiyyatda göstərilənləri təsdiq edir.



Sonuç Sosial və iqtisadi cəhətdən müstəqil şəxsiyyət ola bilmələri üçün insanın həm kişi həm də qadın stereotiplərindən kənar inkişaf etməsi lazımdır. İnkişaf prosesinin təməli kişilik –yaxşıdır, qadınlıq pisdir, prinsipi əsasında deyil, seçim çoxluğu və davranış stilinin qarşılıqlı zənginləşdirilməsi prinsipi əsasında qoyulmalır. Bu şkala üzrə keçirilmiş testləşdirmələrin nəticələrinə nəzər saldıqda aydın oldu ki, testləşdirilənlər "öz cinsinə uyğun gəlməmə" nin onlarda kömpleks yaratması ilə razılaşmırlar. Bu fərdin daxili xüsusiyyətləri ilə sosial normalar arasındakı uyğunsuzluqdan qaynaqlanır.

Kaynakça

1.Bayramov Ə.B.Gənclərin özünü tərbiyəsi haqqında.BNM.1961. 40s.

1.Əlizadə Ə.Ə. Uşaq və yeniyetmələrin cnisi tərbiyəsi.Bakı,Maarif.1986.236s.

2.Salamova K.B.Tələbə ünsiyyətinin psioloji xüsusiyyətləri.Bakı –Təhsil.2012.188s.

RUS DİLİNDƏ

4.Келли Дж.Когнитивное направление в теории личности. М.С.Петербург,Питер.1997.с 450.



5.В.А.Карyaлoв.Половое воспитание.Л.Медицина.Москва.2012.281с.
Yüklə 32,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin